Məhkəmə qərarları › İş №2(102)-2926/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2926/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2926/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Bəhram oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Bəhram oğluna qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Gənc ə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(104)-1709/2021 nömrəli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kreditor İddiaçı1 ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 348/34-VB saylı kredit müqaviləsinə əsasən sonunsuya 24 ay müddətinə illik 33 faiz dərəcəsi ilə qaytarmaq şərtilə 6360 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Öhdəliyinin təminatı kimi kreditorla zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ZM-348/34-VB saylı zaminlik müqaviləsinə əsasən zamin əsas borcalan Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin tamamilə və ya hissə-hissə icra edilm əsi üçün məsuliyyəti daşımaq barədə öhdəlik götürmüşdür. 3. xx.xx.2014-cü il tarixli 348/34-VB saylı kredit və xx.xx.2014-cü il tarixli ZM-348/34VB saylı zaminlik müqavilələrinə xx.xx.2015-ci il tarixdə dəyişiklik edilməsinə dair əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 4800,92 ABŞ dolları təşkil etmiş, kreditin müddəti xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir.

4. Əlavə sazişə əlavə edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh1 xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il tarixədək 4800,92 ABŞ dolları kreditə görə 1056 ABŞ dolları olmaqla cəmi 5856,92 ABŞ dolları pulu geri qaytarmağı öhdəsinə götürmüşdür. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavab deh3 İddiaçı1 ASC-nin xeyrinə 2936,31 ABŞ dolları əsas, 3422,99 ABŞ dolları faiz, 5392,35 ABŞ dolları cərimə borcu, xx.xx.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 446,69 ABŞ dolları borc olmaqla, cəmi 12198,14 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə ödənilməli olan kredit və faiz borcunu ödəməmişdir.

7. Borc məbləği xx.xx.2019-cu il tarixə hesablanmışdır.

8. Bərdə Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(021)-871/2020 saylı qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2936,31 ABŞ dolları əsas borc, 3422,99 ABŞ dolları fai z borcu, 540 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6899,3 ABŞ dollarının qətnamə icra olunan vaxt Mərkəzi Bankın müəyyən etdiyi Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, xx.xx.2014-cü il tarixli 348/34-VB saylı kredit və xx.xx.2014-cü il tarixli ZM-348/34-VB saylı zaminlik müqavilələrinə xx.xx.2015-ci il tarixdə dəyişiklik edilmiş və əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 4800,92 ABŞ dolları təşkil etmiş, kreditin müddəti xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir. Cavabdeh1 xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2016-cı i l tarixədək 4800,92 ABŞ dolları kreditə görə 1056 ABŞ dolları olmaqla cəmi 5856,92 ABŞ dolları pulu geri qaytarmağı öhdəsinə götürsə, öhdəliklərinə əməl etməmiş və nəticədə iddiaçı Banka borclu qalmışdır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər kredit üzrə yaranmış borcu ödəməlidirlər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən dəbbə pulunun məbləği azaldılmalı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən iddianın xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 446,69 ABŞ dolları borcun tutulması hissəsində rədd edilməlidir.

11. Birinci instansiya məhk əməsi hesab etmişdir ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdehlər apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişlər. 13.Cavabdeh apellyasiya icraatı zamanı vəsatətlə müraciət edərək, məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1709/2021 nömrəli, 24.06. 2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

15. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6231 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixə LPO İddiaçı1 ASC-yə olan borcu - əsas borc üzrə 4100,47 ABŞ dolları, faiz borcu üzrə 1165,22 ABŞ dolları olmaqla, ümumilikdə 5265,69 ABŞ dolları təşkil edir.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.12. 2021-ci il tarixli, 2(104)-1709/2021 nömrəli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi) Ə.Süleymanov və A.Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli 2(021)-871/2020 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, Cavabdeh1 2936,31 ABŞ dolları əsas, 1165,22 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə olmaqla, cəmi 4.201,53 ABŞ dolları məbləğdə kredit borcunun ödəniş anında manat məzənnəsi üzrə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğve dicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, iddia faiz və cərimə borcunun qalan hissəsində, habelə xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 446,69 ABŞ dolları borc tələbinə dair hissədə və Cavabdeh3 münasibətdə rədd edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əsas kredit və faiz borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 5392,35 ABŞ dolları cərimə borcunun tutulması tələbi qismən əsaslıdır, gecikdirilmiş günlərə görə hesablanmış həmin cərimə tənasübsüz surətdə yüksək olduğundan, kreditorun əmlak mənafeləri də nəzərə alınmaqla, borclunun əsas borcuna adekvat məbləğdə, yəni 100 ABŞ dolları məbləğində cərimə tutulması ədalətli və qanunidir.

18. Apellyasiya instansiyası həmçinin qeyd etmişdir ki, məhkəməsi mü lki qanunvericilikdə zaminliyin qüvvədə olma müddətinin başa çatması zaminliyin ləğv edilməsinə dəlalət edən hallardan biri kimi qəbul edilmişdir. Bu ondan irəli gəlir ki, zaminlik müddətli öhdəlikdir. Lakin zaminlik müddətsiz (qeyri-müəyyən müddətli) öhdəlik də ola bilər. Müddətsiz zaminlik odur ki, bu cür zaminlikdə onun hansı müddətə qüvvədə olması göstərilmir, yəni zaminlik müqaviləsində onun verilmə müddəti nəzərdə tutulmur. Bu cür zaminliyə bir il ərzində kreditor tərəfindən zaminə qarşı iddia irəli sürülmədiyi halda xitam verilir. Bir illik müddət əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanır.

19. Belə ki, mülki hüquqların həyata keçirilmə müddəti odur ki, bu müddət ərzində səlahiyyətli şəxs (kreditor, subyektiv hüquq daşıyıcısı) özünün subyektiv hüquqlarını həyata keçirm ək imkanına malik olur. Həmin hüquqlar öhdəlik hüquq münasibətlərindən (öhdəliklərdən) əmələ gəlir və tələb hüquqları adlanır. Əgər səlahiyyətli şəxs (kreditor) həmin müddət ərzində bu hüquqları həyata keçirməsə, onda onlara xitam verilir. Başqa sözlə, həmin müddət ötürülərsə, kreditor tələbi, yəni borclu şəxsdən müəyyən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququnu itirir və buna görə də o ləğv edilir.Ona görə də, zaminlik müqaviləsində onun verilmə müddəti nəzərdə tutulmadığından əsas öhdəliyin icrası müddətin başa çatdığı xx.xx.2016-cı il tarixdən etibarən bir il ərzində kreditor tərəfindən Cavabdeh3 qarşı iddia irəli sürülmədiyi üçün sonuncunun zaminliyinə xitam verilmiş və bununla da iddiaçı bank zaminə qarşı tələb hüququnu itirmişdir. Kassasiya şikayətinin və ona eti razın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin aprellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, qeyd olunmuşdur ki, bankdan aldığı 6360 ABŞ dollarına görə 5000 ABŞ dollarından çox ödəniş etmişdir. Bank borcu restrukturizasiya edərsə, qarşılıqlı razılıq əsasında pulu ödəyə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyr inə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi v ə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

26. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmışdır. Məhkəmə cavabdehin kredit borcunun düzgün müəyyən olunmaması ilə bağlı dəlillərini xüsusi biliyə malik olan ekspert cəlb etməklə, təqdim olunan bütün sübutları əhatə edən araşdırma aparmışdır.

29. Cavabdehin borc məbləğinin düzgün hesablanmadığı barədə dəlil formaldır, konkret təhlilə əsaslanmadan mücərrəd qaydada irəli sürülmüşdür.

30. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(104)-1709/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar