Məhkəmə qərarları › İş №2(102)-2956/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2956/2020

21.05.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2956/2020 21.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)xxxx nömrəli qətnaməsindən iddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim O.Məmmədli) xx.xx.2019-cu il tarixli, 2(004)-xxxx nömrəli qətnaməsi ilə iddiaç ı “Azəriqaz” İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 400 manat məbləğində maddi zərərin tutularaq “Azəriqaz” İB-nin xeyrinə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsinin Cavabdeh tutularaq iddiaçı “Azəriqaz” İB-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, E.Həsənov, F.Babayev) xx.xx.2020-ci il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsi ilə iddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-xxxx saylı qətnaməsinin iddiaçı “Azəriqaz” İB-nə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı “Azəriqaz” İB iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2841 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə 2871 manat pulun məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı “Azəriqaz” İB-nin vəkili Əbilov Elməddin Nazim oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən təb ii qazdan qanunsuz istifadə edilməsi işin mübahisəsiz halıdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən qanunvericiliyin tələblərin deyil, cavabdehin 400 manat boru qəbul etdiyini əsas götürmüşdür. Lakin məhkəmə tərəfindən nəyə əsasən 400 manat borcun ödənilməsi hissəsində iddianın təmin edilməsi, qalan hissədə rədd edilməsi əsaslandırılmamışdır. Cavabdeh tərəfindən 2017-ci ilin noyabr ayından 2019-cu ilin oktyabr ayınadək ödəniş həyata keçirilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən qazın həcmi istehlakçının istismarında olan qaz qurğularının maksimal saatlıq qaz sərfinə əsasən müəyyən edilir. İddiaçı tərəfindən də dəymiş ziyan istehlakçının istifadəsində olan qaz qurğularının maksimal saatlıq qaz sərfinə uyğun hesablanmışdır. Lakin məhkəmə qeyd olunan halların heç birini araşdırm amış, düzgün maddi hüquq normaları tətbiq edilməyərək qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı “Azəriqaz” İB-nin vəkili Əbilov Elməddin Nazim oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməlsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf cavabdehin yaşadığı evdə sayğacdan kənar xəttin olması və həmin xəttə əsasən qazdan qanunsuz istifadə edilməsi, ümumiyyətlə cavabdeh tərəfindən sayğacın daxilinə müdaxilə edilməsi halı sübut olunmur. Bununla bağlı apelyasiya kol legiyası qeyd etmişdir ki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDKnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziy yətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Apelyasiya kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə (evlərinə) quraşdırılmış qaz sayğaclarının, eləcə də sayğaca və onun plombuna cavabdeh tərəfindən müdaxilə edilməsi barədə iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyinə görə, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassızdır. Buna baxmayaraq, iddiaçı iddia tələbini birinci instansiya məhkəməsində qismən qəbul etdiyindən məhkəmə iddia tələbini həmin hissədə təmin etməklə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tə ləblərin təmin olunması barədə qətnamə çıxarır. Kasasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri də apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, kassator kasasiya şikayətini də formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, mübahisə üzrə apelyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuş və qeyd edilən qənaətə gələrkən maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rə hbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar