Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2927/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” ASC-nin (“xxxx” İKB ASC) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 19 noyab r 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 31.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, «xxxx» X2 tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik faiz 25 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit verilmişdir.
2. Bank, müqavilə üzrə öhdəliyini icra edərək, kredit məbləğini cavabdehə təqdim etmişdir.
3. Eyni tarixli ipoteka müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 borclunun öhdəliklərinin icrasının təminatı məqsədi paylı mülkiyyətlərində olan Bərdə şəhəri, X5 küçəsi, 6 nömrəli fərd i yaşayış evi və 0.0214 ha torpaq sahəsini ipoteka ilə yüklü edərək «xxxx» İKB-nin tələb hüququna təminat vermişlər.
4. Buna baxmayaraq, Cavabdeh2 borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehlərə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı “xxxx” ASC (“xxxx” İKB ASC) 13.02.2018-ci ildə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 «xxxx» İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2014-cü il 31 oktyabr tarixli kredit müqaviləsi üzrə 5751,11 manat əsas, 2267,41 manat faiz borcu, 285,6 ma nat cərimə borcu olmaqla cəmi 8304, 12 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsinə, tutmanın Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 mülkiyyətindəki Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 otaqlı, 80,5 kv. m ümumi, 40,6 kv. m yaşayış, 39,9 kv. metr yardımçı sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinə və 0,0214 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 otaqlı, 80,5 kv. m ümumi, 40,6 kv. m yaşayış, 39,9 kv.m yardımçı sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinin və 0,0214 ha torpaq sahəsinin hərracdan s atışdan əldə olunan vəsait hesabına “xxxx” İKB ASC-nə ödənilməsinə, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsinə, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 mülkiyyətindəki Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 otaqlı, 80,5 kv. m ümumi, 40,6 kv. m yaşayış, 39,9 kv. Metr yardımçı sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinə və 0,0214 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 mülkiyyətindəkiX. m ümumi, 40,6 kv. m yaşayış, 39,9 kv. metr yardımçı sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinə və 0,0214 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaş ayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-4) istinad etməklə tələblərini belə əsaslandırmışdır ki, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də, tələbdə göstərilən borc ondan tutulmalı və ipoteka predmetinə yönəldilməlidir.
7. Cavabdehlər birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişlər.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03.10.2019-cu il tarixli, 29916 saylı rəyinə əsasən, 31.10.2014-cü il tarixli, 12-G-1-0-1353-14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh2 13 fevral 2018-ci il tarixinə “xxxx” ASC-yə (“xxxx” İKB ASC) olan borcu faiz borcu üzrə 1945,15 manat, əsas borcu üzrə 5747,56 manat təşkil edir.
9. Bərdə Rayon Məhkəməsinin (hakim S.Seyfullayev) 13 mart 2020-ci il tarixli, 2(021)-137/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 31 oktyabr 2014-cü il tarixli, 12-G1-0-1353-14 nömrəli kredit müqaviləsi üzrə 5747,56 manat əsas, 1945.15 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 7702.71 manat kredit borcu, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat xidmət haqqının, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq «xxxx» İKB ASC-in xeyrinə ödənilməsi, tutmanın 31 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh2, X1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 ümumi birgə mülkiyyətindəki B ərdə şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 otaqlı, 80,5 kv. m ümumi, 40,6 kv.m yaşayış, 39,9 kv.m yardımçı sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinə və 0,0214 ha torpaq sahəsi ilə birlikdə yönəldilməklə həmin evin açıq hərracda satılması, həmin evin ilkin satış qiymətinin 20.000 (iyirmi min) manat qiymətləndirilməklə, tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 31 oktyabr 2014-cü il tarixli, 12G-1-0-1353-14 nömrəli kredit müqaviləsi üzrə «xxxx» İKB ASC-yə olan borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi paylar nisbətində ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, Cavabdeh2, X3 və Cavabdeh6 qa ytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərcinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
10. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərinin icrasını gecikdirmişlər və iddiaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə dair normalar çərçivəsində əsaslıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qeyd edilən qətnamədən iddiaçı “xxxx” ASC (“xxxx” İKB ASC) apellyasiya şikayəti vermişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-N.Quliyev (sədrlik edən və məruzəçi), R.Muradov və Ş.Rzaquliyev) 19 noyabr 2020-ci il tarixli, Xnömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin (“xxxx” İKB ASC) apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, X nömrəli qətnaməsi qismən, iddia tələbinin ipoteka predmeti satıldıqdan sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evindən çıxarılmaları hissəsinin təmin edilməmiş hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbinin həmin hissədə təmin edilməsi, ipoteka predmeti satıldıqdan sonra ən geci bir ay ərzində evi tərk etmədikdə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bərdə şəhəri, X5 küçəsi, 6 nömrəli fərdi yaşayış evindən çıxarımaları, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş dir.
13. Məhkəmə «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsinə istinad edərək iddia tələbinin ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmaları hissəsinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticə gəlməmiş, həmin hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, on ların kredit borcu ölkə başçısı cənab İlham Əliyevin 27.02.2019-cu il tarixli Fərmanının təsiri altına düşsə də, bankın laqeydliyi ucbatından tətbiq edilən güzəştlər onlara şamil olunmamışdır. Həmin Fərmana əsasən, 17.000 manata qədər kredit borcları restrukturizasiya edilməli idi. Bu barədə banka müraciət etdikdə cavabdehlərə bildirildi ki, borc məbləği 5602 manat təşkil edir. Ancaq dəfələrlə banka müraciət etsələr də, müsbət həllini tapmamış və qanuni əsaslarla kredit borcunu restrukturizasiya olunmalı məbləğə düşsə də, Bankın əməkdaşlarının səhlənkarlığı və laqeydliyi nəticəsində bu baş verməmişdir. Bundan başqa, cavabdehin ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdə yaşayanların və qeydiyyatda olanların evi könüllü tərk etməsələr oradan çıxarılması barədə qərar qəbul etmiş məhkəmə hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal olunan mübahisə ilə əlaqədar qərar qəbul etmişdir ki, bunu da qanuni hesab etmək olmaz. Ev hərracda satıldıqdan sonra yaşayış sahəsindən çıxarma yeni mülkiyyətçiyə aid hüquq olduğundan, mülkiyyət hüququ olmayan və yaşayış sahəsindən çıxarmaq üçün heç bir subyektiv hüquqa malik olmayan bankın tələbi üzrə həmin mübahisə həll oluna bilməz. Məhkəmə göstərilən məzmunda qərar qəbul etməklə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında mə hkəmə tərəfindən müəyyən edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
19. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
20. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
21. Maddə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
22. Maddə 739.1. Borc müqaviləsinə g örə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:
24. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
25. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir.
26. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müq aviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 403.1.Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
29. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Məhkəmə kollegiyası, qətnaməni cavabdehlər in ipoteka predmetindən çıxarılması hissəsində yoxlamışdır. Belə ki, cavabdehlər borcun məbləği və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədikləri üçün həmin məsələlərə dair kassasiya şikayəti verə bilməzlər. Çünki, iddianın həmin hissələri ilə bağlı cavabdehlərin apellyasiya məhkəməsində rədd edilmiş tələbləri mövcud deyil (§ 28). Odur ki, cavabdehlərin borcun məbləği və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı dəlilləri hazırkı kassasiya baxışının predmetini təşkil etmir.
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrə k, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh2 borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəlində razılaşdırmışlar. Eyni zamanda bankın tələb hüququ ipoteka müqaviləsi ilə təminat altına alınmışdır. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Odur ki, iddiaçının kredit borcunun cavabdehdən tutulması və ipoteka predmetinə yönəldilməsi halında cavabdehlərin oradan çıxarılması yuxarıda qeyd edilən maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır (§ 26).
35. Göründüyü kimi yaşayış evinin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulması halında ipoteka qoyulmuş həmin mənzilə tutma yönəld ildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri qanunda nəzərdə tutulmuşdur.
36. Odur ki, apellyasiya məhkəməsinin qətnaməsi iddianın həmin hissəsində maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır, qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas yoxdur.
37. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.