Məhkəmə qərarları › İş №2(102)-2929/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2929/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2929/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı «xxxx» MMC BOKT-nın cavabdehlər «xxxx» MMC, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Əhməd oğluna qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit məbləğinin qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı «xxxx» MMC BOKT-nin vəkili Vəkil, nümayəndəsi X1, cavabdehin vəkili X3 iştirakları ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)- 1325/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsindən iddiaçı «xxxx» MMC BOKT tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 27 avqust 2010-cu il tarixli, 5 nömrəli kredit müqaviləsi ilə xxxx» Məhdud Məsuliyyətli Cəmiyyət Bank Olmayan Kredit Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə 12 ay müddətinə, illik 5 faiz dərəcəsi ilə 188600 (yüz səksən səkkiz min altı yüz) manat məbləğində kredit xətti açmışdır. 15 sentyabr 2011-ci il tarixli, 1 nömrəli əlavə kredit müqaviləsi ilə bu əlavə ilə kredit verən 27 avqust 2010-cu il tarixli, 5 nömrəli kredit müqaviləsinin müddəti 15 sentyabr 2011-ci il tarixdən etibarən təkrar 36 ay müddətinə uzadılmışdır. Bu əlavə ilə kredit verən 27 avqust 2010-cu il tarixli, 5 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 36 ay müddətinə, illik 10,25 faiz olmaqla borcalana 199800 (yüz doxsan doqquz min səkkiz yüz) manat məbləğində kredit xətti açmışdır. 17 sentyabr 2012-ci il tarixli, 2 nömrəli əlavə kredit müqaviləsi ilə kredit verən borcalanla bağlanmış 15 sentyabr 2011-ci il tarixli, 5 nömrəli kredit müqaviləsinin 6.3 bəndinin şərtlərinə uyğun olaraq tərəflərin razılaşmasına əsasən kredit müqaviləsinin 2.1ci bəndində göstərilmiş kredit xətti daxilində 17 sentyabr 2012-ci il tarixdə illik 10,25 faiz həcmində hesablanmaqla 12 ay müddətinə 150600 (yüz əlli min altı yüz manat) manat məbləğində kredit xətti açılır və həmin məbləğdən ipotekaya qoyulmuş əmlakların qiymətləndirilməsi üçün (kredit məbləğini n 1 faizi həcmində) və bank xərci üçün (kredit məbləğinin 0,5 faizi həcmində) xidmət haqqı tutur. 17 oktyabr 2012-ci il tarixli, 2 nömrəli əlavə kredit müqaviləsi ilə kredit verən borcalanla bağlanmış 15 sentyabr 2011-ci il tarixli, 5 nömrəli kredit müqaviləsinin 6.3 bəndinin şərtlərinə uyğun olaraq tərəflərin razılaşmasına əsasən kredit müqaviləsinin 2.1ci bəndində göstərilmiş kredit xətti daxilində 17 oktyabr 2012-ci il tarixdə illik 10,25 faiz həcmində hesablanmaqla 12 ay müddətinə 49000 (qırx doqquz min) manat məbləğində kredit xətti açılır və həmin məbləğdən ipotekaya qoyulmuş əmlakların qiymətləndirilməsi üçün (kredit məbləğinin 1 faizi həcmində) və bank xərci üçün (kredit məbləğinin 0,5 faizi həcmində) xidmət haqqı tutur. 27 avqust 2010-cu il tarixli 5/1 nömrəli İpoteka müqaviləsi i lə 27 avqust 2010-cu il tarixli, 5 nömrəli kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh4 23 iyun 2010-cu il tarixli, ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özlərinə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində mülkiyyətində 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105,8 m2 yaşayış, 88,1 m2 köməkçi sahədən ibarət 112A nömrəli fərdi yaşayış evini ipoteka ilə yükləməyi öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 1.1-ci bəndindən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlak 300000 (üç yüz min) manat məbləğində qiymətləndirilmişdir; 15 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh4 23 iyun 2010-cu il tarix li, ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özlərinə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində mülkiyyətində 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105,8 m2 yaşayış, 88,1 m2 köməkçi sahədən ibarət 112A nömrəli fərdi yaşayış evini ipoteka ilə yükləməyi öz öhdələrinə götürmüşlər. Cavabdeh2 və Cavabdeh4 mülkiyyətlərində olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 112A nömrəli fərdi yaşayış evi 15 sentyabr 2011-ci il tarixdən 15 sentyabr 2014-cü il tarixədək «xxxx» MMC BOKT-nin xeyrinə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” MMC BOKT cavabdehlər “xxxx” MMC, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı Gəncə şəhəri Nizami rayon məhkəməsində iddia qaldıraraq, iddianı təmin etmək məqsədilə 27 avqust 2010-cu il tarixli 5/1 nömrəli, 14 noyabr 2011-ci il tarixli 12/3 nömrəli İpoteka müqavilələrinə əsasən ipotekaya qoyulmuş əmlaklar üzərinə həbs qoyulmasına, cavabdeh “xxxx” MMC-dən 27 avqust 2010-cu il tarixli 5 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 15 sentyabr 2011-ci il tarixli 1 nömrəli Əlavəyə əsasən 17 sentyabr 2012-ci il tarixdə verilmiş 150600 manat məbləğində kredit üzrə 136600 manat əsas borcun, 3567,46 manat faiz borcun, 562,33 manat cərimənin, cəmi 140729,79 manat borcun, 17 oktyabr 2012-ci il tarixdə 49000 manat məbləğində kredit üzrə 39900,47 manat əsas borcun, 496,98 manat faiz borcun, 55,85 manat cərimənin, cəmi 40453,30 manat borcun, 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən 26 noyabr 2012-ci il tarixdə 110000 manat məbləğində verilmiş kreditin 43137 manat hissəsi üzrə 37255 manat əsas borcun, 3099,64 manat faiz borcun, 901,96 manat cərimənin, cəmi 41256,50 manat borcun, 25 noyabr 2010-cu il tarixli 6 saylı kredit müqaviləsinin müddətinin uzadılmasına dair 12 yanvar 2012-ci il tarixli 1 nömrəli Əlavəyə və 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən birlikdə 18 yanvar 2013-cü il tarixdə verilmiş 125000 manat məbləğində kreditin 32051 manat hissəsi üzrə 23064,10 manat əsas borcun, 2328,80 manat faiz borcun, 1214,70 manat cərimənin, cəmi 26607,60 manat borcun, ümumilikdə cavabdehlərdən əsas borc, faiz və cərimələr daxil olmaqla, cəmi 249047,19 manat borcun və həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “xxxx” MMC BOKT-nin xeyrinə tutulması; tutmanın ipotek aya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 və Cavabdeh4 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105,8 m 2 yaşayış, 88,1 m 2 köməkçi sahədən ibarət 112A nömrəli fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi 51 ünvanında, 0,00256 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 19,2 m 2 olan 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka əmlaklarının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına “xxxx” MMC BOKT-yə olan borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş məhkəmə icraatında olan zaman “xxxx” MMC BOKT-nin nümayəndəsi X4 iddia tələbinin dəqiqləşm əsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən 26 noyabr 2012-ci il tarixdə 110000 manat məbləğində verilmiş kreditin 43137 manat hissəsi üzrə 37255 manat əsas borcun, 3099,64 manat faiz borcun, 901,96 manat cərimənin, cəmi 41256,60 manat borcun cavabdehlərdən müştərək qaydada tutulması əvəzinə cəmi 41256,50 manat kimi göstərildiyini, ümumilikdə borcun isə cəmi 249047,29 manat təşkil etdiyini bildirmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Hökümətinin zəmanəti ilə Dünya Bankı (BİA) tərəfindən ayrılmış kredit vəsaiti hesabına, “xxxx” MMC BOKT ilə Gəncə şəhərində fəaliyyət göstərən “xxxx” MMC arasında bağlanmış 27 avqust 2010-cu il tarixli 5 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmas ına dair 15 sentyabr 2011-ci il tarixli 1 nömrəli əlavəsinə əsasən 17 sentyabr 2012-ci il tarixdə 150600 manat, 07 oktyabr 2012-ci il tarixdə 49000 manat, cəmi 199600 manat, 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən 26 noyabr 2012-ci il tarixdə 110000 manat, 25 noyabr 2010-cu il tarixli 6 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 12 yanvar 2012-ci il tarixli 1 nömrəli əlavəsinə və 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən 18 yanvar 2013-cü il tarixdə 125000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə “xxxx” MMC ilə bağlanmış 27 avqust 2010-cu il tarixli 5 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 15 sentyabr 2011-ci il tarixli 1 nömrəli əlavəsinə əsasən 17 sentyabr 2012-ci il tarixdə 150600 manat, 17 oktyabr 2012-ci il tarixdə 49000 manat, cəmi 199600 manat məbləğində kreditin təminatı olaraq, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, ev 112A-da yaşayan Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış 27 avqust 2010-cu il tarixli 5/1 nömrəli İpoteka müqaviləsinə əsasən, 23 iyul 2010-cu il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özlərinə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində mülkiyyətlərindəki 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105,8 m2 yaşayış, 88,1 m2 köməkçi sahədən ibarət 112A nömrəli fərdi yaşayış evi, 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən 26 noyabr 2012-ci il tarixdə verilmiş 110000 manat məbləğində kreditin 43137 manat hissəsinin və 25 noyabr 2010-cu il tarixli 6 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 12 yanvar 2012-ci il tarixli 1 nömrəli Əlavəsinə və 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən birlikdə 18 yanvar 2013-cü il tarixdə verilmiş 125000 manat məbləğində kreditin 32051 manat hissəsinin təminatı olaraq Gəncə şəhəri Nizami rayonu, X.Xasməmmədov küçəsi 1, ev 4-də yaşayan Cavabdeh3 ilə bağlanmış 14 noyabr 2011-ci il tarixli 12/3 nömrəli İpoteka müqaviləsinə əsasən, 27 oktyabr 2011-ci il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan ünvan 1 ünvanda, 0,00256 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 19,2 m2 olan 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka ilə “xxxx” MMC BOKT-nin xeyrinə yüklü edilmişdir. İpotekalar Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində “xxxx” MMC BOKT-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələlərin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərilməmişdir. Cavabdehə göndərilmiş xəbərdarlıq və pretenziya məktubları cavabsız qalmışdır. Nəticədə cavabdehin 01 mart 2015-ci il tarixə “xxxx” MMC BOKT-yə 27 avqust 2010-cu il tarixli 5 nömrəli k redit müqaviləsinin müddətinin uzadılmasına dair 15 sentyabr 2011-ci il tarixli 1 nömrəli Əlavəsinə əsasən 17 sentyabr 2012-ci il tarixdə verilmiş 150600 manat məbləğində kredit üzrə 136600 manat əsas borcu, 3567,46 manat faiz borcu, 562,33 manat cərimə borcu, cəmi 140729,79 manat borcu, 17 oktyabr 2012-ci il tarixdə 49000 manat məbləğində kredit üzrə 39900,47 manat əsas borcu, 496,98 manat faiz borcu, 55,85 manat cərimə borcu, cəmi 40453,30 manat borcu, 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən 26 5 noyabr 2012-ci il tarixdə 110000 manat məbləğində verilmiş kreditin 43137 manat hissəsi üzrə 37255 manat əsas borcu, 3099,64 manat faiz borcu, 901,96 manat cərimə borcu, cəmi 41256,60 manat borcu, 25 noyabr 2010-cu il tarixli 6 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 12 yanvar 2012-ci il tarixli 1 nömrəli əlavəsinə və 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən birlikdə 18 yanvar 2013-cü il tarixdə verilmiş 125000 manat məbləğində kreditin 32051 manat hissəsi üzrə 23064,10 manat əsas borcu, 2328,80 manat faiz borcu, 1214,70 manat cərimə borcu, cəmi 26607,60 manat borcu, ümumilikdə cavabdehlərin əsas borc, faiz və cərimələr daxil olmaqla, cəmi 249047,29 manat borcu yaranmışdır. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 18 avqust 20115-ci il tarixli qətnaməsi ilə (hakim A.Eyvazov, iş № 2(044)-1624/2015) iddia qismən təmin edilərək, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən 27 avqust 2010-cu il tarixli 5 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 15 sentyabr 2011-ci il tarixli 1 nömrəli Əlavəsinə əsasən 17 sentyabr 2012-ci il tarixdə verilmiş 150600 (yüz əlli min altı yüz) manat məbləğində kredit üzrə 136600 (yüz otuz altı min altı yüz) manat əsas borc, 3567,46 (üç min beş yüz altmış yeddi manat qırx altı qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu, cəmi 140217,46 (yüz qırx min iki yüz on yeddi manat qırx altı qəpik) manat borc, 17 oktyabr 2012-ci il tarixdə 49000 (qırx doqquz min) manat məbləğində kredit üzrə 39900,47 (otuz doqquz min doqquz yüz manat qırx yeddi qəpik) manat əsas borc, 496,98 (dörd yüz doxsan altı manat doxsan səkkiz qəpik) manat faiz borcu, 55,85 (əlli beş manat səksən beş qəpik) manat cərimə borcu, cəmi 40453,30 (qırx min dörd yüz əlli üç manat otuz qəpik) manat borc, 14 noyabr 2011-ci il tarixli 12 saylı kredit müqaviləsinə əsasən 26 noyabr 2012-ci il tarix də 110000 (yüz on min) manat məbləğində verilmiş kreditin 43137 (qırx üç min yüz otuz yeddi) manat hissəsi üzrə 37255 (otuz yeddi min iki yüz əlli beş) manat əsas borc, 3099,64 (üç min doxsan doqquz manat altmış dörd qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu, cəmi 40454,64 (qırx min dörd yüz əlli dörd manat altmış dörd qəpik) manat borc, 25 noyabr 2010-cu il tarixli 6 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 12 yanvar 2012-ci il tarixli 1 nömrəli Əlavəsinə və 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən birlikdə 18 yanvar 2013-cü il tarixdə verilmiş 125000 (yüz iyirmi beş min) manat məbləğində kreditin 32051 (otuz iki min əlli bir) manat hissəsi üzrə 23064,10 (iyirmi üç min altmış dörd manat on qəpik) manat əsas borcu, 2328,80 (iki min üç yüz iyirmi səkkiz manat səksən qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu, cəmi 25492,90 (iyirmi beş min dörd yüz doxsan iki manat doxsan qəpik) manat borc, ümumilikdə cavabdehlərin əsas borc, faiz və cərimələr daxil olmaqla, cəmi 246618,30 (iki yüz qırx altı min altı yüz on səkkiz manat otuz qəpik) manat məbləğində borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi; 27 avqust 2010-cu il tarixli 5 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 15 sentyabr 2011-ci il tarixli 1 nömrəli əlavəsinə əsasən 17 sentyabr 2012-ci il tarixdə verilmiş 150600 (yüz əlli min altı yüz) manat məbləğində kredit üzrə yaranmış 140217,46 (yüz qırx min iki yüz on yeddi manat qırx altı qəpik) manat və 17 oktyabr 2012-ci il tarixdə 49000 (qırx doqquz min) manat məbləğində kredit üzrə 40453,30 (qırx min dörd yüz əlli üç manat otuz qəpik) manat borc üzrə tələbinin ipoteka predmeti olan cavabdehlər Cavabdeh2 və Cavabdeh4 mülkiyyətində olan ilkin dəyəri 300000 (üç yüz min) manat məbləğində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105,8 m2 yaşayış, 88,1 m2 köməkçi sahədən ibarət 112A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, bankın kredit tələbinin satılmış mənzilin hesabına ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması; 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən 26 noyabr 2012-ci il tarixdə 110000 (yüz on min) manat mə bləğində verilmiş kreditin 43137 (qırx üç min yüz otuz yeddi) manat hissəsi üzrə 40454,64 (qırx min dörd yüz əlli dörd manat altmış dörd qəpik) manat borc və 25 noyabr 2010-cu il tarixli 6 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 12 yanvar 2012-ci il tarixli 1 nömrəli əlavəsinə və 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən birlikdə 18 yanvar 2013-cü il tarixdə verilmiş 125000 (yüz iyirmi beş min) manat məbləğində kreditin 32051 (otuz iki min əlli bir) manat hissəsi üzrə cəmi 25492,90 (iyirmi beş min dörd yüz doxsan iki manat doxsan qəpik) manat borc üzrə tələbin ipoteka predmeti olan və Cavabdeh3 Əhməd oğlunun mülkiyyətində olan ilkin dəyəri 100000 (yüz min) manat məbləğində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi 51 ünvan ında, 0,00256 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 19,2 m2 olan 1 mərtəbəli qeyriyaşayış binasına yönəldilməsi, mənzilin açıq hərracda satılması, bankın kredit tələbinin satılmış mənzilin hesabına ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2015-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov (sədrlik edən və məruzəçi), Ş.Əliyeva və Ş.Rzaquliyev, iş № 2(104)-1993/2015) cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 avqust 2015-ci il tarixli 2(044)-1624/2015 nömrəli qətnaməsi cavabdeh “xxxx” MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, “xxxx” MMC BOKT ilə “xxxx” MMC arasında bağlanmış 27 avqust 2010-cu il tarixli 5 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 15 sentyabr 2011-ci il tarixli 1 nömrəli əlavəsinə əsasən 17 sentyabr 2012-ci il tarixdə 150600 (yüz əlli min altı yüz) manat, 7 oktyabr 2012-ci il tarixdə 49000 (qırx doqquz min) manat, cəmi 199600 (yüz doxsan doqquz min altı yüz) manat, 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən 26 noyabr 2012-ci il tarixdə 110000 (yüz on min) manat, 25 noyabr 2010-cu il tarixli 6 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 12 yanvar 2012-ci il tarixli 1 nömrəli əlavəsinə və 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən 18 yanvar 2013-cü il tarixdə verilmiş 125000 (yüz iyirmi beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə “xxxx” MMC ilə bağlanmış 27 avqust 2010-cu il tarixli 5 saylı kredit müqaviləsinin müddətinin uzadılmasına dair 15 sentyabr 2011-ci il tarixli 1 nömrəli əlavəsinə əsasən 17 sentyabr 2012-ci il tarixdə 150600 (yüz əlli min altı yüz) manat, 17 oktyabr 2012-ci il tarixdə 49000 (qırx doqquz min) manat, cəmi 199600 (yüz doxsan doqquz min altı yüz) manat məbləğində kreditin təminatı olaraq, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, ev 112A-da yaşayan Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış 27 avqust 2010-cu il tarixli 5/1 nömrəli İpoteka müqaviləsinə əsasən, 23 iyul 2010-cu il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özlərinə məxsus ola n Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində mülkiyyətlərində olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105,8 m2 yaşayış, 88,1 m2 köməkçi sahədən ibarət 112A nömrəli fərdi yaşayış evini, 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən 26 noyabr 2012-ci il tarixdə verilmiş 110000 (yüz on min) manat məbləğində kreditin 43137 (qırx üç min yüz otuz yeddi) manat hissəsinin və 25 noyabr 2010-cu il tarixli 6 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 12 yanvar 2012-ci il tarixli 1 nömrəli əlavəsinə və 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən birlikdə 18 yanvar 2013-cü il tarixdə verilmiş 125000 (yüz iyirmi beş min) manat məbləğində kreditin 32051 (otuz iki min əlli bir) manat hissəsinin təminatı olaraq Gəncə şəhəri Nizami rayonu, X.Xasməmmədov küçəsi 1, ev 4-də yaşayan Cavabdeh3 ilə bağlanmış 14 noyabr 2011-ci il tarixli 12/3 nömrəli İpoteka müqaviləsinə əsasən, 27 oktyabr 2011-ci il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan ünvan 1 ünvanda, 0,00256 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 19,2 m2 olan 1 mərtəbəli qeyri-yaşayış binasını ipoteka ilə “xxxx” MMC BOKT-nin xeyrinə yüklü edilmişdir. İpotekalar DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş materiallarından da göründüyü kimi, kredit müqaviləsi üzrə iddiaçı tərəf üzərinə götürdüyü öhdəlikləri tam icra etsə də, lakin cavabdeh “xxxx” MMC kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin 01 mart 2015-ci il tarixə “xxxx” MMC BOKT-yə 27 avqust 2010-cu il tarixli 5 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 15 sentyabr 2011-ci il tarixli 1 nömrəli əlavəsinə əsasən 17 sentyabr 2012-ci il tarixdə verilmiş 150600 (yüz əlli min altı yüz) manat məbləğində kredit üzrə 136600 (yüz otuz altı min altı yüz) manat əsas borcu, 3567,46 (üç min beş yüz altmış yeddi manat qırx altı qəpik) manat faiz borcu, 562,33 (beş yüz altmış iki manat otuz üç qəpik) manat cərimə borcu, cəmi 140729,79 (yüz qırx min yeddi yüz iyirmi doqquz manat yetmiş doqquz qəpik) manat borcu, 17 oktyabr 2012-ci il tarixdə 49000 (qırx doqquz min) manat məbləğində kredit üzrə 39900,47 (otuz doqquz min doqquz yüz manat qırx yeddi qəpik) manat əsas borcu, 496,98 (dörd yüz doxsan altı manat doxsan səkkiz qəpik) manat faiz borcu, 55,85 (əlli beş manat səksən beş qəpik) manat cərimə borcu, cəmi 40453,30 (qırx min dörd yüz əlli üç manat otuz qəpik) manat borcu, 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən 26 noyabr 2012-ci il tarixdə 110000 (yüz on min) manat məbləğində verilmiş kreditin 43137 (qırx üç min yüz otuz yeddi) manat hissəsi üzrə 37255 (otuz yeddi min manat iki yüz əlli beş) manat əsas borcu, 3099,64 (üç min doxsan doqquz manat altmış dörd qəpik) manat faiz borcu, 901,96 (doqquz yüz bir manat doxsan altı qəpik) manat cərimə borcu, cəmi 41256,60 (qırx bir min iki yüz əlli altı manat altmış qəpik) manat borcu, 25 noyabr 2010-cu il tarixli 6 saylı kredit müqaviləsinin müddətinin uzadılmasına dair 12 yanvar 2012ci il tarixli 1 nömrəli əlavəsinə və 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsi nə əsasən birlikdə 18 yanvar 2013-cü il tarixdə verilmiş 125000 (yüz iyirmi beş min) manat məbləğində kreditin 32051 (otuz iki min əlli bir qəpik) manat hissəsi üzrə 23064,10 (iyirmi üç min altmış dörd manat on qəpik) manat əsas borcu, 2328,80 (iki min üç yüz iyirmi səkkiz manat səksən qəpik) manat faiz borcu, 1214,70 (min iki yüz on dörd manat yetmiş qəpik) manat cərimə borcu, cəmi 26607,60 (iyirmi altı min altı yüz yeddi manat altmış qəpik) manat borcu, ümumilikdə cavabdehlərin əsas borc, faiz və cərimələr daxil olmaqla, cəmi 249047,29 (iki yüz qırx doqquz min qırx yeddi manat iyirmi doqquz qəpik) manat borcu yaranmışdır. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış hər iki ipoteka müqaviləsinə nəzər yetirildikdə müəyyən olunur ki, hər iki i poteka predmeti tərəflərin razılığı əsasında qiymətləndirilmiş və bu qiymət müqavilələrin şərtlərində əks olunmuşdur. Cavabdeh tərəf birinci instansiya məhkəməsində işə baxılmasının vaxtı və yeri barədə məlumatlı olsa da, lakin ipoteka predmetlərinin yenidən qiymətləndirilməsi barədə vəsatət verməmişlər. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qətnamədə ipoteka predmetlərinin dəyərini müqavilələrdəki razılaşdırılmış qiymət olaraq göstərmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsa ssızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti cavabdeh “xxxx” MMC-yə münasibətdə təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 may 2016-cı il tarixli qərarı ilə (hakimlər Ə.Mirzəliyev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və İ.Xələfov, iş № 2(102)-1905/2016) “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi MK-nın 20 noyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qər ara alınmışdır. Kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etməmiş və hesab etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən iştirak etməmiş, ipoteka predmetinin qiyməti barədə onun münasibəti öyrənilməmişdir. İpoteka müqaviləsində göstərilmiş qiymətə istinad edən məhkəmə nəzərə almamışdır ki, müqavilədə göstərilmiş qiymətdən asılı olmayaraq məhkəmə ipoteka predmetinə tutma yönəldən zaman ipotekanın həmin günə olan qiymətini tərəflərin razılığı ilə, belə razılaşma olmadıqda isə qanunda göstərildiyi kimi müstəqil qiymətləndiricinin rəyi ilə müəyyən etməli idi.Cavabdehin ipoteka predmetinin qiyməti barədə mübahisə açılmaması, bu barədə birinci instansiya məhkəməsinə ərizə verməməsi onun ipoteka predmetinin qiyməti ilə r azılaşması hesab oluna bilməz. Birincisi, ipotekanın qiyməti barədə tərəflərin razılaşmasının olub-olmamasını, müstəqil qiymətləndiricinin rəyinin alınmasına zərurət olub-olmamasını müəyyən etmək məhkəmənin üzərinə düşən vəzifədir və məhkəmə üzərinə düşən bu vəzifəni yerinə yetirməmişdir. İkincisi cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Mehdiyev (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və F.Əliyev, iş № 2(104)-108/2017) cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 avqust 2015-ci il tarixli 2(044)1624/2015 nömrəli qətnaməsi cavabdeh “xxxx” MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən «xxxx» MMC tərəfindən kassasiya şikayəti verilməmişdir. Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat Baxılan iş üzrə Cavabdeh4 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 avqust 2015-ci il tarixli 2(044)-1624/2015 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, hər iki kredit müqavilələrinin təminatı kimi ona və anası Cavabdeh2 məxsus Gəncə şəhəri Nizami rayon Bayan küçəsində olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 105,8 kv.m yaşayış, 88.1 kv.m köməkçi sahədən ibarət 112 A saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmişdir. Yüklülük yalnız iddiaçı ilə «xxxx» MMC BOKT arasında 27 avqust 2010-cu il tarixd bağanmış ipoteka müqaviləsi ilə 27 avqust 2010-cu il tarixli kredi t müqaviləsi ilə 12 ay müddətinə illik 5 faizlə verilmiş 188,600 mnat kredlitin təminatı kimi yüklü edilmişdir. Bundan sonra iddiaçı və «xxxx» MMC BOKT arasında 15 sentyabr 2011-ciil tarixli kredit müqaviləsinə əlavə nömrə 1-lə «xxxx» MMC BOKT verilmiş 12 ay müddətinə illik 10,25 faiz həcmində 199,800 manat kredit məbləğinin təminatı kimi onlara məxsus ev ipoteka ilə yüklü edilmişdir. Göstərilən kredit müqavilələri üzrə öhdəliklər tam icra olunmuşdur. Lakin bu məsələdə, yəni iddiaçı və «xxxx» MMC BOKT arasında 17 sentyabr 2012-ci il tarixli və 17 oktyabr 2012-ci il tarixli kredit müqavilələri ilə paylı mülkiyyətdə olan Gəncə şəhəri Nizami rayon Bayan küçəsində olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 105,8 kv.m yaşayış, 88,1 kv.m köməkçi sahədən ibarət 112 A saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Mamedov (sədrlik edən və məruzəçi), Ç.Məmmədov və Ə.Abdullayev, iş № 2(104)-1325/2020) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 avqust 2015-ci il tarixli 2(044)-1624/2015 nömrəli qətnaməsi Cavabdeh4 münasibətdə “tutmanın ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 və Cavabdeh4 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105,8 m2 yaşayış, 88,1 m2 köməkçi sahədən ibarət 112A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına «xxxx» MMC BOKT-yə olan borcun ödənilməsi” hissəsində ləğv edilərək, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin qeyd olunan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdeh "xxxx" MMCnə 27.08.2010-cu il tarixli 5 saylı kredit müqaviləsinə əsasən cavabdehə sahibkarlıq fəaliyyətinə yönəltmək məqsədi ilə 12 ay müddətinə illik 5 faizlə 188,600 manat məbləğdə kredit xətti açılmışdır. Sonradan tərəflər arasında həmin kredit müqaviləsininin müddətinin artırılmasına 15.09.2011-ci il tarixli 1 nömrəli əlavə bağlanılmış, kredit müqaviləsinin müddəti 15.09.2011-ci il tarixdən təkrar 36 ay müddətinə uzadılmışdır. Əlavə ilə 36 ay müddətinə illik 10,25 faiz olmaqla borcalana 199,8 00 manat məbləğində kredit xətti açılmışdır. Daha sonra kreditor tərəfindən borcalana 17.09.2012-ci il tarixdə 150.600 manat, 17.10.2012-ci il tarixdə 49.000 manat olmaqla cəmi 199,600 manat kredit verilmişdir. 17 sentyabr 2012-ci il tarixdə 150.600 manat kredit vəsaitindən 1.200 manat sığorta haqqı, 753 manat bank xərci, 1.506 manat əmlakın qiymətləndirmə haqqı çıxılmaqla, yekun olaraq 147,141 manat məbləğində pul vəsaiti cavabdehin hesabına köçürülmüş, 17 oktyabr 2012-ci il tarixdə 49.000 manat kredit vəsaitindən isə 196 manat sığorta haqqı, 245 manat bank xərci, 490 manat əmlakın qiymətləndirilmə haqqı çıxılmaqla, 48.069 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdeh "xxxx" MMC-nə 27.08.2010-cu il tarixli 5 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini məqsədi ilə "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh4 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı arasında 27.08.2010-cu il tarixli 5/1 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Cavabdeh2 və Cavabdeh4 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105.8 kv.m yaşayış, 88.1 kv.m köməkçi sahədən ibarət 112A nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Daha sonra ipoteka müqaviləsinin müddətinin uzadılması barədə 15.09.2011-ci il tarixli 1 nömrəli əlavə üzrə ipoteka müqaviləsinin müddəti 36 ay müddətinə uzadılmışdır. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdeh "xxxx" MM C arasında bağlanılmış 17.09.2012-ci il və 17.10.2012-ci il tarixli kredit müqavilələri üzrə tərəflər arasında kredit üzrə öhdəliklərin təminatı olaraq ipoteka müqaviləsi bağlanılmamışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdeh "xxxx" MMC-nə 27.08.2010-cu il tarixli 5 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini məqsədi daşımışdır. Həmin ipoteka müqaviləsində isə kredit xəttinin qısa təsnifatı verilmişdir. Sonradan qeyd olunan kredit xətti müqaviləsi üzrə müddət başa çatdığından, öhdəliklər vaxtında yerinə yetirildiyindən, kreditləşməyə yaranan zərurəti və buna görə də münasibətlərin davam etdirilməsi məqbul hesab edildiyi üçün 27.08.2010-cu il tarixli 5 saylı kredit müqaviləsinin müddəti 36 ay müddətinə uzadılmışdır. Sonradan kreditor tərəfindən borcalana 17.09.2012-ci il tarixdə 150.600 manat, 17.10.2012-ci il tarixdə 49.000 manat verilməsi barədə kredit müqavilələri isə məhz 27.08.2010-cu il tarixli 5 saylı kredit xətti müqaviləsinin 6.3-cü bəndinə uyğun olaraq bağlanılmışdır. Hansı ki, 27.08.2010-cu il tarixli müqavilə üzrə kreditin faizi illik 5 faiz olduğu halda, 17.09.2012-ci il 17.10.2012-ci il tarixli müqavilələr üzrə kreditin illik faizi 10,25 faiz olmuşdur. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, 17.09.2012-ci il və 17.10.2012-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin təminatı olaraq qanunla müəyyən edilmiş qaydada ipoteka müqaviləsi bağlanılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin tutman ın ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 və Cavabdeh4 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 112A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına «xxxx» MMC BOKT-yə olan borcun ödənilməsi hissəsində maddi hüquq normalarının tələbləri pozulmuş və məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı «xxxx» MMC BOKT (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1325/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş edir. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 27 avuqst 2010-cu il tarixli 5 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə 03.09.2010-cu il tarixdə 188.600 manat məbləğində kredit verilmiş və verilmiş kreditin təminatı kimi cavabdehlər Cavabdeh4 və Cavabdeh2 məxsus olan Gəncə şəhəri Nizami rayon Bayan küçəsində mülkiyyətlərində olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 105,8 kv.m yaşayış, 88.1 kv.m köməkçi sahədən ibarət 112 A nömrəli fərdi yaşayış evi 27.08.2010-cu il tarixli 5/1 saylı ipoteka müqaviləsi ilə 27.08.2010-cu il tarixli 5 saylı kredit müqaviləsi üzrə 03.09.2010 -cu il tarixdə verilmiş 188600 manat kreditin təminatı kimi yüklü edilmişdir. Bundan sonra 27 avqust 2010-cu il tarixli 5 saylı kredit müqaviləsinin müddəti 15 sentyabr 2011-ci il tarixli 1 saylı əlavə ilə 36 ay müddətinə uzadılaraq əvvəlki kredit xətti 199800 manat məbləğində müəyyən edilmişdir. Həmin əlavə ilə açılmış kredit xətti üzrə "xxxx" MMC-yə 23.09.2011-ci il tarixdə 19980 manat, 17.09.2012-ci il tarixli 2 saylı əlavə ilə 150600 manat, 17.09.2012ci il tarixli 2 saylı əlavə ilə 49000 manat məbləğində kredit verilmişdir. 27 avqust 2010-cu il tarixli 5 saylı kredit müqaviləsinin müddətinin uzadılmasına dair 15 sentyabr 2011-ci il tarixli 1 saylı əlavəyə uyğun olaraq 27 avqust 2010-cu il tarixli 5/1 saylı ipoteka müqaviləsinin də müddəti 15 sentyabr 2011-ci il tarixli 1 saylı əlavə il ə 36 ay müddətinə uzadılmış, girovqoyanlar Cavabdeh2 və Cavabdeh4 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. 5 saylı kredit müqaviləsinə edilmiş əlavələr üzrə yuxarıda qeyd olunmuş hər üç məbləğ kredit və ipoteka müqaviləsinə əlavəyə əsasən 36 ay müddət çərçivəsində verilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən 27 avqust 2010-cu il tarixli 5 saylı kredit müqaviləsinə edilmiş 2 saylı 17.09.2012-ci il tarixli və 17.10.2012-ci il tarixli əlavələr nədənsə ayrıca kredit müqaviləsi kimi qiymətləndirilmiş və bununla da səhv nəticəyə gəlmişdir. Lakin 2 saylı əlavələr ayrıca kredit müqaviləsi deyil, 27.08.2010-cu il tarixli 5 saylı kredit xətt müqaviləsinə edilmiş əlavələrdir. Əlavələrdə faiz dərəcəsi aydın şəkildə göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümyandəsi X2 və vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1325/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın tam təmin olunmasını xahiş edir. Cavabdehin vəkili X7 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1 325/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1-ci maddəsinə əsasən “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınm aqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. 307.4-ci maddəsinə əsasən əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. On lar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 399.1-ci maddəsinə əsasən Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qan ununun 10.1-ci maddəsinə əsasən İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. 10.5-ci maddəsinə əsasən İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. 14.1-cü maddəsinə əsasən ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıd akı hallarda aparılır: 14.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli olan şərtlər “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, ba ğlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Lakin Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 14-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aş ağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermiş və qətnamənin sonuncu apellyasiya icraatı zamanı iddianın rədd olunmuş hissəsi mübahisələndirilmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini k assasiya şikayətində göstərilən hissədə qətnamənin qanuniliyinin tam yoxlanması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1325/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düz gün hüquqi qiymət verməməsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə qətnaməni ləğv edərkən mövqeyi ondan ibarət olmuşdur ki, «… kredit xətti müqaviləsi üzrə müddət başa çatdığından, öhdəliklər vaxtında yerinə yetirildiyindən, kreditləşməyə yaranan zərurəti və buna görə də münasibətlərin davam etdirilməsi məqbul hesab edildiyi üçün 27.08.2010-cu il tarixli 5 saylı kredit müqaviləsinin müddəti 36 ay müddətinə uzadılmışdır. Sonradan kreditor tərəfindən borcalana 17.09.2012-ci il tarixdə 150.600 manat, 17.10.2012-ci il tarixdə 49.000 manat verilməsi barədə kredit müqavilələri isə məhz 27.08.2010-cu il tarixli 5 saylı kredit xətti müqaviləsinin 6.3-cü bəndinə uyğun olaraq bağlanılmışdır. Hansı ki, 27.08.2010-cu il tarixli müqavilə üzrə kreditin fai zi illik 5 faiz olduğu halda, 17.09.2012-ci il 17.10.2012-ci il tarixli müqavilələr üzrə kreditin illik faizi 10,25 faiz olmuşdur. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, 17.09.2012-ci il və 17.10.2012-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin təminatı olaraq qanunla müəyyən edilmiş qaydada ipoteka müqaviləsi bağlanılmamışdır.» Lakin işin halları ilə müəyyən olunur ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 27 avuqst 2010-cu il tarixli 5 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə 03.09.2010-cu il tarixdə 188.600 manat məbləğində kredit verilmiş və verilmiş kreditin təminatı kimi cavabdehlər Cavabdeh4 və Cavabdeh2 məxsus olan Gəncə şəhəri Nizami rayon Bayan küçəsində mülkiyyətlərində olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 105,8 kv.m yaşayış, 88.1 kv.m köməkçi sahədən ibarət 112 A nömrəli fərdi yaşayış evi 27.08.2010-cu il tarixli 5/1 saylı ipoteka müqaviləsi ilə 27.08.2010-cu il tarixli 5 saylı kredit müqaviləsi üzrə 03.09.2010-cu il tarixdə verilmiş 188600 manat kreditin təminatı kimi yüklü edilmişdir. Bundan sonra 27 avqust 2010-cu il tarixli 5 saylı kredit müqaviləsinin müddəti 15 sentyabr 2011-ci il tarixli 1 saylı əlavə ilə 36 ay müddətinə uzadılaraq əvvəlki kredit xətti 199800 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilə kreditin müddəti ilə yanaşı faiz və kredit xəttinini məbləği artırılalaraq faiz məbləği 10,25, kredit məbləği isə 199800 manat məbləğində müəyyən edilmişdir. Bundan sonra 15.09.2011-ci il tarixli müqavilənin şərtlərinin də təsnif edildiyi yeni ipoteka müqaviləsi bağlanmış, ipoteka qoyanlar 27.08.2010-cu il tarixli kredit müqaviləsində olan şərtlərin dəyişməsi ilə razılaşmışlar. Həmin əlavə ilə açılmış kredit xətti üzrə 17.09.2012-ci il tarixli 2 saylı əlavə ilə 150600 manat, 17.10.2012-ci il tarixli 2 saylı əlavə ilə 49000 manat məbləğində kredit verilmişdir. Göründüyü kimi 27 avqust 2010-cu il tarixli 5 saylı kredit müqaviləsinin müddətinin uzadılmasına dair 15 sentyabr 2011-ci il tarixli 1 saylı əlavəyə uyğun olaraq 27 avqust 2010-cu il tarixli 5/1 saylı ipoteka müqaviləsinin də müddəti 15 sentyabr 2011-ci il tarixli 1 saylı əlavə ilə 36 ay müddətinə uzadılmış, girovqoyanlar Cavabdeh2 və Cavabdeh4 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. 5 saylı kredit müqaviləsinə edilmiş əlavələr üzrə yuxarıda qeyd olunmuş kredit və ipoteka müqaviləsinə əlavəyə əsasən 36 ay müddət çərçivəsində verilmişdir. Apellyasiya instansiya məhkəməsi isə tərəflər arasında əvvəl bağlanmış kredit müqaviləsinin dəyişdirilməsinə dair yeni müqavilənin mövcud olmasını və həmin müqavilənin hazırda mübahisələndirilən ipoteka predmeti ilə təmin edilməsini nəzərə almayaraq yalnız sonuncu əlavələrlə verilmiş kredit məbləğlərinə görə faiz məbləğinə dair ipoteka qoyanlarının razılıqlarının olmamasına istinad edərək əsassız olaraq müqaviləsinin bağlanmaması nəticəsinə gəlmişdir. Bu nəticəyə gələrkən apellyasiya instansiya məhkəməsi nəzərə almalı idi ki, sonuncu əlavələrlə verilmiş kredit məbləği 27.08.2010-cu il tarixli kredit müqaviləsinin şərtlərinə görə deyil, 15.09.2011-ci il tarixli kredit xətt müqaviləsi əsasında və həmin müqavilədə tərəflərin razılaşdırmış olduqları şərtlər əsasında verilmişdir. Belə olan halda isə 27.08.2010-cu il tarixli müqavilədə nəzərdə tutulmuş faiz məbləğinə dair şərtin artıq qüvvədən düşməsini nəzərə almalı olduğu halda, nəzərə almamış həmin faiz məbləğinə istinad etməkdə (ipoteka qoyanların yeni faiz məbləğinə razılıqlarının olmamasına) haqlı olmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, 17.09.2012-ci il və 17.10.2010-cu il tarixli əlavələr 15 sentyabr 2011-ci il tarixli kredit müqavilərinin icrasının təmin edən müqavilərdir, əsas müqavilənin şərtlərindən kənara çıxma halı yoxdur, şərtlər əsas müqavilədə göstərilən şərtlərlə (müddət, faiz və məbləğ) məhdudlaşır. Belə olan halda həmin müqavilərlər müstəqil müqavilələr kimi nəzərə alınaraq onların rəsmləşdirilməsi zamanı yenidən ipoteka müqaviləsinin bağlanmalı olmasına dair apellyasiya inst ansiyası məhkəməsinin mövqeyi düzgün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, dəlillərə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı «xxxx» MMC BOKT tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1325/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi qismən «Cavabdeh4 münasibətdə “tutmanın ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 və Cavabdeh4 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105,8 m2 yaşayış, 88,1 m2 köməkçi sahədən ibarət 112A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına «xxxx» MMC BOKT-yə olan borcun ödənilməsin” hissəinin ləğv edilməsi və rədd edilməsi» hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar