Məhkəmə qərarları › İş №2(102)-2936/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2936/2019

21.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2936/2019 21.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1nun vəkili Əzizli Nəvazi Vidadi oğlunun iştirakı ilə, iddiaçı x1nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli, 2(010)-215/2018 saylı qətnaməsi ilə (hakim Z.Səmədov) iddia tələbi qismən təmin edilərək, cavabdeh x2 1.336,04 ABŞ dolları məbləğində əsas borc, 235,12 ABŞ dolları məbləğində faiz borcu və 10 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1.581,16 ABŞ dolları məbləğində pul vəsaiti və 30 rnanat məbləğində ödənilmiş dövlət rüsumunun x1 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 215 manat məbləğində pulun cavabdeh x2 tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11084/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.Həsənov, Ş.Məmmədova və N.Cəfərov) Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2017-ci il tarixli, 2(010)-215/2018 saylı qətnaməsi iddiaçı x1-yə və cavabdeh x2 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh x1 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mül ki Kollegiyasının 2(103)-11084/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, x2 27 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Bankdan 18 ay müddətinə, illik 29% olmaqla 5100 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq x3 və ilə 27 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 19.06.2017-ci il tarixədək x2nun banka 1336,04 ABŞ dolları əsas, 636,57 ABŞ dolları faiz, 758,76 ABŞ dolları cərimə, cəmi 2731,37 ABŞ dolları borcu vardır. Borclu müqavilənin şərtlərini pozmuş və xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırmışdır. Ona görə də cavabdehlər x2 və x3 qarşı cavabdehlərdə n müştərək qaydada 1336,04 ABŞ dolları əsas, 636,57 ABŞ dolları faiz borcu, 758,76 ABŞ dolları cərimə, cəmi 2731,37 ABŞ dolları kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı x1-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)1208/2018 saylı, 05 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçıl arının izahatları: İddiaçı x1nun nümayəndəsi vəkili Əzizli Nəvazi Vidadi oğlukassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan 27 oktyabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, cavabdeh x2 ilə iddiaçı x1 arasında bağlanmış 27 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 18 ay müd dətinə illik 29 faiz ödəmək şərti ilə ona 5100 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 27 oktyabr 2014-cü il tarixli 280008756/ZM saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə x3 ilə x1 arasında 27 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə x3 borclu x2 bank qarşısında öz öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, 19 iyun 2017-ci il tarixə cavabdeh x2 əsas borcu 1336,04 ABŞ dolları, faiz borcu 636,57 ABŞ dolları, cərimə borcu 758,76 ABŞ dolları olmaqla onun banka olan cəmi borcu 2731,37 ABŞ dolları təşkil edir. İşdə olan 11.10.2017-ci il tarixli xəbərdarlıq məktubundan görünür k i, cavabdehə üzərlərinə düşən öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə qanuna müvafiq tədbirlərin görülməsi, barədə xəbərdar edilmişlər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyun 2018-ci il tarixli 3403 saylı rəyindən görünür ki, x2 tərəfindən iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları və 31 oktyabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsində qeyd olunan şərtlərini nəzərə alaraq 11.06.2016-cı il tarixə olan əsas borcu 1336,04 ABŞ dolları, faiz üzrə borcu 636,57 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 sentyabr 2018-ci il tarixli 24679 saylı rəyindən görünür ki, zaminlik müqaviləsinə dəyişiklik edilməsinə dair saziş cavab deh x3 tərəfindən imzalanmayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyam (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin M əcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlid ir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçı nın xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu icranı gecikdirmə sayılmalıdır. Ona görə borc, o cümlədən, tam borc cavabdehlərdən haqlı olaraq tələb edilmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar