Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2947/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-3810/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 29 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin faktiki halları
1. İddiaçı ilə Cavabdeh1 2016-cı ilin aprel ayında el adəti ilə toy edib ailə qurmuş, 19 yanvar 2017-ci il tarixdə rəsmi nikah bağlamışlar. Onların rəsmi nikahlarından xx.xx.2017-ci ildə Musa Məmmədov və xx.xx.2018-ci ildə Ömər Məmmədov adlı uşaqları olmuşdur.
2. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa görə Göygöl şəhəri, İ.Məmmədov küçəsi, 89 nömrəli fərdi yaşayış evi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində xx.xx.2018ci il tarixdə dövlət qeydiyy atına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, özünün və himayəsində olan azyaşlı uşaqları 23 mart 2017-ci il tarixdə anadan olmuş X1 və 17 iyun 2018-ci il tarixdə anadan olmuş X2 cavabdehlərə məxsus ünvan 1 ünvanda yerləşən 3 otaqlı, bir aynabənd, 1 mətbəx, tualet, həyətyanı sahədən ibarət olan yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə ailə qurduqdan sonra onun atasına məxsus Göygöl şəhəri, İ.Məmmədov k üçəsi 89 ünvanında yerləşən yaşayış evinə köçmüşdür və hal-hazırda ona məxsus cehiz əşyaları həmin evin iki otağındadır, həmçinin birgə nikah dövründə əldə etdikləri məişət və digər zəruri əşyalar da həmin ünvanda yerləşdirilmişdir. Özünün və uşaqlarının qeydiyyatı da ünvan 1 ünvanadır. 2020-ci ilin aprel ayına kimi uşaqları ilə birlikdə göstərilən evdə yaşamış, 2020-ci ilin iyun ayından cavabdehlər onu evdən qovduqlarına görə hal-hazırda iki uşağı ilə birlikdə atası evində məskunlaşmağa məcbur olmuşdur.
5. Göygöl Rayon Məhkəməsinin (hakim Q.Abbasov) 30 iyun 2021-ci il tarixli, 2(066)-727/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı azyaşılı uşaqları Musa Məmmədov və Öməp Məmmədov ilə birlikdə ünvan 2 ünvanda yerləşən yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə tə min edilməməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun iddaçı İddiaçı aid olunması qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı azyaşlı uşaqları Musa Məmmədov və Ömər Məmmədovla birlikdə Cavabdeh1 ailə üzvləridir. 04 aprel 1996-cı il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4 və 68.1-ci, Mülki Məcəllənin 27, 158.1, 158.1.2, 152.1, 152.5 və 158.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(066)-727/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-3810/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və A.H.Hüseynzadə) Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək, Göygöl Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(066)-727/2021 saylı qətnaməsinin ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən isifadə və hüququnun tanınması v ə evə köçürülmə tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmışdır.
10. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, 68.1-ci maddələrinə istinad etməklə iddiaçını mübahisəli ünvandakı fərdi yaşayış evinə köçürülməli olmasına dair əsaslandırması ilə razılaşmayaraq qeyd etmişdir ki, Mənzil Məcələsinin 30-cu maddəsi mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrindən, 68-ci maddəsi isə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələrindən, yəni fərqli statusda olan yaşayış sahələri ilə bağlı müvafiq surətdə mülkiyyətçinin və kirayəçinin ailə üzvlərinin hüquq və vəzifələrindən bəhs edir. Məhkəmə qanunvericiliyin h əmin normalarnı sadalamış olsa da, iddiaçı ilə cavabdehlər arasında yaranmış münasibətə məhz qanunvericiliyin hansı maddi hüquq normasının tətbiq edilməli olmasını, onun mülkiyyətçinin ailə üzvü hesab edilib-edilmədiyini əsaslandırmamışdır.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh2 ailə üzvü olmamaqla mübahisəli ünvandan istifadə hüququ ilə bağlı onlar arasında hər hansı bir razılaşma bağlanmadığına görə iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcud deyildir, ona görə də o, həmin fərdi yaşayış evinə köçürülə bilməz. Odur ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək iddiaçını azyaşlı uşaqları ilə mübahisəli ünvandakı evə köçürməkdə haqlı olmamışdı r. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının cavabdehin ailə üzvü hesab edilməməsi barədə gəldiyi nəticə əsassızdır. Belə ki, iddiaçı mübahisəli mənzilə köçərkən həmin mənzilə dair cavabdehin mülkiyyət hüququ olmamış və tərəflər arasında mülkiyyət hüququndan irəli gələn münasibətlər yaranmamış, mənzilə dair sosial kirayə müqaviləsi üzrə əsaslar yaranmışdır. Cavabdehin özü mənzil üzərində hüququ olmadığı müddətdə həmin mənzilə dair sosial kirayə müqaviləsinin t ərəfi kimi iddiaçı ilə eyni statusda olmuşdur. Apellyasiya məhkəməsi tərəfindən iddiaçının mübahisəli evə köçməsi zamanı yaranmış münasibətlərə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmənni qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının pozulması, sübutlar tam yoxlanılmaması ilə çıxarılmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
15. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə o lunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 16.Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 17.Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 18.Maddə 30.2. Əgər yaşayış sahəsi nin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 19.Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisi nin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair“ 16 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhk əmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 24.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 25.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 418.3. Prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 27.Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 28.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən mad di hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İşdən görünür ki, İddiaçı 2016-cı ilin aprel ayında cavabdehlərin razılığı ilə onlara məxsus Göygöl şəhəri, İ.Məmmədov küçəsi, 89 nömrəli fərdi yaşayış evinə köçmüş, həmin vaxt evə dair hüquqlar qeydiyyata alınmasa da, 17 sentyabr 2018-ci il tarixdə yaşayış evi mülkiyyət hüququ əsasında cavabdeh, iddiaçının qaynatası olmuş Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. Bununla da iddiaçı ilə mülkiyyətçi Cavabdeh2 arasında yaşayış evindən istifadə ilə bağlı yeni münasibətlər yar anmış, bu münasibətlər də həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin normaları ilə tənzimlənməlidir.
30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair“ 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericili yində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları va hansi hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddasində nəzərdə tutulan “ailə üzvləri“ anlayışının əhatə dairəsinə daxildir.
31. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş va bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba va nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba va nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri“ anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınatanın və qayınananın gəlini, ərin isə əmək qabiliyyəti olan arvadı saxlamaq vəzifəsi müəyyən olunmamışdır.
32. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi nin mövqeyi və gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən qətnamə ləğv oluna və ya dəyişdirilə bilməz. Ona görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 33.Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-3810/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.