Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2965/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı ASC-nin vəkili X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)903/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Və kil kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə və ona əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 37046 ABŞ dolları əsas, 14805,41 ABŞ dolları faiz və 16746,53 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 68597,94 ABŞ dolları məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 60 manat rüsumun, iddia ərizəsinin qaldırılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus olan ünvan 1 b ünvanında yerləşən yaşayış sahəsi 63.32 kv.m., ümumi sahəsi 87.02 kv.m. və yardımçı sahəsi 23.7 kv.m. olan 4 otaqlı 3 saylı mənzilə və Cavabdeh3 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha ölçülü torpaq sahəsinə (kənd təsərrüfatı təyinatlı) yönəldilərək açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına “xxxxxxxxxx” ASC-yə olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1473/2018 saylı, xx xxxxxxx 2018ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 37046 ABŞ dolları əsas, 14805,41 ABŞ dolları faiz, 1000 ABŞ doları cərimə borcu olmaqla, cəmi 52851,41 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumunun tutulması, tutmanın ilkin satış qiyməti 115500 manat müəyyən edilməklə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, R.Behbudov küçəsi, 1 b saylı evin 3 saylı mənzilinə və ilkin satış qiyməti 34400 manat müəyyən edilməklə Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına iddiaçının tələblərinin ödənilməsi, artıq qalan pulun cavabdehlərə qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.(hakim Zaur Əliyev) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-903/2019 saylı, xx xxxxxxx 2019-cu iltarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 2(009)-1473/2018 saylı iş üzrə xx xx xxxxx 2018-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh1 tutulmalı olan faiz borcunun məbləği 13620,94 ABŞ dolları müəyyən edilmiş, 145 manat məbləğində ekspertiza xərcinin 45(qırx beş) manatının İddiaçı ASC-dən, 100 (yüz) manatının Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakimlər Abiddin Hüseynov (sədrlik edən və məruzəçi) Azad İmanov, Vahid Sadıqov) Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunl a əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmiş, dünyada və ölkədə baş verən maliyyə böhranın cavabdehə öz öhdəliklərinin yerinə yetirə bilməməyini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı ASC-nin vəkili X1 şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə heç bir məlumat verilməmişdir. Məhk əmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini yalnız Cavabdeh1 qətnamənin kredit borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində apelyasiya qaydasında mübahisələndirmiş və apelyasiya instansiyası da apelyasiya şikayəti üzrə həmin hissədə qətnaməyə qiymət vermişdir. Hazırda da apelyasiya instansiyasının qətnaməsindən yalnız cavabdeh (borclu) Cavabdeh1 kassasi ya şikayəti verdiyindən məhkəmə kollegiyasi apelyasiyanın qətnaməsini Cavabdeh1 verdiyi şikayət həddində, yəni apelyasiya instansiyasının qiymət verdiyi hissədə yoxlayır. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 (kassatorun) kassasiya şikayətitəmin edilməməli,kassatora münasibətdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməməsi, ona görə də borcun tutulması və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş qiymətləndirmə rəyi ilə ipoteka predmetlərinin ilkin satış qiymətinin düzgün təyin olunmasın ı müəyyən etmiş, bununla belə özünün təyin etdiyi ekspertizanın rəyinə uyğun olaraq faiz borcuna aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməli olması qənaətinə gələrək, qətnaməni faiz borcuna aid hissədə yuxarıda göstərilən qaydada dəyişmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 462, 467, 739.1, 741-ci və “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla Cavabdeh1 arasında kredit müqaviləsi üzrə cavabde hə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyib. Apelyasiya şikayətində Cavabdeh1 kredit borcunu və ipoteka predmetlərinin ilkin satış qiymətini mübahisələndirmişdir. İpoteka predmetlərinin hərracda ilkin satış qiymətinin qiymətləndircinin rəyinə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən müəyyən edildiyi və cavabdehin əmlakların qiymətinin daha yuxarı olması barədə dəlillərinin heç nə ilə sübut edilmədiyi üçün apelyasiya məhkəməsi düzgün olaraq ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsini şərtlətini müəyyən etmişdir. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması, özü-özlüyündə əlavə və ya təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmaldır. Hazırki işdə isə cavabdeh qiymətləndiricinin müəyyən etdiyi ipoteka predmetlərinin qiyməti ilə razı olmamasını bildirsə də, bu barədə dəlillərini əsaslnadırmadığı və sübut təqdim etmədiyi üçün apelyasiya instansiyası düzgün olaraq həımin hissədə şikayəti təmin etməmişdir. Dəbbə pulu hissəsində apelyasiya instansiyası məhkəməsi haqlı olaraq 16746,53 ABŞ dolları məbləğində dəbbənin 1000 ABŞ dollarına qədər azaldılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni həmin məbləğin əsas və faiz borcuna mütənasibliyi baxımından düzgün hesab etmişdir. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh1 apelyasiya şikayətində mübahisələndirdiyi kredit borcunun məbləğinin müəyyən edilməsi üçün apelyasiya instansiyası məhkəməsi mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 4496 saylı, xx.xx.2019-cu il tarixli rəyində kredit müqaviləsi üzrə Cavabdeh1 sonuncu maliyyə arayışının verildiyi xx.xx.2018-cı il tarixə Banka olan əsas borcunun 37967,78 ABŞ dolları, faiz borcunun 13620,94 ABŞ dolları olması göstərilmişdir. Apelyasiya instansiyası məhkəməsi də ekspert rəyinə uyğun olaraq, Cavabdeh1 faiz borcunun 13620,94 ABŞ dolları olmaqla, iddia tələbində göstərilən məbləğdən az olmasını müəyyən etmiş və rəyə əsasən faiz hissəsində hissəsində qətnaməni dəyişmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi ekspert rəyinə formal yanaşmamış, rəyə Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq qiymət vermiş, hətta ekspert rəyində əsas borcun iddiaçının tələb etdiyi məbləğdən artıq olmasını iddia tələbindən kənara çıxma kimi qiymətləndirərək həmin hissədə rəyi nəzərə almamışdır. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi apely asiya şikayətini şikayət həddində tam yoxlamış, cavabdehin mübahisələndirdiyi hallar üzrə ekspertiza təyin etmiş və gəlinən nəticə də işin müəyyən edilmiş hallarına uyğun olmuşdur. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən digər dəlillər də apelyasiya şikayətinin dəlilləri ilə eyni və işin faktiki halları ilə əlaqəlidir. Apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiy a şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 (kassatorun)kassasiya şikayətitəmin edilməməli, kassatora münasibətdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mü lki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 (kassatorun) kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-903/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2965/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2965/2020
29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver