Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2922/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Star-3 X3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Star-3 X3 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borc” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7865/2020 nömrəl i, 05 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Star-3 X4 arasında 25.10.1999-cu il tarixli № 620 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank borcalana ilk ödəniş tarixindən etibarən 1 il müddətinə, yəni 25.10.2000-ci il tarixədək qaytarmaq şərti ilə illik 17% olmaqla, 3.182.000.000 AZM məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Star-3 X4 arasında bağlanmış 25.10.1999-cu il tarixli № 620 saylı kredit müqaviləsinə 10.11.2000-ci il tarixli əlavə müqavilə ilə tərəflər 2.074.101.800 AZM məbləğind ə vaxtı keçmiş əsas borcun ödəmə vaxtının 12 ay uzadılaraq son ödəniş tarixinin 25.10.2001-ci il tarixinə təyin olunması barədə razılığa gəlmişlər. Borcalan müqavilə öhdəliklərini vaxtında icra etməmişdir. Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin tələb hüququ İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Ona görə həmin təşkilat hazırkı iddia tələbi ilə məhkəmə mübahisəsi açmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Star-3 X3 və Cavabdeh2 qarşı 25.10.1999-cu il tarixli 620 saylı kredit müqaviləsi üzrə borca görə 236257,96 manat, dövlət rüsumuna görə 30 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: Azərbayc an Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015ci il tarixli 570 №-li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Star-3 X1rşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 19.04.2018-ci il ta rixli S149 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən Star-3 İKF-nin təhvil-təslim olunan tarixə Azərbaycan Beynəlxalq Bankı ASC-yə cəmi 236257,96 manat (əsas borc 236257,96 manat; faiz borcu 0,00 manat) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə Azərbaycan Beynəlxalq Bankı ASC arasında bağlanmış 25.10.1999-cu il tarixli 620 nömrəli kredit müqaviləsinə əsasən yaranmış, 21.06.2019-cu il tarixə cavabdeh Star-3 İKF-nin qeyd olunan kredit müqaviləsi üzrə borcu cəmi 236257,96 manat məbləğində təşkil edir. Cavabdeh Star-3 İKF və Cavabdeh2 ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyildir. Star-3 İ stehsal-Kommersiya Firmasına ayrılan kreditin qaytarılması ilə bağlı Cavabdeh2 ilə hər hansı bir təminat müqaviləsi bağlanmasa da, iddiaçı hesab edir ki, Cavabdeh2 Star-3 X2 direktoru olması, Firmanın hal-hazırda fəaliyyət göstərməməsi səbəbindən borc hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır. Kredit müqaviləsi üzrə sonuncu ödənişin nə vaxt aparılması barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmirlər. Cavabdehin mübahisəyə iddia müddətinin təbiqi ilə bağlı ərizəsi ilə razılaşmır, hesab edir ki, tələb hüququ üzrə sənədlər 19.04.2018ci il tarixli S-149 saylı təhvil-təslim aktına əsasən iddiaçıya 2018-ci ildə verildiyindən müddət ötürülməmişdir. Ona görə də cavabdehlər Star-3 İstehsal-Kommersiya Firmasından və Cavabdeh2 236.257,96 manat kredit borcunun və məhkəməyə iddia ve rilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.09.2020-ci il tarixli, 2(001)1087/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Konstitusiyasının 60, Mülki Məcəlləsinin 385.1, 373-cü maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmməov və Ş.Məhərrəmova) İddiaçı QS C Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.09.2020-ci il tarixli, 2(001)1087/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı QSC BOKT kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı QSC BOKT kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti iddia təəb ində qed olunan faktiki hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr iddia müddətini tətbiq edərəkən maddi hüquq normalarını düzgün tətbiq etməmişlər. Tələb hüququ iddiaçı təşkilata keçəndən sonra iddia müddəti hesablanmalıdır ki, həmin vaxtdan 3 il müddət keçməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
14. Maddə
375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredi t münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə) qeyd edilir ki, Mül ki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyini n yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya məhkəməsi mübahisəni həll edərkən düzgün nəticəyə gəlmişdir.
23. Məhkəmələr müəyyən etmişlər ki, borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Star-3 X4 arasında bağlanmış 25.10.1999-cu il tarixli № 620 saylı kredit müqaviləsinə əsasən bank borcalana ilk ödən iş tarixindən etibarən 1 il müddətinə, yəni 25.10.2000-ci il tarixədək qaytarmaq şərti ilə, illik 17% olmaqla 3.182.000.000 AZM məbləğində təminatsız kredit verməyi öhdəsinə götürmüş, daha sonra tərəflər 25.10.1999cu il tarixli № 620 saylı kredit müqaviləsinə bağladıqları 10.11.2000-ci il tarixli əlavəyə əsasən 2.074.101.800 AZM məbləğində vaxtı keçmiş əsas borcun qaytarılması 12 ay uzadılaraq son ödəniş tarixinin 25.10.2001-ci il tarixinə təyin olunması barədə razılığa gəlmişlər. Daha sonra 25.10.1999-cu il tarixli № 620 saylı kredit müqaviləsi üzrə tələb Azərbaycan Beynəlxalq Bankı ASC ilə İddiaçı QSC BOKT arasında bağlanmış 21.04.2017-ci il tarixli problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair müqaviləyə əsasən iddiaçıya güzəşt edilmiş, bu müqavilə üzrə tərəflərin tərti b etdikləri 19.04.2018-ci il tarixli S-149 saylı təhvil-təslim aktında rəhbəri Cavabdeh2 olan Star-3 X4 ilə bağlanan 25.10.1999-cu il tarixli № 620 saylı kredit müqaviləsi üzrə təminatı təsdiq edən sənədlərin olmadığı, kreditin istifadəsi 2009-cu ildən əvəlki müddətə təsadüf etdiyi üçün bankın təqdim etdiyi kredit və cari hesablardan çıxarışlarda məbləğin istifadəsinin əks olunmadığı qeyd olunmuş, məhkəmə iclasında iddiaçının nümayəndəsi öhdəliklərin nə vaxtdan icra olunmaması barədə sübutunun olmadığını bildirmişdir.
24. İddiaçı kassasiya şikayətində iddia müddətinin axımının 19 aprel 2018-ci il tarixdən hesablanmalı olmasını bildirsə də, kollegiya bununla razılaşmır və qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları və Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarlarındak ı hüquqi mövqeyə əsasən tələb hüququnun başqa şəxsə keçməsi borclunun öhdəliklərinə münasibətdə iddia müddətinin yenidən hesablanmasına səbəb olmur. Əks halda, bu cür yanaşma mülki hüquq münasibətlərində qeyri-müəyyənliyə, qeyri-sabitliyə gətirib çıxarardı.
25. Çünki belə yanaşma iddia müddətinin əhəmiyyətini heç endirmiş olar. İddia müddətinin qanunvericilik qaydasında təsbitinin məqsədi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək etmək və eyni zamanda mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasını təmin etmək, vaxtı ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq əd alət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaqdan ibarətdir.
26. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, hazırkı tələb üzrə iddia müddəti ötürüldüyündən, Cavabdeh2 Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında hər hansı bir öhdəliyi olmadığından iddianın rədd edilməsi qanuni və əsaslıdır.
27. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC BOKT-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7865/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.