Məhkəmə qərarları › İş №2(102)-2933/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2933/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2933/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (apellyasiyanın qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-796/2022 nömrəli, 21 fevral 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 01 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi bağlanmış müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 60 ay müddətinə 25356 ABŞ dolları məbləğində kredit vermişdir.

2. Kredit müqaviləsinin təminatı olaraq cavabdehin mülkiyyətində olan ** SE *** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” markalı minik avtomobili ipoteka ilə yüklü edilmişdir. 3. "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tə ləb hüququ “Aqrarkredit“QSC-yə keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Biləsuvar Rayon Məhkəməsinə cavabdehə qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia qaldırmışdır.

3. Biləsuvar Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(022)-855/2021 saylı qətnaməsi ilə (hakim P.Əhmədov) iddianın təmin edilməsi, Cavabdeh "xxxx" QSC BOKT-un xeyrinə 15605,74 ABŞ dolları məbləğində əsas borc, 3050,91 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 18656,67 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “Aqrarkredit” BOKT-un xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan ** SE *** dövlət qeydiyyat nişanlı “Hyundai Santafe” markalı minik avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin "xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh tutulub "xxxx" QSC BOKT-nin hesabına ödənilməsi qət edilmişdir.

4. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

5. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-796/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakimlər S.Mayılov (sədrlik edən və məruzəçi), İ.Əsədov, və N.Mirzəyev) qətnamə dən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki işin apellyasiya şikayətinin mülki-prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Biləsuvar Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin verilməsi üçün cəmi 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu isə o deməkdir ki, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməmişdir.

7. Apellyasiya instansiyası məhkəməsi mövqeyini hüquqi cəhətdən əsaslandırarkən “Dövlət rüsumu haqqında” Qanunun 8.3, 8.6, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə 9 iyul 2021-ci il tarixli Qanuna istinad etmişdir. Kassasi ya şikayətinin dəlilləri

8. Cavabdeh qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsini və şikayətin mümkün hesab edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş üzrə iddia ərizəsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş qərarın qüvvəyə mindiyi tarixdən əvvəl məhkəməyə verildiyi üçün qəbul edilmiş məhkəmə qətnamələrindən apellyasiya instansiyasına apellyasiya şikayəti verildikdə qətnamədə iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun 50 faizi miqdarında olmaqla, yəni, 15 manat ödənilmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tət biq edilən hüquq 11. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə aşağıdakı məbləğlərdə rüsum ödənilir. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilir. 12. "Dövlət rüsum u haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 9 iyul 2021-ci il tarixli Qanunu 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. 13. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun əvvəlki 1 oktyabr 2021-ci il tarixədək mövcud olan redaksiyası. 8.1. Məhkəməyə verilən iddia ərizələrindən: 8.1.1. iddia qiyməti 500 manatadək olduqda 20 manat 8.1.2. iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

15. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda“apellyasiya instansiyası məhkəməsi tərəfindən“qaytarılır:

16. Maddə 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;

17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Qərardaddan kassasiya şikayəti verən cavabdeh qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 21. "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı hazırkı iddia tələbi ilə məhkəməyə 2021ci ilin iyul ayında müraciət etmiş və bununla əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.

22. Həmin dövrdə qüvvədə olmuş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu müəyyən edilir.

23. Hazırkı iş üzrə iddianın qiyməti 500 manatdan çox olduğu üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi qanuni olmuşdur. 24. 09 iyul 2021-ci il tar ixdə “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilərək ödənilməli olan dövlət rüsumunun məbləği artırılmışdır.

25. Həmin qanunun qüvvəyə mindiyi tarix 01 oktyabr 2021-ci il tarixdən müəyyən olunmuş və həmin qanunun qüvvəsi 01 oktyabr 2021-ci il tarixdən sonra verilən iddia ərizələri, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilmişdir.

26. Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizələrin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilir.

27. Müəyyən olunduğu kimi cavabdeh tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar qanunun yuxarıda göstər ilən normasının tələbinə müvafiq olaraq 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən dövlət rüsumunun qanunda müəyyən olunmuş miqdarda ödənilməməsinə görə apellyasiyanı qeyri-mümkün hesab edərkən "Dövlət rüsumu haqqında” 09 iyul 2021-ci il tarixli Qanunun 8.1.3-cü maddəsində müəyyən olunmuş rüsumun həmin Qanunun qüvvəyə mindiyi 01 oktyabr 2021-ci il tarixdən sonra verilən iddia ərizələrinə şamil olunmasını nəzərə almadığından kollegiya hesab edir ki, apellyasiyanı qeyri-mümkün hesab etməklə apellyasiya instansiyası məhkəməsi qanunun tələbinə uyğun olmayan nəticəyə gəlmişdir.

29. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qərardad ləğv olunmalı və iş apellyasiyanın mümkünlüyü məsələsinə yenidən baxılması üçün apellyasiya i nstansiyası məhkəməsinə qaytarılmalıdır.

30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kolegiyasının 21 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş cavabdehin şikayəti üzrə apellyasiyanın mümkünlüyünə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar