Məhkəmə qərarları › İş №2(102)-2917/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2917/2019

25.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2917/2019 25.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli, 2(107)2550/2018 nömrəli qətnaməsindən cаvаbdeh Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 09.08.2018-ci il tarixli, 2(075)2125/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cava bdeh1 və Cavabdeh2 müştərək qaydada məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 1530,71 ABŞ dolları əsas, 1186,71 ABŞ dolları faiz və 42,72 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2760,14 ABŞ dolları borcun İddiaçı-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumunun tutularaq onun 20 manatının İddiaçı-nin hesabına, 10 manatının isə dövlət büdcəsinə ödənilməsi qət edilmiş. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) 24.10.2018-ci il tarixli, 2(107)-2550/2018 nömrəli qətnaməsi ilə cаvаbdeh Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməyərək iş üzrə Şəki Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(075)-2125/2018 nömrəli qətnaməsinin dəyişdirilmədə n sаxlаnılması qət edilmişdir. Cаvаbdeh Cavabdeh1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli, 2(107)-2550/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cаvаbdeh Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, iş üçün əhəmiyyəti olan bütün hallar aydınlaşdırılmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli, 2(107)-2550/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən bax ılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı-nin nümayəndəsi, Cavabdeh1, vəkili Mustafayev Dəyanət Musa oğlu və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi qənaət ini Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 448.2, 465.2, 472.1 və 739-cu maddələrinə və Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya kollegiyası kassasiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayəti yalnız formal mülahizələrlə əsaslandırılmış, kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətində göstərilən hallar mübahisələndirilən qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Nəticə olaraq kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cаvаbdeh Cavabdeh 1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli, 2(107)-2550/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar