Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-293/2019 14.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “14” yanvar 2014-cü il iş №2(102)-293/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Allahverdiyev Qəhrəman Əli oğlundan ibarət tərkibdə, Süleymanova Xuraman Telman qızınınkatibliyiilə, “Atrabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması FondununBakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Xətai Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli q ətnaməsi ilə (hakim:N.Misirzadə; 2(011)-3555/2018) iddiа qismən təmin edilməsi, ödəniş gününə qüvvədə olan məzənnə ilə 1300 (min üç yüz) ABŞ dolları məbləğində əsas borc, 422 (dörd yüz iyirmi iki) ABŞ dolları məbləğində faiz borcu, kredit müddətinin bitdiyi tarixdən 23 yanvar 2018-ci il tarixədək 84 (səksən dörd) ABŞ dolları faiz borcu, ümumilikdə 1806 (min səkkiz yüz altı) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınaraq ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə, o cümlədən Cavabdeh2 aid hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: A.İmanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev, R.Qurbano v; 2(103)-8746/2018) İddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3555/2018 saylı 21 may 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə dəyişdirilmədən saxlanılsın. İşin halları İddiаçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cаvаbdeh Cavabdeh1 və Cavabdeh2 qаrşı cavabdehlərdən müştərək qaydada kredit borcunun “xxxx” ASC-nin hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə bağlanmış 10.04.2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsinə əsa sən, bank tərəfindən cavabdehə 18 ay müddətinə illik 30% ödəmək şərti ilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 10.04.2015-ci il tarixli İKM **** saylı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə 10.04.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə görə o, borclunun kreditor qarşısında öhdəliyinin tam icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu bank qarş ısında birgə məsuliyyət daşıyırlar. Hazırda Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan əsas borcu 1300 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10.10.2016-cı il tarixinə faiz borcu 422 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 84 ABŞ dolları, cəmi isə 1806 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada 1300 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10.10.2016 -cı il tarixinə 422 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 84 ABŞ dolları faiz borcunun, cəmi 1806 ABŞ dolları kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan “xxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiаçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondukassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin390.1, 477.0.4-cü m addələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onuniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən “xxxx” ASC ilə borcalan Cavabdeh1 arasında 10.04.2015-ci il tarixdə bağlanmış İKM 01 saylı istahlak krediti müqaviləsinə əsasən bank Cavabdeh1 18 ay müddətinə illik 30% ödəmək şərti ilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan “xxxx” ASC ilə Cavabdeh2 arasında 10.04.2015-ci il tarixdə kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı kimi arasında 10.04.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 qeyd edilən müqavilə üzrə 1300 ABŞ dolları məbləğində əsas borcu, 422 ABŞ dolları məbləğində faiz borcu və müqa vilənin bitdiyi tarixdən 23.01.2018-ci il tarixə kimi 5%-lik borcu 84 ABŞ dolları, ümumilikə 1806 ABŞ dolları məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə borcun ödönilməsinə dair 09.01.2017-ci il tarixli xəbərdarlıq (pretenziya) məktubları göndərmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 04.04.2018-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etdiyini, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: - 389.1-ci mаddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və yа xitаmı hаqqındа iki və yа bir neçə şəxsin rаzılаşmаsı müqаvilə sаyılır. -390.1-ci mаddəsinə əsаsən fiziki və hüquqi şəxslər аzаd surətdə müqаvilələr bаğlаyа və bu müqаvilələrin m əzmununu müəyyənləşdirə bilərlər. Оnlаr bu Məcəllədə nəzərdə tutulmаyаn, lаkin оnа zidd оlmаyаn müqаvilələr də bаğlаyа bilərlər. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. -477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstəril miş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş üzrə toplanmış sənədləri araşdıraraq apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda bu haququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi zamin Cavabdeh2 münasibətdə iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin qismən təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 01 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əli Rüstəmov Qəhrəman Allahverdiyev Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-293/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-293/2019
14.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver