Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2930/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 cavabdeh XXXna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, əsassız varlanma, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2(104)791/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məh kəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: X4 və XXX arasında bağlanmış 05 may 2016-ci il tarixli sadə yazılı müqaviləyə əsasən XXX özünə məxsus əmlakını X1 və razılaşmışlar ki, X4 evin pulunu hissə-hissə ödəsin. X4 9000 manat pulu tam ödəyəndən sonra həmin ev notarial qaydada onun adına rəsmiləşdiriləcəkdir. XXX tərəfindən aşağıdakı məzmunda qəbz imzalanmışdır: “X6 Allahverdi qızı, bu qəbzi X3 verirəm ondan ötəri ki, mən 2016-cı ilin avqust ayından, 2019-cu ilin yanvar ayına qədər (yəni cəmi 30 ay) hər ay 300 manat olmaqla, XXXdən cəmi 9000 manat almışam. Mən evimi XXXyə satmaq məqsədi ilə ondan cəmi 9000 manat pul almışam. Mən, XXXyə evini satmışam, o hal-hazırda da mənim evimdə yaşayır. Qeyd: Mən halhazırda evimin sənədini itir diyim üçün, evimi XXXnin adına sənədləşdirmək üçün notarial kontoruna müraciət edə bilmirəm. XXXyə söz verirəm ki, evimin sənədini tapan kimi, evimi onun adına qeydə aldıracam. Burda yazılanlar doğrudur və doğruluğunu öz imzamla təsdiq edirəm. İmza. 30 yanvar 2019-cu il”. Bərdə Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı XXXnın iddiası təmin edilmiş, cavabdeh X2 iddiaçı XXXna məxsus olan ünvan 1kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı ümumi sahəsi 16 kv.m olan yaşayış evindən çıxarılması qət olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 21 fevral 2020-ci il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 17-ci vərəqəsində olan 30 yanvar 2019-cu il tarixli qəbzdə “XXX” yazıları qarşısındakı imza, 18-ci vərəq əsində olan 05 may 2016-cı il tarixli müqavilədə “XXX (satıcı 05.05.2016-cı)” yazıları qarşısındakı imza – XXX tərəfindən icra olunmuşdur. İş üzrə keçirilmiş təkrar məhkəmə-xətşünaslıq ekspertizasının 23 oktyabr 2020-ci il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, 30 yanvar 2019-cu il tarixli qəbzdə “İmza” qrafasındakı imza, 05 may 2016-cı il tarixli müqavilədə “XXX (satıcı)” sözlərinin qarşısındakı imza – XXX tərəfindən icra olunmuşdur. 30 yanvar 2019-cu il tarixli qəbzdə “İmza” qrafasındakı imzanın, 05 may 2016-cı il tarixli müqavilədə “XXX (satıcı)” sözlərinin qarşısındakı imzanın – XXX tərəfindən qəsdən dəyişdirilməklə icra olunması faktı müəyyən edilməmişdir. 30 yanvar 2019-cu il tarixli qəbzdə “İmza” qrafasındakı imzanın, 05 may 2016-cı il tarixli müqavilədə “XXX (satıcı)” s özlərinin qarşısındakı imzanın – XXXnın imzasına başqa şəxs tərəfindən oxşadılmaqla icra olunma əlamətləri müəyyən edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X4 cavabdeh XXXna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya borclu olduğu 9000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən 2016-cı ildə 1 otaqlı ev almış, evin pulunu hissə-hissə ödəmişdir. Cavabdeh evin pulunu tam ödəyəndən sonra evi onun adına rəsmiləşdirəcəyini söz vermiş, lakin sonradan Bərdə Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə onun həmin evdən çıxarılması qət edilmişdir. Bərdə Rayon Mə hkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2(021)-2484/2019 qətnaməsi ilə (hakim Q.M.Əbilov) iddia təmin olunaraq, cavabdeh XXXndan 9000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehin evində yaşadığından, həmin evə dair əqdin formasına riayət olunmasa da, tərəflər arasında müqavilə bağlandığından və cavabdeh qəbzə imza etməklə iddiaçıdan 9000 manatın almasını bildirdiyindən, həmin etirafın aldatma, zor, hədə təsiri altında, yanılma təsiri altında baş verməsi ilə bağlı cavabdeh hər hansı sübut təqdim etmədiyindən və Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının həmin evdən çıxarılması qət olunduğundan iddia təmin olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icr aat Cavabdeh XXX apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2(021)-2484/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 dekabr 2020-ci il i tarixli, 2(104)-791/2020 nömrəli qətnaməsi ilə (hakim N.N.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.Ə.Mehtiyevdən və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2(021)2484/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçı dan pul almadığını və iş materiallarında olan qəbzdəki və müqavilədəki imzaların ona məxsus olmadığını bildirdiyindən, məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ilkin və təkrar ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, mülki işin 17-ci vərəqəsində olan 30 yanvar 2019-cu il tarixli qəbzdə “XXX” yazıları qarşısındakı imza, 18-ci vərəqəsində olan 05 may 2016-cı il tarixli müqavilədə “XXX (satıcı 05.05.2016-cı)” yazıları qarşısındakı imza XXX tərəfindən icra olunmuşdur. Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 9000 manat əldə edərək əsassız varlandığından, Mülki Məcəllənin 1092.1-cı maddəsinə əsasən əsassız əldə edilmiş 9000 manat pulu iddiaçının tələbi ilə cavabdehdən alınıb ona qaytarmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılar ının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh XXX kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 dekabr 2020-ci il i tarixli, 2(104)-791/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və sübutlara düzgün qiymət verməmiş, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, sübutlara düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə la zımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və ya vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara is tinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya bi ləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci ma ddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ola raq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişikli k edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının təqdim etdiyi sübutlarda (pulun alınmasını təsdiq etdiyi qəbzdə) imzanın ona məxsusluğunu mübahisələndirsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlilini ətraflı araşdırmış və iş üzrə həm ilkin, həm də t əkrar məhkəmə-xətşünaslıq ekspertizaları keçirmiş, hər iki ekspert rəyi ilə imzanın cavabdehə məxsus olması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəylərinin qeyri-mötəbər olmaları ilə bağlı isə hər hansı dəlil iş materiallarında mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətna mə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 dekabr 2020-ci il i tarixli, 2(104)-791/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2930/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2930/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver