Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2919/2019 26.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, üçüncü şəxs X1, nümayəndəsi və vəkili 1 iştirakı ilə, Üçüncü şəxs X1 nümayəndəsi və vəkili1 Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-3038/2018 nömrəli iş üzrə 10 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin (hakim T.Ə.Məmmədov) 2(025)-625/2012 nömrəli, 04 dekabr 2012 -ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Qəbələ rayonun Çarxana bələdiyyəsinin 20 oktyabr 2003-cü il tarixli 19 saylı qərarı əsasında 99 il müddətinə bağlanmış torpağın icarəyə verilməsi haqqında müqavilə üzrə iddiaçının mərhum əri X3 icarəsinə verilmiş 0,54 hektar torpaq sahəsinin koordinatları iddiaçı göstərilməklə yerində ona tanıdılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın (hakimlər M.A.Əsədli) (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov İ.F.Quliyev) 2(107)-3038/2018 nömrəli, 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə hüquq və vəzifələrinə toxunulan üçüncü şəxs X1, onun nümayəndəsi və vəkili 1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 04 dekabr 2012-ci il tarixli, 2(025)-625/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçının cavabdeh Qəbələ rayonun Çarxana bələdiyyəsinə və maraqlı şəxs DT və XK Qəbələ rayon Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qəbələ rayonun Çarxana bələdiyyəsinin 20 oktyabr 2003-cü il tarixli 19 saylı qərarı əsasında 99 il müddətinə bağlanmış torpağın icarəyə verilməsi haqqında müqavilə üzrə verilmiş 0,54 hektar torpaq sahəsinin koordinatları göstərilməklə yerində ona tanıdılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Üçüncü şəxs X1 nümayəndəsi və vəkili 1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-3038/2018 nömrəli iş üzrə 10 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edib, işin yenidən bax ılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına üçüncü şəxsin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X1, nümayəndəsi və vəkili 1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası icla sının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)3038/2018 nömrəli iş üzrə 10 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş yenidən baxılması üçün göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahi sənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, 20 oktyabr 2003-cü il tarixdə Qəbələ rayonun Çarxana bələdiyyəsi ilə X8 arasında 0,54 hektar torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsinə dair müqavilə 06 aprel 2005-ci il tarixdə DT və XK Qəbələ rayon şöbəsində qeydə alınmışdır və icarəyə ayrılmış torpan sahəsinin yerquruluşu planı da tərtib edilmişdir. İzzət Daşdəmirov 14 noyabr 2004-cü il tarixdə vəfat etmiş, onun vərəsələri tərəfindən müqavilənin ləğv olunmasına dair heç bir müraciət olunmamış və müqavilə mübahisələndirilməmişdir. Müqavilə bu günə qədər qanun qüvvəsindədir. Qeyd edilən torpaq sahəsi miras əmlak olaraq X3 vərəsələri tərəfindən qəbul edilmiş, müqavilə bu günə qədər qanun qüvvəsind ədir, həmin sənədlərin ləğv edilməsi üçün hər hansı hüquqi əsas olmadığından və məhkəmədə belə bir hal müəyyən edilməmişdir. İcarə müqaviləsi və onun qeydə alması qanuni və əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi Qəbələ rayon Şöbəsinin 04 dekabr 2012-ci il tarixli, 422 saylı rəyində Qəbələ rayonun Çarxana bələdiyyəsinin 20 oktyabr 2003-cü il tarixli 19 saylı qərarı əsasında İddiaçı mərhum əri X4 icarəsinə Çarxana bələdiyyəsinin torpaqlarından 0,54 hektar torpaq sahəsinin verildiyi, icarə müqaviləsinin DT və XK Qəbələ rayon şöbəsində qeydiyyatdan keçdiyi göstərilmişdir. İcarə müqaviləsinin heç bir şərti pozulmamışdır. Bundan başqa torpaq sahəsinə dair icarə müqavi ləsi tərəflərin iradələrinə uyğun olaraq tərəflər arasında könüllü bağlanmaqla imzalanmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.1, 157.2, 159, 421.1, 421.2, 1131.1, Torpaq Məcəlləsinin 700.1, 700.2, 719.6-cıci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri işin həqiqi hallarını, tərəflərin qarşılıqlı münasibətlərinı əks etdirmədiyi, həmçinin qəbul etdiyi qətnamə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, 20 oktyabr 2003-cü il tarixdə Qəbələ rayonun Çarxana bələdiyyəsi ilə X8 arasında 0,54 hektar torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsinə dair müqavilə imzalanmışdır. Həmin torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə verilmişdir ki, torpağı icarəyə götürən İzzət Daşdəmirov təyinatı üzrə torpaq sahəsindən istifadə etmişdir. Müqavilə qanuna uyğun olaraq DT və XK Qəbələ rayon şöbəsində qeydiyyata alınmış, müqavilə 06 aprel 2005-ci il tarixdə DT və XK Qəbələ rayon şöbəsində qeydə alınmışdır və icarəyə ayrılmış torpan sahəsinin yerquruluşu planı da tərtib edilmişdir. İzzət Daşdəmirov 14 noyabr 2004-cü il tarixdə vəfat etmişdir. İddia tələbinə əsasən iddiaçı Qəbələ rayonun Çarxana bələdiyyəsinin 20 oktyabr 2003-cü il tarixli 19 saylı qərarı əsasında 99 il müddətinə bağlanmış torpağın icarəyə verilməsi haq qında müqavilə üzrə verilmiş 0,54 hektar torpaq sahəsinin koordinatları göstərilməklə yerində ona tanıdılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, qeyd olunan torpaq sahəsi mərhumun sağlığında təyinatı üzrə istifadə edilmiş və hazırda iddiaçı vərəsə olaraq həmin müqavilə üzrə öhdəlikləri davam etdirmək istəyir. İşin materiallarından görünür ki, iddia ərizəsinə iddiaçının övladlarının ona verdiyi etibarnamə əlavə edilsə də, iddia ərizəsini o öz adından imzalayaraq, öz adından da iddia qaldırmış və məhkəmələr də sonuncunun iddia tələbi üzrə qətnamələr qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilkin olaraq hazırki tələbin mahiyyətinin konkret olaraq nədən ibarət olmasını aydınlaşdırmamışdır. Belə ki, tələbdən belə aydın olur ki, idd iaçının mərhum ərinin sağlığında ikən 20 oktyabr 2003-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi bağlanarkən və sonuncunun da vəfatına qədər təyinatı üzrə istifadə etdiyi torpaq sahəsinin yerini bilməyib. Həmçinin də kollegiya qeyd edir ki, iş materiallarından müqavilə üzrə verilmiş 0,54 hektar torpaq sahəsinin koordinatları göstərilməklə yerində ona tanıdılmasına dair iddiaçının müvafiq aidiyyatı orqanlara müraciət etməsi və onların bu müraciətlə bağlı onun hüquqlarını pozan hərəkət və ya hərəkətsizliyinin olması görünmür. Halbuki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müda fiəsindən istifadə etmək hüququna malikdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin sözügedən müqavilənin bu günə qədər qanuni qüvvəsində olmasına dair qənaətini hansı sübutlar əsasında formalaşdırması da qəbul etdiyi qətnaməsindən görünmür. Belə ki, işin materiallarında olan Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin 03.10.2018-ci il tarixli cavab məktubuna əsasən 20 oktyabr 2003-cü il tarixdə Qəbələ rayonun Çarxana bələdiyyəsi ilə X8 arasında 0,54 hektar torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsinə dair müqavilə bələdiyyənin sədri X12 tərəfindən ləğv edilmiş və bələdiyyə tərəfindən X3 icarəsinə verilmiş ərazinin bir hissəsi, yəni, 0,45 ha hektar ölçüdə hissəsi onun ölümündən sonra oğlu X6 icarəsinə 20.05.2005-ci il tarixli 04 saylı müqavilə ilə 99 il müddətinə icarəsinə ve rilmişdir. Bələdiyyə fonduna aid olan qalan 0,54 ha torpaq sahəsindən qalan 0,09 ha ölçüsündə torpaq sahəsi və bələdiyyə fonduna aid olan həmin əraziyə bitişik 0,33 ha ölçüsündə torpaq sahəsi Qəbələ rayonun Çarxana bələdiyyəsinin sədri X16 ilə Bakı şəhər sakini X9 ilə aralarında bağlanmış olduğu 01.01.2006-cı il tarixli 01 saylı qərarı ilə 12.01.2006-cı il tarixdə icarə müqaviləsi əsasında sonuncunun 99 il müddətinə icarəsinə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən məktuba və məktubda göstərilən halların təsdiqi ilə bağlı məzmununda sözügedən və təqdim edilmiş müqavilələrə ümumiyyətlə heç bir hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və ə lavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası iş materiallarında olan iddiaçı X1 cavabdeh Qəbələ rayonu, Çarxana bələdiyyəsinə, maraqlı tərəf DT və XK Qəbələ rayon şöbəsinə, X7 qarşı torpaq sahəsinin icarəyə verilməsi haqqında 12.01.2016-cı il tarixli müqavilənin qismən ləğv edilməsi tələbi ilə bağlı ərizəsinin baxılmamış saxlanılmasına dair Qəbələ rayon məhkəməsinin 11.01.2010-cu il tarixli 2(025)-03/2010 saylı qərardadına da diqqət yetirməmişdir. Qərardaddan görünür ki, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin qaytarılmasını xahiş etməsi əsası ilə ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən qərardadın qəbul ed ilməsinə əsas olmuş mülki iş materiallarına iddianın əsaslılığı baxımından baxış keçirilməsinin zəruriliyini müzakirə etməmişdir. Belə ki, sözügedən qərardadın məzmunundan aydın olur ki, iddiaçı bələdiyyə fonduna aid olan 0,54 ha torpaq sahəsindən qalan 0,09 ha ölçüsündə torpaq sahəsi və bələdiyyə fonduna aid olan həmin əraziyə bitişik 0,33 ha ölçüsündə torpaq sahəsi Qəbələ rayonun Çarxana bələdiyyəsinin sədri X16 ilə Bakı şəhər sakini X1 ilə aralarında bağlanmış olduğu 01.01.2006-cı il tarixli 01 saylı qərarı ilə 12.01.2006-cı il tarixdə icarə müqaviləsindən 2010-cu ildə məlumatlı olmuş, 2012-ci ildə isə 0,54 ha torpaq sahəsi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1 və 700.2-ci maddələrinə əsasən icarə müqaviləsi əmlak kiray əsi müqaviləsidir. Bu müqaviləyə görə kirayə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəyəmə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 719.6-cı maddəsinə əsasən icarəçi öldükdə onun vərəsələri, habelə icarəyə verən müqavilənin ləğvinə dair bildirişi təqvim ili rübünün sonu üçün qüvvəyə minməklə altı ay əvvəldən vermək hüququna malikdirlər. Yalnız o halda vərəsələr müqavilənin icarəyə verən tərəfindən ləğv olunması barədə şikayət verə bilər və müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilərlər ki, onların və ya digər miras şəriklərinin və ya bunu tapşırdıqları hər hansı üçüncü şəxsin əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadəni təmin etdikləri ehtimal olunsun. Əgər vərəsələr icarə müddətinin qurtarmasına azı üç ay qalmış şikayət verməzlərsə və icarəyə götürülmüş əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadə olunacağını ehtimal etməyə imkan verən hallar barəsində məlumat verməzlərsə, icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən imtina edə bilər, etiraz barəsində bildiriş və məlumat yazılı formada tərtib edilməlidir. Razılıq əldə edilməzsə, qərarı vəsatət əsasında məhkəmə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üz rə və ya hər iki əsasla keçir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə obyektivliyi tam təmin etmək məqsədi ilə qeyd edilən və apellysiya şikayətində sadalanan digər hallar, eləcə də, şikayətə əlavə edilmiş sənədlərin məzmununda diqqətəlayiq olan mühüm hallara hüquqi qiymət verməməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının tələblərinə riayət etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Qərarın 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Sözügedən Qərarın 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmas ına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edi ldiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia üzrə obyektiv nəticəyə gəlmək üçün maddi və prosessual qanunun göstərilən tələblərinə əməl olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən və qətnamə çıxarılarkən Azərbaycan Respublikası MPM-nin 418.4.3-cü maddəsinin tələbi də pozulmuşdur. Həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının işə baxan məhkəmə tərkibinə daxil olmayan hakimlər tərəfindən çıxarılması şikayətin dəlillərindən asılı olmayaraq həmin qətnamə və ya qərardadın ləğv olunması üçün əsasdır. Belə ki, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən 10 dekabr 2018-cı il tarix li qətnaməsi hakimlər X13, X10 və X2 ibarət tərkibdə çıxarılmışdır. Lakin iş üzrə tərtib olunmuş məhkəmə iclas protokolunda işə hakimlər X13, X10 və X14 tərəfindən baxıldığı qeyd edilmişdir. Məhkəmə iclas protokolunda işə hakimlər X13, X10 və X14 tərəfindən baxılması faktı əksini tapdığı halda Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.01.2019-cu il tarixli qərardadı ilə qətnamədə məhkəmə tərkibi ilə bağlı yanlışığ düzəldirmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntuları na yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməli dir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-3038/2018 nömrəli iş üzrə 10.12.2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2919/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2919/2019
26.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver