Məhkəmə qərarları › İş №2(102)-2936/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2936/2020

12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2936/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və x1 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan “xxxxxxxxxx” ASC-nin vəkili x2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 30 aprel 2018-cu il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev, iş № 2(005)-64/2018) iddia qismən təmin edilmiş, Cavabdeh 10.134 ABŞ dolları məbləğində əsas, 2702,17 ABŞ dolları məbləğində faiz, 10 ABŞ dolları məbləğində cərimə, cəmi 12.846,17 ABŞ dolları m əbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 20 manat məbləğində dövlət rüsumu ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov, iş № 2(103)12399/2018) Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 30 aprel 2018-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 may 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.Əhmədova və Ə.Rüs təmov, iş № 2(102)-3145/2019) iddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)8669/2019) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 30 aprel 2018-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsinin tam ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Ləğv prosesində olan “xxxxxxxxxx” ASC-nin vəkili x3 izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmas ını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməs inin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı SB (hazırda Ləğv prosesində olan “xxxxxxxxx” ASC) ilə Cavabdeh arasında bağlanmış 04.07.2008-ci il tarixli, 39/08A nömrəli kredit müqaviləsinin surətinə əsasən nəqliyyat vasitəsinin alınması məqsədi ilə İddiaçı Cavabdeh 36 ay müddətinə illik 25% dərəcəsi ilə faiz ödəmək şərti ilə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı SB ilə Cavabdeh arasında bağl anmış 04 iyul 2008-ci il tarixli ipoteka müqaviləsinin surətinə əsasən İddiaçı SB ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2008ci il tarixli, 39/08-A nömrəli kredit müqaviləsi ilə cavabdehin öhdəliklərinin təminatı olaraq ipoteka qoyan mülkiyyətində olan “BMW-X5” minik markalı avtomobili ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət x5 13.03.2017-ci il tarixli, 016-29207-1217 nömrəli məktubundan müəyyən edilir ki, **-UB-*** dövlət qeydiyyatnişanlı “BMW-X5” minik markalı avtomobil 10.11.2008-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. 10.03.2011-ci il tarixdə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qiyabi qətnamənin icrasının təmini ilə əlaqədar olaraq, qeyd olunan avtomobil onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Bundan sonra həmin avtomobil 4 dəfə müxtəlif şəxslərə satılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilmiş saxlama müddəti keçdiyindən qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlər müvafiq qaydada məhv edilmişlər. 04.07.2008-ci il tarixli, 39/08A nömrəli kredit müqaviləsi üzrə Cavabdeh müvafiq hesabından çıxarışlara əsasən 20.07.2009-cu il tarixdən sonra 04.07.2008-ci il tarixli, 39/08A nömrəli kredit müqaviləsi üzrə 16.10.2009-cu il tarixdə 3.000 ABŞ dolları, 19.03.2010-cu il tarixdə 9.913 ABŞ dolları məbləğində kredit ödənilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 4 60.1, 462.1, 467, 439.1-ci maddələrini tətbiq etmişdir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “ Bankın mənə hansı məbləğdə pul verdiyini və halhazırda tələb olunan və ya daha az məbləğdə borcun qaldığını təsdiq edən sənəd (sübut) yoxdur. Belə sübutların təqdim etmə yükü iddiaçının üzərinə düşür. Əgər işdə belə sənəd yoxdursa və həmin sənədlər güya “məhv edilibsə” onda iddia hansı əsaslara görə təmin edilir. Məhkəmə bu halları araşdırmamış, iş üzrə mühasibatlıq ekspertizası təyin edib, tərəflər arasında borcun olması, borc varsa hansı məbləğdə və s. suallara dəqiq cavab tapmamış, hüquqlarını pozaraq məni ağır maddi duruma salmışdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, qarşılıqlı razılığa əsas ən ipoteka predmeti olan avtomaşın 19.03.2010-ildə bank tərəfindən satılmış və 9913 (doqquz min doqquz yüz on üç) ABŞ dolları iddiaçıya qalıq borc hesabına ödənilmişdir. Bundan 7 il sonra bank mənə qarşı pul tələbini irəli sürmüş guya borcun bir hissəsi, faizi, cərməni tələb etməyə başlamışdır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın (o cümlədən, kassatorun tələb etdiyi “alternativ” ekspertizan ın) təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Həmçinin apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən məhkəməyə sənədlərin əsillərini təqdim etmədiyinə istinad edərək, onunla bank arasında öhdəlik münasibətlərinin yaranmamasını bildirsə də, iş materiallarınadan görünür ki, iddiaçıya məxsus olmuş “BMW – 5X” minik markalı, **UB-*** dövlət nömrə nişanlı nəqliyyat bank qarşısında cavabdehin öhdəliklərinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, daha sonra həmin avtomobilin satışından əlabə olunan 9913 ABŞ dolları məbləğində pul vəsaiti banka olan borcun ödənilməsinə yönəlmişdir. İddiaçının banka kredit müqaviləsi üzrə ödənişlər etməklə bankla arasında olan öhdəlik münasibətlərini təsdiq etmiş və bunu qəbul etmişdir. Bundan başqa, tərəflər arasında borc münasibətlərinin yaranması, həmin kredit müqaviləsi üzrə bank əməliyyatlarının aparılması, cavabdehin iddiaçı bankdan kredit alması, bu barədə müqavilə bağlaması, həmin kreditin qaytarılması üçün ipoteka müqaviləsinin bağlamasını cavabdeh mübahisələndirməmişdir. “ Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, p rosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən sa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar