Məhkəmə qərarları › İş №2(102)-2913/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2913/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2913/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 LLL oğluna, Cavabdeh2 və X4 qarşı QƏRARİ Açar sözlər: borcun ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 LLL oğluna, Cavabdeh2 və X4 qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2288/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı nümayəndəsi Bakı şəhəri Sabunçu RPİ-nə şikayətlə müraciət edərək, İddiaçı tanışı Cavabdeh2 2016-cı ildə 20 000 ABŞ dolları verməsi, Cavabdeh2 aldığı puldan 2017-ci ilin iyul ayına qədər 2294 ABŞ dolları və 3100 ABŞ dolları qaytarsa da, qalan vəsaiti geri ödəmədiyini, bildirərək, pulun qaytarılmasını, əks təqdirdə onların əməlinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Araşdırma zamanı Cavabdeh2 polis bölməsində verdiyi izahatında təxminən 10-12 ildir tanıdığı İddiaçı 2015-ci ildə, dolların məzənnəsi qalxmamışdan əvvəl 25 000 ABŞ dolları aldığını, dolların məzənnəsi ilk dəfə qalxdıqdan sonra, yəni 2015-ci ilin fevral ayından etibarən gündəlik alverdən YYYin borcunu ödəməyə başladığını, 2016-cı ilin iyun ayınadək təxminən 8000 ABŞ dollarından a rtıq pulu YYYə qaytardığını, lakin həmin vaxtdan ticarətdə ziyan etdiyi üçün qalan pulu qaytara bilmədiyini və YYYə “nə vaxt pulu olarsa, onda da borcunu ödəyəcəyini” dediyini, 2016-cı ilin iyul ayında isə qohumu İlhamın YYYdən əvvəl notariusda 10 000 manat, sonra isə bu borcu qaytarıb 20 000 ABŞ dolları götürdüyünü, həmin puldan 4000 ABŞ dollarını qaytarsa da, yerdə qalan borcunu qaytarmadığını bildirmişdir.

2. İddiaçı ilə Cavabdeh1 LLL oğlu arasında xx.xx.2016-cı il tarixdə borc müqaviləsi bağlanmış, müqavilə Bakı şəhəri 16 saylı notariat ofisində rəsmiləşdirilmiş, müqaviləyə görə İddiaçı Cavabdeh1 10 000 manat borc vermiş, Cavabdeh1 aldığı borcu xx.xx.2017-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraa t

3. İddiaçı (bundan sonra -iddiaçı) Cavabdeh1 LLL oğluna, Cavabdeh2 və X4 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 LLL oğlundan müştərək qaydada 14 606 ABŞ dollarının, cavabdehlər Cavabdeh1 LLL oğlundan və X2 müştərək qaydada 20 000 ABŞ dollarının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2016-cı ildə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Ticarət Mərkəzində ticarətlə məşğul olmuş, həmin dövrdə eyni Ticarət Mərkəzində Türkiyə Respublikasından ayaqqabı gətirərək satmaqla məşğul olan Cavabdeh2 ilə tanışlığı yaranmış, Cavabdeh2 bir neçə dəfə ondan borc pul alaraq vaxtında qaytarmışdır. Cavabdeh2 növbəti dəfə o na 20 000 ABŞ dolları məbləğində borc pul verməsini xahiş edərək mal gətirmək istədiyini, gətirdiyi malı satıb iki-üç ay ərzində borcu qaytaracağını bildirmiş, iki-üç aydan sonra cəmi 2294 ABŞ dolları pulu qaytaran Cavabdeh2 ondan gizlənməyə başlamışdır. Belə olduqda məcbur olub onun yaşadığı ünvana gedərək pulunu tələb etmiş, bu zaman ZZZla bir ünvanda yaşayan yeznəsi Cavabdeh1la tanış olmuşdur. Cavabdeh1 ona bildirmişdir ki, həm ZZZ, həm də özü çalışıb pulu qaytaracaqlar. Bundan sonra bir neçə dəfə Cavabdeh1la görüşmüş, söhbət əsnasında İlham bildirmişdir ki, özü Binə Ticarət Mərkəzində yuyucu vasitələrin ticarəti ilə məşğuldur və işləri yaxşı gedir. ZZZun işləri o qədər yaxşı getmədiyindən pulu qaytara bilmir. Cavabdeh1 təklif etmişdir ki, 10 000 manat məbləğində pul verərək ona əlavə m al gətirməyə şərait yaratsın, əvəzində isə işləyib həm 10 000 manatı, həm də ZZZun borcunu qaytarsın. Cavabdeh1 o qədər də yaxşı tanımadığı üçün razılıq verməmiş, lakin hər ikisinin tanışı olan X8 pul verməyə onu razı salmışdır. FFF Bəxşəliyev bildirmişdir ki, “İlhamı tanıyır və onun bu pulu həqiqətən də qaytaracağına, üstəlik ZZZun borcunu da qaytaracağına əmindir, İlham pulu qaytarmayacağı halda özü evini satmaq bahasına da olsa, pulu qaytaracaq, İlhama zamindir”. Bundan sonra notarial qaydada müqavilə ilə Cavabdeh1 10 000 manat borc vermişdir. Həmin müqaviləyə əsasən, İlham pulu bir il ərzində qaytarmalı idi. Həqiqətən də həmin müddət ərzində İlham pulu qaytarmış və əlavə olaraq 20 000 ABŞ dolları məbləğində pul istəmişdir. Bu dəfə də FFF pulu verməyə onu razı salmış, bildirmişdir ki, ilk dəfə olduğu kimi indi də pulun zaminidir. ZZZa verdiyi pulun qaytarılması üçün başqa çıxış yolu olmadığı üçün pulu vermək qərarına gəlmişdir. Belə ki, həm FFF pulun qaytarılmasına zamin durmuşdur, həm də İlham birinci dəfə götürdüyü pulla ZZZun əvvəlki borcunun qaytarılmasına yardım etməsə də, özünün pulu vaxtında qaytarması onda inam yaratmışdır. Beləliklə İlhama yenidən 20 000 ABŞ dolları borc vermiş, 2017-ci ilin iyul ayına qədər İlham həmin borclu olduğu məbləğdən 3100 ABŞ dolları məbləğində pulu qaytarmış, qaytararkən həmin pulu ZZZun borcundan hesabladığını bildirmişdir. Bundan sonra İlham borcu ödəməyi dayandırmış, həmin vaxtdan sonra ödəniş etməmişdir. FFFyə bu barədə dedikdə, sonuncu İlhamın pulu qaytaracağına onu inandırmağa çalışmışdır. Sonradan həmin ərəfədə İlhamın FFFyə 5000 ABŞ dolları məbləğində borcu olduğunu və bu səbəblə FFFnin ona olan inamından istifadə edərək, pulu İlhama verməyə təhrik etdiyini və İlhamın ondan aldığı puldan dərhal 5000 ABŞ dolları məbləğində borcunu geri aldığını öyrənmişdir. Beləliklə, ZZZ və İlhamın ona birlikdə 34 606 ABŞ dolları məbləğində borcu qalmışdır. Həmin pulun İlhamın alaraq qaytarmadığı 20 000 ABŞ dolları hissəsinə FFF zamin dursa da, heç biri ona borclu olduğu pulu qaytarmır. Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək hər üç şəxs tərəfindən ona məxsus olan pulun dələduzluq yolu ilə ələ keçirildiyinə dair şikayət etmiş, Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq 06 yanvar 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərara əsasən mübahisənin mülki xarakteri olduğu müəyyən edilmiş, buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sabunçu Rayon Polis İdarəsində aparılan araşdırmalar zamanı Cavabdeh2 və Cavabdeh1 LLL oğlu borclu olduqlarını etiraf etmişlər. Yalnız cavabdeh X5 pulun Cavabdeh1 LLL oğluna verilməsinə faktiki olaraq zamin durduğunu etiraf etməsə də, ZZZun xahişi ilə İlhama pul verilməsinə yardımçı olduğunu bildirmiş, eyni zamanda həmin ərəfədə ZZZun ona 5000 ABŞ dolları borclu olduğunu etiraf etmiş, dolayısı ilə özünün borcunun alınması üçün onunla olan etibarlı münasibətlərdən istifadə etdiyi aydın olmuşdur. Göstərilənlərə əsasən hesab etmişdir ki, Cavabdeh2 və Cavabdeh1 LLL oğlundan müştərək qaydada 14 606 ABŞ dolları məbləğində, Cavabdeh1 LLL oğlundan və X1 müştərək qaydada 20 000 ABŞ dolları məbləğində pul xeyrinə tutulmalıdır.

5. Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(008)-2994/2020 saylı qətnaməsi ilə (hakim A.Rzayev) iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh2 14 606 ABŞ dolları məbləğində borcun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), Cavabdeh1 LLL oğlundan 20 000 ABŞ dolları məbləğində borcun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 30 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 LLL oğlundan müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Cavabdeh2 20 000 AB Ş dolları məbləğində borc pul vermiş, sonuncu həmin məbləğdən 2294 ABŞ dollarını özü, 3100 ABŞ dollarını isə digər Cavabdeh1 LLL oğlu qaytarmışdır. Beləliklə Cavabdeh2 həmin borc müqaviləsi üzrə iddiaçıya 14 606 ABŞ dolları məbləğində borcu qalmışdır. Eyni zamanda İddiaçı digər Cavabdeh1 LLL oğluna 20 000 ABŞ dolları məbləğində borc pul vermiş, lakin sonuncu həmin borcdan hər hansı bir məbləğdə pulu iddiaçıya qaytarmamışdır. Belə ki, cavabdehlər iddiaçıdan göstərilən məbləğlərdə borc pul aldıqlarını iddiaçının şikayəti əsasında Sabunçu RPİ-də araşdırma aparılması zamanı vermiş olduqları izahatlarda təsdiq etmişlər. Qeyd olunan izahatlarda cavabdehlər iddia ərizəsində göstərilən məbləğdən daha artıq məbləğdə borc qaytarmalarını bildirsələr də, bununla bağlı mötəbər sübutlarını məhkəməyə təq dim etməmişlər.

7. Məhkəmə vurğulamışdır ki, iddiaçı iddia ərizəsində Cavabdeh1 LLL oğlunun digər Cavabdeh2, o cümlədən X3 digər Cavabdeh1 LLL oğlunun borcu üçün zamin dayanmasını bildirsə də, zaminlik müqaviləsinin bağlanması ilə əlaqədar mötəbər sübutlar təqdim etməmişdir, buna görə də iddia müvafiq hissədə təmin edilməməlidir.

8. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 14.2.1-ci, 385-ci, 386.1ci, 442-ci, 425-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək, onun özünə aid hissədə qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, iddiaçının iddia müddətini ötürdüyü, işə iştir akı olmadan baxıldığından iddia müddətinin ötürülmüş olması barədə ərizə vermək imkanından məhrum olduğu, iddiaçının onlara borcu ABŞ dolları ilə vermiş olmasının sübuta yetirilmədiyi, əslində iddiaçıdan borcu ABŞ dolları ilə deyil, Azərbaycan manatı ilə aldıqları, lakin dolların məzənnəsi qalxdıqdan sonra iddiaçının borcu dollarla hesabladığı, polisdə verdiyi izahatı polisin təkidi ilə yazdığı arqumentləri ilə əsaslandırmışdır.

10. Cavabdeh2 məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, təmsil etdiyi şəxs polis orqanında verdiyi izahatı öz əlyazısı ilə yazsa da, psixoloji təsir altında olmuş, barəsində cinayət işinin başlanmasından qorxduğu üçün iddiaçıya borcunun qaldığını bildirmişdir.

11. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu, təmsil etdiyi şəxsin cavabdehlərin polisdə verdikləri izahatlarını əsas götürüb onlardan daha çox pul istəyə biləcəyi halda, iddia tələbində göstərdiyi məbləği istəməsinin onun xoş niyyətli olmasına dəlalət etdiyini bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Cavabdeh2 nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ZZZ onun qayını, İlham isə bacanağıdır. Uzun müddət ZZZun yanında işləmiş, ZZZun YYYdən bir neçə dəfə pul alıb qaytardığının şahidi olmuşdur. Onda olan məlumata görə ZZZ YYYdən sonuncu dəfə aldığı borcu 2016-cı ilin yay aylarında tam şəkildə ödəmiş, YYYə borcu qalmamışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və S.Bəhrəmzadə) 2(103)-2288/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2994/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh2 14 606 ABŞ dolları məbləğində borcun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), habelə 30 manat dövlət rüsumunun tutulub İddiaçı verilməsi” hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilmiş, Cavabdeh2 14 606 ABŞ dolları məbləğində borcun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), habelə 30 manat dövlət rüsum unun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

14. Kollegiya qeyd etmişdir ki, Cavabdeh2in məhkəmə prosesi barədə məlumatlandırılmış olduğuna dair heç bir sübut yoxdur, məhkəmə isə cavabdehin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və y eri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə mübahisələndirilən hissədə ləğv edilərək həmin hissədə işə, işdə olan və əlavə təqdim edilən sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.

16. Kollegiya bildirmişdir ki, iddia çının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, Cavabdeh2 2016-cı ildə 20 000 ABŞ dolları məbləğində borc vermiş, Cavabdeh2 həmin məbləğdən 2294 ABŞ dollarını özü, 3100 ABŞ dollarını isə digər Cavabdeh1 LLL oğlu qaytarmış, bundan sonra Cavabdeh2 ona 14 606 ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdeh2 isə iddiaçıdan borc aldığını inlar etməmiş, lakin borcu dollarla deyil, manatla götürdüyünü, iddia müddəti ötürüldüyü üçün iddianın rədd edilməli olduğunu bildirmişdir.

17. Məhkəmə kollegiyası müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdən ibarət olduğunu bildirərək qeyd etmişdir ki, Bu kontekstdə kollegiya iki mümkün ehtimal üzrə qiymətləndirmə aparmağı zəruri hesab edi r: Əgər iddiaçı ilə Cavabdeh2 arasında mübahisəli hüquq münasibəti 2016-cı ilin iyul ayından əvvəl (30 iyundan əvvəl) yaranıbsa, o zaman onların arasında etibarlı borc müqaviləsinin bağlanmasından bəhs etmək olar və bu halda iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 739.1-ci maddəsi nəzərdən keçirilməlidir; Əgər iddiaçı ilə Cavabdeh2 arasında mübahisəli hüquq münasibəti 2016-cı ilin iyun ayından sonra (30 iyundan sonra) yaranıbsa, o zaman onların arasında etibarlı borc müqaviləsinin bağlanmasından bəhs etmək müəyyən halların mövcudluğundan asılı olacaqdır.

18. İşin hallarından aydın olur ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır – bu isə o deməkdir ki, əgər onların arasındakı münasibət xx.xx.2016-cı il tarixindən sonra yaranıbsa, həmin münasibət etibar lı borc müqaviləsi əsasında rəsmiləşdirilməmişdir.

19. Bununla yanaşı hazırkı işin halları baxımından nəzərə alınmalıdır ki, hər iki tərəf, aralarında borc münasibətlərinin yarandığını təsdiq edirlər və bu baxımdan kollegiyanın qənaətinə görə onlar, əgər iddiaçının iddia tələbini əsaslandırdığı əqd (xx.xx.2016-cı il tarixindən sonra şifahi bağlandığı ehtimalı halında) lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

20. Başqa sözlə kollegiyanın qənaətinə görə, hər iki ehtmal üzrə tərəflər arasında borc müqaviləsinin bağlandığı nəticəsinə gəlinməsi mümkündür və iddiaçının müvafiq iddia tələbinə müqavilə hüququ əsasında qiymət verilməlidir.

21. Cavabdeh polis orqanında verdiyi və həmin orqanın qüvvədə olan qərarında əks edilən izahatında iddiaçıdan 25 00 0 ABŞ dolları borc aldığını və təxminən 8000 ABŞ dollarını qaytardığını bildirmiş, apellyasiya şikayətində isə həmin izahatı polisin təkidi ilə yazdığını, iddiaçıdan borcu manatla aldığını irəli sürmüşdür. Cavabdehin mövqeyindən belə aydın olur ki, o, hər bir halda iddiaçıdan borc aldığını etiraf edir və həmin borcu tam qaytarmamışdır.

22. Kollegiya hesab etmişdir ki, Cavabdeh2 iddiaya etiraz olaraq irəli sürdüyü halları, yəni iddiaçıdan 25 000 dollar deyil, 25 000 manat aldığını, bunun 8000 dollardan artıq hissəsini qaytardığını, polisdə verdiyi izahatın həqiqəti əks etdirmədiyini mötəbər sübutlarla təsdiq edə bilməmişdir.

23. Bundan başqa kollegiya bildirmişdir ki, apellyasiya baxışı zamanı onun nümayəndəsinin (vəkilinin) vəsatəti əsasında şahid qismində dindirilmiş şəxsin ifadəsi ilə ba ğlı qeyd olunmalıdır ki, birincisi, həmin şahidin bildirdikləri Cavabdeh2 özünün polis orqanında verdiyi izahatla təkzib olunur; ikincisi isə, qanunvericiliyin tələblərinə görə borcun qaytarılmış olması yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s) sübut olunmalıdır və başqa sübutlarla təsdiq oluna bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, şahid, Cavabdeh2 YYYdən aldığı borcu 2016-cı ilin yay aylarında qaytardığını bildirsə də, 2020-ci ildə polisə izahat verən Cavabdeh2 İddiaçı borcunun qaldığını inkar etməmişdir. Cavabdeh2 polisdə verdiyi izahata istinadən ondan daha artıq məbləğdə pul tələb etmə imkanının olmasına baxmayaraq iddiaçının, Cavabdeh2 20 000 ABŞ dolları borc verdiyini və bu məbləğdən 14 606 ABŞ dollarının ödən ilmədiyini bildirməsi, onun səmimi və dürüst davrandığı qənaətinə gəlməyə əsas verir.

24. İddiaçının iddia müddətini ötürmüş olması arqumentini də kollegiya əsassız hesab etmişdir. Belə ki, işin hallarından, onun iddiaçıya borclu olduğu məbləğdən qohumu Cavabdeh1 tərəfindən ödənilən hissənin (3100 ABŞ dollarının) 2017-ci ilin iyul ayında qaytarıldığına qənaət gətirmək mümkündür – xüsusilə ona görə ki, Cavabdeh1la iddiaçı arasında notarial təsdiqli borc müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2017-ci il tarixi nəzərdə tutulmuşdur. Belə olan halda isə iddiaçının iddia müddətini ötürmüş hesab oluna bilməz – çünkü iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə təqdim olunmuşdur.

25. Kollegiya öz mövqeyini əsaslandırarkən MM-in 337.1, 337.3, 337.4, 337.5, 351.1, 351.2, 351.3, 351.4, 351. 5, 372.1, 373.2, 375.1, 375.2, 385.1, 386.1, 390.1, 390.2, 442, 448.1, 739.1, 739.2, 740.1, 740.2, 1091.1, 1092.1, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2288/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə Cavabdeh2 iddiaçıya olan borcuna, digər Cavabdeh1 iddiaçı ilə xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsində nəzərdə tutulan icra müddətini tətbiq e tmişdir. Halbuki, həmin kredit müqaviləsindən də görünür ki, İddiaçı ilə Cavabdeh1 LLL oğlu arasında 28 iyul 2016-cı il tarixdə kredit müqaviləsi imzalanmış həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh1 10 000 manat məbləğində borc vermişdir. Göründüyü kimi həmin borc müqaviləsinin Cavabdeh2 heç bir aidiyyatı yoxdur və həmin müqavilə üzrə icra müddəti Cavabdeh2lə bağlanmış borc müqaviləsinə tətbiq edilə bilməz. Cavabdeh1 LLL oğlu da Cavabdeh2 borcundan heç bir məbləğini ödəməmiş, Cavabdeh2 bütün borcunu özü ödəmişdir. Göründüyü kimi məhkəmə Mülki Məcəllənin 373.2, 375.2, 377.1 və 377.2-ci maddələrini tətbiq etməməklə düzgün olmayan qətnamə qəbul etmişdir.

28. Kassator daha sonra bildirmişdir ki, məhkəmə cavabdehə verilən borcun verilmə anını, yəni Cavabdeh2 hüquq və vəzifələrinin əmələ gəlməsi anını belə, müəyyənləşdirməmiş, öz qətnaməsində borcun verilməsinin vaxtının iki ehtimalının olmasını göstərmişdir. Belə ki, qətnamənin 63, 64 və 65-ci bəndlərində kollegiya iki mümkün ehtimal üzrə qiymətləndirmə aparmağı zəruri hesab etməsini göstərmişdir. Yəni məhkəmə iddiaçı ilə Cavabdeh2 arasında mübahisəli hüquq münasibətinin 2016-cı ilin iyul ayından əvvəl (30 iyundan əvvəl) və ya 2016-cı ilin iyun ayından sonra (30 iyundan sonra) yaranmasının müəyyən edilməli olmasını göstərsə də, sonda hansı nəticəyə gəlməsini, borcun hansı tarixdə verilmiş olmasını, həmin borc müqaviləsinin etibarlı və ya etibarsız olmasını göstərməmişdir. Əqdin etibarsızlığından irəli gələn iddia müddəti bir ildir və bu müddət kəsici müddət hesab edilir ki, məhkəmə bütün bunlara öz münasibətini bildirməli idi. S abunçu RPİ TŞ-də Sərxan YYYov tərəfindən edilmiş şikayətə baxılarkən Cavabdeh2 izahatı onun müdafiəçisinin iştirakı olmadan alınmış, sonradan isə 06 yanvar 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, Cavabdeh2 izahatı həmin qərarda göstərilmişdir. Halbuki, Cavabdeh2 barəsində edilən şikayət hüquq mühafizə orqanlarında araşdırılırdısa, o, müdafiəçi ilə təmin edilməli, onun hüquq və vəzifələri ona elan ediməli idi. Cavabdeh2 hüquq və vəzifələri ona elan edilmədən, onun müdafiəçi ilə təmin edilmək istəyinin olub-olmamasımüəyyən edilmədən ondan alınmış izahat “qanunu pozmaqla əldə edilmiş sübut” hesab edilir ki, bu sübutun iddiaçının yeganə dəlili kimi məhkəmə tərəfindən istifadə edilməsi Mülki prosessual Məcəlləsinin 76.3-cü maddəsinin tələbl ərinin pozulması kimi qiymətləndirilməlidir.

29. Kassator daha sonra qeyd etmişdir ki, iddiaçı Cavabdeh2 2016-cı ildə 20 000 ABŞ dolları məbləğində pul verməsini iddia edir. Bu zaman o, bu məbləği cavabdehə verməsini sübut etməlidir. Cavabdeh2 həmin pul vəsaitini 2015-ci ildə İddiaçı aldığını etiraf edir, yəni artıq İddiaçı bu məbləği borc verməsini sübut etmək vəzifəsi aradan qalxsa da, həmin pul vəsaitini 2016-cı ildə verməsini sübut etmək vəzifəsi qalır. Lakin iddiaçı pul vəsaitini Cavabdeh2 2016-cı ildə verməsini sübut edən heç bir dəlili məhkəməyə təqdim etməmişdir. Cavabdeh2 həmin pul vəsaitini 2016-cı ilin ortalarında qaytardığını bildirir, cavabdehin həmin pul vəsaitini qaytarması onun tərəfindən məhkəməyə dəvət edilmiş şahid ifadəsi ilə sübuta yetir. Eyni zamanda həmin tələb üzrə iddia müddəti ötdüyündən cavabdehin də həmin borcu qaytarmasını sübut etmək vəzifəsi qalmır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılma masından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

34. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

35. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

36. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

37. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndiri lir.

38. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

39. Əgər 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

40. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.

41. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

42. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

43. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

44. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır

45. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

46. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca ic ra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

47. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

48. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

49. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızl ığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

50. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

51. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsin ə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

52. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (31 may 2016-cı il tarixli 269VQD nömrəli Qanunla (xx.xx.2016-cı il tarixdə dərc olunmuşdur) edilən dəyişiklikdən sonrakı redaksiyada).

53. Maddə 740.2. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər (31 may 2016-cı il tarixli 269-VQD nömrəli Qanunla edilən dəyişiklikdən əvvəlki redaksiyada). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2 Mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

61. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araş dırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayəti üzrə kassasiya araşdırmasının predmeti müəyyən edilərkən görünür ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız Cavabdeh2 aid hissədə ləğv etmiş və ona qarşı iddianə təmin etmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Tərəflər arasında yaranan münasibətlər borc münasibətləridir və iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Apelyasiya instansiyası məhkəməsi də işin hallarına bu norma əsasında qiymət vermişdir.

66. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vaci b hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

67. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin bəzi dəlilləri apelyasiya şikayətinin dəlilləri eyni məzmundadır. Digər dəlillər isə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin halları təhlil olunmaqla qiymətləndirilmişdir. Buna görə də apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənm ək mümkündür.

68. Bununla belə, kassasiya şikayətinin tərəflər arasında münasibətlərin nə vaxt yaranması, borcun nə vaxt verilməsinin müəyyən edilməməsi barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu dəlil qətnamənin ləğvinə əsas vermir. Çünki tərəflər arasında borc münasibətlərinin olması sübut olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi tərəflər arasında bu münasibətlərin 2016cı ilin xx.xx.2016-cı il tarixindən əvvəl və ya sonra yarandığı hər iki halda cavabdehin borcu qaytarma öhdəliyinin hüquqi əsaslarını təhlil etmiş və borcu qaytarma öhdəliyinin olduğu barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

69. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyə tinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

70. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

71. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 41 6, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2288/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar