Məhkəmə qərarları › İş №2(102)-2968/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2968/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2968/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı X3, vəkili X1, Cavabdeh, və vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2630/2020 nömrəli iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 avqust 2 021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı-nin 09.03.2017-ci il tarixli göstərilən xidmətlərin ümumi dəyərinin müəyyən edilməsi barədə arayışından görünür ki, İddiaçı Cavabdeh Çin Respublikasına 1 illik viza alınması üçün 975 ABŞ dolları, 13.02.2017-ci il tarixdə Bakı-Doha-Pekin istiqamətində, 20.02.2017-ci il tarixində Pekin-Doha-Bakı istiqamətində aviabiletlərin alınması üçün 2535 ABŞ dolları dəyərində, ümumi dəyəri 3510 ABŞ dolları məbləğində xidmət göstərilmişdir. "xxxx" Group Şirkətinin 17.01.2020-ci il tarixli məktubundan görünür ki, 13.02.2017-ci il və 21.02.2017-ci il tarixlərində həyata keçirilmiş səfərlər üzrə Cavabdeh İddiaçı-dən sifariş etdiyi aviabiletlərdən istifadə etmişdir. İş üzrə qəbul edilm iş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3510 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulmasına dair məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı-dən müxtəlif istiqamətlərdə səfərlərinin həyata keçirilməsi məqsədi ilə aviabiletlər sifariş verilmişdir. İddiaçı sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri vaxtında təqdim etmişdir. Lakin, İddiaçı cavabdehin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq cavabdeh hazırki vaxta qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yeti rməmişdir. İcra olunmuş sifarişlərə görə İddiaçı tərəfindən ödənilmiş pul vəsaitləri cavabdeh tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq İddiaçı həmin aviabiletlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada cavabdehə hər-hansı çətinlik yaratmamışdır. Quba Rayon Məhkəməsinin (hakim Rahim Həsənov) 08 iyun 2020-ci il tarixli, 2(027)884/2020 saylı qətnaməsi ilə İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 3510 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) pulun alınaraq İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işin mübahisəsiz hallarına görə cavabdeh müxtəli f tarixlərdə İddiaçı-dən aviabiletlər sifariş vermiş, həmin aviabiletlərlə müxtəlif ölkələrə səyahətlər etmiş, səyahətlərində heç bir çətinlik yaranmamış və cavabdeh aviabiletlərin dəyərini İddiaçı-yə ödəməmişdir. Yəni cavabdeh tərəfindən aviabiletlərin dəyərinin ödənilməsi barədə iş materiallarında sübut mövcud deyildir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Cavabdehin iddiaçıya 3510 ABŞ dolları məbləğində pul borcları vardır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600, 739.1, 385.1, 389.1, 390.1, 442, 443.1, 443.5-ci maddələrinə əsaslanaraq hesab etmişdi ki, Cavabdeh İddiaçı-nə 3510 ABŞ dolları pul borclu olduğu məhkəmə baxışı zamanı sübuta yetirildiyindən cavabdehdən 3510 ABŞ dolları pul alınaraq İddia çı-yə verilməlidir. Cavabdeh apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-884/2020 nömrəli mülki iş üzrə 08 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından, iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam və hərtərəfli araşdırılmadığından, sübutlara düzgün hüquqi qiymət verilmədiyindən, həmçinin onun məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, qeyri-obyektiv və əsassız olduğundan ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Onun məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Belə ki, Quba rayonunda qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhərində yaşayır. Məhkəmə prosesi barədə ona məlumat verilmiş, ancaq Respublikada tətbiq olunan karantin rejimi ilə bağlı hər dəfə təxirə salınmışdır. Sonuncu dəfə keçirilən məhkəmə iclası barədə ona məlumat verilməmiş, telefon vasitəsi ilə növbəti dəfə iclasın nə vaxt keçiriləcəyi barədə maraqlandıqda, 8 iyun 2020-ci ildə məhkəmə iclasının keçirildiyi və qətnamə çıxarıldığı bildirilmişdir. Bundan əlavə, o, məhkəmə iclasında iştirak etmədiyi halda, məhkəmənin onun iddiaçıya borcunun olmasının işin mübahisəsiz halı olduğunu göstərməsi tam əsassız olmaqla, məhkəmə qətnaməsinin birtərəfli, yəni tərəflərin çəkişmə prinsipinin pozulması, həmçinin qətnamənin məhkəmə baxışının prinsiplərinə riayət etmədən çıxarıldığını müəyyən e dir. Eyni zamanda İddiaçı məhdud məsuliyyətli cəmiyyətini tanımamış, ona müraciət etməmiş və aralarında nisyə xidmət barədə hər hansı bir formada razılaşma olmamışdır. Bilet və digər məqsədlər üçün zəruri olan sənədlər və ödəniş nəğd olaraq bilet satışı ilə məşğul olan X adlı şəxsə verilmiş və onun vasitəsilə adına elektron bilet rəsmiləşdirilmişdir. Həmin vaxtdan ötən müddət ərzində Xla aralarında ödənişin edilməməsi ilə bağlı hər hansı bir formada danışıqları olmamışdır. Əgər həqiqətən də biletin və digər xidmətlərin pulu ödənilməmiş olsaydı, bu müddət ərzində X onun mobil telefonuna zəng edərdi və ya özündə olan ünvanına ödənişlə bağlı yazılı bildiriş göndərərdi. Əgər belə hallar olubsa, onda həmin sənədləri sübut qismində təqdim etməli idi. Həmçinin birinci sifariş edilmiş biletin dəyə ri ödənilmədən, ikinci biletin ödəniş aparılmadan ona verilməsi mümkün deyildir. Bu məsələ məhkəmə tərəfindən nəzərə alınmamış və araşdırılmamışdır. Məhkəmə qətnamədə həmçinin Azərbaycan Respublikası MM-nin borc müqaviləsini nizama salan normalarına isitnad etmişdir. Halbuki onunla İddiaçı məhdud məsuliyyətli cəmiyyəti arasında hər hansı formada borc münasibətləri yaranmamışdır. Eyni zamanda məhkəmə iclasında iştirakı təmin edilmədiyindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək hüququndan da məhrum olmuşdur. İddiaçı məhdud məsuliyyətli cəmiyyəti bilet satışı və xidmət göstərdiyi halda, bu barədə aralarında yazılı müqavilə bağlanmasına heç bir maneçilik olmamışdır. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia m üddətinin buraxıldığını bildirmiş, mübahisəyə iddia müddətini tətbiq etməklə, iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Telman Məmmədov sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov və Səyyad Qafari) 27 noyabr 2020-ci il tarixli 2(105)2630/2020 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Quba Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(027)-884/2020 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi işə cavabdehin iştirakını təmin etmədən baxmış, bununla da prosessu al hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 387.2.2-ci maddəsinə görə məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinə hüquqi qiymət verilməklə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Çünki tərəflər arasında alqı-satqı və borc münasibətləri olmamışdır. İşdən görünür ki, “SF Travel“məhdud məsuliyyətli cəmiyyəti iddia tələbini cavabdehə xidmət göstərilməsi, yəni təcili 1 illik Çin vizasının alınması, sənədlərin hazırlanması, dövlət rüsumu üçün 975 ABŞ dolları, 13.02.2017-ci il tarixdə Bakı-Doha-Pekin reysi üçün aviabiletin alınmasına görə 1250 ABŞ dolları, 2 0.02.2017-ci il tarixdə Pekin-Doha-Bakı reysi üçün aviabiletin alınmasına görə 1285 ABŞ dolları, ümumilikdə dəyəri 3510 ABŞ dolları dəyərində xidmət göstərilməsi ilə əsaslandırmışdır. İşdən görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında xidmətlərin göstərilməsinə dair yazılı müqavilə olmamış, belə bir müqavilə nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim edilməmişdir. Tərəflər arasında elektron formada da belə bir müqavilə bağlanmasına dair iş materiallarında heç bir sübut yoxdur. İddiaçı məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh təcili 1 illik Çin vizasının alınması, sənədlərin hazırlanması, dövlət rüsumu üçün səfirliyə, eləcə də 13.02.2017-ci il tarixdə Bakı-DohaPekin, 20.02.2017-ci il tarixdə Pekin-Doha-Bakı reysi üçün aviabile tlərin alınmasına görə “Qatar AİRWAYS Group” şirkətinə müvafiq ödəmələri etməsinə dair sənədləri (ödəmə tapşırıqları, kassa məxaric orderləri və s.) də məhkəməyə təqdim etməmişdir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Həmçinin apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 377.1-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti dəyərini tələb etdiyi xidmətləri 13.02.2017-ci il və 20.02.2017-ci il tarixlərdə göstərdiyini iddia etsə də, 3 illik iddia müddəti keçdikdən sonra, 05 mart 2020-ci ildə məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məh kəməsinin Mülki Kollegiyasının 27 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfində iş üzrə sübutlara tam və hərtərəfli qiymət verilməmiş, iş üzrə düzgün araşdırma aparılmamışdır. Cavabdehə turizm xidmətlərinin göstərilməsi iş materiallarında olan sübutlarla və cavabdehin apellyasiya şikayətinin mahiyyətindən də aydın olur ki, cavabdeh iddiaçı tərəfindən ona turizm xidməti göstərilməsini etiraf edir və hətta onun dəyərini ödədiyini bildirir. Belə olan halda, məhkəmənin tərəflər arasında turi zm xidmətlərinin göstərilməsinə dair münasibətlərin yaranmasını təsdiq edən müqavilənin olmamasına əsaslanaraq iddianı rədd etməsi əsassızdır. Həmçinin cavabdehin hər uçuşuna görə elektron bilet verilmişdir. Mülki Məcəllənin 842.2-ci, “Aviasiya haqqında” Qanunun 46.1-ci maddəsinə əsasən bu bilet sərnişin daşınması barədə müqaviləni bağlandığını təsdiq edən sənəddir. Deməli, uçuşa görə bilet tərəflər arasında müqavilənin bağlanması hesab olunur və onlar üçün öhdəlik yaradır. Cavabdeh isə göstərilən xidmətin dəyərini ödədiyini bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. İddia müddətinin ötürülməsinə dair məhkəmənin gəlmiş olduğu nəticə ilə bağlı qeyd edilmişdir ki, iddia müddətinin tətbiq edilməsinə dair ərizə birinci instansiya məhkəməsində təqdim edilməlidir. Apellyasiya şikayə tində cavabdeh məhkəmə prosesinin vaxtından məlumatlı olmasını təsdiq etmişdir. Hətta dəfələrlə hakim köməkçisi ilə əlaqə saxladığını bildirmişdir. Belə olduğu halda, iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermək imkanı da olmuş, buna baxmayaraq belə bir ərizəni məhkəməyə təqdim etməmişdir. Cavabdehlə İddiaçı arasında yaranmış işgüzar münasibətlər nəzərə alınaraq, eyni zamanda bilet sifarişləri və biletlərin vaxtının dəyişdirilməsi müştərinin xaricdə olması zamanı baş verdiyindən tərəflər arasında olan şifahi razılığa əsasən göstərilmiş turizm xidmətlərinə görə ödənişlərin tam şəkildə edilməsinə görə 2 ay müddət verilmişdir. Məhz bu səbəbdən də iddia müddətinin axımı xidmət göstərilən tarixdən deyil, həmin xidmətə görə pulun ödənilməsi üçün təyin edilmiş son günün bitməsindən sonra hesablanmalıdır. Göstərilmiş xidmətlər 2017-ci ilin yanvar-fevral aylarında olduğundan, həmin vaxtdan etibarən ödənişin edilməsi üçün 2 aylıq müddət təyin edildiyindən və məhkəməyə 2020-ci ilin fevral ayında müraciət edildiyindən 3 illik iddia müddəti ötürülməmişdir. Belə olan halda isə iddia müddəti tətbiq edilə bilməz. Ödəniş üçün bu qədər uzun müddət vaxt verilməsinə səbəb cavabdehin pulu ödəyəcəyinə söz verməsi və bunun üçün əlavə vaxt istəməsi səbəb olmuşdur. Həmçinin biletə diqqət yetirdikdə müəyyən olunur ki, cavabdeh Pekin şəhərində olduğu zaman bileti sifariş edilmişdir. Bilet sifariş edilən zaman cavabdeh özü heç fiziki olaraq ölkədə olmamışdır. Cavabdehin pulu bilet alınan zaman ödəməyi yalandır. Pekindən geri dönüş biletini əvvəlcədən almaması da iş materiallarında olan biletlə rin seriya nömrələrindən aydın şəkildə görünür. İşin bu halı da bir daha təsdiq edir ki, biletlərə görə cavabdeh tərəfindən pul ödənilməmiş və eyni zamanda pulun ödənilməsi üçün cavabdehə əlavə olaraq vaxt verilmişdir. İddiaçı kassasiya şikayətinə əlavə ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən aviaşirkətlərə ödənişlərin edilməsini təsdiq edən sənədlərin surətləri təqdim etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı X6 və vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh və vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsin i xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 862.2. Turist xidmətlərinin məzmununa turist səfərinin əhatə etdiyi bir və ya bir neçə yerə aparma, habelə geriyə, səfərin başlandığı yerə gətirmə daxil ola bilər. Lakin turist xidmətləri (turist səfəri) göstərilməsi yalnız o halda baş verir ki, onun təşkilatçısı daşımadan əlavə, aşağıdakı xidmətlərdən, heç olmasa, birini göstərir: Maddə 862.2.1. qidalanma; Maddə 862.2.2. mehmanxanalarda yerləşdirmə; Maddə 862.2.3. təyinat məntəqəsində seyretmələr və ya mədəni tədbirlərdə iştirak. Maddə 842.1. Sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Maddə 842.2. Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. Maddə 843.2. Daşımanın dəyəri daşıyıcının tələbi ilə, lakin ən geci sərnişin nəqliyyat vasitəsindən düşənədək ödənilməlidir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanad ək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərt ərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bi lər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəl i gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinin xarakteri düzgün müəyyən edilməsə də, iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında münasibətlər turist xidmətlərinin göstərilməsinə dair müqavilədən irəli gələn münasibətlər hesab edilə bilməz. Ona görə ki, turist xidmətlərinin təşkilatçısı daşımadan əlavə, Mülki Məcəllənin 862.2-ci maddəsində göstərilən xidmətlərdən, heç olmasa, birini də göstərməlidirir. Hazırki iş üzrə isə yalnız daşıma üçün biletlərin alınması xidməti göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehə iki elektron biletin alınması iddiaçının daşıma şirkəti ilə bağladığı 3-cü şəxsin xeyrinə olan sərnişin daşıma müqaviləsindən irəli gələn münasibətlərdir. İddiaçı cavabdeh tərəfindən onun üçü n alınmış aviabiletlərin dəyərinin ödənilmədiyini, cavabdeh isə istifadə etdiyi biletlərin dəyərinin qabaqcadan ödənildiyini bildirir. Mülki Məcəllənin 843.2-ci maddəsinin tələbinə əsasən isə daşımanın dəyəri daşıyıcının tələbi ilə, lakin ən geci sərnişin nəqliyyat vasitəsindən düşənədək ödənilməlidir. Tərəflər arasında bu münasibətlər yaranmazdan əvvəl tanışlıq münasibətlərinin olması, birbirinə dəyəri qabaqcadan ödənilmədən aviabilet alınmasına əsas verən etibarlı əlaqələrin mövcud olması barədə sübutlar olmadığından məhkəmə kollegiyası hesab edir ki, cavabdehə dəyəri ödənilmədən aviabilet satılması və 3 ildən artıq müddətə həmin biletlərin dəyərinin tələb edilməməsi ağlabatan deyildir. İddiaçı aviabiletin alınmasından əlavə cavabdeh üçün bir illik Çin Xalq Respublikasına vizanın almasın ı təsdiq edən heç bir sübutu da məhkəməyə təqdim etməmişdir. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən xidmətlərin dəyərinin ödənilməməsinə dair dəlillərini əsassız hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası göstərilən xidmətin dəyəri ödənilmədiyi ehtimal edilsə belə, hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilə n vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddiaçı məhdud məsuliyyətli cəmiyyəti dəyərini tələb etdiyi xidmətləri 13.02.2017-ci il və 20.02.2017-ci il tarixlərdə göstərsə də, 3 illik iddia müddəti keçdikdən sonra, 05 mart 2020-ci ildə məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. İddiaçı kassasiya şikayətində cavabdehlə İddiaçı arasında yaranmış işgüzar münasibətlər nəzərə alınaraq, eyni zamanda bilet sifarişləri və biletlərin vaxtının dəyişdirilməsi müştərinin xaricdə olması za manı baş verdiyindən tərəflər arasında olan şifahi razılığa əsasən göstərilmiş turizm xidmətlərinə görə ödənişlərin tam şəkildə edilməsinə görə 2 ay müddət verilməsi və bu səbəbdən də iddia müddətinin axımının xidmət göstərilən tarixdən deyil, həmin xidmətə görə pulun ödənilməsi üçün təyin edilmiş son günün bitməsindən sonra hesablanmalı olduğunu bildirsə də, işdə tərəflər arasında belə işgüzar münasibətlərin olması və göstərilən xidmətlərin dəyərinin ödənilməsi üçün 2 ay vaxt verilməsi barədə razılaşmanın olması barədə sübut yoxdur və cavabdeh də belə halların mövcudluğunu qəbul etmir. Belə olan halda isə, iddia müddətinin axımı aviabiletlərin tarixindən hesablanmalıdır. Həmçinin, işdə cavabdehin birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qa ydada xəbərdar edilməsi barədə heç bir sübut olmadığından, onun məhkəmə iclasında iştirak edərək iddia müddətinin tətbiqi barədə ərizə vermək imkanının olduğu müəyyən edilməmişdir. Buna görə də, həmin ərizəni apellyasiya məhkəməsində qəbul edilməsi düzgün olmuşdur. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2630/2020 nömrəli iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar