Məhkəmə qərarları › İş №2(102)-293/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-293/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-293/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1473/2024 nömrəli 12 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin in zibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. BPM**********76 nömrəli xx.xx.2021-ci il tarixli Tamkart çərçivə müqaviləsinə əsasən "xxxx" ASC (bundan sonra iddiaçı və ya bank) tərəfindən X2 illik 20 faiz hesablanması şərti ilə 48 ay müddətinə 7700 manat məbləğində kredit verilmiş və illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 300 manat məbləğində tamkart kredit xətti açılmışdır.

2. EE000230777 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən X2 illik 18,9 faiz hesablanması şərti ilə 48 ay müddətinə 4300 manat məbləğində kredit verilmişdir. 3. 18.01.2024-cü il tarixli, 24/37 saylı maliyyə arayışında qeyd edilmişdir ki, X3 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən onun "xxxx" ASC-yə 6432,08 manat əsas və 1554,44 manat faiz borcu vardır. 4. 18.01.2024-cü il tarixli, 24/36 saylı maliyyə arayışında qeyd edilmişdir ki, X3 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən onun "xxxx" ASC-yə 256,94 manat əsas və 74,23 manat faiz borcu olmaqla, cəmi 331,17 manat borcu vardır. 5. 18.01.2024-cü il tarixli, 24/35 saylı maliyyə arayışında arayışında qeyd edilmişdir ki, X3 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən onun "xxxx" ASC-yə 4177,81 manat əsas borcu və 1227,63 manat faiz borcu olmaqla, cəmi 5405,44 manat borcu vardır. 6. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, Cavabdeh (bundan sonra cavabdeh) mərhum X1 yeganə vərəsəsi kimi tanınmış və sonuncunu n miras əmlakının 2468,15 manat pul məbləğindən ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə BPM**********76 nömrəli xx.xx.2021-ci il tarixli Тамкарт çərçivə müqaviləsinə əsasən, Nağd kredit ilə əlaqədar əsas borc üzrə 6432,08 manat, faiz borcu üzrə 1554,44 manat olmaqla, cəmi 7986,52 manat tutulması, Tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 256,94 manat, faiz borcu üzrə 74,23 manat olmaqla, cəmi 331,17 manat tutulması EE000230777 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borc üzrə 4177,81 manat borcu, faiz borcu üzrə 1227,63 manat borcu olmaqla, cəmi 5405,44 manat borcu m övcuddur. Həmçinin iddia ərizəsi üçün cəmi ödənilmiş 131,17 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqının hər birinin payına mütənasib surətdə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X1 vərəsəsi Cavabdeh xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunm asına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

9. Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin e-2(012)-2298/2024 saylı, 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia tələbinin qismən təmin edilərək X3 ilə "xxxx" ASC arasında bağlanmış BPM**********76 nömrəli xx.xx.2021-ci il tarixli və EE000230777 saylı, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, Cavabdeh (vərəsədən) 2468,15 manat məbləğində kredit borcu və ödənilmiş 44,33 manat dövlət rüsumuna görə pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun (xidmət haqqı ilə birgə) 87,24 manatı iddiaçının özünə aid edilməsi, iddianı n qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit götürmüş şəxs X3 öldüyü və ölümündən sonra ondan miras qalmış əmlakı qəbul edən yeganə vərəsə Cavabdeh olduğu üçün Cavabdeh X1 miras payı həcmində 2468,15 manat tutularaq "xxxx" ASC-yə ödənilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 442, 443.1, 445.1, 448.1, 449.4, 1151.1, 1243.2, 1243.3 və 1306.1-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 88, 101.3, 103.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddian ın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/235560/2023 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini tam şəkildə yerinə yetirmədiyindən tərəfindən iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə tərəfindən düzgün qərar qəbul edilməmişdir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən vərəsə Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcun a görə də məsuliyyət daşıyırlar. Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Sözügedən iddia tələbi üzrə öhdəlik borclunun şəxsi iştirakı olmadan icra edilməsi mümkün olan öhdəliklər sırasına daxildir. Belə ki, X1 vərəsəsi cavabdeh müəyyən edilmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əml akının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən göndərilən məktuba əsasən vərəsə cavabdehə miras əmlakından tam hissədə pay almaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Beləliklə, X1 yeganə vərəsəsinin cavabdeh olduğu, ondan savayı heç bir vərəsə müəyyən edilmədiyi qeyd edilmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul edərək, miras passivlərini (əmla k vəzifələrini) tam həcmdə qəbul etmişdir. Nəticədə, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Lakin məhkəmə qeyd edilən halları nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir. Bunun nəticəsində iddiaçının qanunla müəyyən edilmiş hüquqları pozulmuşdur.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1473/2024 nömrəli 12 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Mirbahəddin Hüseynov və Afiq Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçı ilə X3 arasında xx.xx.2021-ci il tarixli X5 müqaviləsi, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Kredit öhdəliyi üzrə 4177,81 manat əsas borc, 1227,63 manat faiz borcu olmaqla, cəmi 5405,44 manat borc yaranmışdır. X1 vərəsəsi cavabdehə xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin o, vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.

16. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə kredit götürmüş şəxs X3 öldüyü və ölümündən sonra ondan miras qalmış əmlakı qəbul edən yeganə vərəsə cavabdeh olduğu üçün cavabdehdən X1 miras payı həcmində 2468,15 manat tutularaq iddiaçıya ödənilməlidir.

17. Cavabdeh b orclunun (miras qoyanın) kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsəsi kimi məsuliyyət daşıyır. Bununla yanaşı mülki qanunvericiliyin göstərişinə görə mirası qəbul etmiş vərəsə miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır. Vərəsə tərəfindən qəbul edilən miras payının həcmi – 2468,15 manat təşkil etmişdir.

18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Çünki iddiaçının hazırkı iddiası təmin edilməyən hissədə əsaslı olmamışdır. Belə ki, mülki qanunvericiliyin göstərişinə görə mirası qəbul etmiş vərəsə miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır.

19. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Apellyasiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 445.1, 448.1, 1151.1, 1243.2, 1243.3 və 1306.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.3cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər i

21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçının cavabdehə qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiasının tam təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti Mülki Məcəllənin 1306, 1306.1, 1153-cü maddələrinə istinad edilməklə apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi kimi apellyasiya instansiyası məhkəməsi də qüvvədə olan maddi və prosessual hüquq normaların tələbləri pozulmuş sübutlara düzgün qiymət verməmişdir. Belə ki, miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur.

23. İddia tələbi üzrə öhdəlik borclunun şəxsi iştirakı olmadan icra edilməsi mümkün olan öhdəliklər sırasına daxildir. Cavabdeh 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında vərəsəlik işi açılaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da cavabdeh mirası qəbul etmişdir. Lakin vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınması demək deyil. Ona görə də vərəsə vərəsəlik haqqında şəha dətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdeh tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. b)

24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüf ən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

27. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

28. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

29. Maddə 1243.2 Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini ş əksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

30. Madddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

31. Madddə 1306.1 Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

32. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilm ir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı inst ansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdlakı əsaslara görə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin olunmalıdır.

44. İddianın qismən təmin olunması barədə rayon məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, kredit götürmüş şəxs X3 öldüyü və ölümündən sonra ondan miras qalmış əmlakı qəbul edən qanun üzrə yeganə vərəsə cavabdeh olduğu üçün ondan qəbul etdiyi miras payı həcmində, yəni 2468,15 manat məbləğində borc tutula bilər, miras qoyanın borcunun qalan hissəi üzrə vərəsə kimi cavabdeh məsuliyyət daşımır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi mübahisəni həll edərkən Mülki Məcəllənin 1307-ci maddəsinin tələbləri baxımından tərəflərin təqdim etdikləri sübutlara tam və hərətərəfli baxmamış, cavabdeh tərəfindən miras qoyanın borclarının mirasdan çox olduğunun sübut etməsi ilə bağlı hər hansı mötəbər sübutun, o cümlədən mirasın notarius tərəfindən siyahıya alınması barədə sənədin məhkəməyə təqdim olunmamasını diqqətdən qa çırmışdır ki, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

46. Qeyd olunan hallara və sadalanan qanunvericilik aktları normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblər i baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1473/2024 nömrəli iş üzrə 12 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar