Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2920/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2920/2019 17 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.10.2016-cı il tarixli 2(107)922/2016 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay rayon məhkəməsinin 01 aprel 2016-cı il tarixli qətnaməsi ilə (hakim F.M.Əfəndiyev, iş № 2(046)-85/2016) İddiaçı-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək tərəflər arasında bağlanmış 11 avqust 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən cavabdehdən cəmi 20.644,23 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdehə məxsus fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 20.000 manat məbləğində müəyyən edilməsi, evin açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, qalan pul vəsaitinin cavabdehə verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər: G.Q.Abbasov, K.İ.Rəhimov və R.R.Rəfiyev) cavabdehin apellyasiya şikay əti qismən təmin edilərək Göyçay rayon məhkəməsinin 01 aprel 2016-cı il tarixli qətnaməsi kredit borcunun məbləğinə və ipoteka predmetinin ilkin satış qiymətinin məbləğinə aid hissələrdə ləğv edilmiş, kredit borcunun cəmi 18.790,02 ABŞ dolları məbləğində, ipoteka predmetinin ilkin satış qiymətinin 35.000 manat məbləğində müəyyən olunmasına dair qətnamə qəbul edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 11 avqust 2014-cü il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik 22 faiz olmaqla 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi cavabdehə məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. 2015-ci ilin sentyabr ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin lazımınca icra edilməməsi səbəbindən banka cəmi 21.859 ABŞ dolları məbləğində borcunun qalmasını əsas göstərməklə həmin borcun cavabdehdən bankın xeyrinə tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək ipoteka qoyulmuş əmlakın dəyərinin düzgün qiymətləndirilməməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək qətnam ənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin qanuniliyi yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində mübahisələndi rildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılmalıdır. İşdən görünür ki, tərəflər 11 avqust 2014-cü il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələ b edə bilər. İş materiallarından görünür ki, ipoteka müqaviləsində əmlakın ilkin satış qiyməti 35000 manat dəyərində müəyyən olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İddiaçı tərəfindən ipoteka predmetinin qiyməti mübahisələndirildiyindən birinci instansiyası məhkəməsi qiymətləndirici təyin etmiş və Qiymətləndirmə Xidməti “xxxx” MMC-nin 29 fevral 2016-ci il tarixli qiymətləndirmə rəyində evin dəyərinin 20000 manat olması müəyyən olunmuşdur. Birinci instansiyası məhkəməsi mütəxəssis rəyinə əsaslanmaqla əmlakın ilkin satış qiymətini 20.000 manat məbləği ndə müəyyən etmişdir. X2 Məhkəməsinə ünvanlandığı apellyasiya şikayətində cavabdeh tərəfindən də ipoteka predmetinin qiyməti mübahisələndirildiyindən məhkəmə kollegiyası müstəqil qiymətləndirici təyin etmiş və “xxxx” MMC-nin 03 oktyabr 2016-cı il tarixli qiymətləndirmə rəyində evin dəyərinin 75000 manat olması müəyyən olunmuşdur. Qiymətləndirmə rəylərinin arasında kəskin fərq olmasını nəzərə alan apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin satış qiymətinin ipoteka müqaviləsində göstərilən 35000 manat məbləğində müəyyən etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Az ərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 19 oktyabr 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2920/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2920/2019
17.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver