Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2963/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: rabitə təşkilatı vasitəsi ilə verilən şikayət üçün şikayət vermə müddətinin hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1136/2021 nömrəli iş üzrə 04 fevral 2020 -ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətləri Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 429 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 23.06.2017-ci il tarixinə 324,07 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 63 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 480,86 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1296,93 ABŞ dollarının və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Emin Abdullayev) 01 dekabr 2020-ci il tarixli, 2(060)-3907/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə ərizəni baxılmamış saxlanması barədə qənaətini Mülki Prosessual Məcəllənin 149, 150.0.1-150.0.3, 150.0.5, 259.0.12-ci maddələrinə, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Aİi Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli Qərarının 1.1-ci bəndində istinadla əsaslandı rmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Telman Məmmədov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov, Səyyad Qafari) 04 fevral 2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadından iddiaçının şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 128, 130.3, 133.1, 134.1.5, 135.2, 357.1, 363.1.3, 364, 366.2, 268.1-ci maddələrinə, “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarına istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan poçt gönd ərişinin verilməsi barədə xəbərnamədən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qərardadının surətini 17 dekabr 2020-ci il tarixdə almışdır. Qanunverici qərardaddan şikayət verilməsi ilə bağlı 10 günlük müddətin axımını, qərardadın surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. İddiaçı tərəfindən qərardaddan şikayət verilməsi müddətinin axımı qərardadın ona təqdim edildiyi günün sabahı, yəni 18 dekabr 2020-ci il tarixdən başlanmışdır. Lakin iddiaçının qərardaddan verdiyi şikayət 08 yanvar 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuş və şikayət prosessual müddətin 11 gün ötürülməsi ilə verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) K assasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayətin verilmə müddəti ötürülməmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 01.12.2020-ci il tarixli qərardadı rəsmi qaydada 17.12.2020-ci il tarixində iddiaçıya daxil olmuşdur. LPO İddiaçıASC tərəfindən 18.12.2020-ci ildə qərardadan şikayət hazırlanıb poçt vasitəsilə göndərilmişdir. Poçt göndərişinin verilməsi barədə xəbərnamədəndə görünür ki, 18.12.2020-ci il tarixdə şikayət poçta təhvil vermişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almayaraq şikayətin 08.01.2021-ci il tarixdə məhkəməyə daxil olmasını əsas gətirərək şikayətə baxılmasını baxılması nı qeyri-mümkün hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qay dada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyi ndən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının şikayətinə baxılmasını qeyri-mümkün hesab edərkən Mülki Prosessual Məcəllənin tələblərini pozmuşdur. Baxılan işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxılmasını qanunla müəyyən edilmiş 10 günlük müddətin ötürülməsi əsası ilə qeyri mümkün hesab etmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qərardadının iddiaçı tərəfindən rəsmi qaydada 17.12.2020-ci il tarixdə alınması mübahisəsizdir. Bu barədə iş materiallarına poçt xəbərnaməsi əlavə edilmişdir. Həmin qəra rdaddan şikayət vermə müddətinin axımı həmin gündən sonra, yəni 18.12.2020-ci il tarixdə başlanır. Belə olan hala iddiaçı həmin qərardaddan 10 gün müddətində, yəni 28.12.2020-ci il tarixədək şikayət verə bilərdi. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən verilmiş şikayətin Sumqayıt Şəhər Məhkəməsinə 08.01.2021-ci il tarixdə daxil olmasına istinad edərək iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 10 günlük şikayət vermə müddətinin ötürülməsini qeyd etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən MPM-nin 129.3-cü maddəsinin tələbini nəzərə almamışdır. Həmin normaya görə, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məb ləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İddiaçı tərəfindən verilmiş şikayətdən görünür ki, şikayət birbaşa Sumqayıt Şəhər Məhkəməsinin dəxtərxanasına təqdim edilməmiş, rabitə orqanı vasitəsi ilə göndərilmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi şikayətin verilməsi müddətini hesablayarkən şikayətin Sumqayıt Şəhər Məhkəməsinə daxil olması tarixə deyil, şikayətin rabitə orqanına verildiyi tarixə istinad etməlidir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan şikayətin məhkəməyə göndərildiyi “xxxx” MMC kuryer şirkətinin qəbzinə qiymət vermədən, şikayətin hansı tarixdə rabitə orqanına təhvil verildiyini müəyyən etmədən şikayətin buraxılması qənaətinə gəlmişdir ki, məhkəmənin bu qənaəti MPM-ni n 129.3-cü maddəsinin tələbinə zidd olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərardad prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Ona görə də, qərardad ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Kassasiya şikayətinin nəticə hissəsində qərardadın ləğv edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və şikayətin icraata götürülməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətləri Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105) -1136/2021 nömrəli iş üzrə 04 fevral 2020-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.