Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2940/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2940/2022 Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi Bakı şəhəri 31 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızından (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evin boşaldılması” tələbinə dair mülki iş üzrə Sumqa yıt Apellyasiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(105)-2686/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehlərdən tutulmalı borca görə mübahisəli mənzilə tutma yönəldilmiş, həmin mənzil hərraca çıxarılmışdır. 2. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin hərracın nəticələri haqqında 18 mart 2020-ci il tarixli 48/1 saylı protokoluna əsasən mübahisəli ev Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-93/2018 saylı, 28 mart 2018-ci il tarixli icra sənədinə əsasən iddiaçıya 79688 manata satılmışdır. Bununla bağlı “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” ilə "xxxx"KB ASC ar asında eyni tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
3. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən mübahisəli ev üzərində iddiaçının mülkiyyət hüququ 01 dekabr 2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərin Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən, 99/1 saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmaqla evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(060)-3395/ 2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən, 99/1 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılaraq fərdi yaşayış evinın boşaldılması, hazırkı qətnamənin göstərilən şəxslərin həmin evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir (hakim Emin Abdullayev).
6. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.1, 157.2, 157.4-cü maddələrinə istinad edən birinci instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlər mənzilə qanunsuz sahiblik etdiklərinə görə mülkiyyətçinin mülkiyyət hüquqları pozulur. b) Apellyasiya instansiyası məhkəməsində i craat
7. Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(060)-3395/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(105)-2686/2021 nömrəli qərarı ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və G.F.Tağızadədın ibarət tərkibdə) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(060)-3395/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmasına dair başqa mötəbər sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
10. Cavabdeh1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(105)-2686/2021 nömrəli qətnaməsinin Cavabdeh1 münasibətdə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmu şdur. Belə ki, müəyyən olunmuş kredit məbləğinin əksər hissə ödənilmiş və həmçinin ödəniş hələ də davam etdirilir. Hazırda "xxxx" KB ASC tərəfindən qanunsuz olaraq Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20ci məhəllədə yerləşən, 99/1 saylı fərdi yaşayış evindən çıxarılmağı tələb edir. Lakin cavabdeh ailə üzvləri ilə birgə həmin fərdi yaşayış evində qeydiyyatdır və hazırda mübahisəli fərdi yaşayış evindən başqa mənzilləri yoxdur.
12. Kassator şikayətini MM-in 152-ci maddəsi və MPM-in 88-ci maddələri ilə əsaslandırmışdır.
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Prossesual məsələlər
14. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəf lərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
15. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 139.1 mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
17. Maddə 152.1 mülkiyyət hüqu qu – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Maddə 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun
20. Maddə 42.8 Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 9.1 ədalət mühakiməsi çəkişmə, tə rəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
22. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1 hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 417.1.1 kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri:
28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
29. Birinci instansiya məhkəməsi ilə iddia tam təmin edilsə də, qətnamə yalnız Cavabdeh1 mübahisələndirilmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini həmin cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun yoxlayaraq, dəyişdirilmədən saxlamışdır. Hazırda, apellyasiya instans iyası məhkəməsinin qətnaməsi də həmin cavabdeh tərəfindən mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası qətnamənin qanuniliyini cavabdeh Həmidova Rəna Niyazi qızının kassasiya şikayəti əsasında yoxlayaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
31. İşdən müəyyən edildiyi kimi, mübahisəli əmlak ipoteka predmeti kimi satışa çıxarılıb və hərracda bank tərəfindən alınmaqla, artıq bankın mülkiyyətinə keçmişdir. Cavabdeh1 mübahisəli evə mülkiyyət hüququ itirildiyindən, onun həmin əmlaka sahibliyi qanunsuzdur.
32. Kas sasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
33. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiy a şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)2686/2021 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.