Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2918/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X2 və Nümayəndə cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X2 və Nümayəndə cəlb edilməklə) “yaşayış sahəsindən istifa də hüququnun tanınması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1754/2024 nömrəli mülki iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 sentyabr 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş (keçmiş Bolşevik) küçəsi, 55 saylı ev (bundan sonra – mübahisəli ev) üzərində Cavadova X3 hüquqları qeydə alınmışdır. 2. 19 avqust 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 12 oktyabr 1978-ci il tarixdə vəfat etmiş S.Cavadovanın vərəsəsi X 1r və miras əmlak olan mübahisəli ev (yeni qaydalarla: AZ 1038, ünvan 1 ünvanında yerləşən 0,07363 ha torpaq sahəsindən və sahəsi 72,7 kv metr fərdi yaşayış evindən ibarətdir və xüsusi mülkiyyət hüququ əsasında 25 avqust 2023-cü il tarixində B.Cavadovun adına qeydiyyata alınmışdır. 3. 23 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən B.Cavadov mülkiyyətində olan mübahisəli evin 0,07363 ha torpaq sahəsinin 0,0311 ha hissəsini və sahəsi 72,7 kv metr fərdi yaşayış evinin 46,5 kv metr hissəsini qardaşı qızı Nümayəndə bağışlamışdır və xüsusi mülkiyyət hüququ əsasında 15 noyabr 2023-cü il tarixində sonuncunun adına qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 17 may 2023cü il tarixli, 2(102)-2050/2023 nömrəli qərarına əsasən İ ddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh2 (bundan sonra – birinci cavabdeh) arasında olan nikah ləğv edilmişdir.
5. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş yaşayış yeri üzrə 5-18-2/22978/23 saylı, xx.xx.2023-cü il tarixli arayışa əsasən iddiaçı mübahisəli evdə qeydiyyatsız yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və övladlarının mübahisəli evdə yaşayış sahəsindən istifadə hüququnun olmasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2la 2006-cı ildə faktiki nikaha daxil olsa da, nikah 12 aprel 2015-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan iki övladı anadan olmuşdur. O, qeyri-rəsmi nikaha daxil olduğu vaxtdan, yəni 2006-cı ildən mübahisəli evə köçərək hal-hazıra kimi həmin evdə yaşayır. Birgə nikahdan olan övladları da həmin evdə yaşamaqla qeydiyyatdadırlar. Həmin evdə övladları və ondan başqa Cavabdeh1 da yaşayır. Cavabdeh2 isə uzun müddətdir ki, Rusiya Federasiyasına köçmüşdür və orada yaşayır. Axırıncı dəfə 2023-cü ilin yanvar ayında müvəqqəti olaraq Azərbaycan Respublikasına gəlib geri qayıtmışdır. Mübahisəli ev Cavabdeh1 qaynanası S.Cavadovanın adınadır. Həmin şəxs vəfat etdikdən sonra həmin evə heç kimin mülkiyyətçi kimi hüququ tanınmamışdır. Lakin cavabdehlər yaşadığı mübahisəli evi heç bir əsas olmadan mütəmadi olaraq onu təhqir edərək tərk et məyini tələb ediblər. Aralarında olan nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur və uşaqlar onun himayəsində olmaqla yanaşı, həmçinin onların maddi ehtiyaclarını o qarşılayır. O, 17 ildir ki, həmin evdə yaşayır və həmin evi dəfələrlə təmir etdirib. Başqa yerdə yaşamağa nə evi var, nə də kirayə ev tutmağa maddi imkanı mövcuddur.
8. Cavabdehlər iddia tələbinə qarşı etiraz təqdim etmiş və etirazlarını onunla əsaslandırılmışdır ki, mübahisəli ev S.Cavadovanın adında olmuş olsa da, sonradan B.Cavadovun mülkiyyətinə keçmişdir və hal-hazırda da sonuncunun mülkiyyətindədir. Həmin evdə cavabdehlər qeydiyyatdadır. İddiaçının onu və övladlarını evdə yaşamağa imkan verməməsi və evi təmir etməsi barədə arqumentləri absurd bir iddiadır. Belə ki, iddiaçının övladları olan Mirzə və Adəm ikinci cavabde hin nəvələridir və onlar onunla birlikdə yaşayırlar, onların gündəlik qida tələbatlarını, təhsil ilə bağlı xərcləri onun tərəfindən qarşılanır. Nəvələrinin anası olan iddiaçı isə öz azyaşlı övladlarının gündəlik tələbat və qayğıları ilə maraqlanmır. Mübahisəli ev qaynı olan B.Cavadova məxsus olduğu üçün, ümumiyyətlə, iddiaçının onlara qarşı iddia qaldırmağı da düzgün deyil. O, iddianı onlara deyil, mənzilin mülkiyyətçisinə qarşı qaldırmalı idi. Onun iddiaçını evdən qovmaq və ya belə bir şəraiti yaratmaq kimi niyyəti yoxdur.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 dekabr 2023-ci il tarixli, 2(006)- 3470/2023 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir (hakim Paşayeva Adilə).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş üzrə iddiaçının nikahı 2015- ci ildə rəsmiləşdirildiyinə görə tərəflər arasında hüquq münasibətləri həmin vaxt yaranmış və iddiaçının mübahisəli evə istifadə hüququnun olub-olmaması həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən olunmalıdır.
11. Məhkəmə Mənzil Məcəlləsinin 30-cu və Ailə Məcəlləsinin 15-ci fəslinə istinadla hesab etmişdir ki, iddiaçı nikaha daxil olarkən köçdüyü yaşayış sahəsinin mülkiyyətçisi S.Cavadova olmuş və həmin maddələrdə nəzərdə tutulan qohumluq münasibəti sözügedən tərəflər arasında aşkar edilmədiyi üçün iddiaçının həmin evdə yaşayış sahəsindən istifadə hüququ yoxdur.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə, Ailə Məcəlləsinin 15-ci fəslinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 228.1- ci və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla, həmçinin qeyd olunmuşdur ki, mübahisəli ünvanda 2 fərdi yaşayış evi yerləşir və həmin fərdi yaşayış evinin birində o, övladları və ikinci cavabdeh, digər fərdi yaşayış evində B.Cavadov və onun ailə üzvləri yaşayır. Sonuncunun mərhum anasının vərəsəsi olaraq 2ci, yəni yaşadığı evə mülkiyyət hüququ əldə etməsinə baxmayaraq birinci instansi ya məhkəməsi qətnamə çıxararkən bu halları tam və obyektiv araşdırmamış və nəticədə iddia tələbini təmin etməmişdir.
15. Cavabdeh Rəhmoə Kərimova apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş və etirazda əlavə olaraq qeyd etmişdir ki, iddiaçı heç bir yerdə işləmədiyi üçün onun heç bir gəlir yeri olmamışdır, ona görə də onun evi təmir etməsi ilə bağlı dediyi fikirlər doğru deyil. İddiaçının iddia qaldırmaqda əsas məqsədi özgəsinin əmlakı üzərində əsassız olaraq istifadə hüququ yaratmaq istəyidir.
16. Üçüncü şəxs B.Cavadov məhkəməyə ərizə təqdim edərək xahiş etmişdir ki, iddiaçı onun ailə üzvü olmadığı və onun mülkiyyət hüquqularını pozan iddia tələbi irəli sürdüyü üçün iddiaçının apellyasiya şikayətini rədd edərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlanıl sın.
17. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış etməklə əlavə olaraq bildirmişdir ki, kiçik övladı xəstəlikdən əziyyət çəkir, ona görə də kənarda başqa evdə kirayə yaşamağa maddi imkana yoxdur, həmçinin onun yaşadığı evlə B.Cavadovun adına çıxarış olan evin ayrı evlərdir, bu barədə fotoşəkillər təqdim etmişdir.
18. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi olan Nümayəndə bildirmişdir ki, evin hal-hazırkı sənədləri ondadır, ev daha öncə nənəsinin adına olub və atası rəhmətə getdiyi üçün əmisi onlara düşən payı ona vermişdir. O, uşaqları və həyat yoldaşı da həmin evə qeydiyyatdadır.
19. Üçüncü şəxs B.Cavadov məhkəməyə ərizə təqdim edərək xahiş etmişdir ki, qərar qəbul edilərkən onun xx.xx.2024-cü il tarixli ərizəsi (16-cı bənddə qeyd edilən) nəzərə alınmasın, həmçinin qeyd etmişdir ki, iddiaçının həmin evdən istifadə hüququnun tanınmasına heç bir etirazı yoxdur.
20. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Nümayəndə bildirmişdir ki, evdə anasının və qardaşının payı yoxdur, yalnız onun payı var. Evi də o təmir etdirib və içərisindəki əşyalar ona məxsusdur. Onlar iddiaçını heç vaxt evdən çıxartmamışlar, həmçinin iddiaçı qeyd etmişdir ki, uşaqlarından biri xəstədir, əgər elədirsə, o zaman bunu sübut etsin. Uşaqlardan birinə o, digərinə anası baxır. İddiaçı özü də işləyir və yetəri qədər normal əmək haqqı alır. İddiaçının uyğunsuz hərəkətlərinə görə o öz evinə gedə bilmədiyindən kirayə yaşayır.
21. Məhkəmə tərəfindən yerində baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli ünvandan iki fərdi yaşayış evi var, iddiaçı evin B.Cavadov tərəfindən S.Çezikə bağışlanmış hissəsində yaşayır. B.Cavadovun mülkiyyətində qalan hissə isə daş hasarla mübahisə predmeti olan torpaq sahəsi və evdən təcrid olunmuş vəziyyətdədir. Evin iddiaçının yaşadığı hissəsi 2 otaqdan ibarətdir, evin 1 otağında ikinci cavabdeh, 1 otağında isə iddiaçı 2 uşağı ilə birlikdə yaşayır. Həyətin digər hissəsində isə qeydə alınmamış özbaşına tikili vardır.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1754/2024 nömrəli iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: F.Qasımov - sədrlik edən və məruzəçi, F.Abdıyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh2 aralarında olan nikahı 2015-ci ildə rəsmiləşdirsələr də, faktiki olaraq nikah münasibətləri 2006-cı ildə yarandığı (mübahisəsiz haldır) üçün iddiaçı da həmin tarixdə mübahisəli mənzilə köçmüşdür. Ona görə də ilk öncə həmin vaxt istifadə hüququnun yaranıb-yaranmamasına qiymət vermək gərəklidir. Belə ki, mübahisəli ev texniki pasporta əsasən S.Cavadovaya məxsus olduğundan və həmin əmlak miras əmlak olaraq B.Cavadovun mülkiyyətinə keçdiyindən evə mülkiyyətdə olan ev kimi qiymət verilərsə, o zaman münasibətlərə həmin dövrdə qüvvədə olan, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə şamil olunan Mülki Məcəllənin 228-ci maddəsinin normaları tətbiq olunmalıdır, lakin həmin maddədə nəzərdə tu tulan şərtlər mövcud olmadığına görə iddiaçının qanuni istifadə hüquqi yaranmamışdır.
24. Bundan başqa mübahisəli evin yalnız texniki pasporta əsasən S.Cavadovaya məxsus olması nəzərə alınarsa, yəni həmin yaşayış evi mülkiyyətdə olmayan ev kimi qiymətləndirilərsə, o zaman 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə şamil olunan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsasən iddiaçının istifadə hüququ yaranmış olur. Lakin bu zaman da nəzərə almaq lazımdır ki, yaşayış sahəsi sonradan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən B.Cavadovun adına rəsmiləşdirilmiş, o isə həmin yaşayış sahəsinin bir hissəsini (iddiaçının yaşadığı otaqların olduğu sahə) Nümayəndə bağışlamışdır. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mə mmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarix qərarına istinadla hesab etmişdir ki, iddiaçının, yəni, digər ailə üzvlərinin yaşayış sahəsinə yaşayış hüququnun yaranması həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalı olduğu üçün iddiaçının istər, B.Cavadova, istərsə də Nümayəndə münasibətdə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara əsasən istifadə hüququ yaranmır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, B.Cavadovun xüsusi mülkiyyət hüququ ilə ona məxsus sahəsi 72,7 kv metr olan ikinci evin 46,5 kv metr hissəsini sonradan bağışlama müqaviləsinə əsasən Nümayəndə bağışlamışdır və həmin evlə iddiaçının istifadə hüququnun tanınmasını tələb etdiyi evin heç bir əlaqəsi yoxdur, lakin apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən bu hala diqqət yetirməmiş və işə obyektiv, hərtərəfli və tam baxmadan iddia tələbini təmin etməmişdir.
27. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı (İİ bənd), 127-ci (İİ və İV bənd), 129-cu (İİİ bənd), Mülki Məcəllənin 6.1.1 və 228.5-ci və M PM-in 88-ci maddələrinə istinadla əsaslandırılmışdır. b)
28. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
30. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
31. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
32. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
33. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyy ətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı 34....Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə il ə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1754/2024 nömrəli mülki iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.