Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2953/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili X4, cavabdehin vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atanın uşağa görə əlavə xərclərdə iştiraka cəlb edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xət ai Rayon Məhkəməsinin (hakim A.Həsənova) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx xxxx 2019-cu il tarixdən başlayaraq Cavabdeh əlavə xərclərə cəlb edilərək ondan xx xxx 2008-ci il təvəllüdlü X17 müalicə olunduğu müddətdə hər ay sabit pul məbləğində 300 (üç yüz) manat vəsaitin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, əlavə olaraq Cavabdeh 2019-cu ilin aprel-may ayları ərzində X11 xəstəxanada müalicə alması üçün sərf olunan məbləğin 150 (bir yüz əlli) manat hissəsinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli (sədrlik edən A.İmanov, hakimlər A.Hüseynov və V.Sadıqov) qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhə ri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi “Cavabdeh əlavə xərclərə cəlb edilərək ondan xx xxx 2008-ci il təvəllüdlü X11 müalicə olunduğu müddətdə 300 (üç yüz) manat vəsaitin tutulması” hissəsində dəyişdirilərək həmin məbləğin 100 (yüz) manat müəyyən edilməsi, qətnamənin qalan hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona g örə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən Cavabdeh əlavə xərclərə cəlb edilərək ondan xx xxx 2008-ci il təvəllüdlü X17 müalicə olunduğu müd dətdə hər ay sabit pul məbləğində 100 (bir yüz) manat vəsaitin tutulması hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 üçün tələb olunan əlavə xərclərə atası X8 cəlb edilməsi və X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh bu məqsədlə hər ay sabit pul məbləğində 750 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı X13 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, X3 üçün tələb olunan əlavə xərclərə atası Cavabdeh cəlb edilməsi və X11 yetkinlik yaşına çatana kimi s axlanılması üçün atası Cavabdeh bu məqsədlə hər ay sabit pul məbləğində 750 manat məbləğində vəsaitin və övladının 1 nömrəli M.Y.X-da EBV-VCA-İgM virusundan əziyyət çəkdiyi üçün xəstəxanada yatdığı müddət ərzində onun müalicəsinə xərclədiyi məbləğin yarısı olaraq 150 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi və ödədiyi dövlət rüsumunun haqqı olaraq 30 manat pulun da cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən s axlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, tərəflər xx.xx.2005-ci il tarixində rəsmi nikaha daxil omaqla ailə qurmuşlar. Birgə nikah dövründə xx.xx.2006-ci il təvəllüdlü Fərid, xx.xx.2008-ci il təvəllüdlü Fuad və xx.xx.2015-ci il təvəllüdlü Nuray adlı 3 övladları olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin məbləği hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat müəyyən edilməsi qət edilmişdir. Həmçinin iş materialların dan görünür ki, X14 “Daun” sindromu diaqnozu qoyulmuş, xx xxxx 2015-ci il tarixdən indiyədək “Daun sindromu” diaqnozu ilə müalicə olunmuşdur. Aparılan müalicənin nəticəsi olaraq halhazırda tutub gəzir, sərbəst oturur, istəyini bildirir, tapşırıqları yerinə yetirir. X14 3 aydan bir müayinə, loqopedik və psixoloq-pedaqoq məşqləri məsləhət görülmüşdür. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, X17 “Əqli gerilik, uşaq serebral iflici, autistik elementlər, kiçik motorika və diqqət yayğınlığı” xəstəliklərindən əziyyət çəkir və bu səbəbdən təcili olaraq psixoloq, loqoped və duyu bütünləmə seanslarına başlaması vacibdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquq ları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlam ağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə “Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətini inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valdeynlərin əsas vəzifələridir. Məhkəmə kollegiyası xüsusi lə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Göründüyü kimi işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, X14 “Daun” sindromu diaqnozu qoyulmuş və xx xxxx 2015-ci il tarixdən indiyədək “Daun sindromu” diaqnozu ilə müalicə olunur. Ona görə də apelyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh X11 müalicəsi üçün əlavə xərclərə cəlb olunması məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilə r. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. İşin göstərilən hallarına və sadalanan maddi-hüquq normalarına əsasən apelyasiya instansiyası məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh 2019-cu ilin aprel-may ayları ərzində X11 xəstəxanada müalicə alması üçün sərf olunan məbləğin 150 (bir yüz əlli) manat hissəsinin İddiaçı xeyrinə tutulması hissəsində mövqeyi ilə razılaşmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X17 2019-cu ilin aprel -may aylarında keçirdiyi xəstəlik nəticəsində xəstəxanaya yerləşdirilmiş və orada müalicə olunmuşdur. Bu müddət ərzində cavabdeh olan Cavabdeh uşağın xəstəxanada olması ilə bağlı yaranan xərclərdə iştirak etməmiş, iddiaçıya heç bir maddi dəstək göstərməmişdir. İddiaçı iş materiallarına uşağın xəstəxanada olduğu dövr üçün sərf olunan məbləğlərlə bağlı çekləri iddia ərizəsinə əlavə etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin “Cavabdeh əlavə xərclərə cəlb edilərək ondan xx xxx 2008-ci il təvəllüdlü X11 müalicə olunduğu müddətdə 300 (üç yüz) manat vəsaitin tutulması” hissəsində dəyişdirilərək, həmin məbləğin 100 (yüz) manat müəyyən edilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab etmişdir. Belə ki, ölkəmizdə Daun X1 və bu qurumun müasir avadanlıqlarla təchiz olunması ilə yanaşı tamamilə ödənişsiz fəaliyyət göstərməsini və cavabdehin 480 manat aliment ödəməsini də nəzərə aldıqda hər ay onun iddia tələbində olan həddə əlavə xərclərə cəlb olunması ağlabatan deyil. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2953/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2953/2020
28.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver