Məhkəmə qərarları › İş №2(102)-2937/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2937/2019

29.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2937/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Cavabdehtərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)9787/2018 nömrəli iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin (hakim Fikrət Mirzəyev) 2(007)2195/2018 saylı, 20 iyun 2018-ci il tarixli qətnam əsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami rayon məhkəməsinin 30 yanvar 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin artırılması, tərəflərin birgə nikahından 01 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, alimentin artırılmış miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Sənan Hacıyev sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Fuad Talışinski) 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 20 iyun 2018-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 oktyabr 2015-ci il təvəllüdlü X1 üçün hər ay 154 manat və uşaq 3 yaşına çatanadək maddi tələbatını ödəmək üçün hər ay 50 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə münasibətləri pozulduğundan ayrılmışlar. Cavabdeh birgə nikahdan olan 01 oktyabr 2015-ci ildə X4 dünyaya gəlmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 30 yanvar 2017-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaq onun himayəsində saxlanılmış və uşağın saxlanması üçün hər ay 120 manat və uşaq 3 yaşına çatanadə k maddi tələbatını ödəmək üçün hər ay 50 manat sabit pul məbləğində aliment cavabdehdən tutulmuşdur. Lakin tutulan aliment məbləği uşağın saxlanmasına kifayət etmədiyi üçün alimentin miqdarının artırılması ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Aliment müəyyən edildikdən so nra maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamış, məhkəmə bu halı nəzərə almamışdır. Tərəflərin izahatları: Cavabdeh və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası mə hkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdeh və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyə n edilən hallarından görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 30 yanvar 2017-ci il tarixli 2(007)192/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə Abdurəhimova (Abbasova) Aygün Vəkil qızı arasında 18 avqust 2014-cü il tarixdə 2 saylı Bakı «Asan Xidmət» mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və 2149 № ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 01 oktyabr 2015-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsində qalması, Cavabdeh 12 avqust 2016-cı il tarixdən başlayaraq 01 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxl-anılması üçün hər ay 120 manat, 01 oktyabr 2015-ci il təvəllüdlü X2 3 yaşına çatanadək maddi tələbatını ödəmək üçün hər ay 50 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə mürac iət edərək Bakı şəhəri Nizami rayon məhkəməsinin 30 yanvar 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılmasını xahiş ertmişdir. İddiaçının iddia tələbnin hüquqi əsasını Ailə Məcəlləsinin 112-ci maddəsi təşkil edir. Həmin normaya görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2018-ci il üçün yaşayış mi nimumu uşaqlar üçün məbləğ 154,00 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində isə təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; İşin faktiki hallarını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etişdir ki, hazırkı işdə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Belə ki, alimentin tutulmasına dair qətnamənin qəbul edilməsindən ötən müddət ərzində iddiaçı olan ananın maddi vəziyyəti kifayət qədər ağırlaşmışdır. Bu həmin dövrlə müqayisədə uşağın xərclərinin artması, habelə həmin illə müqayisədə qanunla uşaqların saxlanması üçün yaşayış minimumunun həddinin 154 manatadək artırı lması ilə də öz təsdiqini tapır. Odur ki, məhkəmə iddiaçının qətnamə ilə müəyyən edilmiş olan ayda 120 manat məbləğində alimentin, uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiasının əsasları ilə razılaşmışdır. Eyni zamanda uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ baxımından, həmçinin uşağın maddi tələbatlarının əhəmiyyətli dərəcədə artması səbəbindən iddianın mahiyyət etibarı ilə əsaslı hesab etişdir. Apellyasiya şikayətində göstərilən dəlillərə dair məhkəmə qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar: üçüncü qrup əlil olması və işləməməsi iddiaçı ilə birgə nikahdan olan uşaq üçün qanunla müəyyən edilmiş yaşayış minimumundan da az məbləğdə aliment ödəməsinə əsas vermir. İddiaçının da uşağın saxlanmasında iştirak etməsi il ə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, məhkəmənin artırılmış aliment qismində müəyyən etdiyi 154 manat uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu həddində olmaqla uşağın normal yaşaması üçün tələb olunan yalnız minimal xərcləri əhatə edir. Uşağın həmin məbləğə daxil olmayan geyim, istirahət, xəstəliklə bağlı və s. xərcləri isə ananın üzərindədir. Bu baxımdan cavabdehin bu dəlili əsassızdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdu r. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, uşağın gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Cavabdehin şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeyd etdiyi hallar övladı qarşısında qanunvericiliklə müəyyən edilmiş öhdəliyinin yerinə yetirilməməsinin əsası ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilə nlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9787/2018 nömrəli iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar