Məhkəmə qərarları › İş №2(102)-2966/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2966/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2966/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Abbasov Aqil Əzizağa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)1781/2029 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova, iş 2(010)-34/2018) iddiaçı “İddiaçıbank” ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təm in edilərək, Cavabdeh1 32.012,05 manat əsas, 2560,40 manat faiz və 200 manat cərimə borcu olmaqla,cəmi 34.772,45 manat borcdan ekspertiza rəyində nəzərə alınmamış 200 manat və cavabdeh tərəfindən ödənilmiş 3200 manat çıxılmaqla cəmi 31.372,45 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı “İddiaçıbank” ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməklə Cavabdeh1 mülkiyyətində olan N sahəsində istifadədə olan 0,14036 ha torpaq sahəsində yerləşən 125 saylı, 9 mərtəbəli binada, 4-cü mərtəbəsində 67,05 kv.m ümumi, 38,6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 8 saylı mənzilin ilkin satış qiyməti 120.000 qiyməti ilə qiymətləndirilməklə satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına Cavabdeh1un banka olan borcunun ödənilməsi, iddiaçının tələbi tam ödənildikd ən sonra, satışdan qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, X.Ə.Sarıyev və E.Y.Şamayev) iddiaçı “İddiaçıbank” ASC-nin hüquq varisi İddiaçı BOKT ASC və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi əsas borc məbləğinin və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, kredit müqaviləsi üzrə ödənilməyən əsas kredit borcunun ödənilməsi məqsədi ilə 32.011,92 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçı “İddiaçıbank” ASC-nin hüquq varisi olan İddiaçı BOKT ASCyə ödənilməs i, Cavabdeh1 iddiaçı “İddiaçıbank” ASC-nin xeyrinə tutulmalı olan cəmi məbləğin dəyişdirilərək 31.372,32 manat təşkil etməsi müəyyən edilərək, ipoteka predmeti olan və N saylı evin 8 saylı mənzilinin ilkin satış qiyməti 91.500 manat məbləğində müəyyən edilmişdir. Həmin qətnamə ilə iş üzrə təkrar olaraq keçirilmiş qiymətləndirmə ekspertizasının xərcinin əvəzinin ödənilməsi məqsədi ilə Cavabdeh1 və iddiaçı “İddiaçıbank” ASC-nin hüquq varisi olan İddiaçı BOKT ASC-dən hər birindən 100 manat məbləğində pulun tutularaq “xxxx” MMC-yə ödənilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: “İddiaçıbank” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 22 faiz olmaqla 36 a y müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, N nömrəli mənzili xx.xx.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə əlavəyə əsasən ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə görə Cavabdeh1 öz müqavilə öhdəliklərini lazımınca icra etməmiş və bununla əlaqədar xx.xx.2016-cı il tarixdə Bank tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi üçün vaxt verilmiş, lakin borcun ödənilməsi təmin olunmadığına görə borcun ödənilməsinin ipoteka predmetinə yönəldilməsi barədə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildiriş göndərilmişdir. 2016-cı ilin sentyabr ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra et məməsi səbəbindən banka cəmi 50.129,44 manat məbləğində yaranmış borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayar aq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, “İddiaçıbank” ASC və Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası M ülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh1 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh1 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və c ərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən olunduğu kimi Cavabdeh1 bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi mülkiyyət hüququ ilə ona məxsus olan mənzil ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 307.7 və 309.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariatda təsdiq olun malı və dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, bankla bağlanmış ipoteka müqaviləsi qanunun yuxarıda göstərilən normalarının tələblərinə müvafiq olaraq notariatda təsdiq olunmuş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnaməni n ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar