Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2935/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, kredit borcu üzrə ödənişin silinmə ardıcıllığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili X1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2(106)2798/2020 nö mrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 31 iyul 2017-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 23% dərəcəsi ilə 48 ay müddətinə 4280 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında 31 iyul 2017-ci il tarixli zaminlik müqavilələri bağlanılmışdır. İddiaçı ASC-nin 24 dekabr 2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 həmin tarixə 3019 manat əsas borcu, 274 manat faiz borcu və 200 manat cərimə borcu vardır. Həmçinin iddiaçının təqdim etdiyi hesabdan çıxarışa əsasən maliyyə arayışı tərtib edildiyi tarixdən sonra cavabdeh tərəfindən ümumilikdə 450 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 iyul 2017-ci il tarixli kredit müqaviləsi və həmin tarixli zaminlik müqavilələrinə əsasən, cavabdehlərdən müştərək qaydada 3019 manat əsas, 274 manat faiz və 200 manat cərimə borcu olmaqla, cəmi 3493 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinə əsasən borcalan əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu vaxtında ö dəməmiş, bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 2(049)-1173/2020 nömrəli qətnaməsi ilə (hakim T.M.Məmmədov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2569 manat əsas, 274 manat faiz borcunun, 200 manat cərimə borcunun, cəmi 3043 manat pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin kredit müqaviləsi üzrə öhdəliyinin vaxtında icra etməyərək, müqavilənin şərtlərini pozmasını müəyyən etməklə yanaşı hesab etmişdir ki, cavabdehin ödədiyi 450 manat əsas borcdan çıxılmalı, iddia qalan hissədə təmin olunmalıdır. b) Apellyasiya in stansiyası məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 2(049)-1173/2020 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və iddianın əsas borc hissəsində tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2(106)-2798/2020 nömrəli qətnaməsi ilə (hakim Z.B.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər N.F.Mirzəyevdən və Q.B.Kərimovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 2(049)-1173/2020 nömrəli qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkə məsi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini əsaslandırmaq üçün apellyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apellyasiya şikayəti formal mülahizələrlə əsaslanmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2(106)2798/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, məhkəmə Mülki Məcəllənin 432.4-cü maddəsinin və tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndinin tələblərini pozmuş, borcun silinmə ardıcıllığını pozmaqla, cavabdehin ödənişini əsas borcdan silmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X2 məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər, habelə vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını müm kün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət e tməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunsa da, cavabdehlər həmin qətnaməni mübahisələndirməmişlər. Apellyasiya şikayətini iddiapçı vermiş və iddianın təmin olunmayan hissəsini mübahisələndirmişdir. Hazırki kassasiya şikayəti eyni dəlillərlə verildiyindən kassasiya baxışının hədlərini həmin apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzif əsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 432.1-ci maddəsinə əsasən əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). 432.2-ci maddəsinə əsasən əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissə-hissə icrasını qəbul etməyə bilər. 432.4-ci maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc ala na) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını 04020məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab ol unur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, h azırki kassasiya mübahisəsinin mahiyyəti iddiaçı tərəfindən borcun məbləği hesablandığı tarixdən sonra borcalanın ödədiyi məbləğin borc tələbinin hansı hissəsindən: əsas, faiz və ya cərimədən silinməli olmasından ibarətdir. Belə ki, iddiaçı həmin məbləğin ödənildiyini mübahisələndirmir (450 manat məbləğində pulun ödənilməsi iddiaçının özünün təqdim etdiyi maliyyə sənədlərində əksini tapmışdır), lakin Mülki Məcəllənin 432.4-cü maddəsinə istinad edərək hesab edir ki, birinci instansiya məhkəməsi əsassız olaraq qeyd olunan vəsaiti ilk olaraq əsas borcdan çıxmışdır. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Mülki Məcəllənin 432.4-cü maddəsi həmin Məcəllənin 432.1 və 432.2-ci maddələri ilə birlikdə tətbiq olunmalıdır. Belə olan halda i sə müəyyən olunur ki, göstərilən maddədə borcun silinmə ardıcıllığı borcun məhkəmədənkənar müəyyən edildikdə tətbiq olunur. Maddənin belə şərhi borc öhdəliyinin hissə-hissə icra edilməsinin kreditorun razılığından asılı olmasına dair normadan irəli gəlir. Borc məhkəmə qaydasında müəyyən edildiyi halda isə, ödənişin ilkin olaraq borcun hansı hissəsindən silinməsi əhəmiyyət kəsb etmir. Belə ki, hər bir halda yekun ödənilməli olan borc məbləği dəyişdirilmədən qalmaqdadır. Digər tərəfdən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi ilə razılaşaraq qeyd edir ki, cavabdehin məhkəmə icraatı dövründə borcu qismən ödədiyi halda, məhkəmə qətnaməsi çıxarılanadək borcun yekun məbləği barədə iddiaçı tərəfindən məhkəməyə maliyyə arayışı təqdim olunmamış, sonuncu prosessual hüquqlarından isti fadə edərək iddia tələbini dəqiqləşdirməmiş, eyni zamanda və apellyasiya, nə də ki, kassasiya şikayətində borcun hazırki qaydada silinməsi ilə onun hər hansı mənafelərinin pozulmasını əsaslandırmamış və bununla bağlı sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdm etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassa siya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2(106)-2798/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2935/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2935/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver