Məhkəmə qərarları › İş №2(102)-2963/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2963/2020

20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2963/2020 20.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi XXX kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(009)-28/2018, hakim Z.Ə.Əliyev) İddiaçı cavabdeh ləğv prosesində olan “xxx x” ASC-nin ləğvedicisi XXX qarşı iddiası təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş kredit reyestrində aparılmış qeydlərin etibarsız hesab edilməsi və həmin qeydlərin reyestrdən silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1575/2019, hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi XXX apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib yeni qərar qəbul edilməsini və ya işin yenidən b axılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx.xx.2016-cı il tarixdə İddiaçı ləğv prosesində olan QSC “xxxx” KB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında xx xxxxxx 2008-ci il tarixində bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankın Mərkəzləşdirilmiş kredit reyestrində aparılmış qeydlərin etibarsız hesab edilməsi və həmin qeydlərin reyestrdən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayət ini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, işə səthi yanaşılaraq əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsinin və həmin müqavilə əsasında mərkəzləşdirilmiş kredit reyestrində aparılmış qeydlərin etibarsız hesab edilməsi təşkil edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh bankdan xx xxx 2007-ci il tarixdə 30.450 manat kredit götürmüş, həmin müqavilə üzrə öhdəliyi ona məxsus avtomobil ilə təmin edilmiş, borc məbləğinin bir hissəsini qaytarmış, qalan 16.500 manat məbləği qaytara bilmədiyindən avtomobilini banka təhvil vermiş və bununla da borc məbləği tam bağlanmışdır. Lakin sonr adan ona məlum olmuşdur ki, cavabdeh bankda onun adına 16.500 manat məbləğndə kredit öhdəliyinin olmasına dair ikinci müqavilə mövcuddur, halbuki onun bu barədə heç bir məlumatı yoxdur. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qətnaməsini onunla əsaslandırmışdır ki, kredit müqaviləsi görə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərə tutulmuş həcmdə və şərtlərdə pulun borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Lakin hazırki mülki işdə QSC “xxxx” KB-nin verdiyi hesabdan çıxarışda tərəflər arasında xx xxxxxx 2008-ci il tarixli kredit müqaviləsinin olmasına dair məlumat qeyd olunsa da, məhkəmə araşdırması zamanı İddiaçı ilə QSC “xxxx” KB arasında xx xxxxxx 2008-ci il tarixli kredit müqaviləsinin bağlanması, başqa sözlə iddiaşının bankla kredit müqaviləsi bağlamasına dair iradə bəyanı aşkar edilməmişdir. QSC “xxxx” KB mübahisəli müqaviləni məhkəməyə təqdim edə bilməmiş, xx xxxxxx 2008-ci il tarixli kredit qovluğunun əslinin aşkar edilmədiyini göstərmişdir. Bu hal isə ona dəlalət edir ki, xx xxxxxx 2008-ci il tarixli kredit müqaviləsi etibarsızdır. Cavabdeh bank həmin qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə borcunu tam ödədiyi barədə heç bir sübut təqdim etməmişdir. İddiaçının adına olan hesabda “kreditin tam bağlanması” barədə qeydə gəldikdə isə, həmin əməliyyat köçürülmə əməliyyatı olmaqla, iddiaçı da daxil olmaqla bir sıra problemli kreditlərin portfeli müştərilərin cari hesablarından digər tr anzit hesaba köçürülmüşdür. Qeyd edilənləri müəyyən etmək isə yalnız ixtisaslaşdırılmış mütəxəssis rəyi ilə mümkün ola bilərdi. Birinci instansiya məhkəməsi ekspertiza təyin etmədən, yalnız öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnaməsini onunla əsaslandırmışdır ki, tərəflər arasında yaranmış mübahisə qanunvericiliyin tələblərinə uyğun həll edilmişdir. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə İddiaçı QSC “xxxx” KB-yə hər hansı (əsas və faiz) borcunun olması müəyyən olunmur. Yəni xx.xx.2007-ci il tari xli, ********** saylı kredit müqaviləsi üzrə verilmiş kredit tam şəkildə bağlanmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Aşağıdakılara əsasən apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi, iddia tələbinin əsasını kredit müqaviləsinin və müqavilə əsasında mərkəzləşdirilmiş kredit reyestrində aparılmış qeydlərin etibarsız hesab edilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində əqdlərin etibarsızlığı a nlayışı və onun nəticələri göstərilmişdir. Həmin maddənin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Borc müqaviləsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda ola n eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin normanın məzmunundan göründüyü kimi razılaşdırılmış məbləğdə pul vəsaitini və ya digər əşyanı borc alana təhvil vermək borc verənin vəzifəsi olmaqla, həmin predmeti təhvil almaq borc alanın hüququdur. Bununla bərabər aldığı məbləği və digər əşyanı razılaşdırılmış vaxtda və şərtlərlə geri qaytarmaq borc alanın vəzifəsi olmaqla, bunu tələb etmək borc verənin hüququdur. İddiaçı xx xxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə borcunu tam icra etdiyini, bununla da kredit müqaviləsi üzrə öhdəlikərinə xitam verildiyini göstərir. O, bildirir ki, borcun bir hissəsini ödədikdən sonra qalan hissəni ödəməyə imkanı çatmadığından həmin müqavilənin təminatı olan avtomobil bank tərəfindən satılmış və bununla da kredit tam bağlan mışdır. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, iddiaçının qalan borcu digər tranzıt hesaba köçürülmüşdür. Bu isə özü-özlüyündə kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi anlamına gəlmir. Belə ki, bank gecikmədə olan müştərilərin kredit portfelinin digər təşkilata satılmasını nəzərdə tutmuş, lakin satış baş tutmadığından müştərilərin cari hesabları yenilənmişdir. Sübutetmə yükünün əsaslarını müəyyən edənAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün cavabdeh bankda onun adına olan hesabdan çıxarışları təqdim etmişdir. İddiaçının adına olan həmin hesabdan çıxarış xx xxx 2007-ci i l tarixdən xx xxxxxxx 2010-cu il tarixə qədər olan dövrü əhatə edir. Bununla bərabər, həmin çıxarışdan görünür ki, iddiaçının adına olan birinci hesab nömrəsi üzrə xx xxxx 2008-ci il tarixdə “kreditin tam bağlanması” göstərilsə də, bundan sonakı tarixlərdə də debet hesabına müvafiq məbləğlər mədaxil edilmişdir. Bundan sonra isə, xx xxxxxx 2008-ci il tarixdə iddiaçının adına ikinci hesab açılaraq müştərinin qalıq borcunun sistemə geri qaytarıldığı qeyd edilmişdir. Həmin hesab üzrə də, xx xxxxxxx 2010-cu il tarixə kimi debet hesabında əməliyyatlar aparılmış, yəni vaxtaşırı ödənişlər icra edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müqavilənin təfsirinin əsaslarını müəyyən edən 404-cü maddəsi ilə məhkəmənin müqavilə şərtlərini təfsir edilərkən tərəflərin iradə ifadəsinin həqiqi mənasını nəzərə almaq vəzifəsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası həmin normanın tələblərinə əsas tutaraq hesab edir ki, bankın borcluya kredit verməsi və borclunun həmin krediti qəbul etməsi mübahisələndirilmədiyi və verilmiş məbləğin tam ödənilmədiyi təsdiq edildiyi halda, qalan məbləğin yeni müqavilə üzrə rəsmiləşdirilməsi və həmin yazılı formanın təqdim edilməsi zəruri şərt deyildir. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində iddiaçının kredit müqaviləsi üzrə borcunun müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş, apellyasiya məhkəməsi cavabdehin vəsatəti əsasında məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul etmiş, ekspert qarşısında xx. xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən borcun mövcud olub-olmamasının, əgər mövcuddursa, kredit müqaviləsinin son müddətinə borc məbləğinin (əsas və faiz) müəyyən edilməsi barədə suallar qoyulmuşdur. xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (hesabdan çıxarış və s.) və məlumatlara əsasən xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı QSC “xxxx” KB-yə hər hansı (əsas və faiz) borcunun olması müəyyən olunmur. Yəni xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş kredit tam şəkildə bağlanmışdır. Apellyasiya məhkəməsi həmin rəyə istinad edərək birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymə tləndirilir. “Dövlət Məhkəmə Ekspertizası Fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Apellyasiya məhkəməsinin mötəbər sübut kimi qiymətləndirdiyi həmin ekspert rəyində tədqiqat aparılaraq xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş kreditin tam şəkildə bağlandığı göstərilmişdir. Kredit müqaviləsi üzrə verilmiş borcun ödənilməsinin müəyyən edilməsi həmin borcun hansı faizlə və hansı müddətə verildiyinin, eyni zamanda həmin kredit üzrə qaytarılmış məbləğlərin hesablanmasını ehtiva edir. Halbuki, apellyasiya məhkəməsinin kredit müqaviləsi üzrə borcun tam ödənilməsi barədə nəticəyə gələrkən istinad etdiyi 2 vərəqi əhatə edən həmin ekspert rəyində yalnız ekspert qarşısına qoyulmuş sualları sadalanmaqla, ümumiyyətlə hər hansı tədqiqat aparılmamışdır. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən götürülmüş kredit məbləğinin tam qaytarılması və ya onun istinad etdiyi kimi həmin borcun onun avtomobilinin satışı hesabına ödənilməsi barədə digər hər hansı sübut olmadığı halda, ümumiyyətlə əsaslandırılmayan həmin ekspert rəyi ilə kifayətlənmiş, cavabdeh bankın iddiaçının adına olan ikinci hesabın açılmasına əsas olan ikinci müqavilənin yeni müqavilə olmadığı və yeni öhdəlik yaratmadığ, həmin müqavilə üzrə iddiaçıya təkrar kredit verilmədiyi, həmin müqavilənin mövcud olan, ödənilməmiş qalıq borcuna dair öhdəlikləri əks etdirdiyi barədə dəlillərinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dairAzərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarında göstərildiyi kimi, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsa slandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmçinin həmin qərarda göstərilmişdir ki, məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et altera pars” – “digər tərəf də dinlənilməlidir” qaydası tətbiq edilməlidir. Apellyasiya məhkəməsi mübahisəyə borc müqaviləsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmamış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirməmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normala rı pozulduğundan məhkəmə kollegiyası hesab edir ki,kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar