Məhkəmə qərarları › İş №2(102)-2944/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2944/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2944/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının vəkili Əzimov Rauf Nəriman oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(103)-981/2020 nömrəli, 29 yanvar 2021-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 31.07.2015ci il tarixli, 2074 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla 4.000 USD (dörd min) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci i l buraxılışlı, **-BM*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi bank qarşında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Borcalan müqavilə öhdəliklərini vaxtına icra etmədiyi üçün kreditor hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 31.07.2015-ci il tarixli, 2075 saylı kredit müqaviləsi üzrə 2646,93 ABŞ dolları əsas, 1537,56 ABŞ dolları cərimə, müddət sonuna hesablanan 1020,30 ABŞ dolları və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 397,01 ABŞ dolları faiz borcunun, 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdehdən 31.07.2015-ci il tarixli, 2074 saylı kredit müqaviləsi üzrə 1590,61 ABŞ dolları əsas, 924,01 ABŞ dolları cərimə, müddət sonuna hesablanan 522,75 ABŞ dolları və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 236,06 ABŞ dolları faiz borcunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus olan, “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yönəldilə rək açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borcun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.““

3. İddia tələbi belə əsaslandırılmışdır: LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31.07.2015-ci il tarixli, 2074 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla 4.000 USD (dörd min) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi bank qarşında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 2646,93 ABŞ dolları əsas, 1537,56 ABŞ dolları cərimə, müddət sonuna hesablanan 1020,30 ABŞ dolları faiz və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 397,01 ABŞ dolları borcu mövcuddur. Bundan başqa, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31.07.2015-ci il tarixli, 2075 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla 2400 USD (iki min dörd yüz) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Hazırda borclunun banka ödənilməmiş 1590,61 ABŞ dolları əsas, 924,01 ABŞ dolları cərimə, müddət sonuna hesablanan 522,75 ABŞ dolları faiz və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 236,06 ABŞ dolları borcu mövcuddur.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4290/2020 saylı, 01.10.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Fərid Əyyubov).

5. Məhkəmə iddia tələbini rədd edərkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına, Mülki Məcəllənin 373-cü maddəsinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı ASC apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4290/2020 saylı, 01.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı ASC kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı ASC kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmələr işə baxarkən iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmişlər. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli, 24.12.2014-cü il və 08.05.2008-ci il tarixli qərarların tələblərini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının vəkili Əzimov Rauf Nəriman oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

16. Maddə

375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzə rdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə) qeyd edilir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə q ərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası qiymətləndirilməməlidir. məhkəməsinin faktiki halları araşdırması kimi Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya məhkəməsi mübahisəni həll edərkən düzgün nəticəyə gəlmişdir.

25. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 31.07.2015-ci il tarixli, 2074 saylt kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə, illik 22% ödənilmək şərtilə 4000 ABŞ dolları məbləğində, 31.07.2015-ci il tarixli, 2075 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 22% ödənilmək şər tilə 2400 ABŞ dolları məbləğində kredit verilmişdir. 31.07.2015-ci il tarixli, 2074 saylı kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və cavabdehə məxsus olan “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il ıxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi avtomobil bank qarşında ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilələr üzrə kreditin qaytarılmasının son müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 31.07. 2017-ci il tarixi müəyyən edilmişdir.

26. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış “31.07.2015-ci il tarixli, 2074 və 2075 saylı kredit müqavilələri üzrə kreditin müddəti 24 ay müəyyən olunduğundan öhdəliyin son icra tarixi 31.07.2017-ci il olmuşdur. Lakin, iddiaçı kredit müqavilələri üzrə hesablanmış borc tələbi ilə bağlı iddia ərizəsini 20 avqust 2020-ci tarixində məhkəməyə təqdim etməklə 3 illik iddia müddətini 20 gün ötürmüşdür.

27. İddiaçı kassasiya şikayətinə yeni sübut təqdim edərək kredit müqavilələri üzrə son ödəniş kimi 03.11.2017-ci il tarixdə 100 ABŞ dolları, 25.12.2017-ci il tarixdə isə 150 ABŞ dolları məbləğində ödənişlər olunmasına dair sənəd təqdim etmişdir. Məhkəmə kollegiyası həmin sübutları nəzərə almır. Əvvəla, iş üzrə sübutlar 1-ci instansiya məhkəməsinə verilməlidir. Həmin instansiyada iddia müddətinin ötürülməsi ilə bağlı məslə müzakirə edilərkən iddiaçı iddia müddətinin ötürülməməsi ilə bağlı həmin sübutları təqdim etməmiş, hətta belə dəlil irəli sürməmişdir. Apelyasiya icraatı zamanı da iddiaçı belə dəlillər irəli sürməmiş, iddia müdətini ölkədəki pandemiya ilə bağlı buraxılmasını bildirmişdir. Qeyd olunjuğu kimi həmin dəlil ilk dəfə kassasiya şikayətində göstərilmişdir.

28. Ona görə məhkəmə kollegiyası bildirir ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır. Həm də nəzərə almaq lazımdır ki, sübutlar vaxtında verilməyəndə onlar gecikmiş sübut kimi nəzərə alınmır.

29. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-981/2020 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar