Məhkəmə qərarları › İş №2(102)-2967/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2967/2019

24.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2967/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.12.2018-ci il tarixli 2(103)12602/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov, iş № 2(004)-5151/2018) İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MTK-ya qarşı pul tələbinə dair iddiası qism ən təmin edilərək Cavabdeh1 MMC-dən 50.500 ABŞ dollarının ödəniş gününə olan Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq manatla tutulub İddiaçı verilməsi, iddianın Cavabdeh2 MTK-ya münasibətdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov, Ş.A.Məmmədova və N.Ş.Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 20 aprel 2007-ci il tarixdə Cavabdeh1 MMC –nin direktoru X2 ilə İddiaçı arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən MMC N küçəsi, 18-də inşa edilməsi nəzərdə tutulmuş 14 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəs ində yerləşən 5 saylı üç otaqlı mənzilin İddiaçı təhvil verilməsi barədə, İddiaçı isə hər kv. metrinin dəyəri 500 ABŞ dolları olmaqla sahəsi 125 kv. metr təşkil edən mənzilin cəmi dəyəri olaraq 62.500 ABŞ dollarını MMC-yə ödəmək barədə üzərlərinə öhdəlik götürmüşlər. Müqavilənin şərtinə uyğun olaraq İddiaçı müxtəlif vaxtlarda MMC-yə cəmi 50.500 ABŞ dolları ödəmişdir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, X2 01 may 2006-cı il tarixdə Cavabdeh1 MMC–ni təsis edərək tamah niyyəti ilə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə mütəşəkkil dəstə yaradaraq həmin dəstənin üzvləri ilə birlikdə müvafiq icazələr almadan 2 yaşayış binasının tikintisinə başlamış və ayrı-ayrı şəxslərə mənzillər təklif etməklə və müqavilələr bağ lamaqla onlara məxsus pul vəsaitlərini ələ keçirərək dələduzluq cinayəti (Azərbaycan Respublikası CM-nin 178.3.1 və 178.3.2-ci maddələri) törətmiş və məhkəmənin həmin tarixli hökmü ilə X2 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə eyni zamanda mütəşəkkil dəstənin digər üzvləri dələduzluq cinayətini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmuş, Cavabdeh2 MTK-dan iş üzrə zərərçəkmiş İddiaçı xeyrinə 50.500 manat tutulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 09 mart 2016-ci il tarixli qərarı ilə Cavabdeh2 MTK-nın apellyasiya şikayəti təmin edilərək hökm zərərçəkmişlərin xeyrinə Cavabdeh2 MTK-dan ziyanın tutulması hissəsində ləğv edilərək zərərçəkmişlərə, o cümlədən İddiaç ı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. 2018-ci ilin may ayında İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC ilə bağladığı 20 aprel 2007-ci il tarixli müqavilədə nəzərdə tutulmuş mənzilin ona təhvil verilməsinin təmin olunmamasını, MMC-nin sədrinin və qeyrilərinin cinayət işinə baxılarkən Cavabdeh2 MTK-nın Cavabdeh1 MMC ilə müqavilə bağlamaqla zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi barədə üzərinə öhdəlik götürməsini əsas göstərməklə mənzilə görə ödədiyi 50.500 manatın Cavabdeh1 MMC və Cavabdeh2 MTK-dan onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlillər i: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şik ayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın Cavabdeh2 MTK-ya münasibətdə rədd olunmasını əsaslı hesab edərkən Cavabdeh2 MTK-nın iddiaçı qarşısında hər hansı bir öhdəliyinin yaranmamasını, iddiaçı qarşısında yalnız Cavabdeh1 MMC-nin məsuliyyət daşımasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə səthi yoxlanılmış sübutlar əsasında gəldiyindən qətnamə qanuni sayıla bilməz. İş materiallarından görünür ki, Cava bdeh1 MMC tərəfindən çoxsaylı vətəndaşlarla mənzil tikintisi haqqında hüquqi əsası olmayan müqavilələr bağlanmış və dələduzluq yolu ilə mənzillərin dəyəri kimi onlardan alınmış pullar MMC-nin direktoru və qeyriləri tərəfindən mənimsənilmiş və həmin şəxslər dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilmişlər. Qətnamədə qeyd olunduğu kimi Cavabdeh2 MTK öhdəliyi üzərinə götürülməsi barədə Cavabdeh1 MMC ilə müqavilə bağlamış və həmin müqaviləyə əsasən MMC tərəfindən aldadılmış vətəndaşların əksəriyyətinə dəymiş zərəri ödəmişdir. İş üzrə Cavabdeh2 MTK-nın nümayəndəsi Nun məhkəmədə verdiyi izahatdan görünür ki, MTK Cavabdeh1 MMC tərəfindən aldadılmış 1063 nəfər zərərçəkmişi 86.000 kv.metr yaşayış sahəsi ilə təmin etməklə artıq öhdəliyini yerinə yetirmişdir. Həmin izahatdan görünür ki, Cavab deh2 MTK Cavabdeh1 MMC qarşısında götürdüyü öhdəliyi etiraf etmiş və öhdəliyini əsasən icra etmişdir. Belə olduqda MTK-nın İddiaçı qarşısında öhdəlik götürməməsinə əsaslanıb iddianın ona münasibətdə rədd edilməsini əsassız sayması anlaşılan deyil. Məhkəmə instansiyaları MTK ilə MMC arasında bağlanmış müqavilənin iddiaçı üçün hər hansı bir hüquq, MTK üçün isə hər hansı bir öhdəlik yaratmaması barədə nəticəyə gələrkən həmin müqavilənin əldə edilib tədqiq olunmasını təmin etməmişdir. Müqavilə iş materiallarına əlavə edilmədiyindən onun tərəflər üçün hansı hüquq və vəzifələr yaratdığını və mübahisənin həlli üçün nə dərəcədə hüquqi əsas yaratdığını müəyyən etmək mümkün deyildir. Lakin MTK-nın müqavilədən sonrakı davranışı vətəndaşlara dəymiş zərərin əksər hissəsini ödəməsi iddiaçıya tələbini ey ni zamanda ona qarşı yönəldilməsi üçün əsas vermiş və iddiaçı bu zaman aralarında yaranmış münasibətə uyğun hərəkət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Kollegiya hesab edir ki, MTK ilə iddiaçı arasında bilava sitə müqavilə bağlanmasa da, MTK Cavabdeh1 MMC ilə müqaviləni bağlamaqda məqsədi payçıların, o cümlədən iddiaçının pozulmuş hüquqlarının müdafiəsini təmin etməkdən ibarət olmuşdur. MTK həmin müqaviləni bağlamaqla MMC-nin aldatdığı vətəndaşların pozulmuş hüquqlarının əvəzi kimi onlara dəymiş zərəri ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. Müqavilə MMC ilə bağlansa da, MTK əslində MMC-nin iddiaçı qarşısında yaranmış öhdəliyini öz üzərinə götürmüşdür. İşin göstərilən halları mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin hallara qanunun tələbinə uyğun qiymət verməmiş, yalnız MTK ilə iddiaçı arasında müqavilənin olmamasına əsaslanaraq iddianı rədd etmişdir. Kollegiya göstərilənlərlə əlaqədar hesab edir ki, qətnamə maddi və pros essual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 04 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar