Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2916/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizələrinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2033/2023 nömrəli iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsindən ilk iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Borcun etirafı haqqında müqavilə”yə əsasən, ikinci tərəf birinci tərəfə 424.854 ABŞ dolları məbləğdə borcunun olduğunu bəyan və tam etiraf etmiş, həmin məbləği xx.xx.2022-ci il tarixədək hissə-hissə qaytarmaq şərtilə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmişdir.
2. Cinayət işi materiallarında olan 27 yanvar 2017-ci il tarixli İddiaçı şahid qismində dindirmə protokolunda göstərmişdir ki, “o, 2012-ci ilin iyun ayında Cavabdehla söhbət zamanı Anarın ona birgə işləmək, təsərrü fat materiallarının ticarətinə pul qoyub birgə qazanc əldə etməyi təklif etdiyini bidirmişdir. Söhbət zamanı o, Anarın 150.000 manat verdiyi təqdirdə aylıq 5.000 manat qazanc verəcəyi barəsində razılaşmışlar. Bundan sonra 2013-cü ilin iyun ayına kimi Anar hissə-hissə olmaqla ona cəmi 150.000 manat pul verdi, hər ay Anarın aylıq faizini verirdi, o 2012-ci ilin iyun ayından başlayaraq 2016-cı ilin mart ayına kimi Anara ümumilikdə 282.000 manat faiz vermişdir. 2016-cı ilin mart ayından sonra işləri yaxşı getmədiyindən aralarında narazılıq yarandı, Anar da onun verməli olduğu faizləri cəmləyib sonda 476.000 ABŞ dolları verməli olduğunu bildirdi. 2016-cı ilin oktyabr ayında o, Anar tərəfindən müxtəlif təzyiqlərə məruz qaldığı üçün ürəyində, təzyiqində narahatçılıq yaranmış, buna görə də o, Anar la görüşə bilməmişdir. Səhhəti ilə əlaqədar heç bir tibb müəssisəsinə müraciət etməmiş, evdə müalicə almışdır. Həmin ərəfələrdə xx.xx.2016-cı il tarixdə qardaşı Zamin Anarla görüşmüş və əlyazma yazıb Anarla razılaşmışdır.”
3. Cinayət işi materiallarında olan Cavabdeh ilə İddiaçı xx.xx.2017-ci il tarixli üzləşdirmədə dindirmə protokolunda İddiaçı şahid qismində verdiyi ifadələr ilə ziddiyyət təşkil edən ifadələr vermişdir. Belə ki, üzləşdirmə zamanı o, 2012-ci ilin iyun ayında Anarla birgə işləmək, təsərrüfat materiallarının ticarətinə pul qoyub birgə qazanc əldə etməyi təklif etdiyini bildirmişdir. Daha sonra verdiyi ifadələrində o göstərmişdir ki, 2012-ci ilin iyun ayından 2015-ci ilin iyul ayına kimi Anar hissə-hissə olmaqla ona cəmi 476.000 ABŞ dolları pul vermiş, o hər ay Anara qazanc vermişdir. Beləliklə o Anara ümumilikdə 147.500 manat qazanc vermişdir. Sonradan özünün başqa şəxsi problemləri olduğundan o Anara qazanc və götürdüyü pulu verə bilmədi, Anardan aldığı pulu şəxsi məsrəflərinə xərclədi və buna görə aralarında narazılıq yarandı. Etiraf etmişdir ki, sadəcə olaraq Anar pulu qaytarmayacağı təqdirdə onun barəsində şikayət edib, onu tutduracağını bildirmişdir. Ona görə də məcbur olub Anarı sakitləşdirmk üçün əlyazma yazıb Anara vermişdir. 4. 01 fevral 2017-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi barədə” protokolunda İddiaçı öz ifadəsində bildirmişdir ki, “Cavabdeh 2002-ci ildən etibarən tanıyır, 2012-ci ildə Cavabdeh ilə birgə işlədiyini təklif etmişdir, o da razılaşmışdır. 2012-ci ilin iyun ayından 2015-ci ilin yanvar ayına kimi Cavabdeh hissə-hissə ona 476.000 ABŞ dolları mbələğində pul vermişdir, o da hər ay Cavabdeh qazanc verirdi. O İddiaçı ümumilikdə 147.500 manat qazanc vermişdir, qalan pulları isə şəxsi ehtiyaclarına sərf etmişdir. 2013-cü ilin ortalarından başlayaraq İddiaçı başqa problemləri yaranmışdır, ona görə də İddiaçı götürdüyü pulu və qazancı verə bilməmişdir. 2016-cı ilin yay aylarında Cavabdeh ondan pulunu tələb etmişdir. İddiaçı isə pul əvəzi olaraq anbarda qalan 44.000 manatlıq boltqayka məhsulunu ona vermişdir. İddiaçı bildirmişdir ki, Cavabdeh tərəfindən heç bir təzyiqlərə məruz qalmamışdır. Sadəcə olaraq Cavabdeh onun onun pulunu qaytarmayacağı təqdirdə İddiaçı barəsində şikayət edəcəyini bildirdiyi üçün qardaşı Zamin əlyazma yazmışdır, İddiaçı isə həmin əlyazmadakıları təsdiq edir. Cavabdeh ilə 356.000 ABŞ doll arının qaytarılması ilə bağlı qarşılıqlı razılığa gəlmişlər və istintaq orqanından həmin pulun hissə-hissə qaytaırlmasına şərait yaradılmasını xahiş edir.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı aralarında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış və reyetrdə 3M-1425 nömrə ilə qeydə alınmış “Borcun etirafı haqqında müqavilə”nin etibarsız sayılması qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddiaçı Cavabdeh da cavabdeh İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilk iddianın rədd edilməsi, cavabdehdən ondan aldığı 424.854 ABŞ dolları, mənəvi zərərə görə 42.485 ABŞ dolları və ödənilmiş 1.085 manat dövlət rüsumunun tutularaq oa qaytarılması barədə q ətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5119/2022 nömrəli iş üzrə 09 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı ödəniş gününə qüvvədə olan məzənnə ilə 424.854 ABŞ dolları məbləğdə Azərbaycan Respublikası manatı və 1.012,25 manat məbləğdə dövlət rüsumunun tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... ilkin iddia üzrə İddiaçı barəsində Cavabdeh şikayəti üzrə cinayət işi başlanılsa da, onun barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri tətbiq edilsə də bu hal öz-özlüyündə şəxsi əqdi bağlamağa məcbur etmə (zorakılıq və ya hədələmə) kimi qiymətləndirilə bilməz. Belə ki, İddiaçı tərəfindən barəsində cinayət işi aparıldığı müddət ərzində ona qarşı zorakı hərəkətlər, hədələmə və ya cinayət işinin düzgün aparılmadığına dair hər hansı bir şikayətlər edilməmişdir. Digər tərəfdən, İddiaçı cinayət işinin araşdırması zamanı verdiyi ziddiyyətli ifadə və izahatlarını nəzərə alaraq məhkəmə, onun Cavabdeh 424.854 ABŞ dollar məbləğində borcunun olmadığına dair dəlilini həqiqətə uyğun olmayan dəlil kimi qiymətləndirir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Borcun etirafı haqqında müqavilə”nin etibarlılığını şübhə altına alan halların mövcudluğu sübuta yetirilməmişdir. Odur ki, ilkin iddia əsassız hesab edilərək rədd edilməlidir.... Məhkəmə qarşılıqlı idd ia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçıdan aldığı 424.854 (dörd yüz iyirmi dörd min səkkiz yüz əlli dörd) ABŞ dolları, mənəvi zərərə görə 42.485 (qırx iki min dörd yüz səksən beş) ABŞ dolları və ödənilmiş 1085 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh qaytarılması barədə qarşılıqlı iddiasına qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli “Borcun etirafı haqqında müqavilə” bağlanılmışdır. Lakin İddiaçı Cavabdeh tərəfindən ona ödənilmiş 424.854 ABŞ dolları məbləğində pulun ödənilməsinə dair üzərinə öhdəlik götürdüyünə baxmayaraq öhdə liyini icra etməmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.... Məhkəmə iddiaya 42.485 ABŞ dolları manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir.... İddiaçı ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsıntı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili və sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməli dir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan ilk iddiaçı ondan apellyasiya şikayəti vermişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X6) 2(103)-2033/2023 nömrəli iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Tərəflər arasında borcun etirafı haqqında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilə ilə iddiaçı cavabdehə 424854 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etmiş və xx.xx.2022-ci il tarixə qədər həmin borcu hissə- hissə qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı həmin müqavil əni təzyiq və məcburetmə nəticəsində bağladığını iddia edərək mübahisələndirmiş və etibarsız hesab edilməsini tələb etmişdir. Borcun etirafı haqqında müqavilənin bağlanması ilə həmin ana qədər tərəflər arasında olan mübahisəli hallar aradan qalxmış olur və bu müqaviləyə qədər borcla bağlı tərəflər arasında olan mübahisəli halların araşdırılması zərurəti yoxdur. Həmçinin müqavilə xeyrinə bağlanmış şəxsin həmin borcun olmasını sübuta yetirmək öhdəliyi aradan qalxmış olur. Kollegiya qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında borcun etirafı haqqında müqavilə bağlandıqdan əvvəlki münasibətlərin hazırda araşdırılması zərurəti yoxdur. İddiaçı hazırda müqaviləni mübahisələndirərək, etibarsızlığını tələb etmişdir. Kollegiya qeyd edir ki, iddianın dəlillərindən asılı olmayaraq hazırki iddianın qaldırıldığı vaxta artıq onun məhkəmə müdafiəsi hüququ mövcud olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, həm əhəmiyyətsiz, həm də mübahisə edilən (etibarsız) əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Mübahisə edilən (etibarsız) əqdlərdə həmin müddətin axımı iddiaçının həmin halları bildiyi və ya bilməli olduğu gündən başlayır. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Mə cəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib- verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Hazırkı işdə iddiaçı müqaviləni, məcburetmə və təzyiq nəticəsində bağladığını iddia edərək, mübahisələndirir, belə olan halda müqavilə 2017-ci il tarixdə bağlandığı üçün həmin müqaviləni həmin vaxtdan bir il ərzində mübahisələndirmək hüququ olmuşdur, iddiaçı isə hazırki ərizə ilə 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianın rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Qarşılıqlı iddianın təmin edilmiş hissəsində də məhkəmə düzgün nəticəyə gəlmişdir. İddiaçı müqavilə ilə borcunu etiraf etmiş və xx.xx.2022-ci il tarixə qədər geri qaytarmağı öhdəsinə götürmüş, lakin müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və borcunu qaytarmamışdır. Belə olan halda Cavabdeh haqlı olaraq müqaviləyə əsasən göstərilən borc məbləğini tələb etmiş, məhkəmə də haqlı olaraq həmin pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi qənaətinə gəlmişdir. Qarşılıqlı iddia tələbinə münasibətdə iddia müddətinin tətbiq edilməsi ilə bağlı iddiaçının dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, məhkəmə haqlı olaraq göstərmişdir ki, tərəflər arasında bağlanılmış müqavilə üzrə icra müddəti xx.xx.2022- ci il tarixində bitdiyindən, qarşılıqlı iddia üzrə iddaçı müqavilə üzrə borcun ödənilməsi tələbi ilə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmədən müraciət etmişdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan ilk iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin olunan hissədə rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş etmişdir.
13. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə Mülki Məcəllənin 882.1-ci maddəsini düzgün tətbiq etməmişd ir. Məhkəmə müqaviləni bağlamağa məcburetmə halını müəyyən etmək üçün heç bir tədbir görməmişdir. Tərəflər arasındakı telefon danışıqlarının müəyyən olunmasına dair verilən vəsatətlər istər birinci instansiya məhkəməsi tərəfindən, istərsə də apellyasiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Cinayət işinin icraatına xitam verilməsi barədə xx.xx.20217-ci il tarixli qərarın sonunda Cavabdeh izah olunur ki, mülki qaydada məhkəməyə müraciət etmək hüququ var. Amma, xx.xx.2017-ci ildən 5 il keçdikdən sonra, Cavabdeh Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia müdətinin keçməsinə baxmayaraq, onun xeyrinə qərar qəbul edildi. Cavabdeh və onun nümayəndəsi tərəfindən mülki işin birinci instansiya məhkəməsində baxışı zamanı iddia müddətinin tətbiq olunmasına dair ərizə təqdim edilmədiyindən, məhkəmə nin Mülki Məcəllənin 354.2-ci maddəsi çərçivəsində İddiaçı hüquqlarına dair 1 illik iddia müddətini tətbiq edərək, iddianı təmin etməməsi tamamilə əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı Cavabdeh etirazının dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki h üquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə hə yata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və on a şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır; Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən ha lları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə mi nir və tərəflər üçün məcburi olur; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslana n iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz; Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhk əmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: “Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etiba rlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.... O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürm ək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, qarşılıqlı iddiaçı qarşılıqlı iddianın rədd olunan hissəsi ilə razılaşıb, ondan kassasiya şikayəti vermədiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı ilk iddia rədd edilən və qarşılıqlı iddia təmin olunan hissədə şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.
22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
25. İlk olaraq, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imp erativ) normaların tələblərinə uyğun olması lazımdır.
26. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar).
27. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır.
28. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır.
29. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin məhkəmənin Mülki Məcəllənin 882.1-ci maddəsini düzgün tətbiq etməməsi barədə dəlili konkretləşdirilməmiş, pozuntunun nədə ifadə olunması göstərilməmişdir, belə pozuntu məhkəmə kollegiyası tərəfindən də müəyyən edilmir.
30. Şikayətin sonrakı iki dəlili işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır.
31. İddia müdətinin cinayət işinin icraatına xitam verilməsi barədə xx.xx.20217-ci il tarixli qərardan hesablanmalı olması barədə dəlil əsassızdır. Belə ki, mübahisə predmeti Borcun etirafı haqqında xx.xx.2017-ci il tar ixli müqavilədir, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir, Borcun etirafı haqqında müqavilənin icra tarixi xx.xx.2022-ci il tarixədək razılaşdırılmışdır, üç illik iddia müddəti də sonuncu tarixdən hesablanmalıdır.
32. Kassasiya şikayətinin Mülki Məcəllənin 354.2-ci maddəsi ilə nəzərdə tutulan 1 illik müddətin iddia müddəti olmasına dair dəlil də əsaslı deyil. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı ilə (§19) verilən şərhə görə, Mülki Məcəllənin 354.2-ci maddəsində kəsici müddətlər göstərilmişdir.
33. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhk əməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2033/2023 nömrəli iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. İlk İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.