Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2964/2021 21.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş ziyanın ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, Cavabdeh oğlunun nümayəndəsi və vəkili Kərimov Tural Baris oğlunun, İddiaçı nümayəndəsi və vəkili X5 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2707/2020 saylı iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu və vəkili Kərimov Tural Baris oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı
1. Tərəflər qonşu olmaqla Şamaxı rayonu, İ Çaylı kəndində yaşayırlar. 21 iyul 2017-ci il tarixdə İddiaçı məxsus ot tayasında yanğın hadisəsi baş vermişdir. Bunun nəticəsində iddiaçıya məxsus ot və küləş məhsulları, həmçinin çardaq yanmış, ona maddi ziyan dəymişdir. Hadisə ilə əlaqədar polis araşdırması aparılmış, məlum olmuşdur ki, yanğını cavabdehin azyaşlı oğlu X7 ehtiyyatsızlıqdan törətmişdir.
2. X7 14.02.2009-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh oğlu, anası X1r.
3. İşdə olan İ Çaylı Bələdiyyəsinin 27 saylı arayışından görünür ki, 21 iyul 2017ci il tarixdə Şamaxı rayon İ Çaylı kənd sakini İddiaçı məxsus ot tayasında yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın nəticəsində ona 5000 manat dəyərində maddi ziyan dəymişdir.
4. Fövqəladə Hallar Nazirliyi Dövlət yanğından Mühafizə Xidməti Şamaxı rayon Dövlət yanğından Mühafizə hissəsinin yanğının hesabat vərəqəsindən görünür ki, baş vermiş yanğın hadisəsi nəticəsində İddiaçı hadisə yerinin müayinəsindən və Şamaxı rayon İ Çaylı Bələdiyyəsinin verdiyi arayışa əsasən 5000 manat dəyərində maddi ziyan dəymişdir.
5. İşdə olan Şamaxı Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh şikayəti təmin edilmiş, Şamaxı rayon Polis Şöbəsinin 13 dekabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmişdir.
6. Cavabdeh oğlu tərəfindən maddi ziyanla bağl ı heç bir hərəkət edilmədiyindən İddiaçı dəymiş ziyanın ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İ Çaylı kəndində yaşayır və təsərrüfatla məşğul olur. Heyvanlarının qış mövsümü üçün yem tədarükünü yay aylarına etməklə qış mövsümünə öz hazırlığını görür. Bu məqsədlə iyun-iyul aylarında 1000 ədəd bağlı ot və 600 ədəd bağlı küləşi həyətindəki çardağın altına yığmışdır. 21 iyul 2017-ci il tarixdə, günorta saatlarında həyətindəki ot və küləşin yandığını görmüş, dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Eyni zamanda öyrənmişdir ki, ot tayası qonşusu Cavabdeh oğlunun azyaşlı oğlu Ayxan tərəfindən yandırılmışdır. Ayxan babası X2 yanında dindi rilmiş və o, təsdiq etmişdir ki, həqiqətən də ot tayasını yandırmışdır. Nəticədə 1000 ədəd bağlı ot və 600 ədəd bağlı küləşi, həmçinin həyətindəki çardaq yanaraq məhv olmuşdur. Ümumilikdə isə ona 5000 manat məbləğində ziyan dəymişdir. Cavabdeh öz növbəsində uşağının yetirdiyi maddi zərərin əvəzinin onun tərəfindən ödəniləcəyinə söz vermiş, lakin hadisədən 2 ildən çox vaxt keçməsinə baxmayaraq, bu günə kimi dəymiş zərər ödənilməmişdir. Cavabdeh ona dəymiş zərəri könüllü olaraq ödəmək fikiri yoxdur, müxtəlif bəhanələrlə bu işi yubadır. Həmin il heyvanlarını qış mövsümündən çıxarmaq üçün baha qiymətlərlə ot və küləş almağa məcbur olmuşdur. Buna görə də Cavabdeh oğlundan azyaşlı övladı Ayxan tərəfindən ona yetirilmiş 5000 manat məbləğində maddi zərərin və iddia üçün ödədiyi 30 manat dövlət rüs umunun əvəzi alınaraq ona verilməlidir.
8. Şamaxı Rayon Məhkəməsinin (hakim Etibar Hümbətov) 15.07.2020-ci il tarixli 2(074)-273/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh oğlundan 5000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınıb İddiaçı verilməsi qət olunmuşdur.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının yanğın hadisəsini cavabdehin oğlu tərəfindən törədildiyinə dair bildirdiklərilə yanaşı yoxlanılmış Şamaxı rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qüvvədə olan 13 dekabr 2019-cu il tarixli qərarı ilə tamamlandığını nəzərə alaraq, 21 iyul 2017-ci il tarixdə iddiaçının həyətində baş vermiş yanğın hadisəsinin cavabdehin oğlu 14.02.2009cu il təvəllüdlü X7 tərəfindən törədildiyi nəticəsinə gəlir. M əhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1103.1, 1103.4, 459.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
10. Qətnamədən narazı qalan Cavabdeh oğlu tərəfindən apellyasiya şikayəti verilərək, Şamaxı Rayon Məhkəməsinin 15.07.2020-ci il tarixli 2(074)-273/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2707/2020 saylı mülki iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Şamaxı Rayon Məhkəməsinin 15.07.2020-ci il tarixli 2(074)-273/2020 saylı qətnaməsinin dəyişdir ilmədən saxlanılması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh oğlu apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə polisin qərarının məhkəmə tərəfindən artıq ləğv edilməsinə cavabdehin istinad etməsi əsassızdır, çünki bu qərar ləğv olunsa belə, cavabdehin bu araşdırma zamanı verdiyi izahat və barışıq üçün etdiyi hərəkətlər yanğın hadisəsinə görə onun məsuliyyət daşımasını deməyə əsas verir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab etmişdir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
13. Apellyasiya qaydasında işə baxan məhkəm ə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1103.1, 1103.4, 459.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
14. Cavabdeh oğlu və vəkili Kərimov Tural Baris oğlu kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2707/2020 saylı iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin təkrar araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində zərərin əvəzinin ödənilməsi ilə bağlı olan Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 21.1, 21.2, 459.1, 1103.1 və 1103.4-cü maddələrinə istinad etmiş, lakin iddiaçıya maddi zərərin hansı mötəbər sübutlara əsasən azyaşlının təqsirli hərəkətləri nəticəsində vurulduğunun müəyyən edildiyini öz qətnaməsində əsaslandıra bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi Şamaxı Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli 6(074)-9/2020 saylı qərarı ilə Şamaxı Rayon Polis X4 13 dekabr 2019-cu il tarixli qərarının ləğv edildiyini öz qətnaməsində göstərsə də, icraatın dayandırılması barədə vəsatətimi nəzərə almamış, vəsatətə heç bir hüquqi qiymət verməmişdir. Vəsatətim təmin edilsəydi müəyyən olunardı ki, Şamaxı Rayon Polis X4 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 avqust 2020-ci il tarixli qərarı ilə “aparılmış təkrar araşdırma zamanı X3 həmkə ndlisi İddiaçı məxsus ot tayasını yandırması faktı təsdiqini tapmadığından” toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti isə mənə 3 dekabr 2020-ci il tarixdə təqdim edildiyinə, eləcə də, apellyasiya instansiyası məhkəməsinin iclası iştirakım olmadan keçirildiyinə görə, qərarın surətini məhkəməyə təqdim etməyim məndən asılı olmayan səbəblərdən mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 217, 218.1, 386-ci maddələrinin tələblərinin heç birinə əhəmiyyət vermədən hüquqlarımı pozan qanunsuz qətnamə qəbul etmişdir.
16. Məhkəmə iclas zalında iddiaçının vəkili X9 tərəfindən təqdim edilmiş kassasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, “Şamaxı Rayon Məhkəməsi məhkəmə nəzarət i qaydasında işə baxması, müstəntiqin isə əlavə araşdırma aparması barədə ona məlumat verməmişdir. Hüquqlarımı pozan hər iki qərar kassasiya şikayəti ilə tanış olarkən mənə məlum olmuşdur. Məhkəmə qərarı qəbul olunduğu gündən 13 gün sonra 24 avqust 2020-ci il tarixdə müstəntiq tərəfindən qərar olunmuşdur. Hadisəni görən olmamışdır. Görünür ki, araşdırma aparan şəxs qərarında yalnız Ayxanın yeni izahatını alıb yanğın hadisəsində onun təqsiri olmadığına özünü inandırmışdır. Onun hadisədən dərhal sonra isti izlər üzrə Ayxanın izahatına inanmayıb 3 ildən sonraki izahatına əsaslanıb işin faktiki hallarına uyğun olmayan qərar qəbul etməsi normal ağıla batmır, hüquq düşüncəsinin və mühakimə qabiliyyətinin qüsurlu olduğunu göstərir”. Hesab edirlər ki, Mülki kollegiya tərəflər arasında yaranmış müb ahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, qəbul etdiyi qətnamə qanuni və əsaslıdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında Cavabdeh oğlunun nümayəndəsi və vəkili Kərimov Tural Baris oğlu Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2707/2020 saylı iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X9 cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını, kassasiya şikayətinə etirazın dəlillərini müdafiə etdiklərini qeyd edərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2707/2020 saylı iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 459.1 Zərərin əvəzini ödəməyə bor clu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.
21. Maddə 1103.1 On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar.
22. Maddə 1103.4 Valideynlərin (övladlığa götürənlərin), qəyyumların, təhsil, tərbiyə, müalicə müəssisələrinin və digər müəssisələrin azyaşlının vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə azyaşlı yetkinlik yaşına çatdıqda və ya zərərin əvəzini ödəmək üçün yetərli əmlak əldə etdikdə xitam verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri s übutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
29. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§26).
31. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§27).
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§26). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. İş üzrə Cavabdeh oğlu və vəkili Kərimov Tural Baris oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişd irilməsi üçün əsas yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, iddiaçı tələbini ona məxsus 1000 ədəd bağlı otun, 600 ədəd bağlı küləşin və həyətindəki çardağın cavabdehin oğlu Ayxan Ağakişiyevin törətdiyi yanğın nəticəsində məhv olması ilə əlaqədar ona iddia edilən miqdarda zərər dəyməsi ilə əsaslandırmışdır. Cavabdeh iddiaçının həyətindəki çardağın, bağlı ot və küləş taylarının yanması nəticəsində iddiaçıya iddia edilən miqdarda zərər dəyməsi halını mübahisələndirməmiş, nəzarət etməyə borclu olduğu 14.02.2009-cu il təvəllüdlü övladının yetirdiyi zərərin onun təqsiri üzündən yaranmadığına dair sübutu təqdim etməmiş, polis araşdırması zamanı faktı qəbul etsə də, məhkəmə iclasında yanğının onun oğlu tərəfindən törədilməməsi əsası ilə iddiaya etiraz etmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası cavabdehin bu hərəkətini qeyri-səmimi əməl kimi qiymətləndirmişdir, belə ki, iş materiallarından görünür ki, Cavabdeh hadisə ilə əlaqədar dəymiş ziyanın ödənilməsilə bağlı başqa şəxslərin yanında iddiaçıya söz vermiş, tərəflər bununla bağlı əvvəllər barışmışlar.
36. Kassator kassasiya şikayətinə Şamaxı Rayon Polis X4 24 avqust 2020-ci il tarixli qərarını əlavə edərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilmə əsası kimi ona istinad etmişdir ki, aparılmış təkrar araşdırma zamanı X3 həmkəndlisi İddiaçı məxsus ot tayasını yandırması faktının təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə bağlı qeyd e dir ki, kassasiya instansiyası işə mahiyyəti üzrə baxan məhkəmə deyil və müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bu icraatda yeni sübutlar qəbul edilmir və dəyərləndirilmir.
38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələr ilə razılaşaraq qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə polisin qərarının məhkəmə tərəfindən artıq ləğv edilməsinə cavabdehin istinad etməsi əsassızdır, çünki bu qərar ləğv olunsa belə, cavabdehin bu araşdırma zamanı verdiyi izahat və barışıq üçün etdiyi hərəkətlər yanğın hadisəsinə görə onun məsuliyyət daşımasını deməyə əsas verir.
39. İddianın sübut olunmaması, işin faktiki hallarının t am və hərtərəfli araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nə ticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmağa lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§28).
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2707/2020 saylı iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.