Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2920/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) 17.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2751/2024 nömrəli 2 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixində qeydiyyata alınmışdır.
2. Bakı şəhəri, Nizami küçəsi ev 86 ünvanında yerləşən 36 saylı mənzil Cavabdeh sahibliyindədir.
3. İddiaçı Cavabdeh və Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “mülki hüquq pozuntusu nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbi Bakı şəhəri Səbail rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, İddiaçı vurulmuş maddi ziyanın kompensasiyası kimi 1642 manatın və dövlət rüsumunun əvəzi kimi 20 manatın, cəmi 1662 manat məbləğində pulun Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən tutulub İddiaçı ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 86 saylı evin 36 saylı mənzili qarşısında olan açıq keçid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün həmin sahədə təmirbərpa işlərinin aparılması vəzifəsinin Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, keçirilmiş məhkəmə tikintitexniki ekspertizalarının xərci olan cəmi 300 manatın Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən, Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin apellyasiya şikayəti tam təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv olunmuş və həmin hissədə yeni qətnamə çıxarılmış, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 1642 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manatın, cəmi 1662 (min altı yüz altmış iki) manat məbləğində pulun tutulub İddiaçı ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 86 saylı evin 36 saylı mənzili qarşısında olan açıq keçid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin aparılmasının Cavabdeh həvalə edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir 5. “Pro Təmir İnşaat” şirkəti ilə Cavabdeh arasında “Evlərin tikinti və təmiri xidməti barədə ” xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış, Cavabdeh tərəfindən “Pro Təmir İnşaat”a 440 manat və 660 manat olmaqla, cəmi 1100 manat məbləğində vəsait ödənilmişdir
6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin Cavabdeh ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, onun yaşadığı binanın dam örtüyünün dəyişdirilməsi zamanı suaxıdan boruların düzgün quraşdırılmaması, binanın damında quraşdırılan 4 tonluq su çəninin bəzən daşması və pilləkən meydançasını su basması barədə müraciəti araşdırılmış, göstərilən pozuntuların aradan qaldırılması barədə Agentlik tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edilmişdir
7. X5, X4 və Vəkil1 tərəfindən tərtib edilmiş “ünvan 2 ünvanında yerləşən mənzilə su basmasının nəticələri ilə bağlı” 16 ap rel 2021-ci il tarixli aktda aşağıdakılar göstərilmişdi: “...Mənzilin sahibi İddiaçıdur, mənzil 4 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir, 8 otaqdan ibarətdir. Baxış zamanı aşağıdakılar ortaya çıxdı: Mənzilin mətbəxt və ona bitişik otaq sahələrində müxtəlif yerlərdə yuxarı mərtəbədən intensiv su axıntıntısı müşahidə olundu. Mətbəx otağının uzunluğu 6.3 m, eni 2.3 m, daxili hündürlüyü 3.8 m olmaqla döşəməsinə metlax döşənmiş, divarları şpaklyovka qatı ilə suvanmış, boya ilə rənglənmiş tavanına alüminium təbəqəli asma tavan quraşdırılmışdır. Mətbəx otağında və ona bitişik görüş otağının konstruktiv elementləri üzərində və mətbəx otağında yerləşən mətbəx mebelinin, eləcə də mebel daxilinə quraşdırılmış kombi və ariston markalı su qızdırıcı avadanlıqların üzərində intensiv su sızmaları mövcuddur. Mətbəx otağının divarlarında su sızmaları müşahidə edilir. Tikilinin tavanına quraşdırılmış asma tavan üzərində axan suların yığılması halı aşkar edildi. Su sızmadan mətbəxin digər kombi avadanlığı yerləşən hissəsinin ətraf divarları və kombinin üzərində, eləcə də ariston markalı su qızdırıcının üzərində və ətraf divarlarında su sızmalar müşahidə edildi. Bununla yanaşı mətbəxin tavanında alüminium təbəqəli asma tavan təbəqəli olan mətbəx otağının divarında da su sızmaları aşkar edildi. Mənzillərə aid sahəsi 9.94 kv.m təşkil edən dəhliz hissəsinin döşəməsinə laminat döşənmiş divarlarına divar kağızı yapışıdırlmış tavanına alçıpan vurulmuş üzəri boya ilə rənglənmişdir. Baxış zamanı dəhlizin tavanına quraşdırılmış alçipan təbəqəsi üzərində su sızmaları aşkar edildi. Mənzilin görüş otağının uzunluğu 6.4 m, eni 4.7 m olub hündürlüyü 3.8 m təşkil edir. Otağın döşəməsinə laminat döşənmiş, divarlarına divar kağızı yapışdırılmış, tavanına alçıpandan təbəqəli asma tavan quraşdırılmışdır. Mətbəx otağının görüş otağına bitişik olan arakəsmə divarının tavana birləşmiş hissəsində intensiv su sızmaları müşahidə olunur. Bununla yanaşı həmin otağın tavanda da su sızmaları aşkar edilmiş və həmin hissəyə aid döşəmədə laminat təbəqəsi üzərində su yığılması müəyyən edildi. Su sızması yuxarı mərtəbədə yerləşən 36 saylı mənzilin sahəsindən olmuşdur, lakin 36 saylı mənzilin sahibi evdə olmadığından onun mənzilinə baxış keçirilə bilmədi”.
8. İddiaçı ilə Azərbaycan Respublikası Fövqəlad
8. İddiaçı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi TTNDA “Azərdövlətsənayelayihə” DLİ-ni n arasında 11 may 2023-ci il tarixdə 23/26 nömrəli müqavilə bağlanmış, texniki baxış və texniki rəyin verilməsi üçün müqavilə qiyməti 590,00 (beş yüz doxsan manat, 00 qəpik) manat razılaşdırılmış, həmin məbləğ İddiaçı tərəfindən “Azərdövlətsənayelayihə” DLİ-nin bank hesabına köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. Orucov X2 Tofiq Əliş oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki hüquq pozuntusu nəticəsində ona dəymiş 9156,0 manat maddi və 500 manat mənəvi ziyanın, 110 manat vəkil xidmət haqqının və 100 manat dövlət rüsumunun cavabdehdən tutulması, cavabdeh öz mənzilindən onun mənzilinə su axmasının səbəblərinin aradan qaldırılması üçün heç bir tədbirlər görmədiyi üçün və bunun nəticəsində əmlakına onun tərəfindən qəsdən ziyan vurulduğundan müvafiq qaydada Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkibinin olması barədə xüsusi qərardad qəbul edilməsi, təyin edilmiş məhkəmə tikinti ekspertizasının nəticəsinə uyğun olaraq cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 86 ünvanındakı 36 saylı mənzilin texniki vəziyyəti barədə hüquqi qiymət verilməsi və təsbit edilmiş nöqsanların mövcud tikinti norma və qaydalara uyğun olaraq tərtib və müvafiq dövlət qurumu tərəfindən təsdiq edilmiş təmir-tikinti layihə sənədi əsasında aradan qaldırılmasının cavabdehə vəzifə kimi həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 86, mənzil 18, 20, 21, 23 saylı mənzillərin mülkiyyətçisidir, cavabdeh ünvan 3 ünvanda yaşayan üst mərtəbədəki qonşusudur. Cavabdehin mülkiyyətində olan 36 saylı mənzildən illərdir onun mənzilinə su sızması nəticəsində ona xeyli miqdarda ziyan vurulmuş, son dəfə 2021-ci ilin aprel ayında dəymiş ziyan kifayət qədər yüksək olmuşdur. Tərəfindən son illər cavabdehə qarşı 2 dəfə Səbail Rayon Məhkəməsində iddia qaldırılaraq vurulmuş ziyanın ödənilməsi tələb edilmiş, məhkəmə qətnaməsi ilə ziyanın tutulması təmin edilmiş, həmin qətnamə ilə eyni zamanda özünə məxsus açıq tipli eyvandan təbiət çöküntülərinin yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin aparılması cavabdehə həvalə edilmişdir. Bununla əlaqədar icra məmuru tərəfindən Cavabdeh məxsus mənzilə bir neçə dəfə baxış keçirilmiş, aktlar tərtib edilərək məhkəmə qətnaməsinin ic rasının təmin edilməsi tələb edilmişdir. Lakin cavabdeh nəinki məhkəmə qətnaməsini icra etmir, hətta qərəzli olaraq qəsdən ona məxsus mənzilin zədələnməsinə səbəb olacaq səviyyədə əhəmiyyətli dərəcədə ziyan vurmağa davam edir. Mənzildən normal istifadə etmək imkanını bərpa etmək məqsədi ilə öz mənzilini tam olaraq 2020-ci ildə təmir etdirmiş, bundan sonra yeni təmir edilmiş mənzilə 36 saylı mənzildən yenidən aprel 2021-ci ildə su sızması nəticəsində ziyan dəymişdir. Bu hadisə barədə şahidlərin iştirakı ilə akt tərtib edilmişdir. Hadisədən sonra Cavabdeh bir neçə dəfə Səbail Rayon İcra və Probasiya şöbəsi tərəfindən xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticə olmadığından yenidən məhkəməyə yeni hadisə ilə bağlı iddia qaldırılması qərara alınmışdır. Son dəfə su sızması nəticəsində dəymiş zi yanı qiymətləndirmək məqsədi ilə X3nə müraciət edilmiş, cavabdeh tərəfindən ona məxsus mənzilin yenidən qəsdən zədələnməsinə yönəlmiş hərəkətləri nəticəsində vurulmuş ziyanın məbləğinin ümumilikdə 9.156,0 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin onun əmlakının qəsdən zədələnməsinə yönəlmiş hərəkətləri nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir və bu ziyan artmaqda davam edir. Cavabdeh hərəkətlərinin qəsdən edilməsinə illərdir məhkəmə qərarının icra edilməməsini göstərmək olar. Belə ki, Bakı şəhər Səbail Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyevin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədi üzrə hələ xx.xx.2018-ci il tarixli “İcraata başlama haqqında” qərarı ilə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 86 sa ylı mənzil qarşısında olan keçid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin aparılması barədə tələbi könüllü olaraq 10 gün müddətində təmir edilməsi həvalə edilmişdir. Bu günə kimi bu icra işi yerinə yetirilməyib, Cavabdeh müxtəlif vaxtlarda xəbərdarlıqlar edilməsinə baxmayaraq 36 saylı mənzilə aid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün heç bir tədbir görülməyib və su sızma hadisəsi davam edir. Nəzərə almaq lazımdır ki, son dəfə 2018-ci ildən başlayaraq cavabdehin 36 saylı mənzilindən mütəmadi su sızmalar nəticəsində mərtəbə arası tavan və ona aid daşıyıcı konstruksiya və elementlər kifayət qədər zədələnib, hazırda 20 saylı mənzildə n istifadə edərkən bu hal həyat və sağlamlığa təhlükə mənbəyi kimi qiymətləndirilə bilər. Lakin bunun qəza vəziyyətində olub-olmamasının hüquqi əsaslandırması yalnız müvafiq dövlət qurumlarının mərtəbə arası tavan və ona aid daşıyıcı konstruksiya və elementlərin texniki müayinəsi ilə müəyyən edilə bilər.
11. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 5 may 2022-ci il tarixli 10/1043 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərin bir neçə mətbəx, görüş və digər otaqlarının konstruktiv elementləri üzərində olan qüsurları nəzərə alaraq sözügedən mənzilə su sızma hallarını olduğu və suyun sızması Cavabdeh məxsus 36 saylı evin mətbəx, sanitar və açıq tipli eyvanında yerləşən kommunikasiya xətlərind ən baş verdiyi, bu səbəbdən də İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərə ziyan dəydiyi müəyyən edilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami 86 ünvanında ikinci mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 18, 20, 21, 23 saylı mənzillərdə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 5536,0 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərin bir neçə mətbəx, görüş və digər otaqlarının konstruktiv elementləri üzərində su sızma izlərinin və su sızma nəticəsində yaranmış qüsurların olduğu müşahidə edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş AKT-ın məlumatlarına əsasən sözügedən mənzillərə su sızmasının 16 aprel 2021-ci il tarix də baş verdiyi müəyyən edilmişdir
12. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, “Bakı şəhəri, Nizami küçəsi 86 saylı binanın 3-cü mərtəbəsində yerləşən 36 saylı mənzildən binanın 2-ci mərtəbəsində yerləşən 18, 20, 21 və 23 saylı mənzillərinə su sızması nəticəsində 2-ci mərtəbədə yerləşən mənzilin giriş və mətbəx otaqlarının metal tirlər arası dəmir-betondan olan mərtəbəarası örtüklərinin metal tirləri ciddi şəkildə korroziyaya uğramış, beton mühafizə qatı isə aşınmışdır. 18, 20, 21,23 saylı mənzillərin tavan, 36 saylı mənzilin isə döşəmə konstruksiyası (mətbəx və “holl” hissəsində) texniki cəhətdən yolverilməz vəziyyətdədir. Bakı şəhəri, Nizami küçəsi 86 saylı binanın 2-ci və 3-cü mərtəbələrində yerləşən mənzillərin təhlükəsiz istismarını təmin etmək məqsədilə mərtəbəarası örtüklərdə layihə əsasında gücləndirmə işlərinin aparılması məqsədəuyğun hesab edilir”.
13. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyul 2023-ci il tarixli 10/1371 nömrəli ekspert rəyində göstərilmişdir ki, “İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərin bir neçə mətbəx, görüş və digər otaqlarının konstruktiv elementləri üzərində olan qüsurları nəzər alaraq sözügedən mənzilə su sızma hallarını olduğu və suyun sızması Cavabdeh məxsus 36 saylı evin mətbəx, sanitar və açıq tipli eyvanında yerləşən kommunikasiya xətlərindən baş verdiyi, bu səbəbdən də İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərə ziyan dəydiyi müəyyən edilmişdi r. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami 86 ünvanında ikinci mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 18, 20, 21, 23 saylı mənzillərdə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 5536,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Fövqəladədə Hallar Naziliyinin Tikintidə X1 Agentliyinin 08 iyun 2023-cü il tarixli mütəxəssis rəyinin məlumatlarına əsasən, Bakı şəhəri, Nizami küçəsi 86 saylı binanın 3- cü mərtəbəsində yerləşən 36 saylı mənzildən binanın 2-ci mərtəbəsində yerləşən 18, 20, 21 və 23 saylı mənzilləriə su sızması nəticəsində 2-ci mərtəbədə yerləşən mənzilin giriş və mətbəx otaqlarının metal tirlər arası dəmir-betondan olan mərtəbəarası örtük lərinin metal tirləri ciddi şəkildə korroziyaya uğramış, beton mühafizə qatı isə aşınmışdır. 18,20,21,23 saylı mənzillərin tavan, 36 saylı mənzilin isə döşəmə konstruksiyası (mətbəx və holl hissəsində) texniki cəhətdən yolverilməz vəziyyətdədir. Bakı şəhəri, Nizami küçəsi 86 saylı binanın 2-ci və 3-cü mərtəbələrində yerləşən mənzillərin təhlükəsiz istismarını təmin etmək məqsədilə mərtəbəarası örtüklərdə layihə əsasında gücləndirmə işlərinin aparılması məqsədəuyğun hesab edilir”.
14. Sonradan iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim etmiş, mülki hüquq pozuntusu nəticəsində ona dəymiş 9156,0 manat maddi, 500 manat mənəvi ziyan, 110 manat vəkil xidmət haqqı, 100 manat dövlət rüsumu, 590 manat ekspertiza xərcinin cavabdehdən tutulması, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 86 saylı binanın 36 saylı mənzilinin döşəmə konstruksiyasının yararsız vəziyyətinin aradan qaldırılması məqsədi ilə cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 86, 36 saylı mənzilin hərrac vasitəsilə, tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılması barədə qətnamə qəbul olunmasını, cavabdeh su axmasının səbəblərinı aradan qaldırılması üçün uzun illərdir tədbirlər görmədiyi və bunun nəticəsində əmlakı onun tərəfindən qəsdən zədələndiyi üçün, onun əməlində Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkibinin araşdırılması üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı iddia tələbinə əlavəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı alınmış məhkəmə ekspertiza mərkəzinin xx.xx.2023-cü tarixli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən ona vuru lmuş ziyanın dəyəri 5536 manat olmuşdur. Eyni zamanda, həmin rəylə təsdiq edilmişdir ki, Bakı şəhəri, Nizami küçəsi 86 saylı binanın 3-cü mərtəbəsində yerləşən 36 saylı mənzildən binanın 2-ci mərtəbəsində yerləşən 18, 20, 21, 23 saylı mənzillərə su sızması nəticəsində 2-ci mərtəbədə yerləşən mənzilin giriş və mətbəx otaqlarının metal tirlər arası dəmir betondan olan mərtəbəarası örtüklərinin metal tirləri ciddi şəkildə korruziya uğramış, beton mühafizə qatı isə aşınmışdır. 18, 20, 21, 23 saylı mənzillərin tavan, 36 saylı mənzilin isə döşəmə konstruksiyası (mətbəx və “holl” hissəsində) texniki cəhətdən yolverilməz vəziyyətdədir. Bakı şəhəri, Nizami küçəsi 86 saylı binanın 2-ci və 3-cü mərtəbələrində yerləşən mənzillərin təhlükəsiz istismarını təmin etmək məqsədilə mərtəbə arası örtüklərdə l ayihə əsasında gücləndirmə işlərinin aparılması məqsədəuyğundur. Cavabdeh qəsdən etdiyi hərəkətsizliyi nəticəsində ona ziyan vurulmaqla yanaşı mülkiyyətində olan mənzildən təhlükəsiz istifadə etmə hüququndan (konstitsion hüquqdan) məhrum edir. İddia tələbinin həcmindən görünür ki, ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı mənzilindən təhlükəsiz istismar etmək məqsədilə qüsurların aradan qaldırılmasını tələb edir. Bu tələbi Cavabdeh tərəfindən aradan qaldırılmayacağı aşkardır. Çünki, illərdir eyni tərəflər arasında davam edən eyni mübahisələr onu deməyə əsas verir ki, Cavabdeh mülkiyyətində olan mənzildəki qüsurları aradan qaldırmaq niyyəti yoxdur və o, mülkiyyət hüquqlarından başqalarının ziyanına istifadə edir.
16. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz verilmiş, etiraz da aşağıdakılar göstərilmişdir: “Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyul 2023-cü il tarixli 10/1371 nömrəli ekspert rəyini qanunsuzdur. Həmin rəydə guya onun mənzilindən iddiaçının mənzillərinə 5536 manat ziyan dəydiyi qeyd edilmişdir, bu tamamilə absurddur, belə ki, həmin rəy verilərkən ümumiyyətlə onun mənzilinə baxış keçirilməmişdir, ekspert onun mənzilini düzgün incələmədən, hər yerə lazımı və avadanlıqlardan istifadə etməklə baxmadan sadəcə bir dəfə kənardan vizual baxaraq belə bir rəy vermişdir. Kənardan vizual baxaraq, hər hansı bir alətdən, avadanlıqdan istifadə etmədən rəy verməsi həqiqəti əks etdirmir və düzgün sayıla bilməz. Belə ki, iddiaçının ona qarşı qaldırdığı digər məhkəmə araşdırmasında, eyni zamanda FTTN-nin verdiyi aktda da müəyyən olunmuşdur ki, İddi açı mülkiyyətində olan mənzillərdə konstruktiv dəyişiklər etmiş və bununla da tikinti norma və qaydalarını pozmuşdur. Onun mənzilinin qarşısında olan açıq eyvanda da İddiaçı tərəfindən müdaxilə olunmuş və orada müəyyən işlər görülmüşdür. Mülkiyyətində 36 nömrəli mənzildən iddiaçının mənzilinə heç vaxt hər hansı bir su sızıntısı olmamışdır, bu hal bundan qabaqda iddiaçı tərəfindən ona qarşı qaldırılmış iddia tələblərində də sübut olunmuşdur. Eyni zamanda, yaşadığı 36 saylı mənzillə yanaşı 37, 38 nömrəli mənzillərdə İddiaçı mənzilinin üstündə yerləşir bundan əlavə binanın damında qadağan olunmasına baxmayaraq 4 tonluq su çəni vardır eyni zamanda 30-40 metrlik rezin su şlanqı ilə binanın hər yerini sulayır (öz mənzillərində edə bilər). 36 nömrəli mənzilin su və kanalizasiya boruları nə divarı n içindən keçir nə də üzəri sementlənməyib (bağlanmayıb) mənzilin eyvanında olan kanalizasiya və su borularına aid təftiş qapaqları və ventilyasiya (mənzilin və zirzəmisinin havasını dəyişən) pəncərə İddiaçı tərəfindən şəxsən bağlanmışdır. 36 nömrəli mənzilin həyət eyvanının zirzəmisindən keçən kanalizasiyanın çuqun borusu sındırılıb ora “plastmas” boru calaştırılmışdır. Yük saxlayan divarlar yenə də İddiaçı tərəfindən zədələnmişdir 36 saylı mənzilin həyət eyvanını saxlayan divarlar dağıdılmışdır. İddiaçı təmir adı ilə qeyri-konstruktiv planlaşdırma aparmışdır bu barədə Fövqaladə Hallar Nazirliyinin müvafiq qurumunun rəyi də vardır. İddiaçı ona qarşı şər və böhtanlarını atmaqda davam etməsi onun 4 saylı MİS-nin və Səbail rayon MKTB-nin nümayəndələri ilə əlbir olub onun mənzilini yəni 36 nö mrəli mənzili ələ keçirtməkdir. Bunu şəxsən İddiaçı onun özünə də bildirmişdir. İddiaçı bu kimi iddialarla dəfələrlə məhkəməyə müraciət etmişdir. Keçirilən məhkəmə proseslərində alınmış ekspert rəylərində açıq aydın müəyyən edilmişdir ki, onun mənzilindən yəni 36 nömrəli mənzildən onun mənzilinə hər hansı bir su sızıntısı olmamışdır. Eyni zamanda, İddiaçı buna bənzər iddialarla dəfələrlə məhkəməyə müraciət etmiş məhkəmə tərəfindən bu iş hər tərəfli və obyektiv araşdırılmış, iş üzrə 3-4 dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək keçirilmiş və ekspertlər iş üzrə dolğun rəy vermişdirlər. İddiaçının ona qarşı bu kimi iddialar qaldırmasında niyyəti ona mənəvi izdirab vermək, maddi ziyan vurmaq və onu bezdirib mənzilini əlindən almaqdır. Buna sübut olaraq bildirir ki, Bakı Apellyas iya məhkəməsinin 23 aprel 2018-ci il tarixli 2(103)-2937/2018 saylı qətnaməsi ilə Səbail rayonu, Nizami küçəsi, 86 saylı evin 36 saylı mənzil qarşısında olan açıq keçid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlər aparılması ona həvalə edilmiş, bununla əlaqədar olaraq o, xx.xx.2020-ci il tarixdə "Pro Təmir İnşaat” şirkəti ilə rəsmi müqavilə bağlayaraq şirkət tərəfindən həmin eyvanda təmir aparılmasını razılaşmış və bunun müqabilində o, həmin şirkətə 2 dəfəyə olmaqla 1100 manat pul vəsaiti ödədi, həmin şirkət təmir işlərinə başladı, lakin İddiaçı hədə-qorxusu və təsiri nəticəsində həmin şirkət təmiri yarımçıq qoyaraq bir daha gəlmədilər. Bu halın özü bir daha təsdiq edir ki, iddiaçı özü bilərəkdən, qəsdlə mənzil inə su axıdır, onun tərəfindən eyvanın təmir olunmasına imkan vermir, belə etməkdə isə vahid niyyəti onun mənzilini əlindən almaqdır. Hazırkı ekspert rəyində müəyyən olunmur ki, daha əvvəlki məhkəmə prosesində ekspert tərəfindən müəyyən olunmuş qüsurlar aradan qaldırılmışdır ya yox. Hazırkı ziyanın həmin ziyan olub-olmaması müəyyənləşdirilməmişdir. 20 ildən çoxdur ki, İddiaçı ona şər və böhtan alır, o, nəyin hesabına olursa-olsun onun həyət eyvanının qarşısında tikinti işləri aparmağa can atır, 6 dəfə su axır bəhanəsi ilə onların yaşayış sahəsinə ekspert gətizdirmiş, həmin ekspertlər suyun axmasının onun mənzilindən və eyvandan olmadığını bildirmişdirlər. İddiaçı Səbail rayon 4 saylı MİSK mühəndisi Əli Allahverdiyev ilə birlikdə qəzalı olmayan 32 kv.m olan eyvanı ona polis, prokurorluq v asitəsi ilə təzyiq göstərərək, mütəxəssis olmadan fəhlələrə sökdürdülər, İddiaçı keyfiyyətsiz materiallarla özləri həmin eyvanı yenidən qurdular, dövlət fondundan eyvanı guya bahalı materiallarla təmir etmələrinə saxta sənədlər, rəylər verərək aldıqları pulları öz ciblərinə qoymuşdurlar. Belə ki, eyvanın “şveller” dəmirləri 10-12 sm yox, 5-6 sm, ayaq altına düzülən metlax isə suyu özünə çəkən küçələrə düzülən metlaxdan idi. İddiaçı və Ə.Allahverdiyev eyvan tökməkdə anlayışı olmayan usta və fəhlələrin əli ilə tökülmüş betonun enindən uzun olan taxta parçaları sancmışdır ki, gələcəkdə oradan qar-yağış suyu aşağı mərtəbəyə sıza bilsin. O, onlardan çubuqların çıxarılması və onların yerinə beton tökülməsini təkidlə xahiş etsə də onlar buna məhəl qoymadılar. Bundan başqa, İddiaçı mənzillərdə qey ri-konstruktiv dəyişikliklər aparmışdır. Həyət eyvanının ağırlığının saxlayan qalın divarları dağıdaraq eyvanı az qala uçurmuşdur, ikinci mərtəbədə bir metrə kimi qalınlığı olan və eyvanı ağırlığını saxlayan divarı dağıtmışdır, kanalizasiyaların çuğun borusunu qırıb bir tərəfi açıq olan plastmas boruya birləşdirmişdir. Bizimlə eyni mərtəbədə olan 37-38 saylı mənzillərin zirzəmisində olan döşəməni dağıtmışdır. Mütəmadi olaraq, ağır “kuvalt”, çəkiclə, uzun drellərlə həyət eyvanını saxlayan divarları dəlik-deşik etmişdir. İddiaçı məqsədi mənzilinə su sızması görüntüsü yaratmaqdır, o, 30-40 metrlik rezin su şlanqları ilə istədiyi yerləri sulayaraq mənzilinə su sızır deyə hay-küy salır. İddiaçı dəfələrlə bu kimi iddia ərizələri ilə müvafıq məhkəmələrə müraciətlər etmiş, hansısa vasitələr ilə on a qarşı qeyriobyektiv qərarlar çıxartdırmış, onun əmək haqqı və təqaüdündən min manatlarla pul çıxılmışdır. Ondan tutulan pullar hesabına isə hər hansı bir təmir işləri aparmamışdır (əgər həqiqətən su sızması vardısa). Onun kimi zəhmətkeş bir insanın pulunu, havayı yollarla əldə edən İddiaçı kimi adamların niyyəti, özgə hesabına yaşamaq və qarşısındakı insana şərböhtan ataraq pul əldə etməkdir. Onun 70 ildən artıqdır ki, yaşadığı mənzilini ələ keçirtmək üçün onu şərləyib həbsə belə saldırmaq istəyir ki, orada da onu məhv etdirsin. O, elmi işçidir, hazırda X8 Əliyevin Azərbaycan SSR-də İX beşillikdə rəhbərliyi ilə əlaqədar olaraq monoqrafiya üzərində çalışır. Bundan başqa, İddiaçı onun konstitusiyon hüquqlarını pozur, ona rahat yaşamağa imkan vermir, onun bu cür əməlləri nəticəsində o, mənə vi sarsıntı keçirir, iztirablar çəkir.
17. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-20/2023 nömrəli, 12 dekabr 2023cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbi qismən təmin edilmiş, maddi zərərin əvəzi olaraq 7536 (yeddi min beş yüz otuz altı) manatın, həmçinin mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş məbləğin 500 (beş yüz) manat hissəsinin, vəkil xərcinin 80 (səksən) manat hissəsinin, dövlət rüsumunun 70 (yetmiş) manat hissəsinin Cavabdeh tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.
18. Məhkəmə müəyyən etmişdir ki, daha əvvəl də su sızması nəticəsində İddiaçı zərər vurulmuş və Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 1642 manatın və ödənilmiş dövlət rü sumunun əvəzi olaraq 20 manatın, cəmi 1662 (min altı yüz altmış iki) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 86 saylı evin 36 saylı mənzilin qarşısında olan açıq keçid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin aparılmasının Cavabdeh həvalə edilməsi qət edilmişdir
19. Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir.
20. Məhkəmə hesab etmişdir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkət ləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır.
21. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvan üzrə iddiaçıya məxsus 18, 20, 21, 23 saylı mənzillərinə su sızması nəticəsində iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur. Mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 5 may 2022-ci il tarixli 10/1043 nömrəli və 13 iyul 2023-ci il tarixli 10/1371 nömrəli ekspert rəylərindən görünür ki, İddiaçı mə xsus 18, 20, 21,23 saylı mənzillərin bir neçə mətbəx, görüş və digər otaqlarının konstruktiv elementləri üzərində olan qüsurları nəzərə alaraq sözügedən mənzilə su sızma hallarını olduğu və suyun sızması Cavabdeh məxsus 36 saylı evin mətbəx, sanitar və açıq tipli eyvanında yerləşən kommunikasiya xətlərindən baş verdiyi, bu səbəbdən də İddiaçı məxsus 18, 20, 21,23 saylı mənzillərə ziyan dəydiyi müəyyən edilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami 86 ünvanında ikinci mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 18, 20, 21, 23 saylı mənzillərdə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 5536,0 manat məbləğində müəyyən olunmuşdur.
22. Məhkəmə daşınar əşyalara da dəymi ş zərərin əvəzinin müəyyən edilməsi ilə bağlı əmtəəşünaslıq ekspertizası təyin etsə də, hazırda həmin yaşayış sahəsində təmir işləri aparıldığından və avadanlıqlar dəyişdirildiyindən onlara dəymiş zərərin ekspert tərəfindən müəyyən edilməsi mümkün olmamışdır.
23. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən "X3” MMC-nin 3 iyun 2021-ci il tarixli 324 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami 86 ünvanında ikinci mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 18, 20, 21, 23 saylı mənzillərdə su sızması nəticəsində vurulmuş zərərin məbləği 7758.90 manat məbləğində müəyyən edilmişdir ki, həmin məbləğin 2000 manatı, yəni hər biri 1000 manat olmaqla mətbəx mebelinin bərpası və yeni kombi avadanlığının quraşdırılması üçün nəzərdə tutulmuşdur.
24. Məhkəmə "X3 ” MMC-nin mütəxəssis rəyi ilə 7758.90 manat məbləğində müəyyən edilmiş zərərin məbləğindən mətbəx mebelinin bərpası və yeni kombi avadanlığının quraşdırılması üçün nəzərdə tutulmuş 2000 manat məbləğini çıxdıqda qalan 5758,90 manat məbləğlə Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2023-ci il tarixli 10/1371 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş 5536,0 manat məbləği arasında cüzi fərq olduğunu nəzərə alaraq, mətbəx mebelinin bərpası və yeni “kombi” avadanlığının quraşdırılması üçün həmin mütəxəssis rəyini qeyd edilən hissədə sübut növü kimi qiymətləndirməklə əsas götürülməsini məqsədə müvafiq hesab etmişdir. Belə ki, mütəxəssis rəyindən görünür ki, tədqiqat zamanı mətbəx otağında yerləşən "BOSCH” markalı kombi avadanlığı üzərinə və daxilinə su sızma nəticəsində sıradan çıxdığı üçün dəyişdiri lərək yeni "Lambert” Lx4Fl kombi avadanlığı ilə əvəz edilmişdir. Smeta cədvəli ilə müəyyən olunur ki, dəyişən avadanlıqlar üzrə-taxta mətbəx mebelinin bərpası üçün 1000 manat, kombi avadanlığının dəyişdirilməsi (quraşdırılma və sazlama ilə birlikdə) üçün 1000 manat, elektrik və işıqlanma sistemində qüsurların aradan qaldırılması (material, işçilik) üçün 500 manat xərc çəkilmişdir.
25. Beləliklə, məhkəmə ekspert rəyini və məhkəmə baxışı zamanı təqdim edilmiş digər sübutları tədqiq edərək, iddiaçıya məxsus olan Bakı şəhəri, Səbail rayonu, Nizami 86 saylı evin 18, 20, 21, 23 saylı mənzillərinə cavabdehə məxsus üst mərtəbədə yerləşən 36 saylı mənzildən suyun sızması halının baş verməsi qənaətinə gələrək hesab etmişdir ki, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə ekspert rəyi ilə müəyyən edilmiş 5536,0 (beş min beş yüz otuz altı) manat məbləğində pul vəsaiti, həmçinin mətbəx mebelinin bərpası və yeni kombi avadanlığının quraşdırılması üçün çəkilmiş cəmi 2000 (iki min) manat məbləğində xərc, ümumilikdə 7536 manat tutulmalıdır.
26. Məhkəmə iddianın mənəvi zərərin vurulması ilə bağlı hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, hazırkı işdə cavabdehin hərəkətlərinin iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması sübuta yetirilmir, odur ki, iddia bu hissədə təmin edilməməlidir. İddia tələbi “Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 86 saylı binanın 36 saylı mənzilinin döşəmə konstruksiyasının yararsız vəziyyətinin aradan qaldırılması məqsədi ilə Cavabdeh məxsus mənzilin hərrac vasitəsilə, tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılması” tələbi əsassızdır, belə ki, cavabdehin mülkiyyətindəki əmlakın qəzalı (istismara yararsız) vəziyyətdə olması hazırkı məhkəmə araşdırmasının predmetini təşkil etməmiş, həmin əmlakın qəzalı (istismara yararsız) vəziyyətdə olduğu qanunla müəyyənləşdirilmiş qaydada təsdiq edilməmiş, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosedur qaydalara ardıcıl olaraq əməl edilməmişdir. 27. “Cavabdeh su axmasının səbəblərinı aradan qaldırılması üçün uzun illərdir tədbirlər görmədiyi və bunun nəticəsində əmlakın onun tərəfindən qəsdən zədələndiyi üçün onun əməlində Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkibinin araşdırılması üçün xüsusi qərardad qəbul edilməsi” tələbinə münasibətdə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 26 5.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
28. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə,Mülki Məcəllənin 21-ci, 23-cü, 1096-cı, 1097-ci və 1115-ci, Mənzil Məcəlləsinin 28-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normalarını, Mənzil Məcəlləsinin 28-ci maddəsini, xüsusilə də mənəvi ziyanın ödənilməsi ilə bağlı qanunvericiliyi düzgün tətbiq etmədiyini, cavabdeh tərəfindən ona vurulmuş ziyanın məbləğini düzgün müəyyənləşdirmədiyini, ziyan məbləğini hesablayarkən əlavə dəyər vergisini nəzərə almadığını, ziyanın 5000 manatdan artıq olmasını təsbit etdiyi, eləcə də cavabdehin uzun illərdir ona məxsus əmlaka qəsdən ziyan vurduğunu müəyyən etdiyi halda, cavabdehin barəsində xüsusi qərardad çıxarmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
30. Qətnamədən cavabdeh də apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaya etirazın məz mununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğu, mötəbər olmayan sübutlara istinad etdiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmadığı, iddiaçının mənzilinə onun mənzilindən su axmasının sübuta yetirilmədiyini, qüvvədə olan məhkəmə qətnaməsinin icrasının bilavasitə iddiaçının maneçilik törətməsi səbəbindən həyata keçirilməsinin mümkün olmadığı, iddiaçının niyyətinin ona mənəvi iztirab vermək, onu bezdirib mənzilini əlindən almaq oduğunu nəzərə almadığı, əsassız ekspert rəyinə istinad etdiyi arqumentləri ilə əsaslandırmışdır.
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2751/2024 nömrəli 2 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov və Xumar Mərdanova) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-20/2023 saylı iş üzrə 12 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən ekspertiza təyin olunaraq su sızmanın səbəbi və zərərin həcmi soruşulmuş, ekspertin rəyində iddiaçıya məxsus mənzildə yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun təqribi dəyərinin 5536 manat təşkil etdiyi göstərilmişdir. İddiaçının bu məbləğin daha çox olmasını sübuta yetirə bilmədiyini, ekspert rəyinin isə xüsusi bilik tələb edən suallara aydınlıq gətir ilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab etmişdir ki, rəylə razılaşmamaq üçün əsas olmamış, birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyə istinadla müvafiq nəticəyə gəlmişdir.
33. İddiaçının mənəvi ziyan tələbi ilə bağlı da kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab etməklə qeyd etmişdir ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir.
34. Kollegiya cavabdehin hərəkətlərinin mülki hüquq pozuntusu kimi tanınmasını və ondan iddiaçının xeyrinə maddi ziyan məbləğinin ondan tutulmasını, iddiaçının ona dəydiyini irəli sürdüyü mənəvi ziyanın ədalətli kompensasiyası olduğunu he sab etmişdir.
35. İddiaçının “cavabdehin əməlində Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkibinin araşdırılması üçün xüsusi qərardad çıxarılması” xahişi ilə bağlı kollegiya qeyd etmişdir ki, həmin xahiş ayrıca tələb kimi yox, vəsatət kimi qiymətləndirilməli və nəzərə alınmalıdır ki, hazırda araşdırılan tələb üzrə cavabdehin əməlində hər hansı cinayətin əlamətləri müəyyən edilməmişdir.
36. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini də əsassız sayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir.
37. Belə ki, yuxarıda qeyd olunduğu kimi, işə birinci instansiya məhkəməsində baxılarkən alınmış ekspert rəylərində, iddiaçının mənz ilinə suyun cavabdehin mənzilindən axdığı göstərilmişdir
38. Kollegiya hesab etmişdir ki, sözügedən ekspert rəyləri işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının mənzilinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olduğunun müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü mülahizələr heç bir mötəbər sübuta əsaslanmamışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şi kayətinin dəlilləri
39. İddiaçı kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin tam ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Şikayət onunla əsaslandırılmışdır ki, qanunun tələblərinə əsasən Cavabdeh mülkiyyətində olan əmlakı hər hansı qüsurlardan azad şəkildə saxlamalıdır. Onun xüsusi mülkiyyəti digər şəxslərin mülkiyyətinə zərər verilməməsi cəhətdən onun üçün sosial öhdəliklər yaratmaqdadır. Buna görə də, iddia tələbində “cavabdehin mülkiyyətində olan Bakı şəhər, Səbail rayon, Nizami küçəsi 86, 36 saylı mənzilin texniki vəziyyəti barədə hüquqi qiymət verilməsi və təsbit edilmiş nöqsanların mövcud tikinti norma və qaydalara uyğun olaraq tərtib və müvafiq dövlət qurumu tərəfindən təsdiq edilmiş təmir-tikinti layihə sənədi əsasınd a aradan qaldırılmasının cavabdehə vəzifə kimi həvalə edilməsi” qeyd edilmişdir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir: “Bakı şəhəri, Nizami küçəsi 86 saylı binanın 3-cü mərtəbəsində yerləşən 36 saylı mənzildən binanın 2-ci mərtəbəsində yerləşən 18, 20, 21 və 23 saylı mənzillərinə su sızması nəticəsində 2-ci mərtəbədə yerləşən mənzilin giriş və mətbəx otaqlarının metal tirlər arası dəmir-betondan olan mərtəbəarası örtüklərinin metal tirləri ciddi şəkildə korroziyaya uğramış, beton mühafizə qatı isə aşınmışdır. 18, 20, 21, 23 saylı mənzillərin tavan, 36 saylı mənzilin isə döşəmə konstruksiyası (mətbəx və “holl” hissəsində) texniki cəhətdən yolverilməz vəziyyətdədir. Bak ı şəhəri, Nizami küçəsi 86 saylı binanın 2-ci və 3-cü mərtəbələrində yerləşən mənzillərin təhlükəsiz istismarını təmin etmək məqsədilə mərtəbəarası örtüklərdə layihə əsasında gücləndirmə işlərinin aparılması məqsədə uyğun hesab edilir”. Göründüyü kimi, mütəxəssis rəyi ilə Cavabdeh mənzilində olan qüsurlar müəyyən edilsə də, məhkəmə iddianı qeyd edilən hissədə təmin etməkdən imtina etmişdir. Bu isə qanunvericiliyin düzgün tətbiq edilməməsi və əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
41. İş materiallarindan göründüyü kimi, Cavabdeh ona məxsus 36 saylı mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək vəzifəsini (Qanunun tələbi və Məhkəmə Qətnaməsi ilə ona şamil edilən vəzifəsini) 2018-ci ildən bu günə kimi yerinə yetirməmişdir. Məhkəmə baxışında aşkar olunmuşdur ki, Cavabdeh Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirməmişdir və onu qonşusu olan İddiaçı hazırkı məhkəmə baxışında iddia ərizəsində FHN-nin mütəxəssisinin rəyinə əsasən qəzalı vəziyyətdə olduğundan Mənzil Məcəlləsinin 28.3-cü maddəsinə əsasən tələb irəli sürmüşdür. Lakin birinci instansiya məhkəməsi FHN-nin mütəxəssis rəyini görməzdən gələrək iddia tələbini “Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 86 saylı binanın 36 saylı mənzilinin döşəmə konstruksiyasının yararsız vəziyyətinin aradan qaldırılması məqsədi ilə Cavabdeh məxsus mənzilin hərrac vasitəsilə, tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılması” hissəsində əsassız hesab etmiş və 36 saylı mənzilin qəzalı vəziyyətdə olmasının təsdiq edilmədiyini bildirm işdir. Apellyasiya şikayətində bu məsələlərin qeyd edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi öz mövqeyində ümumiyyətlə buna toxunmamışdır. Bununla da birinci instansiya məhkəməsinin qanunvericilik çərçivəsində imperativ şəkildə müəyyən olunmuş maddi və prosessual hüquq normalarını pozaraq qətnamə qəbul etməklə yol verdiyi nöqsanlar apellyasiya məhkəməsi tərəfindən yenidən təkrarlanmışdır. 42. “X3” MMC-nin mütəxəssis rəyi ilə 7758.90 manat məbləğində müəyyən edilmiş zərərin məbləğindən mətbəx mebelinin bərpası və yeni kombi avadanlığının quraşdırılması üçün nəzərdə tutulmuş 2000 manat məbləğini çıxdıqda qalan 5758,90 manat məbləğlə Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2023-ci il tarixli 10/1371 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş 5536,0 manat məbləği arasında cüzi fərq olduğunu nəzərə alaraq, mətbəx mebelinin bərpası və yeni kombi avadanlığının quraşdırılması üçün həmin mütəxəssis rəyini qeyd edilən hissədə sübut növü kimi qiymətləndirməklə əsas götürülməsini məqsədə müvafiq hesab etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, “X3” MMC-nin 31 may 2021-ci il 324 saylı rəyində göstərilmişdir ki, təmir-tikinti işləri Tikinti-İnşaat işləri ilə məşğul olan lisenziyalı müəssisə tərəfindən həyata keçirilərsə əlavə olaraq 18% ƏDV tətbiq etməklə bərpa üçün tələb olunan vəsait miqdarı 9156,0 (doqquz min bir yüz əlli altı) manat təşkil edir. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxa l vergitutma obyektidir. (AR VM maddə 159.1) Beləliklə müəyyən olunur ki, məhkəmə maddi ziyanın qiymətləndirməsində yekun olaraq bərpa üçün tələb olunan vəsait miqdarına VM ilə nəzərdə tutulan 18% ƏDV tətbiq etməyərək yalnız işlərin orta bazar qiymətlərinə uyğun dəyəri 7536,0 manat qəbul etmiş və bununla da zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməsini təmin etməmişdir. Belə halda, zərər orta bazar qiymətlərinə 18% ƏDV nəzərə alınaraq real zərərin 8.892 manat 48 qəpik həcmdə müəyyən etməli olmuşdur. Nəzərə almaq lazimdir ki, Cavabdeh törətdiyi hüquqa zidd hərəkətlər təkcə mənzilindən istifadə zamanı qonşusu olan iddiaçıya su axıntısı ilə mənzilinə ziyan vurmaqdan ibarət deyildır. Belə ki, Cavabdeh uzun müddət qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 201 8-ci il tarixli qətnaməsinin icrasından (Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 86 saylı evin 36 saylı mənzili qarşısında olan açıq keçid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin aparılmasının Cavabdeh həvalə edilmişdir) yayınmaqla su axıntısı mütəmadi olaraq davam etmiş və artıq 2023-cü ildə məhkəmə qərarın icra edilməməsi səbəbindən iddiaçının mənzilində qəzalı vəziyyət yaratmışdır və bu hal iş materiallarında olan FHN -nin ekspertlərin rəyində təsdiq edilir.
43. Mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin - iddiaçının mülahizəsinə əsasən iddiada müəyyən edilməsinə baxmayaraq məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməmişdir və mə nəvi zərərin əvəzi maddi zərərin qarşılanması ilə şərtlənmişdir. Belə olan halda, hətta maddi ziyanın 7536 manat müəyyən edilməsi halında da mənzili qəza vəziyyətinə salınan iddiaçıya 500 manat mənəvi zərərin müəyyən edilməsi ədalətli sayılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbi zərər hissəsində tam təmin edilməli odulduğundan, məhkəmə işi ilə əlaqəli xərclər də tam şəkildə cavabdehdən tutulmalı idi. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlara əsasən səhv nəticəyə gəlmiş, apellyasiya məhkəməsi də bununla bağlı hərtərəfli araşdırma aparmadan birinci instansiya məhkəməsinin yol verdiyi pozuntulara diqqət yetirməmişdir.
44. Məhkəmə maddi ziyanın qiymətləndirməsində yekun olaraq bərpa üçün tələb olunan vəsait miqdarına VM-ilə nəzərdə tutulan 18% ƏDV tətbiq etmə yərək yalnız işlərin orta bazar qiymətlərinə uyğun dəyəri 7536,0 manat qəbul etmiş və bununla da zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsin təmin etməmişdir. Belə halda zərər orta bazar qiymətlərinə 18% ƏDV nəzərə alınaraq real zərərin 8 892 manat 48 qəpik həcmdə müəyyən edilməlidir
45. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 23 aprel 2018-ci il tarixli, 2(103)2937/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 86 saylı evin 36 saylı mənzil qarşısında olan açıq keçid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin aparılması Cavabdeh həvalə edilmişdır. Cavabdeh hərəkətlərinin qəsdən edilməsi kimi illərdir məhkəmə qərarının icra edilməməsini göstərmək olar. Belə ki, Bakı şəhər Səbail Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyevin Bakı Apellyasiya məhkəməsinin 2(103)-2937/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə hələ xx.xx.2018-ci il tarixli İcraata başlama haqqında Qərarı ilə borclu Cavabdeh Bakı şəhər Səbail rayon, Nizami küçəsi 86 saylı mənzil qarşısında olan keçid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin aparılması barədə tələbi könüllü olaraq 10 gün müddətində təmir edilməsi həvalə edilmişdir. Bu günə kimi bu icra işi yerinə yetirilməyib və borclu Cavabdeh müxtəlif vaxtlarda xəbərdarlıqlar edilməsinə baxmayaraq bu günə kimi 36 saylı mənzilə aid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə k eçməsinin qarşısının alınması üçün heç bir tədbir görülməyib və su sızma hadisəsi davam edir. Nəzərə almaq lazımdır ki, son dəfə 2018-ci ildən başlayaraq cavabdehin 36 saylı mənzilindən mütəmadi su sızmalar nəticəsində mərtəbə arası tavan və ona aid daşıyıcı konstruksiya və elementlər kifayət qədər zədələnib və hazırda 20 saylı mənzildən istifadə edərkən bu hal Tikintidə X1 Agentliyinin 8 iyun 2023cü il tarixli mütəxəssis rəyinin həyat və sağlamlığa təhlükə mənbəyi kimi qiymətləndirilmişdir. Əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayəti (AR Cinayət Məcəlləsi, maddə 186) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “İqtisadi sahədə cinayətlər” bölməsinin “Mülkiyyət əleyhinə olan cinayətlər” fəslinə aiddir. Cavabdeh cinayəti əmlakı qəsdən məhv etmə və ya zədələmənin əlamətlərini özündə ehtiva edən mülkiyyət əleyhinə cinayətdir. Əmlakı qəsdən məhv etmə və ya zədələmə, özgənin əmlakını fiziki təsirlə və ya digər üsullarla məhv etməklə və ya zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaradır. Burada “xeyli miqdar” dedikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində göstərildiyi kimi beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Demək ki, hazırıi iş üzrə təyin edilmiş məhkəmə ekspertiza rəylərindən aşkardır kı, ƏDV nəzərə almadan dəymiş ziyan 7536,0 manat təşkil etmişdir və bu halda əmlaka vurulan zərərin məbləği beş min manatdan artıq olduğu səbəbindən onun əməlində cinayət tərkibi mövcud olmuşdur. Apellyasiya məhkəməsi iddianı bu hissədə təmin etməyərək, b ildirmişdir ki, “həmin xahiş ayrıca tələb kimi yox, vəsatət kimi qiymətləndirilməli və nəzərə alınmalıdır”. Lakin nəzərə alınmalıdır ki, xahişin iddia tələbi və yaxud vəsatət olaraq qiymətləndirilməsi həmin tələbin əsaslılığı haqqında heç bir rol oynamamaqdadır. Yuxarıda qeyd olunanlardan görünür ki, Tofiq Hüseynov əməllərində cinayət tərkibi vardır və buna görə də barəsində xüsusi qərardad qəbul edilməli idi. Lakin Apellyasiya Məhkəməsi əsassız olaraq həmin qərardadı qəbul etməkdən imtina etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
47. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsi ni tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
48. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
49. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əml akına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
50. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
51. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərəri n əvəzini ödəmək öhdəliyi qoyur.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edil ən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara is tinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansi yası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
66. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
67. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2751/2024 nömrəli mülki iş üzrə 2 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.