Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2928/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması tələbi) 22.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-367/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxara q, aşağıdakıları müəyyən etdi: İşin halları «xxxx» ASC Cavabdeh 16 iyul 2010-cu il tarixli kredit müqaviləsinə əsasən, illik 17 faiz dərəcəsi ilə 12 ay müddətinə 900000 manat məbləğində kredit verilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunaraq alınmış məhkəmə mühasibatlıq ekspertizasının 07 fevral 2020-ci il tarixli 30404 nömrəli və təkrar məhkəmə mühasibatlıq ekspertizasının 18 iyun 2020-ci il tarixli 9/1780 nömrəli rəyinə görə 16 iyul 2010-cu il tarixli 27 saylı kredit müqaviləsində qeyd edilən şərtləri nəzərə alaraq Cavabdeh “xxxx” ASC-yə müqavilənin bitdiyi 16 iyul 2011-ci il tarixinə 900000 manat əsas borcu, 50250 manat faiz borcu, 17 sentyabr 2019-cu il tarixə isə 900000 manat əsas borcu və 815599,99 manat faiz borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 iyul 2010-cu il tarixli 27 saylı kredit müqaviləsi üzrə 900000 manat əsas borc, 218550 manat faiz borcu olmaqla cəmi ******* manat məbləğində kredit borcunun və 22.05.2012-ci il tarixdən etibarən öhdəliyin tam icra olunacağı günədək 900000 manat əsas borca illik 17 faiz dərəcəsi ilə hesablanacaq faizlərin və iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən iddiaçı bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qətnaməsi ilə (hakim E.Qurbanov, iş № 2(004)-4136/2012) iddia qismən təmin edilmiş, cavabdehdən 900000 manat m əbləğində əsas borcun, 218550 manat məbləğində faiz borcunun, cəmi ******* manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh 16 iyul 2010-cü il tarixli kredit müqaviləsi bağlanarkən üzərinə götrüdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov, iş № 2(103)-367/2020) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh 465250 manat məbləğində əsas borcun tutularaq iddiaçı «xxxx » ASC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh tərəfindən 16 iyul 2010-cu il tarixdən müqavilənin başa çatdığı 16 iyul 2011-ci il tarixə qədər 101191,67 manat ödəniş edilmiş, həmin ödənişlərin hamısı faiz borcuna silinərək kredit müqaviləsinin bitdiyi tarixə, yəni 16 iyul 2011-ci il tarixə olan əsas borcu 900000 manat, faiz borcu isə 50250 manat təşkil etmişdir. Müqavilə bitdikdən sonra 30.11.2016-cı il tarixədək isə Cavabdeh tərəfindən banka 485000 manat məbləğində pul ödənilmiş, həmin ödənişlərin də hamısı faiz borcuna silinmişdir. Halbuki, müqavilə müddəti başa çatdıqdan sonra kredit müqaviləsi üzrə faizlər hesablana bilməzdi. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə müddəti başa çatandan s onra ödənilən 485000 manat puldan ilk növbədə faiz məbləği silinməli, qalan pul isə əsas borcdan çıxılaraq ödənilməli məbləğ müəyyən edilməlidir. Beləliklə, Cavabdeh 16 iyul 2010-cu il tarixli 27 saylı kredit müqaviləsi üzrə “xxxx” ASC-yə 900000+50250-485000=465250 manat əsas borcu qalmış olur. Məhkəmə mühasibatlıq ekspertizasının rəyləri ilə kredit borcunun məbləği düzgün müəyyən edilmədiyinə görə həmin rəylər əsas və faiz borcunun müəyyən edilməsində nəzərə alınmamalı, apelyasiya şikayəti qismən əsaslı olduğuna görə qətnamə dəyişdirilməli, Cavabdeh 465250 manat məbləğində əsas borc tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-367/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə borcun hesablanması ilə bağlı təyin etdiyi məhkəmə mühasibatlıq ekspertizalarında fərqi nəticələr əldə olunmuşdur və sonda məhkəmə tərəfindən sadə riyazi hesablama nəticəsində ödənilən vəsaitin əsas borcdan çıxılması nəticəsində əsassız nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən tərəflər arasında bağlanmış müqavilənin şərtləri nəzərə alınmamışdır. Ekspert qarşısında sual qoyularkən gecikdirilmiş günə görə ödənilməli olan faiz məbləği hesablanmamışdır. Hər bir halda kreditin götürüldüyü gündən 11 il ərzində öhdəliyin lazımi qaydada icra edilməməsi və sonda ödənilən vəsaitin əsas borcdan silinərək gecikdirmə halının nəzərə alınmaması həm qanuna, həm də hüquqi məntiqə sığmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillərə uyğun yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləş dirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bor clu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya şikayətinin dəlilləri ilə bağlı ilkin olaraq qeyd edilməlidir ki, iddiaçı 19 iyun 2012-ci ildə iddia tələbi ilə məhkəməyə müraciət edərək 22 may 2012-ci il tarixə olan borcun tutulmalı olmasını göstərmişdir. 22 may 2012-ci il tarixə əsas borcun 9000.000 manat, faiz borcunun isə 218550 manat olması göstərilmişdir. İşdə olan hesabdan çıxarışla 16.05.2011-ci il tarixədək 101.191,67 manat ödənilmiş və ödənilmiş məbləğ həmin dövrə mövcud olmuş faiz borcuna aid edilmişdir. Göründüyü kimi iddia tələbi 22 may 2012-ci il tarixə olan hesablanmış borc məbləği ilə məhdudlaşır. Cavabdeh apellyasiya şikayətində isə əsas borcun məbləği ilə razılaşaraq faiz borcunun məbləği ilə razı olmadığını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 17.09.2019-cu il tarixdə məhkəməmühasibatlıq ekspertizası təyin olunmuş, 16.07.2011-ci il tarixə və qərardadın qəbul olunduğu tarixə əsas və faiz borcunun müəyyən olunması sual olaraq qoyulmuşdur. Ekspert tərəfindən həmin tarixlərə qalıq borc məbləğləri müəyyən olunmuşdur. Bundan sonra 17.03.2020-ci il tarixdə apellyasiya instasiyası məhkəməsi tərəfindən təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək 17.09.2019-cu il tarixə əsas və faiz borcunun məbləğinin müəyyən olunması qərara alınmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 18 iyun 202 0-ci il tarixli rəyi ilə tələb olunan müddətə əsas və faiz borcunun məbləği müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin rəylərdə göstərilən nəticələrlə razılaşmayaraq sadə riyazi hesablama əsasında 30.11.2016-cı il tarixə cavabdehin banka ödəmiş olduğu məbləğin 485.000 manat məbləğində olmasını, həmin məbləğdən ilk növbədə faiz məbləğinin silinməli olması, qalan pulun isə əsas borcdan çıxılaraq ödənilməli məbləği olmasını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən nəzərə almamışdır ki, iddiaçı 30.11.2016-cı il tarixədək olan borc məbləğini deyil, 22 may 2012-ci il tarixə olan borc məbləğinin tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi isə məhz həmin müddətə borc məbəğini müəyyən etmişdir. Göstərildiyi kimi cavabdehin apellyasiya şik əyətinin dəlilləri isə faiz borcunun artıq hesablanması ilə bağlı olmuşdur. Belə olan halda apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə müqavilə müddətinə faiz borcunun məbləğini müəyyən etməli olduğu halda, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra ödənilmiş məbləğləri nəzərə alaraq əsassız olaraq faiz borcuna və əsas borc məbləğinə aid etmişdir. Bu zaman nəzərə almamışdır ki, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənədək olan vəziyyət üzrə borcun tutulması ilə məhdudlaşır. Bundan sonra ödənilmiş məbləğin ümumi borc məbləğinə aid edilməsi isə məhz icra icraatı zamanı həll olunmalı olan məsələdir. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, zi ddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün m üəyyən edilməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət etməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün təfsir etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” ASC kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-367/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunsun, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2928/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2928/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver