Məhkəmə qərarları › İş №2(102)-2952/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2952/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2952/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X2 və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-14355/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.R.Mustafayev, iş 2(094)-260/2019) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 4090 manat əsas borc, 100 manat məbləğində cərimə borcu və 20 manat dövlət rüsumu olmaqla ümumilikdə 4210 manat tutularaq İddiaçı, 1 0 manat qalıq hissə tutularaq dövlət büdcəsinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, A.Q.Hüseynov və V.N.Sadıqov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, iddiaçının apelyasiya şikayətinin qismən təmin edilərək Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh 100 manat məbləğində cərimə borcunun tutulması hissəsində dəyişdirilərək cərimə borcunun 500 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı 2018-ci ilin oktyabr ayında ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsinə əsasən 4590 ma nat məbləğində qızıl-zinət əşyalarını kredit üsulu ilə satmasını, müqavilənin müddətinin xx.xx.2017-ci il tarixdə bitməsinə baxmayaraq borclunun müqavilə şərtlərini pozaraq aldığı qızıl-zinət əşyalarının məbləğindən 500 manat ödəyərək, qalan 4090 manatı ödəməkdən boyun qaçırmasını əsas göstərərək borcludan 4090 manat məbləğində əsas borcun, 2000 manat cərimə və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli məhkəmə əmri ilə Cavabdeh İddiaçı xeyrinə cəmi 6110 manat məbləğində pul tutulması əmr olunmuşdur. Həmin məhkəmənin xx xxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və ərizəyə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi üzrə yuxarıd a göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə e dib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli alqısatqı müqaviləsinə əsasən cavabdehə çəkisi 750 əyarlı, qiyməti 4590 AZN olan, çəkisi 34,4 qram olan 1 ədəd 750 əyarlı qızıl sep üzük və çəkisi 17 qram olan 750 əyarlı qızıl qolbağ verilmiş, Cavabdeh 500 manat məbəğində ödəniş etmiş və 4090 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyən ləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmçinin kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qızıl-zinət əşyalarının hazırki bazar dəyərini və hazırda mövcud olan borc məbləğini nəzərə alaraq dəbbə pulunun kreditorun mənafeləri baxımından tənasübsüz aşağı olması və dəbbə pulunun 500 manat məbləği ndə müəyyən olunması barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğundur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar