Məhkəmə qərarları › İş №2(102)-2960/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2960/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2960/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçın Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:prosessual müddətin bərpası barədə 18.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 may 2023-cü il tarixli, 2(105)-1424/2022 saylı qərardadından Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 18 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Birinci instansiya məhkəməsində icraat Xaçmaz R ayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, e-2(067)-832/2021 saylı qətnaməsi ilə (hakim İ.Xəliov) iddia qismən edilərək, Cavabdeh 411.000 manat pulun tutulub İddiaçı MMC-nə ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 avqust 2022-ci il tarixli, 2(105)-1424/2022 saylı qətnaməsi ilə (hakimlər Ş.Abasov sədrlik edən, məruzəçi, S.Qafari və T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Cavabdeh iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 avqust 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə verimişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 avqust 2022-ci il tarixli qətnaməsinin surətini rəsmi qaydada 02 sentyabr 2022-ci il tarixdə alıb. Mülki-Prosessual Məcəlləyə əsasən, qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayti verilə bilər. Kassasiya şikayəti verilməsi üçün qeyd edilən müddəti aşağıda qeyd edilən üzrlü səbəblərə görə ötürmüşdür. Belə ki, sözügedən məhkəmə mübahisəsində cavabdeh qismində o, çıxış etsə də iş materiallarından da göründüyü kimi əslində iddiaçı ilə sahibkarlıq və ya ortaqlıq münasibətlərində onun qardaşı X2 olmuşdur. Yəni qeyd edilən mübahisənin faktiki iştirakçısı qardaşı X2 olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermə müddətini ötürmə səbəbi də X1 cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində cinayət işinin başlanması olmuşdur. Belə ki, qardaşı X2 barəsində cinayət işinin başlanmış və o təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cavabdeh isə yaxın qohum olaraq qardaşının cinayət məsuliyyətinə cəlb edilməsinə görə maddi və mənəvi sıxıntılara məruz qaldığından kassasiya şikayəti vermə üçün qanunvericiliklə nəzərdə tutulmuş 2 (iki) aylıq müddəti ötürmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 may 2023-cü il tarixli, 2( 105)-1424/2022 saylı qərardadı ilə cavabdehin prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş və onun həmin məhkəmənin 16 avqust 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizədə qeyd edilən hal- qardaşının cinayət məsuliyyətinə cəlb edilməsinə görə maddi və mənəvi sıxıntılara məruz qaldığından kassasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş 2 aylıq prosessual müddəti ötürməsi ilə bağlı dəlili əsaslı sayıla bilməz. Belə ki, mülki iş materiallarından görünür ki, cavabdehin qardaşı X1 barəsində AR CM-nin 228.1 və 229.1-ci madd ələri ilə cinayət işinin başlanması və işin icraata qəbul edilməsi barədə Xaçmaz rayon Polis Şöbəsinin qərarı 22 dekabr 2022-ci il tarixdə qəbul edilmişdir. Qətnamədən kassasiya şikayətinin verilməsi müddəti isə müvafiq qərar qəbul edilməzdən əvvəl, yəni 02 noyabr 2022-ci il tarixdə bitmişdir. Beləliklə, məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdə keçirib hesab edir ki, cavabdehin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 avqust 2022ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli, ərizəyə əlavə edilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 129, 133-cü maddələrinin və digər maddi, pro sessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və prosessual müddətin bərpası barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti prosessual müddətin bərpası barədə ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə dair etiraz ərizəsinin dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prossesual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hə ddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şik ayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, prosessual müddətin onun tərəfindən ötürülmədiyini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 16 avqust 2022-ci il tarixli qətnaməsinin surəti 23 avqust 2022-ci il tarixli məktubla tərəflərə göndərilmiş, cavabdeh tərəfindən 01 sentyabr 2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə qətnamənin surəti alınmışdır. Belə olan halda, qətnamədən kassasiya şikayətinin verilməsi müddətinin axımı qətnamənin surətinin cavabdehə rəsmi qaydada təqdim edildiyi tarixin səhəri günündən, yəni 02 sentyabr 202 2-ci il tarixdən başlamış və 02 noyabr 2022-ci il tarixdə bitmişdir. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prossesual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsində göstərilir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddələrin tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizədə qeyd edilən hal- cavabdehin qardaşının cinayət məsu liyyətinə cəlb edilməsinə görə maddi və mənəvi sıxıntılara məruz qaldığından kassasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş 2 aylıq prosessual müddəti ötürməsi ilə bağlı dəlili əsaslı sayıla bilməz. Belə ki, mülki iş materiallarından görünür ki, cavabdehin qardaşı X1 barəsində AR CM-nin 228.1 və 229.1-ci maddələri ilə cinayət işinin başlanması və işin icraata qəbul edilməsi barədə Xaçmaz rayon Polis Şöbəsinin qərarı 22 dekabr 2022-ci il tarixdə qəbul edilmişdir. Qətnamədən kassasiya şikayətinin verilməsi müddəti isə müvafiq qərar qəbul edilməzdən əvvəl, yəni 02 noyabr 2022-ci il tarixdə bitmişdir. Beləliklə, kassasiya instansiyası məhkəməsi mülki iş materiallarını nəzərdə keçirib hesab edir ki, cavabdehin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 avqu st 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsini təmin etməyib, ərizəyə əlavə edilmiş kassasiya şikayətini geri qaytararkən apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda göstərilən mülki prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 11 may 2023-cü il tarixli 2(105)-1424/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar