Məhkəmə qərarları › İş №2(102)-2931/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-2931/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2931/2021 18.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kasasiya şikayətinin məzmununun prosessual qanunvericiliyinə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)-80/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan «xxxx» ASC ləğvedicisi Əmanətlərin Sığortalanma sı Fondu tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ağstafa Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(015)-1796/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8918,3 ABŞ dolları əsas borc, 2525,05 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları cərimə olmaqla, cəmi 11448,55 ABŞ dolları borcun ödəniləcək günə Mərkəzi Bank tərəfindən müəyyən edilən Azərbaycan manatına olan məzənnəsinə uyğun məbləğdə və 30 manat dövlət rüsumunun tutulub iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(104)-80/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 verdiyi apelyasiya şikayətinin qismən təmin edilmə si, Ağstafa Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(015)1796/2017 saylı qətnaməsinin qismən- cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə «xxxx» ASC-nin xeyrinə tutulmalı olan 2525,05 ABŞ dolları faiz borcu hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2015-ci il tarxli kredit müqaviləsi üzrə 1550,70 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10474,00 (8918,30 ABŞ dolları əsas+1550,70 ABŞ dolları faiz+5 ABŞ dolları cərimə) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcunun tutularaq ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Ləğv prosesində olan «xxxx» ASC kasasiya şikayəti verərək, Gəncə Apelyasiya Məh kəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(104)-80/2020 nömrəli qətnaməsinin qismən təmin edilmiş faiz borcunun azaldılması hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kasasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, iddiaçının kasasiya şikayətinin məzmunu Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Al i Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kasasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Məcəllənin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 408.1. 1-ci maddəsinə əsasən kasasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa; Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kasasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kasasiya şikayəti qaytarılır. Kasasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı işin hallarını, iş üzrə qəbul edilmiş məhkəmə qərarlarını sadalamış, Mülki Prosessual Məcəlləsinin 76.1, 88, 102.2, 103.1, 418.1, 418.2-ci, Mülki Məcəllənin 442.2.1, 448.1 maddələrinə istinad edərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu göstərmişdir. Lakin kasator qeyd olunan hüquq normalarını n pozulmasının nədən ibarət olmasını, hazırki mübahisədə necə tətbiq edilməli olmasını göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kasasiya şikayəti kasasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kasasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Həmin Məcə llənin 409-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kasasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apelyasiya instansiya məhkəməsi kasasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kasasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(104)-80/2020 nömrəli nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan «xxxx» ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti icraata qəbul edilməsin. Kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apelyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar