Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2938/2021 17.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, qətnamədən kassasiya şikayəti vermə müddətinin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-4449/2019 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun gəlin getdiyi və yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 3 otaqdan ibarət olan fərdi yaşayış evinə azyaşlı uşaqları Aysu, Mələk və Nemətlə birlikdə istifadə hüququ verilməklə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin (hakim Rəşad Məmmədov) 2(062)-1592/2019 saylı mülki iş üzrə 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər: Ədil Məmmədov sədrlik edən və məruzəçi, Rəhman Muradov, Şəfiqə Əliyeva) 2(104)-4449/2019 saylı mülki iş üzrə 27 dekabr 2019-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5205/2020 saylı iş üzrə 15 sentyabr 2020-ci il tarixli qərardadı ilə (hakim Aqil Abbasov) şikayət icraata qəbul edilməmiş, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ədil Məmmədov: sədrlik edən və məruzəçi, Rəhman Muradov, Fikrət Mehtiyev) 16 oktyabr 2020-ci il tarixli qərardadı ilə Gəncə Apelyasiya Məhkəməsinin mül ki kollegiyasının 2(104)-444/2019 saylı mülki iş üzrə 27 dekabr 2019-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verildiyinə görə geri qaytarılması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, iddiaçı qətnamənin surətini 29 yanvar 2020-ci il tarixdə rəsmi qaydada əldə etmişdir. Bu barədə iddiaçı özü də kassasiya şikayətində göstərmişdir. Lakin, kassasiya şikayəti 11 iyun 2020-ci il tarixdə verilmişdir. Şikayətə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı məhkəmə kollegiyasına kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpasına dair ərizə təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsinin aktlarından k assasiya şikayəti vermə müddətini tənzimləyən Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Məcəllənin 408.1.4-cü maddəsinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, kassasiya şikayəti geri qaytarılmalıdır. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddəti ötürsə də, müddətin bərpasına dair ərizə vermişdir, lakin məhkəmə müddəti bərpa etməyərək prosessual pozuntuya yol vermiş, məhkəmə müdafiəsi hüququnu pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassa siya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəti cələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qərardaddan kassasiya şikayəti verən iddiaçı qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli qərardad qəbul edilən zaman prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyi ni əsaslandırmamışdır. İddiaçı kassasiya şikayətində prosessual müddətin bərpasına dair apellyasiya instansiyası məhkəməsinə ərizə verdiyini göstərsə də, işdən görünür ki, həmin ərizə kassasiya şikayətinin qaytarılmasına dair 16 oktyabr 2020-ci il tarixlə qərardad qəbul ediləndən sonra, yəni 29 oktyabr 2020-ci il tarixdə məhkəmədə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar yoxdur, ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki k ollegiyasının 2(104)-4449/2019 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2938/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2938/2021
17.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver