Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2914/2023 11.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ərazi aidiyyəti qaydalarının pozulması, aidiyyət mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 may 2023-cü il tarixli, 2(105)-704/2023 saylı qərardadından İddiaçı (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə d air işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 15 sentyabr 2021-ci il tarixdə İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətində olan “Ravon Nexia R3 minik” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra – avtomobil) müqavilə əsasında Cavabdeh1 icarəyə vermişdir. Bundan sonra iddiaçı cavabdehə avtomobili idarə etmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2029-cu il tarixədək etibarnamə də vermişdir. 2. 22 noyabr 2021-ci il tarixdə Cavabdeh1 yol-nəqliyyat hadisəsi törətmiş və inzibati məsuliyyətə cəlb edilmişdir.
3. İddiaçı qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 2097 manat məbləğində ziyan dəymiş, xərcləri də özü çəkmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instans iya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2097 manat maddi ziyan, 100 manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı və 42 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2239 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir.
5. Şuşa Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 oktyabr 2022-ci il tarixli, 2(077)-291/2022 saylı qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia qismən təmin olunmuş, Cavabdeh1 2097 manat maddi ziyan, 100 manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı və 42 manat dövlət rüsumu olmaqla, cəmi 2239 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi digər cavabdehə münas ibətdə təmin edilməmişdir.
6. Məhkəmə tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı mülkiyyətində olan avtomobili 15 sentyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən etibarnamə əsasında Cavabdeh1 vermişdir. Avtomobili istifadəyə verərkən Cavabdeh2 Cavabdeh1 ilə birgə öhdəlik daşımasına dair şifahi razılıq vermişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə saat 20:00-da radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində ara məsafəsi qaydalarını pozmuş və 24 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 2097 manat məbləğində maddi ziyan dəymiş və həmin məbləğ İddiaçı tərəfindən ödənilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 təqsirli hərəkəti nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə 2097 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edildiyindən və həmin məbləğ iddiaçı tərəfindən ödənildiyindən iddia bu hissədə təmin edilərək 2097 manat məbləğində maddi ziyan və hüquqi yardıma görə xidmət haqqı Cavabdeh1 tutulmalıdır.
8. Avtomobil icarəyə verilərkən Cavabdeh2 Cavabdeh1 ilə birgə iddiaçı qarşısında öhdəliyin tamamilə və ya hissə-hissə icra edilməsi ilə bağlı məsuliyyət götürdüyünü bildirmiş olsa belə, bu iradə ifadəsini yazılı formada rəsmiləşdirməmişlər. Qanunvericiliyin tələbinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalı və yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbə b olduğundan iddia tələbi Cavabdeh2 maddi ziyanın tutulması hissəsində təmin edilməməlidir.
9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələri və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, digər cavabdeh X1 əvvəllər tanımamış və aralarında avtonəqliyyat vasitəsi götürülərkən hər hansısa şifahi razılaşma olmamış və o ona zamin dayanmamışdır. Onların birlikdə öhdəlik götürmələri barədə də şifahi raz ılaşma olmamışdır. Yəni bütün bunlar yalan məlumatlardır. O, digər cavabdehi avtonəqliyyat vasitəsini icarəyə götürdükdən sonra iddiaçının işçisi kimi tanımışdır. Avtomobili xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən əvvəlcədən iddiaçının depozit hesabına 1000 manat vəsait qoymaqla etibarnamə ilə idarə etmiş, xx.xx.2021-ci il tarixdə qəza hadisəsi baş vermiş və onunla iddiaçı arasında olan razılaşmaya əsasən o, depozit hesabında qalan 670 manat məbləğində pulun iddiaçı tərəfindən götürülərək dəymiş ziyan qismində məsələnin həll edilməsini razılaşdırmışlar. Hadisədən 3 ay keçdikdən sonra iddiaçı avtomobili təmir etdirməsi üçün “RS Avtoservis”ə müraciət etmiş, maşına baxış keçirilmiş və dəymiş zərərin hesablanması aktına əsasən avtomobilin təmirinə 2097 manat vəsait sərf edilmişdir. “RS Avtoservis” tərəfindən verilmiş akta nəzər saldıqda bütün detalların yenisi ilə əvəz edildiyi müəyyən edilir hansı ki, əvəzlənməsinə ehtiyac yox idi. Məhkəmədə deyilənlərlə qəti şəkildə razı olmamış və avtomobilə həmin məbləğdə ziyanın dəyməsinin qeyri-mümkün, məbləğin şişirdildiyini bildirməsinə baxmayaraq məhkəmə bunları nəzərə almamışdır.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(105)-704/2023 nömrəli, 04 may 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi İlqar Dəmirov, Fuad Məmmədov və Lalə Rəhimli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə baxılması ü çün Ağstafa Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
13. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Əlizadə X3 rayonu, Vurğun qəsəbə ərazi dairəsində qeydiyyatdadır. Cavabdehin rəsmi qeydə alındığı ünvan Şuşa Rayon Məhkəməsinin yurisdiksiyasına aid olmamışdır. İddia ərizəsində cavabdeh kimi Cavabdeh2 da qeyd edilmiş, onun avtomobil icarəyə verilərkən Cavabdeh1 ilə birgə İddiaçı qarşısında öhdəliyin tamamilə və ya hissə-hissə icra edilməsi ilə bağlı məsuliyyət götürdüyü bildirilmiş, lakin birinci və apellyasiya instansiya məhkəməsində aparılmış araşdırma zamanı iddia ərizəsində cavabdeh kimi qeyd edilmiş Cavabdeh2 ümumiyyətlə bu işə aidiyyəti müəyyən edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmalı və ya iddia ərizəsi əsasında başlanmış mülki işi ərazi aidiyyətinə görə cavabdehin rəsmi ünvanı üzrə müvafiq məhkəməyə göndərməli idi.
14. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsi və MPM-in 35.1, 44.2.2, 50.3, 384.0.4, 387.2.1, 387.2.9-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Qərardaddan İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və mahiyyəti üzrə baxılması üçün mülki işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı MPM-in 36.2-ci maddəsində təsbit edilmiş hüququndan istifadə edərək hazırkı iddia ilə cav abdehlərdən birinin (Cavabdeh2) rəsmi qeydiyyata alındığı yer üzrə Şuşa Rayon Məhkəməsinə müraciət etdiyi üçün hazırkı iddianın həmin məhkəmə tərəfindən icraata götürülməsi MPM-in qeyd olunan müddəalarının tələblərinə uyğun olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi isə işə mahiyyəti üzrə baxmaq əvəzinə işin ərazi aidiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilməsi nəticəsinə gəlmişdir. İstinad edilən hallar, yəni Cavabdeh2 işə aidiyyəti olmaması işin ərazi aidiyyətı üzrə digər məhkəməyə göndərilməsi üçün deyil, yalnız həmin cavabdehə aid hissədə iddianın rədd edilməsi üçün əsas ola bilər ki, birinci instansiya məhkəməsi də həmin nəticəyə gəlmişdir. Belə ki, Şuşa Rayon Məhkəməsinin qətnaməsində Cavabdeh2la İddiaçı arasında Cavabdeh1 öhdəliklərinin tam olaraq yerinə yetiril məsinə dair yazılı formada öhdəlik müqaviləsi bağlanmadığı üçün iddia tələbi Cavabdeh2 maddi ziyanın tutulması hissəsində təmin edilməmişdir. Bundan başqa iddia ərizəsindən də göründüyü kimi Cavabdeh2 qarşı konkret tələblər irəli sürülmüş və pulun müştərək qaydada digər Cavabdeh1 ilə yanaşı ondan tutulması da tələb edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq MPM
18. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
19. Maddə 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.
20. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir.
21. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
22. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
23. Maddə 387.2.9. İşə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fakti ki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin ərazi aidiyyəti il bağlı düzgün nəticəyə gəlməmişdir.
27. İlk in olaraq qeyd edilməlidir ki, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2097 manat maddi ziyan, 100 manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı və 42 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2239 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir.
28. İşdən görünür ki, cavabdeh Əlizadə X3 rayon Vurğun qəsəbəsində, digər Cavabdeh2 isə ünvan 2 ünvanda rəsmi qeydiyyatdadırlar.
29. Tərəflər işin ərazi aidiyyəti ilə bağlı heç vaxt mübahisə açmamışlar, hətta apellyasiya icraatında məhkəmə iclası keçirilsə də, tərəflər işin ərazi üzrə başqa məhkəməyə aid olması məsələsini qaldırmamışlar. Sonuncu məhkəmə baxışı zamanı apellyasiya məhkəməsi öz təşəbbüsü ilə prosessual qanunverici liyin tələblərini pozaraq işin ərazi aidiyyəti ilə bağlı qərardad çıxarmışdır.
30. Azərbaycan Respublikası MPM-in 36.2.-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.
31. Hazırkı işdə tələb yuxarıda qeyd olunan normanın dispozisiya şərtlərinə uyğun olan tələbdir. Ona görə birinci instansiya məhkəməsi işə Şuşa Rayon Məhkəməsində baxmaqda haqlı olmuşdur. Çünki cavabdehlərdən biri olan Cavabdeh2 məhz həmin rayon üzrə rəsmi qeydiyyata alınmışdır.
32. Lakin onun iddiaya aidiyyətinin olmamasına görə və ya ona qarşı irəli sürmüş tələbin əsaslı olmamasına istinadla işin aidiyyətinin dəyişdirilməsi yolverilən hesab edilə bilməz.
33. Baxılan iş üzrə iddiaçı göstərilən şəxsi cavabdehlərin sırasından çıxarmamış, ona münasibətdə tələbin həcmini azaltmamışdır. Onun işə aidiyyətinin olmamasını deməklə isə apellyasiya instansiyası məhkəməsi tələbə əvvəlcədən qiymət vermiş olur.
34. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 403, 416, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-704/2023 nömrəli, 04 may 2023-cü il tarixli qərardadı ləğv olunaraq iş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün apellyasiya baxışına qaytarılsın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.