Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2936/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2935/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 10 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli iltizama əsasən, İddiaçı Cavabdeh mal alınması üçün 10.300 manat vermişdir. Cavabdeh həmin borcu xx.xx.2021-ci il tarixədək qaytarmasını təsdiq etmişdir.
2. Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən araşdırılan material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.300 manat və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün 5 faiz olmaqla, 16 ay ərzində 687 manat olmaqla, ümumilikdə 10.987 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı, işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, əvvəllər tanıdığı, Rusiya Federasiyasında biznes fəaliyyəti ilə (ticarətlə) məşğul olan X4 2021-ci ilin əvvəllərində ona zəng edərək Bakı şəhərindən ona yük maşınları vasitəsilə pomidor göndərən Abdulla Yaqubov və Cavabdeh adlı şəxslərlə tanış olmağını və maşınların yüklənməsi prosesinə nəzarət etməyini istəmişdir. İddiaçı da Abdulla Yaqubov və Cavabdehla görüşüb tanış olmuş və onlarla birlikdə pomidor yetişdirilən istixanaya getmiş və pomidor yükləyərək məhsulu Qazaxıstan Respublikası vasitəsilə Rusiya Federasiyasının bazarına göndərmişlər. Yük maşınları ndan biri sərhədi keçə bilsə də, digər 3 maşın keçə bilməmişdir. Geri qaytarılan məhsulun yarı hissəsini Azərbaycan Respublikasında satmışlar. Məhsulu satdıqdan sonra Elxan, Ayaz və Abdulla satışdan kimə nə qədər pul veriləcəyini müəyyənləşdirmişlər. Bundan sonra məhsul olan avtomobili yenidən Rusiya Federasiyasının bazarına göndərmək istəmişlər. Həmin vaxt onların avtomaşınlara pomidor yüklətdirmək üçün pulları bəs etmədiyinə görə iddiaçıdan qısa müddətə borc pul istəmişlər. İddiaçıda həmin şəxslərin pomidor yükünü Elxana göndərəcəyini və avtomaşınların geri boş qayıtmaması üçün 5.000 manat pul tapıb Nərimanov metrosu yaxınlığındakı parkda Abdullaya vermişdir. Həmin vaxt Abdullanın yanında şəriki Nicat və Ayaz da var idi. Bundan 3-4 gün sonra isə yenə də həmin parkda Ayazla görüşüb birlik də Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən "xxxx" MMC-yə gedərək orada 10.000 manat pulu ona cavabdehə vermişdir. Ayaz da pulu MMC-də işləyən X3 vermişdir. Bundan 3- 4 gün sonra Ayaz mənə zəng edərək 300 manat pulun çatmadığını dedi və iddiaçı 300 manatı həmin parkda görüşüb ona vermişdir. İddiaçı Ayaz və Abdullaya ümumilikdə 15300 manat pul vermişdir. Lakin avtomaşınların pomidorla yüklənmədiyini biləndə o, Əliyev Zeynalın yanına getmiş və o iddiaçıya Abdulla, Ayaz və Nicatın ona köhnədən olan borcunu bağlamaq üçün pul verdiyini demişdir. İddiaçı Abdulla və Ayazın onu aldadaraq pulunu ələ keçirdiyini anlamışdır. İddiaçı Abdullaya vermiş 5000 manata görə və Ayaza verdiyi 10300 manata görə onlar iltizam yazaraq şahidin iştirakı ilə imzalayıblar. İddiaçıdan aldığı pulu qaytarmadığına görə X1 qarşı Göyçay rayon Məhkəməsində qaldırdığı iddia məhkəmə tərəfindən təmin olundu. Cavabdeh isə bu günə qədər iddiaçını aldadaraq 10300 manatı verəcəyini desə də bu barədə heç bir hərəkətlilik göstərməyərək borcu vermək istəmir.
5. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, 25 oktyabr 2022-ci il tarixdə 2(005)-2896-2022 saylı mülki iş üzrə məhkəmə baxışı iclası keçirilərkən, cavabdeh tərəf iddiaçıdan ümumi gördükləri kommersiya işinin təşkili və həyata keçirilməsi üçün 10.300 manat pul almışdır. Lakin, görülən kommersiya işi itki ilə nəticələndiyindən cavabdeh tərəf sonradan Rusiyada satılmaları üçün alınmış pomidorların ölkədən çıxarılmalarına süni maneələr yaradılması nəticəsində qalıb, xarab olmalarını nəzərə alara q, baş vermiş ziyanın nəticələrini tamamilə öz üzərinə götürərək, iddiaçıdan birgə iş görmələri üçün götürdüyü qeyd olunan məbləğdə olan pulları geri qaytaracağı öhdəliyi haqqında 23 fevral 2022-ci il tarixli müvafiq iltizamı yazıb iddiaçıya vermişdir. Cavabdehin iddiaçıya 10.300 manat borcu olmuşdur, lakin cavabdeh bu borcu iddiaçının kart hesabına ödəmişdir.
6. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 2(005)-156/2023 saylı mülki iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.V.Nuriyeva) iddia qismən təmin edilmiş, cavabdehdən 6.850 manat və 399.5 manat faiz borcunun tutularaq iddiaçının xeyrinə ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mü lki münasibətlərin tənzimlənməsi üçün müvafiq razılaşmanın olması zəruridir. Hazırda tərəflər arasında razılaşmanın olması cavabdeh tərəfindən təsdiq olunmuş iltizamda qeyd olunmuşdur. Eyni zamanda həmin iltizamda cavabdeh tərəfindən ona verilmiş borcun qaytarmasının son tarixi müəyyən edilmişdir. Lakin, cavabdeh həmin iltizam üzrə göstərilmiş müddətdə öhdəliklərini tam yerinə yetirməmişdir. Hazırda məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iltizamda göstərilmiş borc məbləğinin cəmi 3.450 manat hissəsi ödənilsədə 6.850 manat hissəsi ödənilməmişdir. Cavabdehin vəkili və nümayəndəsi iddia tələbinə etiraz edərək iddiaçıdan aldığı borcunun ona məxsus kart hesabına tam olaraq ödədiyini bildirsə də, qeyd olunan hala dair sübutları məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda məhkəmə araşdırm ası zamanı cavabdeh tərəfindən alınmış borcun tam ödənilməsinə dair hallar öz təsdiqini tapmamışdır.
8. İddiaçı eyni zamanda iddia tələbində cavabdehə verilmiş borcun gecikdirilməsi üçün 687 manat faiz borcunun tutulmasını məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, hazırda cavabdehin tərəflər arasında razılaşma üzrə qalıq borcunun 6.850 manat olması müəyyən edilmişdir. Eyni zamanda tərəflər arasında tərtib edilmiş iltizam üzrə borcun son ödənilmə tarixi xx.xx.2021-ci il tarixədək müəyyən edildiyindən hazırda qeyd olunmuş qanunvericiliyə əsasən qalıq borcun gecikdirilməsinə dair illik 5 faizin hesablanması, öhdəliyin yerinə yetirilməsi üçün müəyyən edilmiş son tarix götürülməlidir. Belə olan halda iddia tələbi üzrə ödənilməmiş borca görə hesablanmış 687 manat faiz borcu məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara uyğun olaraq hesablanmalıdır. Müəyyən edilmiş hallara əsasən hazırda cavabdehin gecikdirilmiş öhdəlikləri üzrə faiz borcu 399.5 (6850 manat üzrə 5 faizi illik 342.5 manat, aylıq 28.5 manat olmaqla gecikdirilmiş 14 ay X 28.5 manat=399.5) manat qəbul edilməklə cavabdehdən tutulmalıdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra– Mülki Məcəllə) 6.2, 14.1, 329.2, 329.3, 386.1, 442, 443.1, 445.7, 448.1, 740.1, 740.2-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin (bundan sonra– MPM), 77.1, 217.4 və 218.3-cü maddələrin ə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və borcun 7.700 manat hissəsini ödəməsini nəzərə alaraq, ondan 2.600 manat ödənilməmiş qalıq borcunun tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehdən faizin tutulması tamamilə qanunsuzdur, o səbəbə görə ki, cavabdeh iddiaçıdan pulu borca götürməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh birgə kommersiya işində birlikdə gördükləri işdən uğradıqları maddi ziyanı ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı da bu haldan sui-istifadə edir və məhkəmə də əsassız olaraq onun tamamilə qanunsuz iddialarını təmin edir. Məhkəmə baxışının gedişində iddiaçı bildirmişdir ki, onun xahişi əsasında, 2021-ci ilin dekabr ayının əvvəllərində cavabdeh 500 ABŞ dolları pulu, yəni 30.000 rus rublunu iddiaçının şəxsi xahişinə uyğun olaraq, iddiaçının oğlu X2 adına olan 5103 0714 9477 8786 "xxxx" ASC pul kartına köçürmüşdür və ona, ümumilikdə, cavabdehin iddiaçıya olan borcundan, yəni 10.300 manat puldan cavabdehin iddiaçıya 5.650 manatını tamamilə ödəməsini etiraf etdi, lakin bu zaman bildirdi ki, 500 ABŞ dolları pul, yəni 30.000 rus rublu iddiaçının şəxsi xahişinə uyğun olaraq, cavabdeh tərəfindən iddiaçının oğlu X2 adına faiz kimi qaytarılmışdır. Ümumilikdə, cavabdehin iddiaçıya olan borcundan, yəni 10.300 manat olan puldan cavabdeh iddiaçıya açıq şəkildə tamamilə sübut olunanı 7.700 manat pulu tamamilə ödəmişdir. Ödədiyi qalan məbləğlərin qeydiyyatlarını dəqiq aparmadığından və sübutları toplamadığından sübut edə bilmir. Lakin, ən pis halda ödənilməmiş qalan məbləğ ən çox pis halda 2.600 manat təşkil edir və həmin məbləği də o, iddiaçıya ödəməyə hazırdır. Lakin, iddiaçının məhkəmələrə yalan məzmunlu iddialarla müraciət etməsi, o cümlədən bir dəfə verilmiş pulu bir neçə dəfə almaq istəməsi bu prosesi dayandırmışdır. Eyni zamanda tərəflər arasında tərtib edilmiş iltizam üzrə borcun son ödənilmə tarixi 20 aprel 2021-ci il müəyyən edildiyindən hazırda qeyd olunmuş qanunvericiliyə əsasən qalıq borcun gecikdirilməsinə dair illik 5 faizin hesablanması, öhdəliyin yerinə yetirilməsi üçün müəyyən edilmiş son tarix götürülməlidir. Belə olan halda iddia tələbi üzrə ödənilməmiş borca görə hesablanmış 687 manat faiz borcu məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara uyğun olaraq hesablanmalıdır. Müəyyən edilmiş hallara əsasən hazırda cavabdehin gecikdirilmiş öhdəlikləri üzrə faiz borcu 399.5 (6850 manat üzrə 5 faizi illik 342.5 manat, aylıq 28.5 manat olmaqla gecikdirilmiş 14 ay x 28.5 manat =399.5) manat qəbul edilməklə cavabdehdən tutulmalıdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apelyasiya instansiyası məhkəməsi) 2(103)-2935/2023 saylı mülki iş üzrə 04 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən və məruzəçi, E.M.Həsənov və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxl anılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mülki iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlə şifahi razılaşmaları əsasında 10.300 manat borc pul verilmiş, cavabdeh tərəfindən verilmiş iltizamda iddiaçıdan aldığı 10.300 manat borcu xx.xx.2021-ci il tarixədək qaytaracağını bildirmiş, daha sonra cavabdeh qeyd olunan borcu razılaşma üzrə vaxtında tam olaraq geri qaytarmamışdır. Belə ki, iddiaçının tələbi üzrə göstərilən borcun cəmi 3.450 manatı (xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 650 manat, xx.xx.2021-ci il tarixddə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat olmaqla) cavabdeh tərəfindən ödənilmişdir. Hazırki vaxtadək cavabdeh tərəfindən borcun qalan hissəsi ödənilməmişdir. Bundan sonra, iddiaçı cavabdehin hərəkətlərindən Nərimanov rayon Polis İdarəsinə şikayət etmiş və şikayət üzrə xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Hazırda iddiaçı cavabdehdən borcun tutulması üçün məhkəməyə müraciət etmişdir.
15. Həmçinin mülki işin materiallarından görünür ki, cavabdeh iddiaya etiraz etsə də iddiaçıya 10.300 manat borcu olmasını etiraf etmiş, lakin bu borcu idiaçının kart hesabına ödəməsini göstərərək iddianın rədd edilməsini xahiş etmiş, apellyasiya şikayətində isə ümumilikdə, cavabdehin iddiaçıya olan borcundan, yəni 10.300 manat məbləğində olan puldan cavabdeh iddiaçıya açıq şəkildə tamamilə sübut olunanı 7.700 manat məbləğini tamamilə ödəməsini, ödədiyi qalan məbləğlərin qeydiyyatlarını dəqiq aparmadığından və sübutları toplamadığından, sübut edə bilməməsini, lakin ən pis halda ödənilməmiş qalan məbləğ ən çox pis halda 2.600 manat təşkil etməsini göstərir.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh apellyasiya şikayətində ödənilən məbləğin düzgün hesablanmamasını göstərməklə bunu onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdəki 1.000 manat ödədikdən sonra 2021-ci ilin iyul ayında 200 manat məbləğində pulu Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin yaxınlığında iddiaçıya verməsini, sonradan 2021-ci ildə tarixi yadında qalmayan tarixdə "xxxx" ASC vasitəsi ilə cavabdeh 150 manat məbləğində pulu, 2021-ci ildə tarixi yadında qalmayan tarixdə "xxxx" vasitəsi ilə 1.000 manat məbləğində pulu, 2021-ci ildə tarixi yadında qalmayan tarixdə "xxxx" vasitəsi ilə 1.000 manat məbləğində pulu iddiaçının pul kartına köçürməsini, 2021-ci ilin iyul ayının sonunda Bakı şəhəri, N.Nərimanov metrosunun yaxınlığındakı çayxanada tarixi yadında qalmayan gündə 1.000 manat məbləğində pulu iddiaçıya şəxsən verməsini, iddiaçının xahişi əsasında, 2021-ci ilin dekabr ayının əvvəllərində isə 500 ABŞ dolları (o vaxtkı kursla 850 manat) məbləğində pulu, yəni 30.000 rus rublunu iddiaçının şəxsi xahişinə uyğun olaraq, onun oğlu X2 adına olan 5103 0714 9477 8786 "xxxx" pul kartına köçürməsini, cəmi 4.250 manat pulu iltizamda qeyd olunanlardan əlavə cavabdeh tərəfindən iddiaçıya ödənilməsini iddiaçının bu halı məhkəmədə etiraf etsə də, lakin məhkəmə bunu nəzərə almamasını göstərmişdir.
17. Məhkəmə kollegiyasının qəna ətinə görə cavabdehin izahatı özü-özlüyündə iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübu tlarla təsdiq edilib əsaslandırılmalıdır.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində iddiaçıya əlavə olaraq 4.250 manat pul ödəməsinə dair dəlilləri iddiaçı tərəfin izahatları və təqdim etdiyi kredit müqaviləsi, eləcə də həmin müqaviləyə əlavə olunun ödəniş qrafikinin məzmunu ilə təkzib edilir. Belə ki, iddiaçının apellyasiya şikayətinə etirazından və təqdim olunan sənədlərdən görünür ki, cavabdeh 500 ABŞ dolları (30000 rubl) pulu onun oğlu X2 adına bankdan götürülərək ona verilmiş pulun bank faizi kimi onun kartına yükləmişdir.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin iddiaçının oğlu ilə aralarında sonuncunun adına götürülmüş kredit müqaviləsi ilə bağlı olan, davam edən münasibətlərin cavabdehin iddiaçının özünə münasibətdə ol an borc münasibətlərinə heç bir aidiyyatı yoxdur. Başqa sözlə, cavabdehin iddiaçının oğlunun kart hesabına pul ödəməsi halı özünün iddiaçıya olan borcundan ödənilməsi kimi qiymətləndirilə bilməz.
20. Məhkəmə kollegiyası bundan əlavə, cavabdehin onun tərəfindən təsdiq olunmuş iltizamın arxasında olan qeydiyyatda xx.xx.2021-ci ildə ödənilmiş 1.000 manatdan əlavə xx.xx.2021-ci ildə də 1.000 manat ödəməsi ilə bağlı dəlilinə qiymət verərək əsassız hesab etmişdir. Belə ki, cavabdeh bu dəlili mülki iş materiallarında olan bank çıxarışında xx.xx.2021-ci il tarixində ödənişin aparılmasının qeyd olunması ilə əsaslandırır. Lakin, mülki iş materiallarında olan bank çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixdə hesaba 1.000 manat birbank tətbiqi vasitəsilə kartdan kartda köçürülmə əməliyyatı apar ılaraq mədaxil olmuş (iş vərəqə 105) və xx.xx.2021-ci il tarixdə isə həmin məbləğ bankomat vasitəsilə nağdlaşdırılmışdır. xx.xx.2021-ciildə çıxarılmış 1.000 manat xx.xx.2021-ci il tarixdə 1.000 manat ödənişdən sonra ödənilmiş əlavə 1.000 manat kimi qiymətləndirilə bilməz.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya 3.450 manat məbləğində puldan başqa 2021-ci ilin may ayından sonra ümumilikdə 4.250 manat pulu müxtəlif tarixlərdə ödəməsinə dair bildirdikləri heç bir sübut növü ilə təsdiqlənmədiyindən buna dair apellyasiya şikayətinin dəlilləri də əsaslı sayıla bilməz. Belə ki, mülki iş materiallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən aparılan ödənişlərin qeydiyyatını aparmış və bu qeydiyyatı həmçinin cavabdeh tərəf də apellyasiya şikayətinin məzmunu nda əks etdirmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi əlavə ödənişlər əvvəlki ödənişlər kimi onun tərəfindən təsdiq olunmuş iltizamın arxasında olan qeydiyyatda əksini tapdığı halda onun dəlillərinin əsaslı olmasına hüquqi qiymət verilə bilərdi.
22. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab etmişdir ki, cavabdeh özünün tərəfindən təsdiq edilmiş iltizam üzrə göstərilmiş müddətdə öhdəliklərini tam yerinə yetirmədiyindən onun tərəfindən iltizamda göstərilmiş borc məbləğinin cəmi 3.450 manat hissəsi ödənilsə də, qalan 6.850 manat hissəsinin ödənilmədiyi üçün həmin məbləğin, eləcə də cavabdehin gecikdirilmiş öhdəlikləri üzrə faiz borcu 399.5 (6850 manat üzrə 5 faizi illik 342.5 manat, aylıq 28.5 manat olmaqla gecikdirilmiş 14 ay X 28.5 manat =399.5) manat cavabdehin iddiaçın ın xeyrinə tutulmalı olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur.
23. Beləliklə də məhkəmə kollegiyası hesab etmişdir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir.
24. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci və apellyasiya instansiyası məhkəmələrində faktiki olaraq, müəyyən edilmiş hallar və sübutlar əsasında cavabdeh tərəfindən iddiaçıya ödənilmiş borc məblə ğinin 7.700 manat təşkil etməsi və qətnamənin qət etdi hissəsində qeyd olunmuş borcun vaxtında ödənilməməsi ilə bağlı faizlərin hesablanması müddəasının (çıxarılması) ləğv olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 4, 8, 9 və 88-ci maddələrini pozmuşdur. Məhkəmənin gedişində iddiaçının məhkəməyə təqdim etdiyi 23 fevral 2022-ci il tarixli iltizamın saxta olması cavabdeh tərəfindən sübut olunduqdan sonra, iddiaçı məcbur qalıb, (25 oktyabr 2022-ci il tarixli məhkəmə iclas protokolunun 2-ci vərəqinin 11-ci abzası) saxta nüsxəsini təqdim etdiyini etiraf edərək iltizamın əslini məhkəməyə təqdim etməyə məcbur olmuş və bu zaman aşkar olunmuşdur ki, iddiaçının həmin 23 fevral 2022-ci il ta rixli iltizamın üzərində apardığı qeydlərdən aşkar olunmuşdur ki, iddiaçının borc kimi qeyd etdiyi məbləğin 3.450 manatının (xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 650 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat olmaqla) ödənilmələri ilə bağlı öz qeydlərini aparmışdır. Məhkəmələr bu ödənişləri nəzərə alsalar da, iddiaçının məhkəmə proseslərində qeyri-səmimi olmasını bilə-bilə, hansı səbəbdənsə, cavabdeh tərəfindən digər real olunmuş digər ödənişləri qəsdən nəzərə almamışlar. Belə ki, məhkəmə baxışı zamanı cavabdeh tərəf dəfələrlə bildirmişdir ki, 2021-ci ilin iyul ayında cavabdeh 200 manat pulu Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin yaxınlığında iddiaçıya vermişdir. Sonradan 2021-ci ildə ta rixi yadında qalmayan tarixdə "xxxx" ASC vasitəsi ilə cavabdeh 150 manat pulu, 2021-ci ilin iyul ayının sonunda Bakı şəhəri, N.Nərimanov metrosunun yaxınlığındakı çayxanada tarixi yadında qalmayan gündə cavabdeh 1.000 manat pulu iddiaçıya şəxsən vermişdir. Lakin, onun təkidlərinə baxmayaraq, iddiaçı 23 fevral 2022-ci il tarixli iltizamın yanında olmamasını əsas gətirərək, iltizamın üzərində həmin məbləğlərin ödənilmələrinin qeydlərini aparmamışdır. Bu hallaın müəyyən olunmaları üçün iddiaçı və cavabdehin 2021-ci ilin yay ayları üçün mobil telefonlarının anten dairələrinin götürülmələri vacibdir, çünki iddiaçı cavabdehlə ancaq ondan pul almaq üçün görüşmüşdür. Bunda əlavə, 29 may 2021-ci ildə tarixdə gündüz vaxtı iddiaçıya 1.000 manat pul verib onun qeydiyyatını iltizamın üzərində apardıqda n sonra, elə həmin gün cavabdeh "xxxx" ASC vasitəsi ilə 1.000 manat pulu iddiaçının oğlunun pul kartına köçürmüşdür. Apellyasiya instansiyası məhkəməsi bu sonuncu halın nəzərə alınmamasını onunla əsaslandırmışdır ki, iltizamda bu hal öz əksini tapmışdır. Lakin, məhkəmələr nəzərə almamışlar ki, qeyd etdiyimiz 29 may 2021-ci ildə tarixdə gündüz vaxtı iddiaçıya 1.000 manat pul verib onun qeydiyyatını iltizamın üzərində apardıqdan sonra, elə həmin gün "xxxx" ASC vasitəsi ilə 1.000 manat pulu iddiaçının pul kartına köçürmüşdür. Yəni cavabdeh iltizamda qeyd olunmuş 1.000 manat pulu iddiaçıya nağd şəkildə vermiş, cavabdeh onun qeydini iltizam arxasında aparmağı iddiaçıdan tələb edərək qeyd etdirmiş, sonradan isə, əlavə olaraq 1.000 manat pulu iddiaçının kartına köçürmüşdür. Yuxarıda göstərilənlər ə əsasən, ümumilikdə cavabdehin iddiaçıya olmayan “borcu”ndan, yəni birgə gördükləri kommersiya işindən baş vermiş itkiləri öz üzərinə götürməsinin nəticəsi kimi 10.300 manat olan puldan cavabdeh iddiaçıya açıq şəkildə tamamilə sübut olunanı 7.700 manat pulu tamamilə ödəmişdir. Ödədiyi qalan məbləğlərin qeydiyyatlarını dəqiq aparmadığından və pulları verməsi hallarının qismən yadından çıxmaları səbəbindən sübutları toplamadığından, sübut edə bilmir. Lakin ən pis halda ödənilməmiş qalan məbləğ ən çox pis halda 2.600 manat təşkil edir və həmin məbləği də o, iddiaçıya ödəməyə hazırdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini və apellasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməd ən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
29. Maddə14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərin ə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
34. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsinigecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdənfaizödənilməsiyolverilməzdir.
35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
37. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. A zərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi yoxlanılmalıdır. şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
49. Kassasiya instansiyas ı məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddiaçıya bütövlükdə 2.600 manat borcunun qaldığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
51. Belə ki, tərəflər arasında mülki münasibətlərin tənzimlənmə si üçün müvafiq razılaşmanın olması zəruridir. Hazırda tərəflər arasında razılaşmanın olması cavabdeh tərəfindən təsdiq olunmuş iltizamda qeyd olunmuşdur.
52. Eyni zamanda həmin iltizamda cavabdeh tərəfindən ona verilmiş borcun qaytarmasının son tarixi müəyyən edilmişdir. Lakin, cavabdeh həmin iltizam üzrə göstərilmiş müddətdə öhdəliklərini tam yerinə yetirməmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iltizamda göstərilmiş borc məbləğinin cəmi 3.450 manat hissəsi ödənilsədə 6.850 manat hissəsi ödənilməmişdir.
54. Cavabdehin vəkili və nümayəndəsi iddia tələbinə etiraz edərək, iddiaçıdan aldığı borcunun ona məxsus kart hesabına tam olaraq ödənildiyini bildirsə də, qeyd olunan hala dair sübutları məhkəməyə təqdim edə bilməmişdir.
55. Eyni zamanda məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən alınmış borcun tam ödənilməsinə dair hallar öz təsdiqini tapmamışdır və cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində iddiaçıya bütövlükdə 2.600 manat ödənilməmiş borcunun qaldığını göstərsə də, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır.
56. İddiaçı eyni zamanda iddia tələbində cavabdehə verilmiş borcun gecikdirilməsi üçün 687 manat faiz borcunun tutulmasını məhkəmədən xahiş etmişdir.
57. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, hazırda cavabdehin tərəflər arasında razılaşm a üzrə qalıq borcunun 6.850 manat olması müəyyən edilmişdir.
58. Eyni zamanda tərəflər arasında tərtib edilmiş iltizam üzrə borcun son ödənilmə tarixi xx.xx.2021-ci il tarixədək müəyyən edildiyindən, hazırda qeyd olunmuş qanunvericiliyə əsasən qalıq borcun gecikdirilməsinə görə illik 5 faizin hesablanması, öhdəliyin yerinə yetirilməsi üçün müəyyən edilmiş son tarix götürülməlidir.
59. Belə olan halda iddia tələbi üzrə ödənilməmiş borca görə hesablanmış 687 manat faiz borcu məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara uyğun olaraq hesablanmalıdır. Müəyyən edilmiş hallara əsasən hazırda cavabdehin gecikdirilmiş öhdəlikləri üzrə faiz borcu 399.5 manat qəbul edilməklə cavabdehdən tutulmalıdır.
60. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri i lə razılaşmır və hesab edir ki, iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 may 2023-cü il tarixli, 2(103)-2935/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qəra