Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2925/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli, 2(107)2904/2018 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli, 2(051)-1050/2018 nömrəli qətnaməsi ilə iddiа tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada 6200,15 ABŞ dolları əsas kredit borcu, 1911,82 ABŞ dolları faiz borcu olmaqla cəmi 8.111,98 ABŞ dolları məbləğdə bоrcun qətnаmə icrа оlunаn günə mаnаt məzənnəsi ilə hesablanıb «xxxx» Açıq Səhmdаr Cəmiyyətinə verilməsi, iş üzrə ekspertizа xərci оlаn 145 (yüz qırx beş) mаnаtın cаvаbdehlərdən alınıb Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iddiа ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun cаvаbdehlərdən tutulub «xxxx» Açıq Səhmdаr Cəmiyyətinə ödənilməsi, ödənilməmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli, 2(107)2904/2018 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təminedilməmiş, iş üzr ə Mingəçevir Şəhər Məhkəməsinin 14 sentyabr 2018-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və onun vəkili X1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı «xxxx» Açıq Səhmdаr Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı kredit müqаviləsi üzrə bоrcun tutulmаsı bаrədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 kreditor «xxxx» Açıq Səhmdаr Cəmiyyətinin xeyrinə 6223,00 ABŞ dolları məbləğdə əsas borc, 2352,00 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 8575,00 ABŞ dolları bоrcun və 20 mаnаt dövlət rüsumunun tutulmаsı barədə məhkəmə аktının verilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 19.09.20 17-ci il tarixli, 2(051)-4315/2017 sаylı məhkəmə əmri ilə ərizə təmin оlunmuş, məhkəmənin 26.02.2018-ci il tarixli qərardadı ilə sözügedən məhkəmə əmri borclu Cavabdeh1 19.09.2017-ci il tarixli etirаz ərizəsinə əsаsən ləğv edilmiş və iş iddiа icrааtınа keçirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və onun vəkili X1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, əsas və faiz borcun düzgün hesablanması üçün ekspertizanın yenidən keçirilməsinə dair verdiyi vəsatəti məhkəmə əsassız olaraq təmin etməmi şdir. Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 05.12.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyərək, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qətnaməsini kassa tora aid hissədə dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 16 may 2017-cı il tarixli arayışa əsasən, Cavabdeh1 «xxxx» Açıq Səhmdаr Cəmiyyətinə cəmi 8575 ABŞ dolları məbləğdə borcu yaranmışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 18 iyul 2018-ci il tarixli 15516 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan, hesabdan çıxarış məlumatlarından və MF-EX/196 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 16 may 2017-ci il tarixə Cavabdeh1 «xxxx» Açıq Səhmdar Cəmiyyətinə olan 6200,15 ABŞ dolları əsas kredit borcu, 1911,82 AB Ş dolları faiz borcu olmaqla cəmi 8.111,98 ABŞ dolları məbləğində müəyyən edilir. Kredit müqaviləsinin 5,2 bəndində göstərilən gecikdirilmiş günlər üzrə göstərilmiş cərimənin konkret hansı faiz dərəcəsi ilə hesablanmağı göstərilmədiyindən, ekspert tərəfindən Cavabdeh1 06 may 2014-cü il tarixli MF-EX/196 saylı kredit müqaviləsi üzrə cərimə hesablanmadı. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasla rından biridir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (bor clu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrası nı tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadü fən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminli k müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından kassatorun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vax tda ödənişləri həyata keçirməmişdir. Buna görə də, cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instan siyası məhkəməsi borcun həddini ekspertiza rəyinə uyğun müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli, 2(107)-2904/2018 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2925/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2925/2019
30.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver