Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2968/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı “xxxx” İKB-nin vəkili X6 iştirakı ilə İddiaçı “xxxx” İKB-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2018-citarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Binəqədi Məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim:K.B.Əsədov; 2(001)-1743/18)iddia tələbinin qismən təmin edilmiş,cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada kredit müqaviləsi üzrə 7723,47 ABŞ dolları əsas, 1417,69 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 9141,16 ABŞ dollarının manatın ödəniş gününə olan məzənnəsi ilə, həmçinin iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq “xxxx” İKB-yə, 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, aparılmış tədqiqatın 50 manat dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməsi, həmin məbləğin müştərək qaydada onlardan tutularaq dövlət nəfin ödənilməsi qət edilmiş. İddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov (sədrlik edən və məruzəçi), V.Ə.Baxışova və N.Ş.Cəfərov; 2(103)-9225/18) iddiaçı “xxx x” İKB-nin apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsi iddiaçı “xxxx” İKB-na münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı«xxxx» İKB ASCiddia ərizəsiiləməhkəməyəmüraciətedərək,21.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” İKB-nin xeyrinə 7761,25 ABŞ dolları əsas, 2581,79 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10343,04 ABŞ dolları borc və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasım xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 ilə “xxxx” İKB arasında bağlanmış 1.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə bank tərəfindən 24 ay müddətinə lik 28% faizlə 12700 ABŞ dollar ı kredit verilmiş və kredit üzrə öhdəliklərin icrasının təmini üsulu kimi bank ilə Cavabdeh2 Qambay qızı arasında 21.08.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlərin iddiaçıya olan borcu yaranmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı “xxxx” İKB-nin vəkili X6 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 97.1, 101.3,102.2., 217.1, 217.3–cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,442,445.1,428.4-cü maddələrini n tələblərinin pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Tərəfin izahatı Məhkəmə kollegiyasının iclasında iddiaçı“xxxx” İKB-nin vəkili X6 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Cavabdeh1 Mülki Prosessual məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq,digər cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onuniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsəl ələr Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına ist inad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən,o, cümlədən iş materiallarında olan “xxxx” İKB ASC ilə X5 arasında bağlanmış 21 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 28 faiz ödəmək şərtilə 24 ay müddətinə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin borcun təminatı olaraq “xxxx” İKB ASC ilə X4 arasında bağlanmış 2108.2014-cü il tarixli zam inlik müqaviləsinə əsasən zamin borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalamn daşıdığı öhdəliklər üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə-mühasibatlıq ekspertizasının 21 fevral 2018-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 21.08.2014-cü il tarixli, 27-M-1-0-29-14 saylı kredit müqaviləsinin və 26.08.2015-ci il tarixli əlavənin qeyd olunan şərtləri nəzərə alınmaqla kredit müqaviləsi üzrə banka olan borcu 7723,47 ABŞ dolları əsas borc, 1417,69 ABŞ dolları faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavil ə olmalıdır. -385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmət göstərilməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün n əticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. - 462.1-ci mаddəsinə əsasən dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. - 463.2-ci mаddəsinə əsasən dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. - 269.5-ci maddəsinəəsasən girov vəipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyin in icrasının təmin edilməsiüçün əlavə (aksessor) əşya hüququdur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək nəticəyə gəlmişdir ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn müqavilə-hüquq münasibətləri yaranmışdır. Birinci instansiya məhkəməsi də məhz həmin müqavilə münasibətlərinə uyğun olaraq yaranmış kredit borcunun cavabdehlərdən müştərək qaydada tutulmasına dair tələbi əsaslı olaraq qismən təmin etmişdir. Belə ki, borcalan Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ödənişlər etməli olduqları halda müəyyən miqdar ödənişlər etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmişdi r, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi vurulmuş zərərin əvəzinin ödənilməsi ilə yanaşı digər zamindən də müştərək qaydada borcun tutulmasının tələb edilməsi hüququ da yaranmışdır., iddiaçının ekspert rəyi ilə razı olmaması həmin ekspert rəyinin əsassız və ya düzgün olmaması anlamına gəlmir. Bu hal təkrar ekspertiza keçirilməsi üçün də əsas deyildir. Təkrar ekspertizanın keçirilməsi üçün hər hansı möhtəbər sübuta istinad etmir. Qeyd edilməlidir ki, ekspertiza məhz iddiaçının təqdim etdiyi mühasiatt sənədləri əsasında keçirilmişdir. Hazırki iş üzrə maliyyə arayışı ilə ekspert rəyi arasında əsas və faiz borcu ilə yaranan uyğunsuzluq zamanı ekspert rəyi daha mötəbər sübut hesab edilməlidir və bu səbəbdən də birinci instansiya məhkəməsinin ekspert rəyinə əsasən gəldiyi nə ticə tamamilə əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də, qətnamə iddiaçı "xxxx" X2 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2968/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2968/2019
26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver