Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2938/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ekspert rəyləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2333/2023 nömrəli, 03 aprel 2023-cü il tari xli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 18 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (bundan sonra – “iddiaçı” və ya “Bank”) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 5992 saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə 112 ay 36 gün müddətinə (xx.xx.2029-cu il tarixədək), illik 10 faizlə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 146000 manat məbləğində kredit verilmişdir.
2. Eyni tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 ona məxsus bazar qiyməti 188850 manat məbləğində müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 111,08 m2 olan qeyri-yaşayış sahəsini (bundan sonra – “ipoteka predmeti olan əmlak”) ipoteka ilə Bankın xeyrinə yüklü edərək, Bankın tələb hüququna təminat vermişdir.
3. Cavabdeh1 arvadı olan iş üzrə digər Cavabdeh2 xx.xx.2019-cu il tarixdə notarial ərizə verərək, sözügedən əmlakın Bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə etiraz etməmişdir. İpoteka daşınmaz əşyaların rəsmi reyestrində qeydiyyata alınmışdır.
4. Cavabdeh1 kredit borcunu qrafik üzrə qaytarmayaraq, öhdəliyin icrasını gecikdirmiş, Bank tərəfindən borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi (tələbin dəyişdirilməsi barədə ərizələrlə) ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, son olaraq Cavabdeh1 iddiaçının xeyrinə əsas borc üzrə 142830,04 manat, faiz borcu üzrə 17174,34 manat olmaqla, cəmi 160004,38 manat borcun, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ümumilikdə ödənilmiş 136,98 manat dövlət rüsumu və xidmət haqqının tutulması, ipoteka predmeti olan qeyriyaşayış sahəsinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi, qeyri-yaşayış sahəsindən çıxarılmaları və qeyri-yaşayış sahəsinin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutulması, məhkəməyə müraciət üçün ödənilmiş 450 manat dövlət rüsumu və 0.68 manat xidmət haqqının Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsi ürzə öhdəliklərini lazımınca icra etməmiş, xx.xx.2022-ci il tarixə tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. Buna görə də, həmin borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələb edilir.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 317, 319, 385.1, 427.3, 442, 448.1 və 448.2-ci maddələrinə istinad etmişdir.
8. Cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində iddia tələbi ilə razı olmadığını, əsas və borcunun düz gün hesablanmadığnı, məbləğlərin həddən artıq şişirdildiyini göstərərək borcun məbləğinin hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizasının, eləcə də ipoteka predmetinin qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizasının təyin edilməsini xahilş etmişdir.
9. Birinci instansiya məhkəməsi həm borcun məbləği, həm də ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi məqsədilə 10 avqust 2022-ci il tarixli qərardadla mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin etmişdir. 10. "xxxx" MMC tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli qiymətləndirilmə hesabatına əsasən, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin likvid dəyəri 268.000 manatdır.
11. Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli, 9/6385 saylı ekspert rəyinə əsasən, Cavabdeh1 xx.xx.20 22-ci il tarixə Banka 142.830,04 manat əsas, 17.718,03 manat faiz borcu olmaqla, ümumilikdə 160.548,07 manat borcu vardır. Ekspert rəyinin tərtib edildiyi xx.xx.2022-ci il tarixə isə əsas borc 142.830,04 manat, faiz borcu üzrə 19.860,48 manat olmaqla, ümumilikdə borc 162.690,52 manat təşkil edir.
12. İddiaçı məhkəmə-əmtəəşünaslıq ekspertizasının, cavabdeh isə məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə razılaşmayaraq, həmin məsələlərlə bağlı əlavə ekspertizaların təyin edilməsi barədə yazılı vəsatətlər vermişlər. Birinci instansiya məhkəməsi 31 oktyabr 2022-ci il tarixli qərardadla hər iki vəsatəti əsaslandırılmaması motivi ilə rədd etmişdir.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3475/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cava bdeh1 142830,04 manat əsas, 17174,34 manat faiz borcu olmaqla, ümumilikdə 160.004,38 manat borcun, habelə 450 manat ödənilmiş dövlət rüsumunun, 0,68 manat xidmət haqqının və bildirişin qeydə alınması üçün ödənilmiş 136,98 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 268.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Banka olan borcun ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda artıq qalan vəsaitin Cavabdeh1 qaytarılması, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması, iddianın qalan hissədə r ədd olunması qət edilmiş, ekspertiza xərcləri Cavabdeh1 aid edilmişdir. (hakim Rəşid Səmədov)
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh1 əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir.
15. Birinci instansiya məhkəməsi həmçinin hesab edib ki, öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmetinə yönəldilməli və ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə uyğ un 268.000 manat məbləğində müəyyən edilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 317.1, 319.1, 319.6, 442, 443.1, 448.1, 449.1, 739-cu, “İpoteka haqqında” Qanunun 33, 34.1, 39.1, 59.3, 59.4-cü və Mülki Prosesual Məcəllənin 14.2, 76, 77.1, 191.3, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv, iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə hesabatına və kredit borcunun müəyyən edilməsi ilə bağlı isə ekspert rəyinə isti nad etsə də, hər iki sübutun mötəbərliyi şübhə doğurmaqla yanaşı, yekun nəticəyə gəlmək üçün yetərli deyil. Əsas borca görə ekspert rəyində hesablanmış məbləğ ilə iddia ərizəsində tələb edilən məbləğ tamamilə üst-üstə düşür. Halbuki, kredit üzrə ödənişləri nəzərə aldıqda, bu məbləğ ekspert rəyində və iddia tələbində göstərilən məbləğdən az olmalı idi. Lakin ekspert iş materialları üzrə düzgün hesablama aparmamış, məhkəmə də həmin rəyə istinad edib yekun nəticəyə gəlməklə prosessual hüquq pozuntusuna yol vermişdir. Digər tərəfdən, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyən etməmişdir. İş üzrə müəyyən olunan qiymət real vəziyyəti əks etdirmir. Əmlakın dəyəri hesabatda qeyd olunandan artıqdır. Bu halın təsdiq edilməsi üçün məhkəməyə vəsatətlə müraciət olunsa da, həmin və satət təmin edilməmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2333/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Talışinksi (sədrlik edən və məruzəçi), Azad İmanov, Məmməd.Məmmədov)
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd edib ki, borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar.
21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə gör ə mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərini sübuta yetirən və ya ona dəlalət edən sübutlar, habelə hər hansı əlavə ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Şikayətin dəlilləri cavabdehin vəzifələrinə rəğmən öhdəliklərdən yayınmaya yönəlik hüquqdan sui-istifadəyə şərait yaradan hal və buna cəhd kimi qiymətləndirilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv, həmin hissədə iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. (bax:18-ci bənd) b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. M addə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketin q keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin s übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ay dınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrü bəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
26. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması h alları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.
30. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir.
31. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi barədədir.
32. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, Bankla Cavabdeh1 arasında kredit və ipoteka müqavilələri bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.
33. İşdən görünür ki, cavabdeh borcun məbləği ilə razı olmamış, birinci instansiya məhkəməsi cavabdehin vəsatəti əsasında mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin etmiş, həm borcun məbləğini, həm də ipoteka predmetinin likvid dəyərini ekspert rəyi və qiymətləndircinin hesabatına əsasən müəyyən etmişdir.
34. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Çünki işin müəyyən edilmiş halları həmin normaların dispozitiv şərtlərinə uyğun gəlir, eləcə də sübutlar prosessual qaydalara uyğun qiymətləndirilib.
35. Məhkəmə kollegiyası məhkəmələrin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə hesabatına və kredit borcunun müəyyən edilməsi ilə bağlı isə ekspert rəyinə istinad etsə də, hər iki sübutun mötəbərliyinin şübhə doğurmaqla yanaşı, yekun nəticəyə gəlmək üçün yetərli olmaması ilə bağlı kassasiya şikayətinin dəlillərini əsassız sayır.
36. Belə ki, qeyd edildiyi kimi borcun məbləği mühasibatılq ekspertizasının rəyi ilə müəyyən edilib, cavabdeh həmin rəylə razı olmasa da, birinci instansiya məhkəməsi cavabdehin əlavə ekspertiza təyin edilməli olması barədə vəsasətini əsaslandırılmaması motivi ilə təmin etməmişdir.
37. Əlavə və ya təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməli olması ilə bağlı məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci madd əsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
38. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandır malı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
40. Hazırki işdə isə cavabdeh borc məbləği ilə razı olmadığını ümumi sözlərlə ifadə etmiş və birinci instansiyası məhkəməsi də düzgün olaraq borcun dəqiqləşdirilməsi məqsədilə əlavə ekspertizanın təyin olunmasına zərurət görməmişdir. Belə ki, ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməlidir. Əks təqdirdə, bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələnə bilər.
41. Apellyasiya instansiyası məhkəməsi isə həm borcun məbləği, həm də ipoteka predmetinin qiyməti barədə cavabdehin dəlilləri ilə bağlı hər hansı uyğunsuzluğun mövcudluğunu işdəki müvafiq rəylərə əsasə n müəyyən etməmişdir.
42. İpoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə mühasibatlıq ekspertizasının rəyi ilə yanaşı, ipoteka predemetinin likvid dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə rəyi də alınmış, cavabdeh mühasibatlıq ekspertizasının rəyi ilə razı olmadığını və əlavə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət versə də (həmin vəsatət yuxarıda qeyd edildiyi kimi əsaslandırılmaması motivi ilə təmin edilməmişdir) qiymətləndirmə rəyinə hər hansı etirazını bildirməmiş, bu barədə heç bir vəsatət verməmişdir. Halbuki, mühasibatlıq ekspertizasının rəyi ilə razı olmadığnı bəyan etdiyi kimi, cavabdeh qiymətləndirmə rəyi ilə də razı olmadığını bəyan edə və bununla bağlı vəsatə t verə bilərdi. Buna görə də birinci instansiya məhkəməsində mübahisələndirilməyən halların kassasiya şikayətində dəlil kimi irəli sürülüməsi və kassasiya baxışında həmin dəillərə qiymət verilməsi istisna edilir.
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2333/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.