Məhkəmə qərarları › İş №2(102)-2914/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2914/2019

29.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2914/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2018-ci il tarixli, 2(107)2483/2018 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhk əməsinin (hakim R.Kazımov) 01.07.2016-cı il tarixli, 2(051)3245/2016 saylı məhkəmə əmri ilə 22.07.1986-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh kreditor İddiaçı xeyrinə 13000 manat əsas borcun tutulması əmr edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim H.Mirzəliyev) 13.11.2017-ci il tarixli, 2(051)5212/2017 saylı qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 01.07.2016-cı il tarixli, 2(051)-3245/2016 saylı məhkəmə əmrinin ləğv edilərək, iş üzrə məhkəmə iclasının 04.12.2017-ci il tarixə təyin edilməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin (hakim H.Mirzəliyev) 04.12.2017-ci il tarixli, 2(051)5212/2017 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işin baxılması üçün aidiyyəti üzrə Ağdaş rayon Məhkəməsinə göndərilməsi qə rara alınmışdır. Ağdaş rayon Məhkəməsinin (hakim F.Nəsibov) 22.06.2018-ci il tarixli, 2(014)1153/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiasının təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 13000 manat pulun tutulması, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi, Cavabdeh 10 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Quliyev, Ə.Məcidov, M.Əsədli) 12.11.2018-ci il tarixli, 2(107)-2483/2018 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddi a üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Ağdaş rayon Məhkəməsinin 22.06.2018-ci il tarixli qətnaməsinin Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: Kreditor İddiaçı borclu Cavabdeh qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə 01.07.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 13000 (on üç min) manat məbləğində pulun alınıb ona verilməsi barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbi nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə İddiaçı ona qarşı pul tələbinin əsassız olduğundan rədd edilməsi, qarşılıqlı iddiasının isə təmin edilərək, cavabdeh İddiaçı ilə aralarında bağlanaraq Mingəçevir şəhər notariat kontorunda rəsmiləşdirilmiş 30.05.2015-ci il tarixli, ********** saylı “kredit müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh İddiaçı məxsus mağazada satıcı işləyən zaman aparılmış yolxama zamanı mağazada satılan ayaqqabılara görə qeyd edilən məbləğdə çatışmazlıq aşkar edilmiş, mallar qəbul edildikd ən sonra vitrinə yığılan zaman həmin mallarının sayının fakturada qeyd edilən sayda olmadığını dəfələrləİddiaçı bildirsə də o, marahat olmamasını, problem olmadığını bildirmişdir. Lakin yoxlama zamanı çatışmazlıq aşkar edildikdə İddiaçı israrla borcu onun ödəməli olduğunu bildirib, ödəməyəcəyi təqdirdə barəsində dələduzluqla bağlı cinayət işi açılması üçün müraciət edəcəyi ilə hədələmişdir. Ona görə də Cavabdeh ona borc verilmədiyi halda, İddiaçı məcbur etməsi nəticəsində Mingəçevir şəhər notariat kontoruna aralarında 30.05.2015-ci il tarixli kredit müqaviləsi bağlamışlar. Həmin müqavilə başqa əqdi pərdələmək məqsədilə bağlanmışdır. Qeyd olunan müqavilə yalan əqd olduğundan etibarsız hesab edilməlidir. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi qeyd olunan işin həqiqi hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2018-ci il tarixli, 2(107)-2483/2018 saylı qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə icl asına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili X1 qızı kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı Cavabdeh 13000 manat borc pul vermiş, Cavabdeh isə İddiaçı 13000 manat borclu olması və 30 may 2016-cı il tarixinə qədər qaytaracağını öhdəsinə götürərək bu barədə iddiaçı ilə kredit müqaviləsi bağlamışdır. Cavabdeh məhkəmə iclasınd a İddiaçıla aralarında kredit müqaviləsinin imzalanması ilə əlaqədar borc pul verilmədiyini, yəni həmin müqavilə başqa bir müqaviləni pərdələmək məqsədi daşıdığını bildirsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, iddiaçı tərəfindən isə iddianın əsaslı olduğunu sübut edəcək sübutlar təqdim edilmişdir. Cavabdeh İddiaçı 13000 manat borc pul alması və hələ də qaytarmaması İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırılmışdır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 739.1-ci mаddəsinə əsаsən bоrc müqаviləsinə görə iştirаkçılаrdаn biri (bоrc verən) pulа və yа digər əvəz edilən əşyаlаrа mülkiyyət hüququnu digər iştirаkçıyа (bоrc аlаnа) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və y а eyni keyfiyyətdə və miqdаrdа оlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаddəsinə əsаsən bоrc müqаviləsinin predmeti hər hаnsı pul məbləği оlduqdа, о, kredit müqаviləsi аdlаndırılır. Həmin Məcəllənin 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətlərdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci mаddəsinə əsаsən öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxi l оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci mаddəsinə əsаsən məhkəmə işin gedişində təqdim оlunmuş аncаq о sübutlаrı qəbul edir və nəzərə аlır ki, оnlаr işdə tərəflərin tələblərini müəyyən edən fаktlаrlа və hаllаrlа əlаqədаrdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işi n faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, hazırda kassasiya şikayətinin dəlilləri olan, apelyasiya şikayətinin də dəlilləri olmuş hallara hüquqi qiymətini vermiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilm ədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2018-ci il tarixli, 2(107)-2483/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar