Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2935/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” MMC-nin X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mübahisənin məhkəmə aidiyyəti) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh 2010-cu ildən vergi orqanında sahibkarlıq fəaliyyətin i həyata keçirən fiziki şəxs kimi ********** nömrəli vöenlə qeydiyyata alınmışdır. Onunla “xxxx” MMC arasında 2017-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin icrası ilə əlaqədar cavabdehə avans məbləği verilmişdir. Bu müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı tərəflər arasında mübahisə yaranmış və iddiaçı Şirvan Şəhər Məhkəməsində aşağıdakı iddianı qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 2. “xxxx” MMC X1 qarşı iddia qaldıraraq əsas borca görə 5413,20 manat, hesablanmış cərimə borcuna görə 1700,6 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 7143,8 manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Şirvan Şəhər Məhkəməsinin (hakim Z.Əliyev) xx xxxxx x 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və F.Abbasov) xx xxxxxx 2019-cu il tarixli, 2 x9 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsinin ləğv edilmiş, iddiası qismən olunaraq Cavabdeh 5413.20 (beş min dörd yüz on üç manat iyirmi qəpik) əsas borc, 17 manat (on yeddi) cərimə, 30 (otuz) manat dövlət rüsumu, cəmi 5460.20 (beş min dörd yüz altmış manat iyirmi qəpik) manat pulun “xxxx” MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
5. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.
6. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan b axılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
9. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
10. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir (x xxxx 2019-cu il tarixli nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədərki redaksiya).
11. Maddə 26.1. İdarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratm adan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibatiiqtisadi məhkəməyə aiddir (x xxxx 2019-cu il tarixli nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədərki redaksiya).
12. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
13. Maddə 418.4.9. İşə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin də lillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri
14. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Kollegiya şikayətin dəlillərin in mahiyyəti üzrə araşdırılmasından əvvəl hazırkı işin məhkəmə aidiyyətinin düzgün müəyyən olunub-olunmadığını, bu məsələdə prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini yoxlamışdır.
17. İşin yuxarıda göstərilən hallarından açıqca görünür ki, iddiaçı hüquqi şəxs, cavabdeh isə sahibkar kimi vergi orqanında qeydiyyatdan keçmiş fiziki şəxsdir, onların bağladıqları xam pambığın alqı-satqısına dair müqavilə də sahibkarlıq fəaliyyəti çərçivəsində bağlanmışdır. Hazırkı mübahisə də məhz həmin müqavilə üzrə öhdəliklərin pozulması iddiası ilə bağlıdır.
18. İşdən görünür ki, iddia ərizəsi xx.xx.2019-cu ildə Şirvan Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin tarixdə qüvvədə olan prosessual hüquq normalarına görə hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həy ata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aid olmuşdur (§11).
19. Qeyd edilənlər ona dəlalət edir ki, hazırkı iş üzrə mübahisə hüquqi şəxslə fərdi sahibkar arasında məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığı üçün mübahisə subyektiv tərkibinə, predmetinə və hüquq münasibətlərinə görə iqtisadi xarakterli olmuşdur.
20. Lakin işə baxmış ümumi məhkəmələr məhkəmə aidiyyətinə dair yuxarıda göstərilən xüsusatları nəzərə almadan iqtisadi mübahisə üzrə qətnamə çıxarmışlar.
21. Halbuki, mülki-prosessual qanunvericiliyin tələbinə görə işə baxan hakim ilk növbədə iddia ərizəsinin aidiyyət qaydalarına uyğun olaraq verilib-verilməməsini müə yyən etməlidir. Çünki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda, məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.
22. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, iş üzrə məhkəmə aidiyyətinə dair prosessual hüquq normaları pozulduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə göndər ilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır (§13).
23. Göstərilənlərə əsasən və MPM-in 416, 418.4.9 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş aidiyyəti üzrə göndərilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.