Məhkəmə qərarları › İş №2(102)-2965/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2965/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2965/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi, kassasiya şikayətinin ekspert (mütəxəssis) rəyi ilə bağlı dəlilləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1256/2020 nömrəli iş ü zrə 19 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – iddiaçı və ya Bank) Xaçmaz filialı ilə X2 (bundan sonra – cavabdeh və ya borcalan) arasında bağlanmış 05 iyun 2012ci il tarixli, XF-577 saylı baş kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə 72 ay müddətinə, illik 14% ödəmək şərti ilə 26.000 manat məbləğində kredit verilmişdir. Bankla cavabdeh arasında bağlanmış 19 fevral 2014-cü il tarixli, XF-577 saylı ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdehin mülkiyyətində olan Qusar rayonu, Cibir kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.m olan fərdi yaşayış evi (bundan sonra – ipoteka predmeti) ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti 35000 manat dəyərində qiymətləndirilmişdir. Fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi 09 dekabr 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi barədə Bankın 14 dekabr 2015ci il tarixli bildirişinə əsasən xəbərdar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 05 iyun 2012-ci il tarixli, XF-577 baş kredit müqaviləsi üzrə 17702,05 manat əsas borcun, 05 iyun 2018-ci il tarixinə kimi 14 faizlə he sablanan faiz borcuna görə 8482,20 manat, 05 iyun 2018-ci il tarixindən 5 faiz ilə hesablanan faiz borcuna görə 868,28 manat, cərimə borcuna görə 5200 manat, cəmi 32256,22 manat pulun, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 61 manat pulun tutulması, tələbin ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına cavabdehin kredit müqaviləsi üzrə borcunun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehin fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq o, öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bankın 30 may 2018-ci il tarixli arayışına əsasən, cavabdehin kredit müqaviləsi üzrə 29 may 2018-ci il tarixə əsas borcu 17705,74 manat, 05 iyun 2018-ci il tarixinə kimi 14 faizlə hesablanan faiz borcu 8482,20 manat, 05 iyun 2018-ci il tarixindən 5 faiz ilə hesablanan faiz borcu 868,28 manat, c ərimə borcu 5200 manat, cəmi borcu 32256,22 manat təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinə dair ƏEM/S 104-904/18 saylı, 21 sentyabr 2018-ci il tarixli ekspert rəyinə əsasən, ipoteka predmeti olan fərdi yaşayış evinin bazar dəyəri 25.500 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 34204 saylı, 26 aprel 2019cu il tarixli rəyinə əsasən, hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və kredit müqaviləsinin şərtləri əsas götürülməklə cavabdehin Banka 10 sentyabr 2015-ci il tarixə cəmi borcu 18.598,20 manat, o cümlədən əsas borc üzrə 17022,66 manat, faiz borcu üzrə 1575,54 manat müəyyən olunmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının 21804 saylı, 27 noyabr 2019-cu il tarixli rəyinə əsasən, hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsas götürülməklə cavabdehin Banka 29 may 2019-cu il tarixə cəmi borcu 28.279,32 manat, o cümlədən əsas borc üzrə 17529,11 manat, faiz borcu üzrə 10.750,21 manat müəyyən olunmuşdur. Qusar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(029)60/2019 nömrəli iş üzrə 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Kazımov) iddia qismən təmin edilmiş, cavabdehdən Bankın xeyrinə 05 iyun 2012-ci il tarixli, XF-577 saylı kredit müqaviləsi üzrə əsas borca görə 17529,11 manat, 29 may 2019-cu il tarixinə kimi 14 faiz ilə hesablanan faiz borcuna görə 10750,21 manat, cərimə borcuna görə 100 manat, cəmi 28.379,32 manat, bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 61 manat pulun tutulması, t ələbin ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin kredit müqaviləsi üzrə borcunun və dövlət rüsumu kimi ödənilmiş cəmi 61 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehin evdən çıxarılması və evin boşaldılması, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 25500 manat müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan 05 iyun 2012-ci il tarixli, X-577 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, borcalan müqavilə ü zrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, nəticədə Banka borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iş üzrə keçirilmiş ekspertiza rəyi əsas götürülməklə əsas borca və faiz borcuna münasibətdə rəydə göstərilən məbləğ borcalandan tutulmalıdır. Məhkəmə tələb olunan cərimə məbləğini tənasübsüz yüksək hesab edərək məbləği 100 manatadək azaltmış, ipoteka predmetinin ilkin satış qiymətini isə qiymətləndirmə rəyinə əsasən müəyyən etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 279, 295, 442, 443, 445.1, 445.2.1, 448.1, 448.2, 449.4, 462.1, 465.2, 467, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci, “İpoteka haqqında” Azərbaycan Respu blikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 1.0.9, 34.1, 34.1.1, 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və onun 10750,21 manat faiz borcundan azad edilməsini, habelə ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin yenidən müvafiq eksperiza təyin etməklə müəyyənləşdirilməsini xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3244 saylı, 07.10.2020-ci il tarixli rəyinə əsasən, cavabdehin kredit müqaviləsi üzrə Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, kredit müqaviləsinin şə rtləri nəzərə alınmaqla 05 iyun 2018-ci il tarixə illik 14 faiz hesablanmaqla, 05 iyun 2018ci il tarixdən 29 may 2019-cu il tarixə illik 5% hesablanmaqla borcalanın 29.05.2019-cu il tarixə banka olan faiz borcu 9198,89 manat məbləğində müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş 11.10.2020-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, ipoteka predmeti olan fərdi yaşayış evinin bazar dəyəri 35000 manat, likvid dəyəri 27000-28000 manat təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1256/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsi nin qətnaməsinə 29 may 2019-cu il tarixinə kimi 14 faizlə hesablanan faiz borcuna, ipoteka predmetinin ilkin satış qiymətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manata aid hissələrdə dəyişiklik edilmiş, cavabdehdən Bankın xeyrinə 05 iyun 2012-ci il tarixli, XF-577 saylı kredit müqaviləsi üzrə 9198,89 manat faiz borcu tutulmuş, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 28000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya icraatı zamanı keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyinə istinadən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, rəyin tədqiqat hissəsinə əsasən, cavabdehin Banka olan faiz borcu 05 iyun 2018-ci il tarixə 14 faiz hesablanmaqla 8337, 04 manat, 05 iyun 2018-ci il tarixdən 29 may 2019-cu il tarixə illik 5% hesablanmaqla 861,85 (9198,89 manat - 8337,04 manat) təşkil edir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinə 29 may 2019-cu il tarixinə kimi 14 faizlə hesablanan faiz borcunun məbləğinə aid hissədə dəyişiklik edilməli, cavabdehdən Bankın xeyrinə faiz borcuna görə 9198,89 manat tutulmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilməli, həmin əmlakın açıq hərracda ilkin satış qiyməti 11.10.2020-ci il tarixli qiymətləndirmə hesabatına əsasən 28000 manat müəyyən edilməlidir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X5) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi faiz borcunun məbləğini azaltsa da, məhkəmənin müəyyən etdiyi faiz məbləği də həddən artıq yüksəkdir. Faiz borcu ağlabatan məbləğdə müəyyən olunmalıdır. Bundan başqa, ipoteka predmetinin ilkin satış qiyməti reallığı əks etdirmir. Evin real qiyməti hazırda 150.000 manat təşkil edir. Kassator qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxılan zaman Əfqanıstan müharibəsi veteranı olduğunu, xəstəliyini nəzərə almaqla ipoteka predmeti olan fərdi yaşayış evinin boşaldılmasının təxirə salı nmasını xahiş etsə də, məhkəmə haqsız olaraq onun xahişini təmin etməmişdir. Kassasiya şikayətinə əlavədə qeyd olunmuşdur ki, cavabdeh Banka 16646 manat məbləğində ödəniş həyata keçirmişdir. Yəni, cavabdeh öhdəliklərinin təxminən yarısını icra etmişdir. Belə olan halda, cavabdehin Banka olan borcu 21887 manat təşkil edir. Lakin ekspert rəyi ilə həddindən artıq yüksək borc hesablanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanlmasını, kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına ba xmayaraq kassator və vəkili hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəm əsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apelyasiya instansiyası məhməməsinin qətnaməsindən yeganə cavabdeh olan borcalan kassasiya şikayəti verdiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hiss ədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını göstərməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Kassasiya şikayətinin iş üzrə verilmiş ekspert (mütəxəssis) rəyinin əsassız olması ilə dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın (qiymətləndirmənin) təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələnd irilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1256/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar