Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2919/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: LPO “X2” ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2919/21 (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli, 2(103)2727/2020 saylı qətnaməsindən iddiaçı LPO “X2” ASC-nin kasasiya şikayəti üzrə işə 24 may 2021-ci il tarixdə Al i Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncudan 22 iyun 2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 8.563,56 manat, 22 iyun 2017-ci il tarixə hesablanmış faiz borcuna görə 2.448,75 manat, cəmi 11.012,31 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan “Daewoo Nexia” markalı, Az **-NV-*** dövlət qeydiyyat nişanlı və “KİA-Rio” markalı, Az **OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, ipoteka predmeti olan nəqliyyat vasitələrinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, əldə edilən vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə və ya tələbin ipoteka predmetlərinə yönəldilməsi mümkün olmadıqda tələb olunan vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim K.B.Əsədov) iddia təmin edilərək, cavabdehdən 22 iyun 2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 8.563,56 manat, faiz borcuna görə 2.448,75 manat, cəmi 11.012,31 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın ipotekaya qoyulmuş və cavabdehin mülkiyyətində olan “Nexia” markalı, Az **-NV-*** dövlət qeydiyyat nişanlı, “KİA Rio” markalı, Az **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəql iyyat vasitələrinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehdən ümumi qaydada tutulması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəfləri arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb. Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcu yaranıb. Kredit borcunun ipoteka predmetlərinə yönəldilməsi üçün əsaslar əmələ gəlib. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442-c i maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və E.C.Kazımov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd olunub. İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması ü çün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov sədrlik edən, məruzəçi, M.T.Əhmədova və Q.Ə.Allahverdiyev) kasasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və R.M.Həsənov) apelyasiya şikayəti qismən t əmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qətnaməsi qismən- kredit borcunun məbləği və tutmanın “Kia Rio” markalı, Az **-OG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi hissəsində ləğv edilib, cavabdehdən 22 iyun 2012-ci il tarixli kredit müqaviləsi üzrə 711,78 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi, iddianın “Kia Rio” markalı, Az **-OG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi hissəsində rədd edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmayıb, cavabdehin iddiaçıya olan kredit borcunu düzgün müəyyə n etməyib. Belə ki, 22 iyun 2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya olan kredit borcu 711,78 manat təşkil edir. Bundan əlavə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış 25 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilərək “Kia Rio” markalı, Az **-OG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipotekadan azad edildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi tutmanın həmin nəqliyyat vasitəsinə yönəldilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd olunmalı və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda apelyasiya baxışı zamanı tərəflər arasında 22 iyun 2012-ci il tarixli müqavilənin imzalanmaması öz təsdiqini tapmamışdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində ikinci icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə d air etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Azər Hüseynli kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İddiaçı LPO “X2” ASC-ti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməm əsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.2.1. maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətind ə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul etməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 22 iyun 2012-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 26 faizlə 9.500 manat kredit verilib. Kredit müqaviləsinin təminatı kimi 22 iyun 201 2-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus olan “Nexia” markalı, Az **-NV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, habelə 25 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən “KİA Rio” markalı, Az **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka qoyulub. Eyni zamanda, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış 25 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsi Cavabdeh tələbinə əsasən etibarsız hesab edilərək, “Kia Rio” markalı, Az **-OG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipotekadan azad edilib. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 16 iyul 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, 22 iyu n 2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş kredit borcu cəmi 711,78 manat müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmayıb qeyd etmişdir ki, iddiaçı sözügedən kredit müqaviləsi ilə razılaşdırılmış krediti cavabdehə versə də, sonuncu həmin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada iddiaçıya qaytarmayıb. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən ekspert rəyini araşdırıb qeyd etmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliy in məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu baxımda apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, Mülki Məcəllədə və tərəflər arasında bağlanmış kredit müqaviləsində ayrı qayda müəyyənləşdirilmədiyindən, borclu sayılan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 319.1-ci maddəsində göstərilir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Ona görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 22 iyun 2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh iddiaçıya o lan kredit borcu cəmi 711,78 manat müəyyən edildiyindən o, həmin kredit borcunu iddiaçıya ödəməyə borcludur. Bundan əlavə, qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış 25 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilərək, “Kia Rio” markalı, Az **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipotekadan azad edildiyindən, apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq birinci instansiyası məhkəməsinin qətnaməsi tutmanın həmin nəqliyyat vasitəsinə yönəldilməsi hissəsində ləğv edilərək, iddia həmin hissədə rədd edilmişdir. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçı kasa siya şikayətində ekspertin rəyi ilə razılaşmayıb kreditin hesablama qaydasına əməl edilmədiyini, düstur və digər açıqlayıcı məlumatların rəydə öz əksini tapmadığını, məlumatların ümumiyyətlə səhv yazıldığını və sair göstərsə də, tələbinin əsas kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq müna sibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Ona görə də kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası M PM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı LPO “X2” ASC-nin kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli, 2(103)-2727/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2919/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2919/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver