Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2923/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2923/2021 (Açar sözlər: alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsi, yazılı sübutun düzgün qiymətləndirilməməsi) Bakı şəhəri, 11 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, etibarnamənin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Naxçıvan Mu xtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-65/2020 nömrəli, 30 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 11 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1961-ci ildə Naxçıvan MR Şahbuz rayonun Şahbuzkənd kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. 2. ünvan 2ləşən mənzil Cavabdeh məxsusdur.
3. Cavabdeh özünə məxsus olan yaşayış evini 3500 (üç min beş yüz) ABŞ dollarına İddiaçı satması ilə bağlı qəbz vermişdir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, 2003-cü il tarixdə Cavabdeh aldığı Şahbuz şəhəri, N.Nərimanov küçəsində yerləşən 113.6 m2 olan 28 nömrəli yaşayış evinə alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, bağlanmış müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ildə Cavabdeh sonuncuya məxsus olan Şahbuz şəhərində yerləşən yaşayış evini torpaq sahəsi ilə birlikdə 3500 (üç min beş yüz) ABŞ dollarına ondan satın almışdır.
6. Alqı-satqı müqaviləsi notariat kontorunda rəsmiləşdirilməsə də, Cavabdeh öz iradəsini ifadə edərək evini satdığına görə iddiaçıdan 3500 (üç min beş yüz) ABŞ dollarını aldığını, bu barədə yazdığı qəbzlə təsdiq etmişdir.
7. Əvvəlcədən aralarında belə bir alqı-satqının olacağı barədə razılaşma olduğundan, satıcı-Cavabdeh öz övladlarından mənzilinin satılmasına razılıq vermələri barədə notariat kontorlarında təsdiq olunmuş ərizə lərini almışdır.
8. Mənzilin alqı-satqısı üçün razılaşdırılmış pul məbləği iddiaçıdan alındıqdan sonra 2003-cü ilin aprel ayında (razılıq ərizələri 19 mart 2003-cü il tarixdə rəsmiləşdirilib, sonra pul alınıb, sonra isə notariat kontorunda etibarnamə verilib) Şahbuz rayon notariat kontoruna gedilərək orada cavabdeh iddiaçıya etibarnamə verərək, satdığı mənzilin özgəninkiləşdirilməsi ilə bağlı bütün səlahiyyətləri iddiaçıya vermişdir.
9. Cavabdeh mənzilini satdıqdan sonra mənzili boşaldaraq iddiaçıya təhvil verib, Bakı şəhərində yaşayan övladlarının yanına getmişdir. İddiaçı mənzili təhvil aldıqdan sonra həmin mənzili dostunun ailəsinin yaşaması üçün onlara vermiş, müəyyən səbəblərdən etibarnamənin etibarlı olduğu müddətdə mənzili sənədləşdirməmiş, eyni zamanda keçən 19 ildən artıq bir müdd ətdə nə satıcı, nə də onun övladları tərəfindən mənzillə bağlı heç bir mübahisə olmamışdır.
10. Cavabdeh Cavabdeh iddiaya etiraz edib. Etirazı dəlilləri: - cavabdeh sözügedən yaşayış evini iddiaçıya satmayıb, ona etibarnamə verməyib; - cavabdeh həmin yaşayış evini Rəşad adlı şəxsə satıb, Bəybala adlı şəxsi tanımır. Buna görə də evin Rəşaddan başqa, digər şəxsin adına keçməsinə razı deyil.
11. Şahbuz Rayon Məhkəməsinin 2(090)-280/2019 nömrəli, 26.12. 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Allahverdi Bağırov)
12. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, X1, X2, Həşimova Yetər Nuşirəvan qızının və X4 19 mart 2003-cü il tarixdə Şahbuz rayon Dövlət Notariat kontoruna təqdim etdikləri ərizədə onlar anaları Cavabdeh məxsus olan ünvan 2ləşən mənzildən onla ra düşən paydan imtina etdiklərini və satılmasına etiraz etmədiklərini bildirmişlər və mülki işdə olan qəbzin məzmununa görə Cavabdeh özünə məxsus olan yaşayış evini 3500 (üç min beş yüz) ABŞ dollarına İddiaçı satması qeyd edilmiş və imzalanmışdır.
13. Birinci instansiya məhkəməsi onu da müəyyən etmişdir ki, aprel 2003-cü ildə verilmiş ƏN-İ 001002 nömrəli etibarnamə ilə Cavabdeh üç il müddətinə Şahbuz qəsəbəsi Nərimanov küçəsində yerləşən yaşayış evi üzərində sərəncam verməyi İddiaçı vermişdir.
14. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh ilə İddiaçı arasında müqavilənin bağlanmış hesab edilməsi üçün əsas şərt olan yazılı formaya riayət olunmadığından müqavilə bağlanmış hesab oluna bilməz.
15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 146.1, 325.1, 335.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 mart 2006-cı il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verib.
17. Apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırlıb qeyd edilmişdir ki, mülki işə Şahbuz Rayon Məhkəməsində baxılarkən Cavabdeh verdiyi ifadəsində mənzilini İddiaçı adlı şəxsə satmadığını, onu tanımadığını, ondan pul almadığını bildirmişdi. Bu səbəbdən iddiaçı mənzilin satılması və ondan 3500 (üç min beş yüz) ABŞ dolları məbləğində pulun alınması barəsində mülki işin materiallarında olan sənədin Cavabdeh tərəfindən yazılmasını, imzanın ona məxsus olub-olmamasını müəyən etmək üçün məhkəmə xətşünaslıq ekspertiz asının keçirilməsini xahiş edib. 18.Cavabdeh notariat kontoruna getmədiyini, İddiaçı adına etibarnamə yazdırıb imza etmədiyini bildirdiyindən, iddiaçı Şahbuz rayon notariusunun məhkəməyə dəvət olunmasını, onun dindirilməsini, notariusdakı sənədlərə baxış keçirilərək Cavabdeh etibarnaməni rəsmiləşdirib-rəsmiləşdirmədiyinin aydınlaşdırılmasını xahiş edib.
19. Naxçıvam Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)65/2020 nömrəli, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Şahbuz Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. (hakimlər Əhliman Xıdırov (sədrlik edən, məruzəçi), Fərman Abbasov, Mehman Allahverdiyev)
20. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, etibarnamənin etibarsız hesab olunması tələbi barədə” başlıqlı iddia ərizəsi ilə Şahbuz Rayon məhkəməsinə müraciət edərək 2003-cü il tarixdə Cavabdeh aldığı Şahbuz şəhəri, N.Nərimanov küçəsində yerləşən 113,6 kvadrat metrdən ibarət olan 28 nömrəli yaşayış evinə alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, bağlanmış müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya məhkəməsi belə nəticəyə gəlib ki, iddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən Azərbaycan Respublikasının MPM-in 149.2.3-cü maddəsinin tələbinə əməl etməmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsasl andırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
22. Birinci instansiya məhkəməsinin qətnaməsinin müəyyən etdi” hissəsində göstərilir ki, İddiaçı 19 noyabr 2019-cu il tarixdə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək 2003-cü il tarixdə Cavabdeh aldığı Şahbuz şəhəri, N.Nərimanov küçəsində yerləşən 113.6 m2 olan 28 nömrəli yaşayış evinə alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, etibarnamənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iş materiallarında olan həmin qətnamədən çıxarışda göstərilir ki, İddiaçı 19 noyabr 2019-cu il tarixdə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək 2003cü il tarixdə Cavabdeh aldığı Şahbuz şəhəri, N.Nərimanov küçəsində yerləşən 113.6 m2 olan 28 nömrəli yaşay ış evinə alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, bağlanmış müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya instansiyasının mövqeyinə görə iş üzrə iddia ərizəsinin başlığı “alqısatqı müqaviləsinin bağlanmış hesab olunması, etibarnamənin etibarsız hesab olunması tələbi barədə” kimi ifadə olunsa da, iddia ərizəsinin nəticəsində tələb 2003-cü il tarixdə Cavabdeh aldığı Şahbuz şəhəri, N.Nərimanov küçəsində yerləşən 113,6 kvadrat metrdən ibarət olan 28 nömrəli yaşayış evinə alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, bağlanmış müqavilənin etibarsız hesab olunması” kimi ifadə olunmuşdur. Buna görə də tələb 2003-cü il tarixdə Cavabdeh aldığı Şahbuz şəhəri, N.Nərimanov küçəsində yerləşən 113,6 kvadrat metrdən ibarət olan 28 nöm rəli yaşayış evinə alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, bağlanmış müqavilənin etibarsız hesab olunması” kimi qəbul edilməlidir.
24. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, apelyasiya şikayətinin məhkəmə hərtərəfli araşdırma aparmadan, prosessual pozuntularla qətnamə qəbul etdiyindən hazırkı qətnamənin ləğv olunmalı olduğu, belə ki, tərəflərin aralarında aparılmış mənzilin alqı-satqısının notariat kontorunda rəsmiləşdirilməsə də yazılı sənəd əsasında Cavabdeh İddiaçı 3500 (üç min beş yüz) ABŞ dollarını aldığı, bunun müqabilində mənzilini ona satdığını göstərməklə sənəd yazıb imzalaması, mənzilinin sənədlərini ona verməsi, mənzili istədiyi şəxsin adına sənədləşdirməsi üçün İddiaçı adına etibarnamə rəsmiləşdirməsi və ən əsası yaşadığı mənzili tərk edərək onu satdığı şə xsə təhvil verməsi, bununla da Cavabdeh İddiaçı ünvanlanmış iradə ifadəsini sona çatdırması, İddiaçı da öz növbəsində satın aldığı mənzili qəbul edib mənzili öz istədiyi kimi idarə etməsi, orada dostunun ailəsinin yaşamasına icazə verməsi, Cavabdeh mənzilini satması, mənzilini boşaldaraq köçüb getməsi barədə iradə ifadəsinin onu alan İddiaçı çatmasının göründüyü, İddiaçı da həmin mənzil üzərində müəyyən hüquqları yarandığından mənzili dostunun ailəsinə yaşamaları üçün verdiyi, mənzili qəbul edib istifadə etməklə sahiblik etdiyindən satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında etibarlı əqd əmələ gəldiyi, satıcı Cavabdeh əmlakını İddiaçı mülkiyyətinə verməklə ondan razılaşdırılmış pul məbləğini aldığı, alıcı İddiaçı isə əmlakı mülkiyyətinə qəbul etməklə razılaşdırılmış pul məbləğini satıcı Cav abdeh ödəməklə aralarında mənzilin alqı-satqısını bitirdikləri, cavabdeh tərəfin öz iradəsini ifadə etməklə mənzilin alqı-satqısına görə pulu iddiaçıdan aldığı və mənzili ona təhvil verdiyi, İddiaçı isə pulu satıcıya verməklə onun iradəsinə uyğun olaraq satdığı əmlakı istifadəsinə qəbul etdiyi, ona görə də tərəflər arasında mənzilin alqı-satqısının baş tutduğunu hesab etdiyi barədə dəlilləri ilə əlaqədar qeyd etmişdir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
25. Belə ki, həmin dəlillərdə ifadə olunan ümumi fikir bundan ibarətdir ki, iş üzrə iddiaçı ilə cavabdeh arasında mənzil alqı-satqısı baş tutmuşdur və tərəflərin aralarında aparılmış mənzilin alqı-satqısının notariat kontorunda rəsmiləşdirilməsə də yazılı sənəd ə sasında Cavabdeh İddiaçı 3500 (üç min beş yüz) ABŞ dollarını almış, bunun müqabilində mənzilini ona satdığını göstərməklə sənəd yazıb imzalamış, mənzilinin sənədlərini ona vermiş, mənzili istədiyi şəxsin adına sənədləşdirməsi üçün İddiaçı adına etibarnamə rəsmiləşdirmiş və mənzili tərk edərək onu satdığı şəxsə təhvil vermişdir. Lakin yuxarıda qeyd olunduğu kimi həmin dəlil əsaslı deyil. Çünki tərəflər arasında yarandığı iddia olunan mübahisəli hüquq münasibəti 2003-cü ildə baş vermişdir. Həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi et ibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.
26. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarına istinadən belə nəticəyə gəlmişdir ki, tərəflər arasında daşınmaz əşyanın alqı-satqısı barədə müqavilənin yazılı formasına əməl olunmamışdır. İş materiallarında olan iş üzrə Cavabdeh tərəfindən imzalandığı bildirilən və evini İddiaçı 3500 (üç min beş yüz) dollara satması barədə məzmunlu sənəd isə əsl və ya lazımi qaydada təsdiqlənmiş surət olmamaqla lazımi tələblərə cavab vermir. MPM-in 89.3-cü maddəsinə əsasən isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
27. Apellyasiya instansiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş və bu, prosessual baxımdan düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, yuxarıda müəyyənləşdirildiyi kimi, birinci instansiya məhkəməsi qətnaməsində tələbi düzgün müəyyənləşdirməyərək tələbin ikinci hissəsində “bağlanmış müqavilənin etibarsız hesab olunması” tələb olunduğu halda, qətnamədə tələbin ikinci hissəsi kimi iddiaçının “ etibarnamənin etibarsız hesab olunması”nı tələb etdiyi göstərilmiş, tələbin ikinci hissəsinə əsaslandırmaqla hüquqi qiymət verilməmiş və sübut kimi istinad olunan sənədlərin əsli və ya əslinə uyğun təsdiq edilmiş surət olmamasına diqqət yetirməmişdir.
28. Buna görə də apellyasiya instansiyası belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsi qətnaməsində tələbi düzgün müəyyənləşdirmədiyinə, tələblərdən birinə əsaslandırmaqla hüquqi qiymət vermədiyinə və sübut kimi istinad olunan sənədlərin əsli və ya əslinə uyğun təsdiq edilmiş surət olmamasına diqqət yetirməyərək prosessual baxımdan səhv qətnamə qəbul etdiyinə görə yuxarıda göstərilən xüsusatlar da nəzərə alınaraq, apellyasiya şikayəti təmin edilmədən, Şahbuz Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2(090)-280/2019 nömrəli qətn aməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və İddiaçı Cavabdeh qarşı Şahbuz şəhəri, N.Nərimanov küçəsində yerləşən 113.6 kvadratmetr 28 nömrəli yaşayış evinə alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, bağlanmış müqavilənin etibarsız hesab olunması tələbinə dair iddiası rədd edilməlidir.
29. Apellyasiya instansiyası mövqeyini Mülki Məcəllənin 647.1, 2003-cü ildə qüvvədə olan 335.2-ci, Mülki Prosessual Məcəllənin 89.3-cü və “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 mart 2006-cı il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti apelıyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə maddi və prosessual hüquq normalarının pozuntusuna istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı
32. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüq uq Mülki Məcəllə Maddə 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Maddə 647.1. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 89.1. Ya zılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymə t vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.
38. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
39. İşdən görünür ki, apellyasiya instansi yası məhkəməsi iddianın rədd edilməsi əsası kimi iki xüsusata istinad edib: tərəflər arasında daşınmaz əşyanın alqı-satqısı barədə müqavilənin yazılı formasına əməl olunmayıb; iddiaçının istinad etdiyi və Cavabdeh tərəfindən imzalandığı bildirilən sənəd, əsli və ya lazımi qaydada təsdiqlənmiş surət olmamaqla lazımi tələblərə cavab vermir.
40. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, qanunvericiliyin tələbinə görə sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir və işin halları da məhz bu qaydaya uyğun şəkildə təqdim edilmiş sübutların qiymətləndirilməsi ilə müəyyən edilir. Əks halda, yəni sənədin əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim edilməməsi həmin sənədin sübut kimi qəbul edilməsini istisna edir.
41. Bu baxımdan məhkəmə kollegiyas ı apellyasiya məhkəməsinin iddia tələbi və iddiaçının apellyasiya şikayəti üzrə hazırki qərarın 20-28-ci bəndlərində əks edilən dəyərləndirməsini əsaslı sayır və əlavə şərhə zərurət görmür.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXX kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-65/2020 nömrəli 30 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.