Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2947/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xx2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə, iş № 2(011)-xx/18) iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cava bdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası qismən təmin olunaraq 4313,29 (dörd min on üç dollar iyirmi doqquz sent) ABŞ dolları əsas borc, 1346,53 (min üç yüz qırx altı dollar əlli üç sent) ABŞ dolları faiz borcu, 170 (yüz yetmiş) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5829,82 (beş min səkkiz yüz iyirmi doqquz dollar səksən iki sent) ABŞ dolları məbləğində kredit borcunun ödəniş gününə Azərbaycan Respublikaсı mərkəzi bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 alınaraq "xxxx" QSC-yə ödənilməsi, eləcə də ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh1 dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan his sədə, o cümlədən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" QSC apellyasiya şikayəti vermiş və şikayətində qətnaməni zaminlərə aid hissədə mübahisələndirmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov-sədrlik edən və məruzəçi, Ş.Məmmədova və N.Cəfərov, iş № 2(103)xx/18)iddiaçı "xxxx" QSCtərəfindən verilmiş apellyasiya şikayətitəmin edilməyərək, Xətai Rayon Məhkəməsinin xx xx2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı "xxxx" QSC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsinin zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə təmin olunmayan hissədə ləğv olunmasını və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə 004R********** saylı kredit razılaşması üzrə 4326,11 manat kredit borcu, 1614,6 manat faiz borcu, 1784.89 manat cərimə borcu olmaqla, cəmi 7725.60 manat məbləğində kredit borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şi kayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili Ş.Sadıqov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya ins tansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil Ş.Sadıqovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli,Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsiləğv olunmalı və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun müştərək qaydada tutulması barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini kredit alana, yəni Cavabdeh1 münasibətdə qismən təmin etsə də, digər cavabdehlərə, yəni zaminlərə münasibətdə təmin etməmişdir. İddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirsə də, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin etməmiş və qətnaməni dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsini və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh ed ilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xx 2018-ci il tarixli qərarını rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədiyindən, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmadığından kredit xətt müqaviləsində razılaşdırılmayan şərtlərə istinad edilərək zaminlərin məsuliyyətinin müəyyən olunması yolverilən deyildir. Kassasiya şikayətinin əsas dəlilləri də apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan hissədə qanunun düzgün tətbiq olunmaması barədədir. Kassatorun fikrincə, tərəflər arasında bağlanmış 03.10.2016-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişlə zaminlərin məsuliyyəti dəyişməmişdir. Çünki, həmin sazişə əsasən kreditin faiz də rəcəsi və ödəniş müddəti dəyişməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı sayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını mübahisəli hüquq münasibətinə düzgün tətbiq etməmiş və nəticədə iş üzrə düzgün olmayan nəticəyə gələrək zaminləri nəinki faiz borcuna görə, həm də əsas və cərimə borcuna görə də məsuliyyətdən azad etmişdir. Halbuki, zaminlərlə Bank arasında bağlanmış zaminlik müqavilələrinin 3.1-ci bəndində tərəflər aydın şəkildə razılaşdırılmışlar ki, borclu uzunmüddətli kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin kreditdən istifadə üçün faiz və Bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun uzunmüddə tli kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri Bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. Həmin müqavilənin 3.1.4-cü bəndində isə nəzərdə tutulmuşdur ki, zamin uzunmüddətli kredit müqaviləsi üzrə verilən kreditlər barədə borclu və bank arasında istənilən razılaşma, o cümlədən faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə borclunun öhdəliklərinin icrası üçün borclu ilə birgə və tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Zaminliyin xitamı əsasları Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: - zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; - əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; - kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; - zaminlik müqavilə sində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən hazırkı iş üzrə zaminliyə xitam verilməsi, zaminlərin kredit müqaviləsi üzrə öhdəliklərin icrasından azad edilmələri üçün qanuni əsasların olub-olmaması bir daha yoxlanılmalı və işin müəyyən edilən hallarına uyğun gələn mad di hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının iş üzrə tələbi manatla ifadə olunmuş kredit borcunun ödənilməsi olsa da, birinci instansiya məhkəməsi nədənsə qətnamədə kredit borcunun ABŞ dolları ilə tələb olunduğunu qeyd etmiş və qətnamənin nəticə hissəsində də cavabdehdən kredit borcunun dollarla tutulmasını qət etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən bu halı nəzərdən qaçırmış və münasibət bildirməmişdir. Məhkəmə kollegiyası qeyd olunan halı Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə zidd sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən şikayətin dəlillərindən asılı olmayaraq göstərilən hissədə də qətnamənin qanuniliyinə və əsaslı lığına qiymət verməlidir. MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli və mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilmə si üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülü r. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarı da göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" QSC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli, 2(103)-xx/18 saylı qətnaməsi ləğv edilsin və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2947/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2947/2019
30.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver