Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2942/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçı iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli 2(103)12590/2019 nömrəli qərardadından Cavabdeh1 və vəkili Kərimov Yusif Əli oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş İddiaçı, 26.05.2018-ci il tarixdə Cavab deh1 törətdiyi yol-nəqliyyat qəzası nəticəsində ona məxsus “X2” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun istismara yararsız vəziyyətə düşməsi ilə əlaqədar ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə 9.330 manat, əldən çıxmış faydanın əvəzinin ödənilməsi məqsədilə 4.000 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun hər iki cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim İddiaçı) 24 aprel 2019-cu il tarixli, 2(005)-494/2019 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsini, iddiaçıya məxsus avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan məbləğin əvəzi olaraq 4.340 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini, ekspertiza tədqiqatının dəyərinin – 120 manatın cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməsini qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov - sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova və E.Şamayev) 18 oktyabr 2019-cu il tarixli, 2(103)-12590/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 aprel 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 kassasiya şikayəti verərək, B akı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2019-cu il tarixli, 2(103)-12590/2019 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12590/2019 nömrəli, 18 oktyabr 2019cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 və vəkili Kərimov Yusif Əli oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli qərardadının ləğv edilərək kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏ TİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin 18.10.2019-cu il tarixli qətnaməsini poçt vasitəsi ilə 22.11.2019-cu il tarixdə qəbul etmişdir. Bu səbəbdən kasasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılma sını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 məhkəmənin qətnaməsini 16.11.2019-cu il tarixdə rəsmi qaydada almışdır. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin sonuncu günü 16.01.2020-ci il tarix hesab edilir. Lakin kassasiya şikayəti 21.01.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh1, verdiyi kassasiya şikayətinə hazırki iş üzrə qəbul edilmiş qətnamənin onun vəkili (nümayəndə) Kərimov Yusif Əli oğluna çatdırılması barədə zərfin fotosurətini əlavə etmişdir. Həmin sənədən görünür k i, qətnamə poçt vasitəsi ilə 18.11.2019-cu il tarixdə Y.Kərimova çatdırılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 qətnaməni vəkili (nümayəndəsi) Y.Kərimovdan əvvəl, yəni 16.11.2019-cu il tarixdə aldığına görə, ona münasibətdə prosessual müddətin axımı məhz həmin tarixdən başlanır və bu zaman vəkil Y.Kərimovun qətnaməni hansı tarixdə almasının əhəmiyyəti qalmır. Cavabdeh1 mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddətdə kassasiya şikayəti verməmiş və beləliklə prosessual müddəti ötürmüşdür. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə razılaşaq qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi 30.01.2020-ci il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayətini geri qaytarmaqda haqlı olmuş, prosessual hüquq normalarını düzgün tə tbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. - 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim olunmadığından apellyasiya instansiya məhkəməsi haqlı olaraq, kassasiya şikayətini geri qaytarmışdır. Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qətnaməni 16.11.2019-cu il tarixdə almış, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürüldükdən sonra kassasiya şikayətini 21.01.2020-ci il tarixdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün poçta təqdim etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas vermir. Odur ki, kassasiya şikayə ti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli 2(103)12590/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2942/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2942/2020
29.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver