Məhkəmə qərarları › İş №2(102)-2941/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2941/2020

30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2941/2020 30.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh4 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)1175/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Fikrət Mirzəyev) 2(007)104/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh3 ilə imzalanmış BAKU1-23946-103 62 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 26893 ABŞ dolları əsas borcun, 4262,62 ABŞ dolları faiz borcunun, 10000 ABŞ dolları dəbbə borcunun, cəmi 41156,1 ABŞ dolları məbləğində kredit borcunun, ödənilmiş dövlət rüsumuna görə 30 manatın, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş məbləğin “xxxx” BOKT MMC-nin xeyrinə tutulması, bank qarşısında yüklü edilmiş, dəyəri 60000 manat müəyyən edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 106 saylı evin, 11 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, ipoteka predmeti satıldıqdan sonra mənzilin boşaldılması, Cavabdeh1, Cavabdeh2, X1 və X5 həmin mənzildən məcburi qaydada çıxarılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Xəyalə Cəmilova sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləiddiaçı “xxxx” BOKT MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il qətnaməsi “cavabdehlərdən əsas və faiz borcunun tutulması” hissədə dəyişdirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il qətnaməsi ilə cavabdehlərdən müştərək qaydada tutulması qət edilmiş əsas borcun məbləği 37725,40 ABŞ dolları, faiz borcunun məbləği isə 10299,03 ABŞ dolları müəyyən edilmiş və həmin məbləğlərin ödənilməsinin qətnamənin icra ounduğu gün Azərbaycan manatına olan məzənnə ilə həyata keçirilməsi, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 müştərək qaydada ekspertiza xərci olaraq 150 manat, “xxxx” BOKT MMC-dən isə 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. İşin halları: İddiaçı «xxxx» BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı əsas, faiz, dəbbə borcunun ipoteka predmetinin realizə edilməsi hesabına qaytarılması və mənzildə yaşayanların məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabdeh4 kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmələr işə baxarkən iki ziddiyətli ekspert rəyindən daha yüksək ödəmələr göstərilmiş rəyin tədbiq etdiyini, məhz həmin rəyin sübut kimi götürdüyünü əsaslandırmamışdır. Məhkəmə sübut kimi qəbul etdiyi ekspertiza rəyi ilə onu tanış etmədən və həmin rəyə onun fikrini nəzərə almadan qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kolleg iyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüq uqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, bank tərəfindən Cavabdeh3 illik 30 faizidən artıq olmamaqla, 120 aydan artıq olmayan müddətə 300000 ABŞ dolları kredit verilməsi nəzərdə tutulmuşdur. BAKU1-23946-10362 saylı xx xxxxxxx 2014-cü il tarixli razılaşmadan görünür ki, Bank tərəfindən Cavabdeh3 24 ay m üddətinə illik faiz dərəcəsi 18 % müəyyən edilməklə 56000 ABŞ dolları məbləğində kredit verilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. xx xxxx 2015-ci il tarixli sazişdən görünür ki, Cavabdeh3 xx xxxxxxx 2014-cü il tarixdə 24 ay müddətinə illik faiz dərəcəsi 18 % müəyyən edilməklə 56000 ABŞ dolları məbləğində verilmiş kreditin 49533,29 ABŞ dolları təşkil edən ödənilməmiş əsas borc qalığı, yenidən illik 18 faizlə hesablanaraq kreditin qaytarılma müddəti xx xxxx 2017-ci il tarixədək uzadılmışdır. Həmin kredit sazişlərinin təminatı olaraq “xxxx BOKT” MMC ilə Cavabdeh3 arasında ipoteka müqaviləsi bağlanmış, tutmanın həmin ipoteka predmetinə yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Birinci instansiya məhkəməsi cavabdehin (kredit müqaviləsi üzrə borclunun) hərəkətlərini öh dəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün müqavilədən yaranan əsas və faiz borcu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə birinci instansiya qaydasında baxılarkən iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilsə də, məhkəmə tərəfindən həmin tarixə, yəni xx.xx.2017-ci il tarixə (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin verildiyi tarixə) cavabdehin hansı məbləğdə borcunun olmasını müəyyən etmək məqsədilə mühasibatlı- ekspertizası təyin edilməmişdir. Belə ki, işdə olan xx xxxx 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, xx xx xxxxx 2014-cü il tarixli BAKU1-23946-10362 saylı və xx xxxx 2015-cı il tarixli razılaşmaların qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh3 xx xxxxxxx 2016-cı il tarixə (iddia ərizəsində tərtib olunan tarixə) “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC-yə borcu 31156,09 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 26893,48 ABŞ dolları, faiz borcu üzrə 4262,62 ABŞ dolları. Buna görə də işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən iddiaçının iddia tələbi həmin ekspert rəyinə müvafiq şəkildə təmin edilmişdir. Lakin hazırki işə apelyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin verildiyi nəzərə alınaraq, həmin tarixə kredit müqaviləsi üzrə borclunun əsas və faiz borcunun hansı məbləğ də olmasının müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həmin ekspertizanın nəticəsi olaraq verilmiş rəydən müəyyən olunmuşdu ki, “xxxx” BOKT MMC ilə Cavabdeh3 arasında bağlanmış BAKU1-2394610362 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və ona əlavə edilmiş məktublara (həmin məktublarda göstərilən hesablaşmalar) əsasən cavabdeh X7 xx.xx.2017-ci il tarixə banka olan borcu 480024,43 ABŞ dolları, o cümlədən əsas borc üzrə 37725,40 ABŞ dolları, faiz borcu üzrə isə 10299,03 ABŞ dolları təşkil edir. Ona görə də, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən əsas və faiz borcunun məbləği dəyişdirilərək, apelyasiya baxışı zamanı keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş ekspert rə yində qeyd olunan həcmdə müəyyən edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavadeh kasasiya şikayətində ekspert rəylərində olan ziddiyətin aradan qaldırılmadığını qeyd etmişdir. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi, birinci instansiya məhkəməsi ekspertiza təyin edərkən i ddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin artırılası barədə ərizəni nəzərə almamışdır. Bu səbəbdən də apelyasiya instansiyası məhkəməsi həmin ərizəyə uyğu olaraq yenidən ekspertiza keçirmiş və verilmiş rəyə istinad etmişdir. Ona görə də, həmin rəylər rasında olan fərq ziddiyət kimi qəbul edilə bilməz. Kasasiya şikayətinin qeyd edilən dəlili qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh4 kasasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki k olegiyasının 2(103)-1175/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar