Məhkəmə qərarları › İş №2(102)-2942/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2942/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2942/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının “xxxx” KB ASC-nin cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8 qızına və Cavabdeh9 qarşı, Cavabdeh2 “xxxx” KB ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti, kredit müqavilələri üzrə faiz borcunun hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdeh2, Cavabdeh X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-348/2020 nömrəli iş üzrə 22 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” KB ASC və cavabdeh X8 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “xxxx” KB ASC ilə X8 arasında bağlanmış 25.12.2012-ci il tarixli 25KL/12 saylı əsas kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 60 ay müddətinə, 25 dekabr 2017-ci il tarixinədək 81000 manat məbləğində kredit verilmişdir. “xxxx” KB ASC ilə X8 arasında bağlanmış 26.12.2012-ci il tarixli 25KL/12-1 saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, 26 dekabr 2015-ci il tarixinədək illik 20 faiz ödəmək şərtilə 70000 ABŞ dolları, 04.03.2014 -cü il tarixli 25KL/12-2 saylı əlavə kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, 28 fevral 2017-ci il tarixədək illik 20 faiz ödəmək şərtilə 30000 ABŞ dolları, 23.07.2014-cü il tarixli 9mpsLKN/14 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə 23 iyul 2016-cı il tarixədək illik 28 faiz ödəmək şərtilə 3000 manat məbləğində və 21.08.2014-cü il tarixli 25KL/12-3 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 21 avqust 2017-ci il tarixədək illik 20 faiz ödəmək şərtilə 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” KB ASC ilə Cavabdeh2 və X8 arasında bağlanmış 26.12.2012-cü il tarixli 25KLZ/12-1 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalan cavabdeh1n bankla arasında olan 26.12.2012-cü il tarixli 25KLZ/12-1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edil məsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. “xxxx” KB ASC ilə Cavabdeh2 və X8 arasında bağlanmış 04.03.2014-cü il tarixli 25KLZ/12-2 saylı zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 borcalan cavabdeh1n bankla arasında olan 04.03.2014-cü il tarixli 25KLZ/12-2 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. “xxxx” KB ASC ilə X8 və Cavabdeh4 arasında bağlanmış 21.08.2014-cü il tarixli 25KLZ/12-3 saylı zaminlik müqaviləsinə əsasən, zamin borcalan X3 bankla arasında olan 21.08.2014-cü il tarixli 25KLZ/12-3 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. “xxxx” KB ASC ilə X8 və Cavabdeh3 Tofik oğlu arasında bağlanmış 12.03.2013-cü il tarixli 25KLZ/12-2 saylı zaminlik müqaviləsinə əsasən, zamin borcalan X3 bankla arasında olan 26.12.2012-ci il tarixli 25KLZ/12-1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. “xxxx” KB ASC ilə X8 arasında bağlanmış 21.08.2014-cü il tarixli 25KLZ/12-3 Əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 05.03.2015-ci il tarixli Sazişlə, 21.08.2014-cü il tarixli 25KLZ/12-3 saylı Əlavə kredit müqaviləsinə dəyişiklik edilərək kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 18,5 faiz, müddət isə 21.12.2017ci il tarixədək müəyyən edilmişdir. Saziş zamin Cavabdeh4 tərəfindən imzalanmamışdır. “xxxx” KB ASC ilə X8 arasında bağlanmış 04.03.2014-cü il tarixli 25KL/12-2 Əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 05.03.2015-ci il tarixli Sazişlə 04.03.2014-cü il tarixli 25 KL/12-2 saylı Əlavə kredit müqaviləsinə dəyişiklik edilərək kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 18.5 faiz, müddət isə 28.11.2017ci il tarixədək müəyyən edilmişdir. Saziş zamin Cavabdeh2 tərəfindən imzalanmamışdır. “xxxx” KB ASC ilə X8 arasında bağlanmış 26.12.2012-ci il tarixli 25KLZ/12-1 Əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 05.03.2015-ci il tarixli Sazişlə, 26.12.2012-ci il tarixli 25KLZ/12-1 saylı Əlavə kredit müqaviləsinə dəyişiklik edilərək kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 18.5 faiz, müddət isə 26.05.2016cı il tarixədək müəyyən edilmişdir. Həmin Saziş də müvafiq olaraq zaminlər Cavabdeh2 və Cavabdeh3 Tofik oğlu tərəfindən imzalanmamışdır. “xxxx” KB ASC ilə X8 arasında bağlanmış 25.12.2012-ci il tarixli 25 KLİ/1 2 saylı sonrakı ipoteka müqaviləsinə əsasən X6 məxsus olan ünvan küçəsində yerləşən N fərdi yaşayış evi 25 dekabr 2012-ci il tarixli 25KL/12 saylı əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 51 nömrəli 05 fevral 2014-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəyə əsasən ünvan küçəsində yerləşən N fərdi yaşayış evinin bazar qiyməti 117000 manat, bir ay müddətində satış qiyməti 94000 manat kimi göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, (hüququ yüklü edilən şəxs) X6 məxsus ünvan küçəsində 39 nömrəli fərdi yaşayış evi (xeyrinə hüquq yüklü edilən şəxs) “xxxx” KB ASC-nin “Lənkəran” filialı qarşısında ipotekaya qoyulmuş və daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 120 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” KB ASC cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8 qızına və Cavabdeh9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2, Cavabdeh2, Cavabdeh3 25KL/12-1 saylı 26.12.2012-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 23709,13 ABŞ dolları, faiz borcu üzrə 3046,42 ABŞ dolları, cərimə borcu üzrə 4813,80 ABŞ dolları, cəmi 31569,35 ABŞ dolları, X2 və Cavabdeh2 25KL/12-2 saylı 04.03.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 22036,61 ABŞ dolları, faiz borcu üzrə 2335,27 ABŞ dolları, cərimə borcu üzrə 1933,04 ABŞ dolları, cəmi 26304,92 ABŞ dolları, X2 9mpsLKN/14 saylı 23.07.2014-cü il tarixli əlavə kredit xətti müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 2455,63 manat, faiz borcu üzrə 315,91 manat, cəmi 2771,54 manat, X2 və Cavabdeh4 25KL/12-3 saylı 21.08.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 29716,09 ABŞ dolları, faiz borcuna görə 2879,99 ABŞ dolları, cərimə borcuna görə 2619,60 ABŞ dollları, cəmi 35215,68 ABŞ dolları, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan X3 mülkiyyyətində olan ünvan küçəsində yerləşən N fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh cavabdeh1n 25KL/12-1 saylı 26.12.2012-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 31569.35 ABŞ dolları, 25KL/12-2 saylı 04.03.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 26304,92 ABŞ dolları, 9mpsLKN/14 saylı 23.07.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 2771,54 manat, 25KL/12-3 saylı 21.08.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 35215,68 ABŞ dolları borcun, iddiaçı tərəfindən dövlət rüsumü kimi ödənilmiş 30 manat, xidmət haqqı kimi öd ənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 94000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan küçəsində yerləşən N fərdi yaşayış evinə tutma yönəldikdə, o satıldıqdan sonra ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X3, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8 qızının və Cavabdeh9 çıxarılması xahiş edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh “xxxx” KB ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsi, onun tərəfindən irəli sürülmüş qarşılıqlı iddianın təmin edilməsi, cavabdehin 030HZ/14 saylı və 25KLZ/12-2 saylı zaminlik müqavilələrinə əsasən mövcud olan zaminliyə xitam verilməsinə dair qətnamə qəbul ed ilməsini xahiş etmişdir. “xxxx” KB ASC tərəfindən verilmiş 14 iyul 2017-ci və 18 iyul 2017-ci il tarixli arayışlardan görünür ki, X3 25KL/12-1 saylı kredit müqaviləsi üzrə banka 17 iyul 2017-ci il tarixə 23709,13 ABŞ dolları əsas, 10088,70 ABŞ dolları faiz, 48784,67 ABŞ dolları cərimə olmaqla, cəmi 82582,50 ABŞ dolları borcu, 25KL/12-2 saylı kredit müqaviləsi üzrə 13 iyul 2017-ci il tarixə 22036,61 ABŞ dolları əsas, 8835.47 ABŞ dolları faiz, 30012.19 ABŞ dolları cərimə olmaqla, cəmi 60884,27 ABŞ dolları borcu, 9mspLKN/14 saylı kredit müqaviləsi üzrə banka 17 iyul 2017-ci il tarixə 2455,63 manat əsas, 1419,86 manat faiz, 1056,47 manat cərimə olmaqla, cəmi 4931,96 manat borcu, 25KL/12-3 saylı kredit müqaviləsi üzrə 13 iyul 2017-ci il tarixə 29716.09 ABŞ dolları əsas, 11645,43 ABŞ dolları fai z, 38556,32 ABŞ dolları cərimə olmaqla, cəmi 79917,84 ABŞ dolları borcu vardır. İşə birinci instansiya qaydasında baxılarkən “xxxx” MMC tərəfindən verilmiş 02 aprel 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan müəyyən olunmuşdur ki, X6 məxsus ünvan küçəsində yerləşən N fərdi yaşayış evinin 28 mart 2019cu il tarixinə bazar dəyəri 185400 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq verilmiş 26801 saylı 29 oktyabr 2018-ci il tarixli rəyinə əsasən 25 dekabr 2012-ci il tarixli 25KL/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26 dekabr 2012-ci il tarixli 25KL/12-1 saylı əlavə kredit müqaviləsi, 04 mart 2014-cü il tarixli 25KL/12-2 saylı əlavə kredit müqaviləsi, 23 iyul 2014cü il tarixli 9mpsLKN/14 saylı əlavə kredit müqaviləsi, 21 avqust 2014-cü il tarixli 25 KL/123 saylı kredit müqavilələrinin qeyd olunan şərtləri əsas götürülməklə X4 banka olan borcu aşağıdakı kimi müəyyən olunur, 26 dekabr 2012-ci il tarixli m 25KL/12-1 saylı əlavə kredit müqaviləsi üzrə 26 noyabr 2015-ci il tarixə əsas borc üzrə 23709.03 ABŞ dolları, faiz borcu üzrə 2349,75 ABŞ dolları, 26 may 2016-cı il tarixə əsas borc üzrə 23709,03 ABŞ dolları, faiz borcu üzrə 4392,83 ABŞ dolları, 04 mart 2014-cü il tarixli 25KL/12-2 saylı əlavə kredit müqaviləsi üzrə 26 noyabr 2015-ci il tarixə əsas borc üzrə 22058.80 ABŞ dolları, faiz borcu üzrə 2068,56 ABŞ dolları, 28 noyabr 2017-ci il tarixə əsas borc üzrə 23709.03 ABŞ dolları, faiz borcu üzrə 10102,95 ABŞ dolları, 21 avqus t 2014-cü il tarixli 25KL/12-3 saylı əlavə kredit müqaviləsi üzrə 26 noyabr 2015-ci il tarixə əsas borc üzrə 29716.02 ABŞ dolları, faiz borcu üzrə 3369,16 ABŞ dolları, 21 dekabr 2017-ci il tarixə əsas borc üzrə 29716.02 ABŞ dolları, faiz borcu üzrə 14595,86 ABŞ dolları, 23 iyul 2014cü il tarixli 9mpsLKN/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə 26 noyabr 2015-ci il tarixə əsas borc üzrə 2638,71 manat, faiz borcu üzrə 114,96 manat, 31 iyul 2016-cı il tarixə əsas borc üzrə 2638,71 manat, faiz borcu üzrə 617,78 manat müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) 2(011)-12/2019 saylı 23 aprel 2019-cu il tarixli qətnaməsi ilk iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 iddiası tam təmin edilmiş, cavabdeh X2 iddiaçının xey rinə 25 KL/12-1 saylı 26.12.2012-ci il tarixli əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 23709,13 ABŞ dolları, faiz borcu üzrə 4392,83 ABŞ dolları, cərimə borcu üzrə 439 ABŞ dolları, cəmi 28540,96 ABŞ dolları, X2 və Cavabdeh2 25KL/12-2 saylı 04.03.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 22036,61 ABŞ dolları, faiz borcu üzrə 8835,47 ABŞ dolları, cərimə borcu üzrə 883 ABŞ dolları, cəmi 31755,08 ABŞ dolları, 9mpsLKN/14 saylı 23.07.2014-cü il tarixli əlavə kredit xətti müqaviləsi üzrə əsas kredit borcu 2455,63 manat, fazi borcu 617,78 manat, cərimə borcu 61 manat, cəmi 3134,41 manat, 25KL/12-3 saylı 21.08.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu 29716.09 ABŞ dolları, faiz borcuna görə 11645,43 ABŞ d olları, cərimə borcuna görə 1164 ABŞ dolları, cəmi 42525,52 ABŞ dolları, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutulması, tələbin ipoteka predmeti olan X3 mülkiyyyətində olan ünvan küçəsində yerləşən N fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 185400 manat məbləğində müəyyən edilməklə hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh cavabdeh1n iddiaçıya olan borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətində cavabdehlər X8, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8 qızı və Cavabdeh9 tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması, “xxxx” KB ASC ilə Cavabdeh2 və X8 arasında bağlanmış 25KLZ/12-1 saylı 26.12.2012-ci il tarixli və 25KLZ/12-2 saylı 04.03.2014-cü il tarixli zaminlik müqavilələri üzrə zamin Cavabdeh2 zaminliyinə xitam verilməsi, “xxxx” KB ASC ilə X8 və Cavabdeh4 arasında bağlanmış 25KLZ/12-3 saylı 21.08.2014-cü il tarixli zaminlik müqavilələri üzrə zamin Cavabdeh4 zaminliyinə xitam verilməsi, “xxxx” KB ASC ilə X8 və Cavabdeh3 Tofik oğlu arasında bağlanmış 25KLZ/12-2 saylı 12.03.2013-cü il tarixli zaminlik müqavilələri üzrə zamin Cavabdeh3 Tofik oğlunun zaminliyinə xitam verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiym ətləndirilməli və borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün müqavilələrdən yaranan əsas, faiz və cərimə borcu cavabdehdən tutulmalı, tutma ipoteka predmeti olan əmlaka yönəldilməlidir. Məhkəmə, ilk iddia tələbini ipoteka predmetinə tutma yönəldilməsi hissəsində təmin etmiş və ipoteka predmetinin ilkin satış qiymətini “xxxx” MMC-nin verdiyi rəyə uyğun olaraq müəyyən etmişdir. Qətnamədən iddiaçı və cavabdeh A.Alxasov apellyasiya şikayətləri vermişlər, b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Xəyalə Cəmilova sədrlik edən və məruzəçi, İlham Kərimli, Əmir Bayramov) 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” KB ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, cav abdeh Arif Alxasov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - “cavabdehdən faiz borcunun tutulması” hissəsində dəyişdirilmiş, X2 tutulmalı olan faiz borcunun məbləği 25KL/12-2 saylı 04.03.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 8617,97 ABŞ dolları, 9mpsLKN/14 saylı 23.07.2014-cü il tarixli əlavə kredit xətti müqaviləsi üzrə 601,36 manat məbləğində müəyyən edilmiş, həmin faiz məbləğləri qətnamənin icra olunduğu gün Azərbaycan manatına olan məzənnə ilə tutulması qət edilmiş, qətnamə qalan, “cavabdehdən əsas, 26.12.2012-ci il tarixli 25KLZ/12-1 saylı əlavə kredit müqaviləsi üzrə 4392,83 ABŞ dolları, 21.08.2014-cü il tarixli 25KLZ/12-3 saylı Əlavə kredit müqaviləsi üzrə 11645,43 ABŞ dolları faiz borcunun və cərimə m əbləğlərinin tutulması, ipoteka predmetinin satış qiymətinin 185400 manat müəyyən edilməsi və zaminlərə qarşı iddia tələblərinin rədd edilib, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Tofik oğlunun zaminliklərinə xitam verildiyi” hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi kredit münasibətləri üzrə yaranmış faiz borcunun məbləğinə münasibətdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilsə də, borc məbləği əlavə kredit müqavilələrinə dəyişiklik edilməsi barədə sazişlərin şərtləri nəzərə alınmadan müqavilələrin bitmə tarixləri və iddiaçının tələb etdiyi tarixlər nəzərə alınmamaqla hesablanmışdır. Halbuki 21.08.2014cü il tarixli 25KLZ/12-3 saylı Əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 05.03.2015-ci il tarixli Sazişə əsasən müqavilənin müddəti 21.12.2017-ci il tarixədək, 04.03.2014-cü il tarixli 25KL/12-2 saylı Əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 05.03.2015-ci il tarixli Sazişə əsasən müqavilənin müddəti 28.11.2017-ci il tarixədək, 26.12.2012-ci il tarixli 25KLZ/12-1 saylı Əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 05.03.2015-ci il tarixli Sazişə əsasən isə müqavilənin müddəti 26.05.2016-cı il tarixədək uzadılmışdır. Bununla bağlı apellyasiya baxışı zamanı hər iki apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla kredit müqavilələrinə bağlanmış əlavə sazişlərə əsasən müqavilə müddətlərinin b itmə tarixi və iddiaçının tələb etdiyi tarixlərə əsas və faiz borcunun nə qədər təşkil etməsi ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 25544 saylı 28.11.2019-cu il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, 25KL/12 saylı 25.12.2012-ci il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 25KL/12-1 saylı 26.12.2012-ci il tarixli əlavə kredit müqaviləsi, 25KL/12-2 saylı 04.03.2014-cü il tarixli əlavə kredit müqaviləsi, 9mpsLKN/14 saylı 23.07.2014-cü il tarixli əlavə kredit xətti müqaviləsi və 25KL/12-3 saylı 21.08.2014-cü il tarixli əlavə kredit müqavilələrinin qeyd olunan şərtləri əsas götürülməklə X3 25KL/12-1 saylı 26.12.2012-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 26.05.2016-cı il tarixə banka əsas borc üzrə 23709.03 AB Ş dolları, faiz borcu üzrə 4392,83 ABŞ dolları, 25KL/12-2 saylı 04.03.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 17.07.2017-ci il tarixə banka əsas borc üzrə 22058.80 ABŞ dolları, faiz borcu üzrə 8617.97 ABŞ dolları, 25KL/12-3 saylı 21.08.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 17.07.2017-ci il tarixə bank əsas borc üzrə 29716,02 ABŞ dolları, faiz borcu üzrə 12244,17 ABŞ dolları, 9mpsLKN/14 saylı 23.07.2014-cü il tarixli əlavə kredit xətti müqaviləsi üzrə 23.07.2016-cı il tarixə banka əsas borc üzrə 2638,71 manat, faiz borcu üzrə 601,36 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyindəki məlumatları nəzərə alaraq belə qənaətə gəlimşdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən kredit müqavilələri üzrə əsas borcların tutulması hissəsində iddi açının iddia tələbinin həddi və ekspert rəyi nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmalı, faiz borcunun tutulması ilə bağlı isə qətnamə hissəvi dəyişdirilərək, yəni 25KL/12-2 saylı 04.03.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə faiz borcu 8617,97 ABŞ dolları, 9mpsLKN/14 saylı 23.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə isə faiz borcu 601.36 manat müəyyən edilməli, digər müqavilələr üzrə faiz borcunun tutulması hissəsində ekspert rəyinə müvafiq olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilinə qiymət verən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Arif Alxasov apellyasiya şikayətində əsas, faiz və cərimə borcunun məbləğlərinin şişirdilməsini göstərsə də, kredit müqavilələrinin həqiqiliyini şübhə altına alan, habelə Banka edilmiş ödənişlər nəticəsində daha az borcun olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halubki MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bundan başqa iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı iş üzrə ipoteka predmetinin ilkin satiş qiymətinin müəyyən edilməsi “xxxx” MMC-yə həvalə olunduğundan, sonuncunun G-03/19-287 saylı 25 oktyabr 2019-cu il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, X3 mülkiyyyətində olan fərdi yaşayış evinin ilkin satış qiyməti 192500 manat təşkil edir. Bununla da mübahisəli ipoteka predmetinin qiyməti il k iddiaçının apellyasiya şikayətində göstərdiyi kimi aşağı deyil, əksinə yuxarı olmaqla 192500 manat təşkil etdiyindən, bu hal şikayətin həmin dəlillərini təkzib etmişdir. Bununla bağlı aim iddiaçı bankın bu hissədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri İddiaçı bank (vəkil X7) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki “xxxx” KB ASC apellyasiya şikayətində ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiym ətini mübahisələndirərək əmlakın ilkin satış qiymətinin müəyyən olunması üçün təkrar ekspertiza keçirilməsini və ekspertizanın keçirilməsinin dövlət orqanı olan Azərbavcan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə həvalə olunmasını xahiş etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi heç bir əsas olmadan ekspertizanın keçirilməsini digər müstəqil qiymətləndirmə şirkəti olan “xxxx" MMC-yə həvalə etmişdir. Nəticədə məhkəmə kollegiyası "xxxx” MMC-nin rəyinə əsasən hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Lakin rəydə ipoteka predmetinin ilkin satış qiyməti yuxarı qiymətə göstərilmişdir. Məhkəmə həmin rəyi sübut kimi qəbul etməkdə düzgün nəticəyə gə lməmişdir. Cavabdeh (vəkil X5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəlləyə görə faizlər bir ilin sonunda ödənməli olduğu halda kredit üzrə faizlər hər ay tutulmuşdur. Bu isə əsas borcun çox hesablanmasına səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi şikayətin bu dəlilinə heç bir qiymət verməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında iddiaçının kassasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh A.Alxasovun vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər c avabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.

2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətlərinin məzmunundan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə iddiaçı tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə, cavabdeh A.Alxasov tərəfindən isə faiz borcunun illik hesablannması ilə bağlı maddi hüquq normasının tətbiqinə dair hissədə mübahisələndirilir. Ona görə də, qətnamə yalnız mübahisələndirilən hissələrdə kassasiya qaydasında yoxlanıldı. Kassasiya instansiyası məhkəməsini n mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə rəyin verilməsi üçün mütəxəssis seçmək məhkəmənin səlahiyyətindədir. İddiaçı bank iş üzrə rəy vermiş hər iki qiymətləndirici təşkilatın rəyi ilə razı olmamış, lakin rəylərlə razı olmamasını, qiymətlə ndirmənin məhz hansı səbəbdən dövlət təşkilatı tərəfindən aparılmasını əsaslandırmamışdır. Bundan başqa qeyd edilən əmlakın qiymətinin ipoteka müqaviləsində göstərilən qiymətdən əhəmiyyətli dərəcədə çox olması bankın mənafeyinə uyğun olduğu halda, sonuncunun bu əsasla kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etməsi anlaşılmazdır. Belə ki, həmin evin hərracdan satılmasının məqsədi banka olan borcun ödənilməsini təşkil edir ki, bu halda da bank özündə yüklü olan əmlakı hərrac vasitəsilə almaqda deyil, ilk olaraq ona olan borcun bütövlükdə ödənilməsinin təmin edilməsi üçün yüksək qiymətə satılmasında maraqlı olmalıdır. Cavabdeh kassasiya şikayətində Mülki Məcəllənin 741-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, həmin normaya görə borcun faizlərinin ilin sonunda ödənilmə si qeyd edilməsinə baxmayaraq bank ondan aylıq faiz borcu ödəməsini tələb etmiş və aylıq ödənilmiş pullar faiz borcuna silinmişdir. Əgər həmin ödənişlər faiz borcuna deyil, əsas borca silinsə idi onda onun banka daha az borcu qalardı. Cavabdeh kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərllərinə və müqavilələrnin tərkib hissəsi olan ödəniş cədvəllərinə əsasən müqavilə üzrə aylıq faiz ödənişlərinin edilməsi şərtləşdirilmiş və cavabdeh bu şərtlərlə razılaşaraq həmin şərti qəbul etmişdir. Cavabdeh həmin şərtin Mülki Məcəlləyə zidd olduğunu qeyd etməsinə baxmayaraq müqavilənin həmin şərtini mübahisələndirməsi müəyyən edilmir. Ona görə də, həmin hala istinad edərək cavabdehin irəli sürdüyü dəlilləri məhkəmə kolleg iyası əsaslı hesab etmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti və cavabdeh X8 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-348/2020 nömrəli iş üzrə 22 yanvar 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar